Главная > КУЛЬТУРА > Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)

Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)

30-03-2022, 19:39. Разместил: Gulnara.Inanch

Reyhan Mirzəzadə, publisist-politoloq

Dünya ədəbi aləmi görkəmli rus uşaq yazıçısı, alim-ədəbiyyatşünası, tərcüməçisi, ictimai xadimi  Korney İvanoviç Çukovskinin anadan olmasının 140 illiyini hərarətlə qeyd edir. Bu, əsl uşaq bayramıdır. Dunya uşaq ədəbiyyatının bayramı. Yubiley münasibəti ilə bu barədə maraqlı bir yazını təqdim edirik.

Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin    kapitalıdır.

“Əgər Çukovskinin uşaq qəlbinə doğru saldığı cığırları uc-uca calasaq,     bu yol Aya qədər çatar”.

                                                                                         S.Obraztsov.

   Görkəmli sovet mədəniyyət xadimi, teatr və uşaq tamaşaları rejissoru

“Korney İvanoviç rus ziyalılarının ən böyük, ən dərin ənənələrində ən parlaq, ən layiqli nümayəndəsi idi”.

                                                                                  Varlam Şalamov,

                                                                                 Rus nasiri və şairi

“Çukovski bütün fəaliyyəti ilə göstərdi ki, küsmüş özünütəsdiq, öyünən cəhalətdən fərqli olaraq, mədəniyyət həmişə şən, yeni təəssüratlara açıq, xeyirxah və təvazökardır. Mədəniyyət zənginləşmənin, tanınmanın, mənəvi həyatın sevincinin davamlı bayramıdır. Amma mədəniyyət həm də yaddaşdır. Cahillik unutmağa çalışır, mədəniyyət unutmur və bunda da vicdana oxşayır”.

                                                                                       Yuri Lotman, 

                                       Sovet və Rusiya ədəbiyyatşünası, kulturoloqu

"Axı insan elmi və texniki sahədə nə qədər uğur qazansa da, güclü ədəbiyyat, poeziya, musiqi, rəsm sənəti aludəçiliyi olmayıbsa, bu emosional təlimi keçməyibsə, qəlbi həmişə eybəcər qalacaq. Belə adamlarla elə ilk tanışlıqda mən onların dəhşətli nöqsanını -  psixikalarının miskinliyini, "kütqəlbliliyini" (Hersen ifadəsi ilə) hiss edirəm. Sənətə aid estetik heyranlığı yaşamadan gerçək mədəni insan olmaq mümkün deyil. Bu ali hissləri daşımayan adamın siması da, səsi də ayrı cürdür. Əsl mədəni adamı mən intonasiyasının elastikliyindən və zənginliyindən tanıyıram".

                                                                            Korney Çukovski

                           “Mənəvi savadsızlıq haqqında” adlı məqaləsindən

          Dünyada ən xoşbəxt adamlar kimdir? Uşaqlar! Niyə? Ona görə ki, onlar üçün hər şey yenidir: səhər şehlənən yaşıl otlar da, onların arasında göz oxşayan zərif və al-əlvan çiçəklər də, şux bir cilvə ilə uçuşan alabəzək kəpənəklər də, pıçıldaşan yarpaqların nəğməsi də, günəşin gözqamaşdıran şöləsi də, uğultu ilə  uçan nəhəng təyyarə də, suların üzərində sanki bir şəhər gəzdirən gəmilər də, göylərə ucalan binalar da, hər səhnəsində min bir sual yaradan filmlər də, hər səhifəsi düşüncələrə qərq edən kitablar da, sinəsini döyüş medalları bəzəyən qocalar da və hətta... düşmənlə qızğın döyüşdən qayıtmış atanın alnındakı qan ləkələri də...

          Uşaqlar!.. Onlar bu dünyada əbədidir. Bəlkə buna görə hər bir xalqın folkloru uşaq mahnıları, nağılları, laylalarla bu qədər zəngindir?  Bəlkə  uşaqlar bəşəriyyətin ən ilkin qayğısı olublar ona görə? Xalq – böyük tərbiyəçidir...

          Dünya uşaq ədəbiyyatı uşaqların qəlbində nəcib hisslər oyadan, mənzum və mənsur əsərlərlə işıqlandıran, onların gələcəyi haqqında gözəl və ümüdlü arzularına qanad verən bir ədəbiyyat sahəsidir. Böyük türk yazıçısı və dramaturqu Əziz Nesin deyirdi ki, uşaqlara gözəl dünya miras qoymaq yerinə, dünyaya gözəl uşaqlar miras qoysaq-dünyanın bütün problemlərini həll etmiş olarıq. Haqlı fikirdir.

 Bəşəri ədəbiyyatın olduqca mühüm bir hissəsini təşkil edən rus uşaq ədəbiyyatının dünya mədəniyyətindəki böyük rolu danılmazdır.

AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibəyli “Uşaq dünyasında ədəbiyyat və uşaq ədəbiyyatı dünyası” məqaləsində yazır: “...Ümumiyyətlə, uşaq ədəbiyyatından söz düşən kimi adətən ilk sual belə olur: uşaqlar üçün olan ədəbiyyat neçə yazılmalıdır? Və müxtəlif fikirlər meydana çıxır. Əslində bu ciddi sualdır və alimlər, yazıçılar, bəstəkarlar, müəllimlər, oxucular bu suala cavab verməli, ortaq nəticələrə gəlinməlidir. Göründüyü kimi, sualın bu şəkildə qoyuluşu uşaq yazıçılarına aiddir və onların qarşısına "Nə etməli" sualını qoyur. Əslində isə həmin sualdan da ciddi vəzifə "Uşaqlar nə oxumalıdırlar", yaxud "Uşaqlar nə oxumaq istəyərdilər" suallarına cavab tapmaqdan ibarətdir. Çünki neçə, hansı bədii formada, dil və üslubda yazılmağından asılı olmayaraq, həmin bədii ədəbiyyat və musiqi örnəklərini ilk növbədə uşaqlar seçməli, sevməli, oxumalı və bəyənməli və mənimsəməlidirlər. Əks halda, biz uşaqlara nəyi isə diqtə etmiş olarıq. Bu isə heç də bizim uşaqlarımızı ədəbiyyat və incəsənət əsərləri ilə tərbiyə etməyimizə xidmət etmiş olmaz. Bu, cəhətdən yanaşdıqda uşaq şairi və yazıçısının, habelə uşaqlar üçün mahnı yazmaq sahəsində ixtisaslaşmış bəstəkarların ilk növbədə həm də yaxşı müəllim - psixoloq olmaları vacib şərtlərdən biridir. Təcrübə göstərir ki, uşaq bağçaları ilə, məktəblərlə, pedaqoji fəaliyyət sahələri ilə məşğul olan, əlaqəli olan yaradıcı qüvvələr bu sahədə daha çox müvəffəq olur, nailiyyətlər əldə edə bilirlər. Uşaqların yaş qruplarını və bilik səviyyəsini, psixologiyasını, qavrama qabiliyyətlərini və maraq dairələrini nəzərə almaqla yazılan ədəbiyyat və incəsənət əsərləri uşaqlar tərəfindən qəbul olunan, mənimsənilərək yaddaşlarda iz salan və onları addım-addım irəli aparmağa xidmət edən bədii örnəklərə çevrilir. Məhz bu qəbildən olan əsərlər uşaq dünyasını formalaşdırır. Məhz həmin əsərlər uşaqlar hansı kitabları oxumalıdırlar sualının cavabıdır”.

Hörmətli akademik daha sonra rus uşaq ədəbiyyatı barədə yazır: “...Vaxtilə böyük rus tənqidçisi Vissarion Belinski “Uşaqlar nəyi oxumalıdırlar” sualına uşaqlarının yaşının, bədii zövqünün, dünyabaxışının, qavrama qabiliyyətlərinin, ən başlıcası isə maraq dairəsinin nəzərə alınması şərti ilə yaradılan ədəbiyyatı örnək kimi göstərmişdir. Təkcə rus ədəbiyyatının deyil, ümumiyyətlə ədəbiyyatın mahiyyəti, vəzifələri və əhəmiyyəti haqqında sistemli elmi nəzəriyyə yaratmış Vissarion Belinskinin uşaq ədəbiyyatına aid fikirləri və mülahizələri də ədəbiyyatın bu istiqamətinin simasının və missiyasının nəzəri təlimindən ibarətdir. Uşaq ədəbiyyatı sahəsində bu günkü vəzifələrimiz baxımından da xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alaraq, mövzumuzla əlaqədar olduğu üçün Vissarion Belinskinin müxtəlif əsərlərimdən seçdiyim aşağıdakı fikirləri ədəbi ictimaiyyətin və oxucuların diqqətinə çatdırmağı faydalı hesab edirəm:

“...Uşaq yazıçıları bütün bunları öz balaca oxucularına çeynənmiş nəsihət və soyuq əxlaqi təlimat şəklində deyil, quru hekayələr halında deyil, həyat və hərəkətlə dolu, canlı, hissi hərarətə malik hekayə və lövhələr halında, zərif, azad, oynaq, sadə və rəngli bir dil ilə çatdırılmalıdırlar. Bu zaman uşaq kitabları tərbiyə üçün ən möhkəm bir əsas və ən təsirli bir vasitə ola bilərlər.

...Biz dedik ki, uşaq yazıçısı olmaq üçün, digər zəruri şərtlər içərisində canlı şairanə xəyala malik olmaq da zəruri şərtdir: Uşaqlara xəyal vasitəsilə təsir etmək lazımdır. Uşaqlıq yaşlarında xəyal ruhun üstün qabiliyyət və qüdrəti, onun başlıca mühərriki və uşağın ruhu ilə kənar aləm arasında birinci vasitədir...

...Uşağa surətlər, rənglər, səslər lazımdır. Uşaq mücərrəd ideyaları sevmir, ona tarixçələr, rəvayətlər, hekayələr, nağıllar lazımdır...”

Uşaq və gənclər yazıçılarının Moskvada beynəlxalq  görüşündə Rusiyadan olan Sergey Mixalkovun qeydləri müasir zamanımızın ən aktual məsələsi kimi diqqəti cəlb edir: (“Uşaq ədəbiyyatı”. 1990. Moskva)

“...Düşünürəm ki, hər uşaq dünyaya  “Ura” çığırtısı ilə gəlir, axı bu əsnada mütləq “ua” qışqırır, ona görə ki, “r” səsini hələ deyə bilmir. Bu qışqırtı ilə o, ömür yolunda qarşısına çıxacaq uşaq yazıçılarını  da salamlamış olur.

Bir dəfə məndən soruşdular: uşaq yazıçısı nə  deməkdir?  Nədən bəzi yazıçılar uşaq yazıçısı olur, digərləri – yox?

Məncə, hər bir insan uşaqlıq ölkəsində doğulur. Sonra isə müəyyən bir anda  böyüklərin dövlətinə  keçir ki, bir də  çıxdığı həmin ölkəyə qayıtmasın. Bu mənada uşaq yazıçısı – o adamdır ki, çıxdığı ölkəyə qayıda bilir. Görünür, o, orada öz çemodanını, daşıya bildiyi bəzi əşyalarını unutmuş olmalıdır ki, dalınca mütləq qayıdıb gələ bilsin. Qayıdacaq, uşaqlıq ölkəsində bir az qalacaq – və yenidən böyüklərin ölkəsinə  dönəcək.

Hər uşaq yazıçısının arzusu elə bir kitab yazmaqdır ki,  dünyanın bütün uşaqları onu oxusunlar.  Və əgər o, belə bir kitab yaza bilmişsə  −  deməli, həyatının ən böyük işini görmüşdür.

Uşağın göz yaşları.

Biz,  dünyanın müxtəlif ölkələrinin Moskvaya toplaşmış təmsilçiləri,  öz  yaradıcı qardaşlarımıza  −  yazıçılara, rəssamlara, bəstəçilərə müraciət edirik,  müəllimlərə, din adamlarına, alimlərə və  siyasətçilərə  müraciət edirik, analara və atalara, isti və  şəfqətli qəlbi olan bütün insanlara müraciət edir və  xahişdə  bulunuruq: Uşaqlıq dünyasını  qoruyun!

Uşaq bu  dünyaya müdafiəsiz gəlir, hər deyilənə inanır. O, böyüklərin əlindən yapışır, yaşıl otların üstündə  ilk addımlarını atır, başının üstündə səmanı görür və  inanır ki,  yer üzü gözəldir, insanlar xeyirxahdır, həyat isə − başdan-başa bəxtiyarlıqdır.

Uşaq hələ bunun fərqində deyil ki, ayağının altındakı otar zəhərlənib, torpaq radioaktiv şüalar buraxır, göyün ozon qatını isə deşik-deşik etmişlər.Uşaq hələ bilmir ki, Yer kürəsində  müharibələr bitənə oxşamır, yaşlı və  ağıl sahibi lan adamlar yırtıcı  qəddarlığı ilə bir-birlərini öldürürlər, və  həmin bu yaşlı və  təfəkkürlü adamlar acların, evsizlərin, var-yoxunu itirmiş əzabkeşlərin yanından laqeydliklə keçib getməyə qabildirlər.

Uşaq hələ bilmir ki, o da aclıq çəkənlərin, evsizlərin, var-yoxu əlindən çıxmış əzabkeşlərin sırasında yer ala bilər.  Hələ bilmir ki, müdhiş nüvə püskürtüsündə  bütün bəşəriyyətlə birlikdə məhv ola bilər.

Uşağın gözlərinə baxın. Baxışlarınızı yayındırmayın!

Böyük rus humanist yazıçısı demişdi ki, ümum bəşəriyyətin səadəti məsum bir uşağın bir damcı  göz yaşına dəyməz.

Biz ümumdünya səadəti deyə bir fikirdən uşağıq, lakin bizim səhvlərimiz, yanlışlığımız və  ağılsızlığımızın hesabını  təkcə  göz yaşlarımızla deyil, həm də öz uşaqlarımızın  sağlamlığı və  həyatı ilə ödəməyə hazırıq. 

Baxışlarınızı yayındırmayın!

Dünyada uşaqların sayı böyüklər qədərdir. Dünya bizim qədər də onlara məxsusdur. Gələcək yalnız uşaqlara məxsusdur.

Uşağın gözlərində − bəşəriyyətin sabahkı günü,  sabahkı taleyi var. Arxanızca deyəcəkləri ya minnətdarlıq sözü, ya lənət olacaq.

Gözünüzü uşağın gözündən yayındırmayın. Uşaqlıq dünyasını  xilas edin...”

S.Mixalkovun təsirli sözləri qarşısında bu misralar yada :

Uşaqların üzü elə gülsün ki,
Mərmilər utanıb geri qayıtsın.

Rus uşaq ədəbiyyatında yalnız iki yazıçı xalq arasında qeyri-rəsmi, lakin şərəfli baba adını qazanıb: İvan Andreyeviç Krılov və Korney İvanoviç Çukovski. Özü də Korney İvanoviçi hələ sağlığında “Çukovski baba” adlandırırdılar.

Heç kəsə bənzəməyən bu baba ədəbiyyatda hardasa yetmiş il davam gətirdi! Özü də sakit və  süst deyil, fəal, cəsarətli, cürətli, öz yaradıcılığı ilə, qızğın polemikaları ilə, mübahisələri ilə dolu bir həyat yaşadı, özü üçün əziz olan ədəbi və psixoloji-pedaqoji həqiqətləri təsdiq etdi.

Ömrünün sonlarında onun hesabında hər yaşda – iki yaşdan səksən yaşadək olanlar üçün onlarca kitabı  vardı. Bu ən müxtəlif və  qeyri-adi kitablarında  müəllif gah uşaq şairi və  nağılçısı rolunda, gah nasir, gah tənqidçi, ədəbiyyatşünas, memuarist, tərcüməçi, pedaqoq, linqvist rolunda çıxış edirdi. Özü də  bu rollar çox vaxt bir kitab hüdudunda bir arada olurdu...

 2022-ci  il dünya uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, milyonların sevimlisi olan istedadlı rus yazıçısı Korney İvanoviç Çukovskinin yubiley ilidir. Martın 31-də tanınmış alim-ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, Oksford Universitetinin fəxri ədəbiyyat doktoru, bir sıra şeir, poema və nağılları rus uşaq ədəbiyyatının Qızıl Fonduna daxil edilmiş Çukovskinin anadan olmasının 140 illiyi sevə-sevə qeyd olunmaqdadır.

Dünya şöhrətli görkəmli rus və sovet  uşaq şairi, yazıçısı, memuarçısı, tənqidçisi, dilçisi, tərcüməçisi, ədəbiyyatşünas və ictimai xadimi  Korney İvanoviç Çukovski ömrü boyu bu təxəllüsü ilə tanınıb. Onun doğum adı Nikolay Emmanuiloviç Korneyçukov kimi qeyd edilib. Korney İvanoviç 31 mart 1882-ci ildə Rusiyanın Şimal paytaxtı Sankt-Peterburq şəhərində anadan olub. Anası Yekaterina Osipovna Korneyçukova Poltava quberniyasından olan kəndli idi və Sankt-Peterburqda Levensonlar ailəsinin evində üç il qulluqçu işləmişdi. Onun bu ailənin tələbə oğlu Emmanuel Solomonoviç Levensonla vətəndaş nikahından iki övladı; qızı- Mariya (Marusya) və oğlu Nikolay dünyaya gəlmişdi. Həmin dövrdə zadəgan nəslinin bir kəndli qadını ilə münasibətləri cəmiyyətin gözündə ciddi bir yanlışlıq kimi görünürdü. Nikolay doğulandan az sonra Emmanuel qeyri-qanuni ailəsini tərk edərək, öz çevrəsindən olan varlı qadınla evlənir. Bundan sonra, 1885-ci ildə küçəyə atılan və ayrı bir ev ala bilməyən Yekaterina Osipovna uşaqları ilə birlikdə Odessaya, qohumlarının yanına getməyə  məcbur olur.

Doğum şəhadətnaməsində uşaqların dəqiq adı, yaxud ata adı və soyadı mövcud deyildi. Oğlana verilən “Vasilyeviç” ata adı uşağın xaç atasının adı ilə qeyd olunmuş, bacısında isə “Emmanuilovna” atasının adından istifadə edilmişdi.

Nikolaya da “İvanoviç” ata adı xaç atası tərəfindən verilmişdi. “İvanoviç”- İnqilabdan sonra “Kök İvanoviç Çukovski” birləşməsi onun əsl adı, atasının adı və soyadı oldu.

O, bütün əsərlərini “Korney Çukovski” təxəllüsü ilə yazmışdı. İnqilabdan sonra “Korney İvanoviç Çukovski” təxəllüsü onun qanuni adı oldu.Bütün övladları, oğulları Nikolay və Boris, qızları Lidiya və Mariya inqilabdan sonra Çukovski soyadını və müvafiq olaraq Korneyeviç-Korneyevna olaraq atasının adını daşıdılar.

Yazıçının uşaqlıq illəri yoxsulluq və əzablar içində keçir. Anası növbə ilə çalışıb  tikişçiliklə, sonra paltar yumaqla pul qazansa da, qazanc yenə ailəyə çatmır. Çalışqanlığı ilə seçilən Korney, Odessa Gimnaziyasına daxil olur. Lakin təhsil naziri İ.D.Delyanovun gimnaziya rəhbərlərinə şagird sıralarına yalnız mənşəyi sual doğurmayan uşaqların qəbul olunmasını tövsiyə etdiyinə görə, istedadlı şagird  bu “şərtlərə” uyğun gəlmədiyi üçün 1898-ci ildə gimnaziyanın 5-ci sinfindən xaric olunur.Bu hadisələr yazıçının sonralar qələmə aldığı qürub dövrü cəmiyyətinin  ədalətsizliyini və sosial bərabərsizliyini səmimi şəkildə açıb göstərən “Gümüş Gerb” bioqrafik hekayəsində təsvir edilmişdir.

Anasına kömək etmək üçün Korney işə gedir; balıq torları düzəldir, dam təmizləyir, teatr afişaları hasarlarını rəngləyir.

Korney müstəqil olaraq ingilis və fransız dillərini öyrənir. Ədəbiyyata böyük maraq göstərməyə başlayır. Macəra romanları oxuyur, şeirə, poeziyaya həvəs göstərir.

1901-ci ildə sevimli müəlliflərinin əsərlərindən ilhamlanan Korney İvanoviç fəlsəfi bir əsər yazır. Gimnaziya dostu, sonralar tanınmış siyasətçi, sionist hərəkatın ideoloqu olmuş  Vladimir Zhabotinski əsəri bütöv oxuduqdan sonra onu “Odessa xəbərləri” qəzeti redaksiyasına aparır və bununla da Çukovskinin 70 illik ədəbi şöhrətinin təməli qoyulur. Şair ilk nəşr üçün 7 rubl alır.

İki il qəzetdə çalışdıqdan sonra Korney “Odessa xəbərləri”nin müxbiri olaraq Londona göndərilir. 1903-1904-cü illərdə demək olar, hər gün ingilis yazıçıları, tarixçiləri, filosofları və publisistlərinin oxuduğu İngilis Muzey Kitabxanasının pulsuz oxu salonunda çalışır. Burada  məqalələr yazır, xarici ədəbiyyatı öyrənir, həmin vaxt Çukovskinin 89 yazısı çap  olunur.

1905-ci ildə yazıçı Odessadan yenidən Sankt-Peterburqa köçür. Burada “Teatralnaya  Rossiya” qəzetinin müxbiri kimi işə düzəlir, burada hər nömrədə izlədiyi tamaşalar və oxuduğu kitablar haqqında reportaj yazıları dərc olunur.

Daha sonra Çukovski “Siqnal” jurnalını nəşr edir ki, bu işdə müğənni Leonid Sobinov nəşrin maliyyəsinə yaxından kömək edir. Jurnalda yalnız siyasi satira  çap olunur.Jurnalın müəllifləri arasında Kuprin, Fedor Sologub və Teffi kimi məşhur yazıçılar da vardı. Korney İvanoviç qeyri-müəyyən və hökumət əleyhinə əsərlərinə görə həbs edilir. Lakin bacarıqlı və görkəmli vəkil Gruzenberq Çukovskinin bəraət almasına və 9 gündən  sonra həbsdən azad edilməsinə nail olur.

Bundan sonra publisist “Vesy” və “Niva” jurnalları ilə, eləcə də müasir yazıçılar haqqında tənqidi məqalələr dərc etdiyi “Rech” qəzeti ilə əməkdaşlıq edir. Daha sonra bu əsərlər “Bu gündən”, “Üzlər və Maskalar”,   “Futirislər” adlı  kitablarında əksini tapır.

1906-cı ildə Korney İvanoviç Valeri Bryusovun “Tərəzi” jurnalının daimi iştirakçısı olur. Həmin il  Çukovski Finlandiya körfəzi sahilindəki  Kuokkala şəhərinə (indki Repino, Kurortnı rayonu, Sankt-Peterburq) gəlir. Burada rəssam Ilya Repin, vəkil Anatoli Koni, rəssam və yazıçı Vladimir Korolenko, Aleksandr Kuprin, Fyodor Şalyapin, Vladimir Mayakovski, Leonid Andreyev, Aleksey Tolstoyla  görüşür. Daha sonralar yazıçı 1940-cı ildə yazdığı “Repin.Qorki.Mayakovski.Bryusov.Xatirələr”, 1959-cu ildə yazdığı “Xatirələrdən”, 1962-ci ildə yazdığı “Müasirlər” kitablarında bir çox mədəniyyət xadimlərindən bəhs edir. Xatirələr Çukovskinin ömrü boyu saxladığı gündəliklər əsasında yazılmışdır.

İlk və əbədi sevgi Korney İvanoviçin qəlbinə  çox gənc yaşlarında hakim kəsilir. Odessada, Goldfeld yəhudi ailəsinin evi yaxınlığında yerləşən ünvanda yaşayan zaman mühasib Aron-Ber Ruvimoviç Qoldfeldin və həyat yoldaşı Tauba Oizerovnanın  Mariya adlı  qızına aşiq olur. Çukovski qara gözlü və dolğun qızı çox sevir.

Mariyanın ona biganə qalmadığı məlum olanda, Korney ona evlilik təklifi edir. Lakin qızın valideynləri bu izdivaca qarşı çıxırlar. Çarəsiz Mariya evdən getməli olur və 1903 -cü il mayın 26-da sevgililər ailə qururlar. Bu, hər iki sevdalı gənc  üçün  xoşbəxt, nümunəvi bir evliliyə çevrilir.

Ailənin dörd övladı dünyaya gəlir; 1904 -cü ildə onların  oğlu Kolya anadan olur. Atası kimi bütün həyatı boyu ədəbi fəaliyyətlə məşğul olur, məşhur sovet yazıçısı Nikolay Korneyeviç Çukovski kimi şöhrət qazanır. . Vətən Müharibəsi illərində Leninqradın müdafiəsində iştirak edir.

1907 -ci ildə Çukovski ailəsində gələcəyin daha bir  yazıçı övladı- qızı Lidiya  dünyaya gəlir. Onun ən məşhur əsərləri - “Sofya Petrovna”,  “Su altında enmə” hekayələri və “Anna Axmatova haqqında qeydlər” adlı dəyərli əsərləridir.

1910 -cu ildə oğlu Boris dünyaya gəlir. 31 yaşında, kəşfiyyatdan qayıdaraq, Borodino tarlasının yaxınlığında həlak olur. Bu, Vətən Müharibəsi başlayandan dərhal sonra, 1941 -ci ilin payızında baş verir.

Çukovski ailəsinin kiçik qızı Mariya 1920 -ci ildə anadan olur. Mərhum uşaq hər kəs tərəfindən dəlicəsinə sevilir, ona evdə məhəbbətlə Muroçka deyirlər. Muroçka atasının əksər uşaq hekayələrinin və şeirlərinin qəhrəmanına çevrilir. Lakin… Uşaq 10 yaşına çatmamış  xəstələnir, sağalmaz sümük vərəminə tutulur. Qızcığaz kor olur, ayaqları tutulur və ağrılardan əzab çəkir. 1930 -cu ildə valideynləri Muroçkanı vərəmdən əziyyət çəkən uşaqlar üçün Alupka sanatoriyasına aparırlar.

İki il Korney İvanoviç xəstə qızının dərdini ürəyində keçirir, övladının yanına gedir, onunla birlikdə uşaq şeirləri və nağılları yazır. Lakin…1931 -cu ilin noyabrında qız sevimli atasının qucağındaca gözlərini əbədi yumur. Gözəl Muroçka Krımda dəfn edilir. Yeri gəlmişkən, qeyd edim ki, Çukovski “Möcüzə ağacı” adlı gözəl nağılını Muroçkaya həsr etmişdir.

Bir neçə il sonra, 30-cu illərin ikinci bir faciəsi baş verir; 1938-ci ildə Çukovskinin böyük qızı Lidiyanın həyat yoldaşı məşhur fizik Matvey Petroviç Bronşteyn güllələnir.

Çukovskinin nə özünü, nə də ədəbi maraqlarını tam dərk etməsi mümkün olmayan bir xüsusiyyəti vardı. Bu həm gənclikdə, həm də qocalıqda uşaqlara olan bağlılıqdır. Korney İvanoviç uşaqlar arasında tez-tez yeni tanışlıqlara maraq göstərərdi.

O, Kuokkala sahilində uşaqlarla qalalar tikdirir, maraqlı oyunlara başlayrı. Əsl həvəs, zəngin təxəyyül ilə uşaqları fəth edir. Uşaqlıqda Çukovskinin şəxsiyyətinin cazibədarlığını yaşayan Leonid Andreyevin oğlu  yazır: “Hamımız dərhal ona öz uşaqlarımızın dünyasının adamı kimi inamla reaksiya verdik”.

 Kuokkallı uşaqlar, Korney Çukovskinin təşkil etdiyi şən bayramları da yaxşı xatırlayırlar. Onlardan biri 1917 -ci ilin yayında Yaz Teatrında (A.M. Qorki İstirahət Evinin indiki parkının ərazisində yerləşir) hazırlanmışdı. Çukovskinin dəvət etdiyi musiqiçilər Çaykovski, Mussorgski Qreçxaninovun uşaq kompozisiyalarını ifa edirlər. Çukovskinin öz övladları da daxil olmaqla, uşaqların özləri, sənətçilər Re-Mi və Puni tərəfindən səhnələşdirilən bir oyun-tamaşa təqdim etdilər. Və Korney İvanoviç bu yaxınlarda yazılmış “Timsah” nağılını oxuyur. Toplanan pullar Kuokkala İctimai Uşaq Kitabxanasına bağışlanır.

Çukovski ilk dəfə Kuokkalaya 1907-1908 -ci illərdə gəlir. 

Burada Repinlə tanış olur. İlya Efimoviç, Çukovskidən təxminən qırx yaş böyük olsa da, ona tez bir zamanda səmimi bir sevgi ilə müşaiət olunan simpatiya və maraqla yanaşır.

Çukovski də Repin kimi ailəsi ilə birlikdə Kuokkalada yaşayır.O dövrün bələdçi kitabçasında Kuokkalada dəniz sahilindəki ən yaxşı bağçaların  olduqca bahalı olduğu, daha ucuzlarının isə dəniz kənarında, dəmir yolunun arxasında yerləşdiyi bildirilirdi. Buna görə də Çukovski əvvəlcə dəmiryol stansiyasının yaxınlığında, sonra isə dənizə yaxın bir kottec kirayə götürür. Bir vaxtlar Çukovski keçmiş Xalq İradəsi olan Annenkovun bağçasını kirayələyir, onun istedadlı  oğlu Yuri ilə dostluq edir.  Bir müddət sonra, Çukovskinin Repin köməyi ilə daha əlverişli bir binaya köçmək imkanı yaranır.

İnqilabdan əvvəlki illərdə Çukovskinin evini dəfələrlə ziyarət edən Viktor Şklovski bunu “Yaşadıq – Olduq” kitabında belə təsvir edir: İngilis kottecinin bəzi əks-sədaları ilə. Yazıçılar qışda belə ona gəlirlər”.

          Çukovski on ilə yaxın Kuokkalada yaşayır. Burada amerikalı şair Uolt Uitmanın “Çəmən yarpaqları”nı tərcümə edir. Uşaq ədəbiyyatı (“Uşaqları və Allahı və Uşaqları Xilas edin”) və ilk nağıllar (“Firebird” almanaxı) haqqında məqalələr yazır. Çukovski və Kuokkala sözlərinin birləşməsindən əmələ gələn “Çukokkala” - Korney İvanoviçin ömrünün son günlərinə qədər saxladığı əlyazma yumoristik almanaxın adı belə idi.

“Çukokkala” sözü Repin tərəfindən icad edilmişdi. Rəssam Çukovskinin almanaxımda fəal iştirak edir və ilk rəsminin altında (20 iyul 1914 -cü il) imzalayır: “I. Repin. Çukokkala”.

“Çukokkala” nın doğulması bu tarixə, Birinci Dünya Müharibəsinin başlanğıcına təsadüf edir.

“Çukokkala” nın nə olduğunu söyləmək asan deyil. Bəzən isti mövzulara cavab verən əlyazma almanax adlanır, bəzən avtoqraf üçün ən adi albom hesab edilir.

Əvvəlcə “Çukokkala” bir neçə təsadüfi vərəqdən tələsik tikilmiş arıq bir dəftər idsə,  daha sonrakı dövrlərə aid dörd budağı olan 632 səhifəlik həcmli bir kitaba dönür.

Yazıçıların, (Aleksandr Blok, Nikolay Qumilyov, İlya Repin, Osip Mandelstam, Artur Conan Doyle və s.) rəssamların avtoqraflarını, rəsmlərini, zarafatlarını özündə əks etdirən əlyazma “Çukokkala” almanaxının da yaddaşa böyük köməyi olub. (“Çukokkala” yazıçının ölümündən sonra nəşr olunub).

İnqilabdan əvvəl Korney İvanoviç qəzet və jurnallarda müasir ədəbiyyat haqqında tənqidi məqalələr dərc etdirir, həmçinin bir neçə tənqidi toplular ərsəyə gətirir - Çexovdan bu günə”, “Tənqidi hekayələr”, “Çağdaş yazıçılar haqqında kitab”, “Üzlər və maskalar” və kitablar: “ Leonid Andreev Böyük və Kiçik “, “Nat Pinkerton və Müasir Ədəbiyyat” həmin topluların gözəl nümunələridir.

Korney İvanoviç 1916-cı ildə Böyük Britaniya hökumətinin dəvəti ilə rusiyalı jurnalistlərdən ibarət nümayəndə heyətinin tərkibində İngiltərəyə ikinci səfər edir. Həmin il Korney İvanoviç Çukovski Böyük Britaniyada, Fransada, Belçikada “Reç” qəzetinin müharibə müxbiri işləyir.

1917-ci ildə Pattersonun “Geliboluda bir yəhudi dəstəsi ilə” kitabına ön söz yazmış, kitabı redaktə və çap etmişdir. Kitab İngiltərə ordusundakı yəhudu legionu haqqındadır.

 Elə həmin il Maksim Qorki onu Parus nəşriyyatının uşaq şöbəsinə rəhbərliyə dəvət edir.Birgə işin nəticəsi 1918-ci ildə nəşr olunan “Yolka” almanaxı olur.

1917-ci ilin payızında Korney Çukovski 1938-ci ilə qədər yaşadığı Sankt-Peterburq şəhərinə qayıdır.

Korney Çukovski 15 cilddən ibarət əsərlərin müəllifidir.Lakin birinci cildin yalnız üçdə biri uşaq əsərləridir.

Korney İvanoviçin taleyinin ayrı-ayrı məqamları onun ailə üzvləri, doğmaları, dostları və həmkarlarının xatirələrində əbədiyyətə dönən həyat məşəli kimi yanır.

İlk öncə diqqətimi Lidiya Çukovskayanın “yaddaşı” cəlb edir. Böyük yazıçının qızı Lidiya Korneyevna yazır ki, (“Uşaqlığımın yaddaşı”. Moskva-1989)  Peterburqda 1882-ci ildə doğulmuş,  Peterburq universitetinin tələbəsi olan atam Poltava quberniyasından kəndli qadın olan anamı tərk etmişdir; və anam iki uşağını da götürüb yaşamaq üçün Odessaya getmişdir.

Babam, atamın atası haqqında ailədə heç vaxt, heç bir halda, heç bir şəraitdə, hər hansı bir səbəbdən kəlmə kəsilməzdi. Şifahi söhbətlərdə Korney İvanoviç onun barəsində qaradinməz olurdu və  özünün bütün uzun ömründə susqunluğunu saxladı. Mətbuatda isə bu barədə iki dəfə: “Özüm haqqında” oçerkində və “Gümüşü gerb” povestində bir-iki kəlmə deyib. Hər iki halda bunun üçün ki, “tərk edib” sözünü işlətsin və tərk olunmuşların nəsibini təsvir etsin.

Mən Korney İvanoviçin bioqrafiyasını  yazmıram. Mən öz uşaqıq illərimi yazıram və  bu uşaqlıq illərimin mühitini  mənə o yaratmışdı. O özü elə mənim uşaqlıq illərimdir – onun ömür illərinin üstünə  nə qədər illər gəlsə də və  müvafiq olaraq mən nə qədər yaşa dolsam da – mənim üçün bir-birindən ayrılmazdır. Mən tabutda onun əllərinə nəzər salarkən bu əlləri Kuokkalada avarları tutan gördüm. Bizim uşaqlıq illərimizin necə olduğu, bizə necə  bir uşaqlıq mühiti yaratdığı  bir başqa, onun özü isə öz tərk olunmuşluğu ilə yaradılmış, biçimlənmişdi. Bax bu səbəbdən mən onun haqqında yazmaya bilmirəm. Burada onun özününkülərdən və  yad ailələrdən olan uşaqlara münasibətinin, doymaq bilmədən uşaqları zənginləşdirmək, onların “yoxsuldan yoxsul olmamalarından ötrü onlara hədiyyələr vermək istəyinin təməllərindən biri bu – öz uşaqlıq çağında tərk olunmuşluğu idi. Uşaq həyatına daim altdan-altdan nəzər salmağı, dinləməyi buradan, öz tərk olunmuş uşaqlığından; böyüklərə təkidlə: uşaqları qorumaq, uşaqlara hörmətlə yanaşmaq xahişlərindən irəli gəlirdi; onun uşaqlara ünvanlanmış kitablarının və “İkidən beşədək” – böyüklərə ünvanlanmış, lakin uşaqlar haqqında kitabının mənşəyini axtarsaq burada taparıq. Onun Peredelkinoda qurduğu, oyuncaqlar və  kitablarla dolu olan və bu ətrafda yaşayan uşaqlara hədiyyə olunmuş kitabxanası da öz mənşəyini buradan götürürdü. Biz mədəniyyətdən ayrı deyil, onun daxilində  böyüyək deyə, bizim haqqımızda daim göstərdiyi qayğı da buradan gəlirdi. İngilis dili, şeirlər, xizəklə gəzinti, kitablarla ünsiyyət...

Oğlan uşağı ikən  özünün məhrum olduğu hər şey. Özü ata olanda bizə, öz uşaqlarına qismət etdiyi hər şey.

Uşaqlığında aldığı yanıq heç vaxt qarsalanmayaraq onu daim göynədirdi.

Onun 1925-ci ildə, 43 yaşını haqlamış ikən Nikolay Vasilyeviç Korneyçukovadan sənədlərində Korney İvanoviç Çukovskiyə çevrildiyi vaxtlar Gündəliyində etdiyi qeydlər bunun nə dərəcdə güclü bir  yanıq olduğundan xəbər verir.

Bir dəfə naxoşluğu zamanı gözlənilməz və  məcburi asudəlikdə köhnə  kağızları saf-çürük etmək fikrinə  düşür və, onları oxuyaraq gözdən keçirərkən uşaqlığını və  erkən gəncliyini ikrahla xatırlamışdır.

Bu uşaqlıq və  erkən gənclik ondan oğurlanmışdan daha pis idi – ona tüpürmüşdülər.

Dünyada yalnız bir adam, özü də “Yeniyetmə” romanının heç vaxt  həyatda olmamış qəhrəmanı – bu səhifələrin müəllifi ola bilərdi.

Budur həmin yazı:

    “Mənim Londona getməzdən əvvəlki Odessa dövrümə aid olan məktubları oxumaq xüsusilə əzabvericidir. Mən bu məktubları cırıb atdım – imkanım olsaydı həmin zaman kəsiminin özünü də gülə-gülə məhv edərdim. Mənim heç bir şeyə aidiyyətimin  olmaması, yersizliyim çox dəhşətli idi – mənim hətta adım belə yox idi... Mən nikahdankənar doğulmuş... uşaq olaraq  cəmiyyətin gözündə yer üzündə  toxumu qarışıq olan ən alçaq varlıq idim.   Başlıcası: o illərdə  mən əzablar içərisində  utanırdım deməyə  ki, mən “nikahdankənar” doğulmuşam... Özümün qanundankənar doğulmuş olduğumu etiraf etmək ən əvvəl öz doğma anamı rüsvay etmək deməkdi. Mənə  elə gəlirdi ki... yeganə mən – qanundankənaram, dünyada bütün yerdə  qalanlar – qanunidir, mənim arxamca pıçıldaşırlar, kiməsə (dalandara, qapıçıya) öz sənədlərimi  göstərəndə hamı ürəyində  mənə tüpürür. Əslində bu həqiqətən də  belə idi. Xatırımdadır... o illərimin mənəvi  işgəncələri:

  • Hansı zümrədənsən?
  • Kəndliyəm.
  • Sənədlərin?

Sənədlərdə isə  müdhiş sözlər yazılıb: hansısa kəndli qadının oğlu. Bu sənədlərdən elə qorxurdum ki, özüm onları heç vaxt oxumazdım...  Bu sözləri gözümlə görmək çox dəhşətli idi. Yadımdadır, bizim Yeparxiya məktəbinin ən yaxşı şagirdi olan bacım Marusyanın attestatı  mənə necə  bir rüsvayçılıq damğası, həqarət kimi  görünmüşdü; bu attestatda yazılmışdı: “Kəndli qadın Mariyanın qızı (atası yoxdur) Korneyçukova əla qiymətlərə layiq görülür”. İndi də  xatırlayıram ki, bu sözlərdən... utanıb xəcalətdən yerə girmişdim. “Biz – bütün digər insanlar kimi deyilik, biz ən pislərik, biz ən aşağıyıq”, − və uşaqlar öz ataları, babaları, nənələri haqqında danışanda mən yalnız qızarırdım, mızıldanırdım, özümdən yalan uydurururdum, dolaşıq sözlər deyirdim. Axı mənim ata kimi, heç olmasa baba kimi sərvətim heç vaxt olmamışdı. O zamankı bu yalan, bu dolaşıqlıq – bütün mənim sonrakı dönəm saxtalığımın və  yalanlarımın mənbəyidir. Kiməsə yazmış olduğum hər hansı məktub indi mənim əlimə düşəndə, − mən görürəm: bu, nikahdankənar doğulmuş olan birisinin məktubudur... 16-17 yaşlarım mənə xüsusilə əzablı olmuşdu... Yadımdadır, mən hətta ilk tanışlıqda hər kəsdən, bığlı-saqqallı vaxtlarımda belə, məzhəkə aktyorları sayaq rola girərək – “Mənə sadəcə Kolya deyin”, “Mənim adım isə Kolyadır” və s. deyə rica edərdim. Bu bir dilxoşluq kimi də  görünə  bilərdi, lakin bu məndə bir ağrı idi”

     Ağrı vardı və  qalmışdı – yaşa dolanda, ahıl vaxtında, qocalıq çağında da qalırdı, baxmayaraq ki, bu, özünü quraşdırdığı, özü üçün seçdiyi və  inqilabdan sonra sənədlərində təsbit olunan   yeni ad-soyadı ilə bir az yumşalmış kimiydi.

    Sənədlərdə hələ “kənli qadın Yekaterina Osipovna Korneyçukovanın oğlu” olduğu Kukokkala dönəmində  isə ağrı onu daha bərk yandırırdı; anasına sevgisi və onun halına acıması, anasına uşaqlıq çağlarından mənimsədiyi dərin ehtiramı atasına düşmınçilik hisslərini körükləməyə məcbur edirdi.

    Qəlbindəki bu düşmənçilik hissini  heç cür boğa bilmirdi.

     Yadımdadır, bir dəfə, Kuokkalada,  deyəsən altı yaşında, Kolyanın doqquz yaşında olduğu vaxt  anamız Mariya Borisovna, qəfildən bizi yataq otağına yanına çağırıb qapını bərk-bərk örtdü və birbaşa mətləbə keçdi:

  • Yadınızda qalsın, uşaqlar, atanızdan onun atası, sizin babanız haqqında nəsə soruşmaq olmaz. Heç vaxt heç nə soruşmayın. Yadınızda qaldı?  Di gedin.

     Etiraf edim ki, nəsə  soruşmağa heç hazırlaşmırdıq: bu dəqiqəyədək bizim ağlımıza da gəlməzdi ki, bizim doğmalarımız tam tərkibdə  deyillər. Anamın atası, bizim tək babamız bilirdik Boba doğulan vaxtlarda ölüb – lakin mən də,  Kolya da buna qədər onsuz da onu heç vaxt  görməmişdik. Anamın anası, nənəm, hələ də sağdı, lakin biz onun yalnız fotoşəkillərini və  məktublarını görmüşdük. Atamın bacısı Marusya xala bəzən Kuokkalaya gəlib gözə görünürdü. Anamın bacısı Nataşa xala da vardı. Yaxın doğmalardan biz yalnız nənəmi, atamın anası Yekaterina Osipovnanı tanıyır və  sevirdik. O, hər il bizə gələrdi; xeyli vaxt qalardı; xoş görkəmli, gözəl, yaraşıqlı, əlindən hər iş gələn bir qadındı; dadlı piroqlar bişirər, korjiklər və  balda makovniklər hazırlardı, bişirdiyi kuliçlər isə misilsizdi! (Bizə danışırdılar ki, kuliçləri hətta Londona göndərərmiş, atam evlənəndən sonra Odessa qəzetinin  müxbiri olaraq anamla birlikdə  ora gedibmiş.) Əgər nənəm Pasxada bizə gələrdisə, masamızda göy, yaşıl, qırmızı, sarı boyanmış yumurtalar görünər, iri boşqabda qəşəng formada qalaqlanar, adi yemək masamızı bayram masasına çevirərdi.

   Nənəm Yekaterina Osipovna mömin qadın idi. Evimizdə ikona yoxdu, bizi kilsəyə aparmazdılar, lakin nənəmizin xətrinə dəyməməkdən ötrü onun gəlişi ərəfəsində uşaq otağından onun sevimli  Möcüzəkar Nikolay ikonasını asar və  şamdan yandırardıq. Nənəm mən və Boba ilə bu otaqda yerbəyer olardı.

... Korney İvanoviç uşaqları sevirdimi?

Mənasız sualdır. Xüsusən bütün bu yuxarıda deyilənlərdən sonra.

Sarsaq sualdır. Aydındır ki, sevirdi. Bu məsum varlıqları kim sevmir ki?

 “Uşaqlar  − həyatın gülləridir”, “uşaqlar – gələcəyimizdir”. Çukovskiyə gəldikdə, uşaqlar üçün yazdıqları  “Əlüzyuyan”, “Milçək-vizilçək”, “İkidən beşədək”. Oğlunu güclü qolları ilə tavanadək atıb-tutan ata... Sonra mehriban Korney baba.

Bununla belə, o, uşaqları gerçəkdən sevsə və onlara hədiyyələr bəxş etsə, işıq gətirsə də, cavab ilk baxışdan göründüyü qədər asan deyildir: onları o, özünəməxsus şəkildə  çox sevirdi; hər halda, uşaqlardan bərk vəcdə gələn böyüklərə: öz balalarını ərköyün böyüdən, onları marçıltı ilə öpən, onlara zərif ləqəblər qoşan, başdan-ayağa duz kimi yalayan, muşquran,  maç-qucedən, hədiyyələrə qərq edən, digərləri ilə müqayisədə öz uşaqlarının daha ağıllı, istedadı və şirin olduqlarına inanan atalara, analara, əmi-dayılara dözə bilmirdi; təmtəraqlı üslubu, krujevaları, ağ corabları görməyə gözü yoxdu; mütləq hədiyyə gətirməklə, tortlu, qohum-əqrabalı ad günlərini götürmürdü; mənim yanımda nə zamansa uşağı öpdüyünü görmədim, uşaqlığımda onun əlini çiyinə və ya başa qoymaqdan, ya da gülümsünürək barmaqlarını silkələməkdən  başqa, nə mənə, nə də  başqa bir uşağa hər hansı digər nəvazişini  xatırlamıram; xatırlamıram ki, o, özünü uşaqlara, özününkülərə və yad uşaqlara səxavətlə həsr edən (Muroçkanın ölümündən sonra məktəblər və  uşaq bağçalarının daimi qonağı olmaqdan əlavə uşaq vərəm sanatoriyaları və xəstəxanalarının da daimi müsafirinə çevrilmişdi  − uşaqlar üçün onun gəlişindən gözəl hədiyyə olmazdı, sanki bəzədilmiş yolkanı  palataya gətirirdin!), özü bizim üçün sevimli oyuncaq olan bir adam kiməsə hamının sevgi əlaməti olaraq uşaqlara hədiyyə etdiyi şokolod qutusu, gəlinciklər, əsgərçiklər bağışlasın. O, dəftər, bloknot, karandaşın ucunu itiləməyə balaça bıcaq, yaradıcı işin tac olan qırmızı-göy karandaş, bir sözlə yazı yazmaq üçün nəsə bir şey (bunlardan ötrü əldən gedirdi), bəzən isə − əlüstü çəkilmiş gülməli rəsmlər hədiyyə edərdi. (Yeri glmişkən, 1916-cı ildə Lndondan bizə bədii kuklalar: milli geyimdə şotlandiyalı və  “holliuoqa” gətirmişdi.)  Ümumiyyətlə isə inandırmağa çalışırdı ki, çoxlu sayda oyuncaq – uşaqlar üçün zərərlidir, hədiyyələr təkəmseyrək bağışlanmalıdır, əks halda  oyuncaq öz cəlbediciliyini itirir; böyüklər uşaqlara hədiyyəni  daha çox özlərini göstərmək üçün bağışlayırlar. Həm də  buna görə ki, bu çox asan bir işdir. Mağazaya getdi, aldı, bağışladı. Mahiyyət etibarı ilə burada uşaq haqqında düşünmək tələb  olunmur. Təki pul olsun.

O, uşaqları sevirdimi?!

Uşaq dünyası onun qəlbində  heç vaxt ölüb getmədi.

... Bəli, Korney Çukovski uşaqları sevər və özünü bütün varlığı ilə onlara həsr edərdi. Və onlardan çox şey alardı: bilavasitə şən əhval-ruhiyyə, “küsmək” və  “mazelin”. Lakin incəsənət onun həyatının mənası idi. Uşaqları da ilk öncə  elə onların dünyaya yaradıcı  münasibətlərinə: təbiətə, oyunlara, poeziyaya həssaslıqlarına  görə sevərdi. Ona görə ki, onlar balaca tanrılar olaraq sözün özünü yaradırdılar. “Uşaq qəlbinə  hörmət olunmalıdır, − deyə “Uşaq dili” haqqında məqaləsində yazırdı, və  bu yaradıcının və  rəssamın qəlbidir.

Tənqidçi Korney Çukovski rəssam idi, bədiiyyat adamı idi.  Bunsuz onun  tənqidi məqalələrinin nə  mənasını, nə də onların təsiretmə səbəblərini anlamaq anlamaq mümkündür. O, məqalələrinin üzərində  digərlərinin şeir üzərində  işlədikləri kimi işlərdi, obrazları beytlər, bəndlər kimi düzür, fikir və obrazıarın hərəkətini – hər hansı nəsrə örtülü şəkildə xas olan ritmə  tabe edir, hər sözün çəkisini, yaşını, səsini yoxlayır, onun digərlərinin yanında necə  səsləndiyinə qulaq kəsilirdi;  və yazdığının  hündürdən oxuna bilməsi üçün hazır vəziyyətə gətirmiş olurdu. Onun məqalələri (nağıllardan az dərəcədə olmayaraq) insanla dolu zalda hündürdən oxunuşa hesablanmışdır, burada onu dinlərkən bir adam bir dəqiqə də olsun darıxmamalı, əsnəməməli, yanaşı oturmuş birisi ilə əyilib danışmamalı idi...”

Çukovski amerikalı şair Uolt Uitmenın poeziyasına heyran olmuş və 1907-ci ildən başlayaraq onun şeirlərinin bir neçə tərcümə toplusunu nəşr etdirmişdir. (1909-cu ildə R.Kiplinqin nağıllarını tərcümə etmişdir).

Bu barədə yazıçı “Məmin Uitmenim” kitabında yazır (Moskva, 1989):

“Erkən gəncliyimdə Uolt Uitmenə pərəstiş edirdim.

O, mənim qarşımda özünün bütün möhtəşəmliyi ilə hələ 1901-ci ildə - altmış səkkiz il öncə ucalmışdı. Mən bu kitabı Odessa limanında iyirmi beş qəpiyə hansısa bir matrosdan almışdım və bu kitab dərhal mənim bütün varlığıma hakim kəsilmişdi.

Bu, bizim qarışqa məişətimizin bütün xırdalıqlarından üz çevirmiş bir azmanın kitabı  idi. Mən ondakı həyatı qavrama yeniliyindən sarsılmışdım və  məni əhatə edən hər şeyə −  ulduzlara, qadınlara, otların saplağına, heyvanlara, dənizin ənginliklərinə, insan həyatının bütün məişət tərəflərinə yeni gözlə baxmağa başlamışdım. Bütün bunlar mənim qarşımda milyonlarca günəşin şəfəqlərinə bələnmiş saysız-hesabsız minilliklərin fonunda canlanmışdı.

Onun ekstatik dostluğa çağırışları da, onun bərabərliyə, əməyə, demokratiyaya bəstələdiyi işıqlı himnləri də, öz varoluşundan doğan bayıldıcı fərəhi də, o zamanın riyakarlarını bu qədər qorxudan cismin azadlığı şərəfinə cəsurca nitqləri də mənim gənc qəlbimdə özünün ən həssas əks-sədasını tapmışdı.

Təbii mən öz uitmençiliyimə mümkün qədər çox sayda adamı cəlb etmək istəyirdim və Uitmenin məni daha çx həyəcanlandırmış şeirlərini yöndəmsizcə, bir kömək olmadan  tərcümə etməyə girişdim. Mənim bu çevirmələrimdən parçalar bir neçə il sonra (1907) Uitmenə həsr edilmiş və Peterburq Universiteti nəzdindəki “Gənclər Dərnəyi” nəşriyyatında işıq üzü görən ilk kitabçamda ortaya çıxarıldı. Tərcümələr zəifdi, indi onların adını çəkməyə utanıram. Lakin bu kitabça özünə  bununla haqq qazandırırdı ki, Rusiyada Uolt Uitmenə qızğın maraq oyatdı. Bu barədə onun çoxlu sayda qəzet və  jurnal resenziyaları doğurdunu (“Niva”, “Russkaya mısl”, “Beseda” jurnallarında, “Rus”, “Seqodnya”, “Tovariş” qəzetlərində və s.) əsas götürüb mühakimə yürütmək olar.

Bunu söyləməyə ehtiyac varmı ki, üstündən bir neçə il ötəndən sonra özümü Uitmen qarşısında müqəssir hesab edərək onu yenidən, bu dəfə başqa cür, əslinə yaxın bir şəkildə, şirinlik qatmadan, bəzək-düzək vermədən tərcümə etməyə başladım. Maksim Qorkinin “Parus” yayın evində  1918-ci ildə  mənim kitabçamın üçüncü nəşri işıq üzü gördü. 1919-cu ildə  – dördüncüsü – Peterburq fəhlə və  qızıl əsgər deputatları Sovetində (A.V.Lunaçarskinin yazdığı sözardı ilə) çıxdı. Daha sonrakı nəşrlər 1922, 1923, 1931, 1932, 1935-ci illərə təsadüf etdi. 1944-cü ildə kitabçanın onuncu nəşri yayıldı. Burada Uolt Uitmen mənim ona həsr etdiyim digər kitabçalarla müqayisədə daha dolğun təqdim olunurdu.

Uolt Uitmenin daha çox şeiri ”Ot yarpaqları”nın 1953 və 1955-ci illərdə Dövlət Ədəbiyyat Nəşriyyatında (Qoslitizdat) çıxan iki rus toplusunda yer alırdı. Şübhə etmirəm ki, okeanaşırı bardın tam akademik nəşrinə təşəbbüs ediləcəyi vaxt yaxınlaşır.

Amma qəribə işdir! – bu yaxınlarda Uolt Uitmenin ən yeni  rus nəşrlərini vərəqlərkən mən təəccüb içərisində gördüm ki, mən onları gəhclik illərində oxuyanda məni ovsunlamış olan sehri, həmin “maqnetizmi” artıq hiss etmirəm. Mənə hardasa hətta darıxdırıcı göründü.

Əlbəttə, Amerikanın böyük şairinin daha mükəmməl və əhatəli tərcüməsinin tanıtım dəyəri çox böyükdür, lakin ümidvaram, istəyim tam qanuni şəkildə məndən xahiş edir ki, erkən gəncliyimin Uolt Uitmenini dirildim (özüm üçün və oxucuların yeni nəsli üçün), başqa sözlə bu kitabçada varlığımın həmin firavanlıq günlərində, insan ağlının şeirə daha həssas lduğu zamanda mənə hər şeydən qüvvətli təsir etmiş olan şeirlərini canlandırım. Bütün yerdə qalanları, mənə maraqsız və  yad görünənləri isə, bu iddiasız topluya daxil etməməyi qərara aldım.

“Mənim Uitmenim”in hər hansı elmi hədəfi yoxdur. Şeirlər janr əlamətlərini, xronoloji ardıcıllığı gözləmədən, mənim onları bir zaman necə  qavramışdımsa eləcə sıraladım. Bəzi mətnlər bütöv halda deyil, fraqmental şəkildə − onları necə xumuşdumsa eləcə verilmişdir.

Deyə bilərlər: bu subyektiv yanaşmadır, öz zövqünü oxucuya sırıyır. Bəs necə! Axı şeirlər heç də  sonra bu və  digər ədəbiyyatşünaslıq əsəri, elməbənzər dktrinalar üçün material xidməti görsün deyə yazılmır. Şairlər onları yaradarkən bunun arzusunda olurlar ki, xucular (əsas etibarilə gənclər) onları emosionallıqla, bütün qəlbləri ilə qavrasınlar, onlarda öz düşüncələrinin əks-sədasını görsünlər, onları subyektivcəsinə, öz həyəcanlarının hadisəsi kimi yaşasınlar.

Uitmenin kosmik peziyasını mən öz gəncliyimdə məhz bu şəkildə qavramışdım. Məndən ötrü bu şeirlər tarixi-ədəbi təzahür olaraq çox az önəm kəsb edirdi. Məndən ötrü onun başlıca üstünlüyü ondan ibarət idi ki, mənə bir növ yeni baxış bucağı verdi, məni yeni – geniş və fərəhli – dünya baxışı ilə zənginləşdirdi. Ümidvaram ki, onu eynilə  bu şəkildə qavrayan oxucular tapılacaq. Uolt Uitmen poeziyasını ədəbi-tarixi  planda oxumaq istəyində olan oxucuları isə mən yuxarıda adını çəkdiyim 1953 və  1955-ci illər toplularının üstünə  göndərə bilərəm...”

  1917-ci ildən Çukovski sevimli şairi Nekrasov haqqında yazmağa başlayır. Onun səyləri ilə Nekrasovun ilk sovet şeirlər toplusu nəşr olunur. Çukovski onun üzərində işi yalnız 1926-cı ildə bitirir, çoxlu əlyazmalara yenidən baxır və mətnləri elmi təhlillərlə izah edir. 1952-ci ildə   "Nekrasovun ustalığı" monoqrafiyası nəşr olunur, monoqrafiya dəfələrlə təkrar çap edilir və 1962-ci ildə Çukovski bu əməyinə görə Lenin mükafatına layiq görülür.

1917-ci ildən sonra ya əvvəllər çar senzurası tərəfindən qadağan edilmiş şeirlərin əhəmiyyətli hissəsini nəşr etmək mümkün olur. Nekrasovun hazırda məlum olan poetik cizgilərinin təxminən dörddə biri Korney Çukovski tərəfindən dövriyyəyə buraxılmışdır. Bundan əlavə, 1920-ci illərdə o, Nekrasovun nəsr əsərlərinin əlyazmalarını – “Tixon Trosnikovun həyatı və sərgüzəştləri”, “Arıq adam” və s.-ni aşkar edərək çap etdirmişdir.

Nekrasovdan başqa, Çukovski 19-cu əsrin bir sıra digər yazıçılarının, məsələn, Çexov, Dostoyevski, Sleptsovun tərcümeyi-halı və yaradıcılığı ilə məşğul olub, Çukovski Çexovu ruhən özünə ən yaxın yazıçı hesab edirdi.

1918-1924-cü illərdə Çukovski “Dünya ədəbiyyatı” nəşriyyatı rəhbərliyinin üzvü kimi də fəaliyyət göstərir, 1919-cu ildə “İncəsənət evi”nin yaradılmasında iştirak edir və onun ədəbi şöbəsinə başçılıq edir.

Qorkinin həmin illərdə  təşkil etdiyi və başçılıq etdiyi mədəni tədbirlərdə Çukovski onun ən yaxın köməkçilərindən idi. “Ümumdünya ədəbiyyatı” nəşriyyatı kollegiyasının ən işgüzar üzvlərindən biri idi. 1919-cu ilin sonlarında bir çox işlərə əsasən o başçılıq etmişdi. Bütün bu və  digər işlərə, o, canını qoyur,  tükənməz bir enerji ilə işləyirdi. Oktyabr çevrilişinin elə ilk ilindən ən gözdə olan, ən tanınmış mədəniyyət xadimlərindən birinə çevrilmişdi.

Çukovski “Timsah”ın ilk nəşrinin illüstratorundan cizgiləri təkcə məzmunla deyil, həm də nağılın üslubunun özəllikləri ilə uyğunlaşdırmağa çalışırdı. İstəyirdi ki, rəsmlər nağılın zənginliyini hərəkətlə, əhval-ruhiyyənin sürətlə dəyişməsini, epizodların növbələşməsinin ritmini çatdırsın. Çukovskinin təklif etdiyi "vorteks" kompozisiyası müasir rəssamların mətni yuyan "vorteks" rəsmlərinə bənzəyir, məsələn, "Moydodır" və "Fedorin dağı" əsərlərində əşyaların uçuşu və qayıdışı. Şübhə yoxdur ki, “qasırğa” kompozisiyası Çukovski nağılının fırtınalı dinamikasını, onun “felini, kədərli, dəhşətli və gülməlinin sürətlə növbələşməsini qrafika vasitəsi ilə ən dəqiq şəkildə çatdırır.

“Timsah”ınin ən böyük yeniliyi onun misrası idi - güclü, çevik, bir növ ifa edən, dəyişən ritmlərlə, rus nitqinin canlı intonasiyaları, səs-küylü alliterasiyaları, təəccüblü oxunması, oxunması və yaddaqalan olması.

Bütün nağıl ən mürəkkəb, ən incə ritmlərlə parıldayır və parıldayır - melodik, rəqs, yürüş, cəld və cəlbedici. Nağılda hər bir ritm dəyişikliyi hərəkətin yeni növbəsinə, yeni personajın və ya yeni şəraitin yaranmasına, mənzərənin dəyişməsinə və fərqli əhval-ruhiyyənin yaranmasına uyğunlaşdırılır.

Çukovskinin nağıllarının hər birinin qapalı, tam süjeti var. Ancaq eyni zamanda, hamısı birlikdə asanlıqla siklləşməyə borcludurlar və bir növ "heyvan" dastanını təşkil edirlər.

Çukovskinin ilk uşaq nağılındakı timsah əsas və ya ikinci dərəcəli xarakterin digər keyfiyyətlərinə keçdi. Bəzi nağıllarda ancaq onun adı çəkilir, hərəkət Timsahın yaşadığı eyni nağıl aləmində baş verir. Qarışıqlıqda yanan dənizi söndürür. "Moydodyr"da Tauride bağını gəzir, sidiyi udur və çirkli şeyləri udmaqla hədələyir. Oğurlanmış Günəşdə Timsah günəşi udur; “Barmaley”də bədxah qulduru, “Tarakan”da qorxusundan qurbağanı, “Telefon”da isə ailəsi ilə şam yeməyi yeyərək qaloşları udur. Ümumiyyətlə, udmaq onun əsas ixtisasıdır və ya kimisə və ya nəyisə udmaq qalstuk ("Oğurlanmış günəş") və ya tənbəllik ("Doktor Aybolit") rolunu oynayır. Barmaley Aybolitdə, Aybolit Barmaleydə iştirak edir. “Telefon”da kenquru Moydodirin mənzilini istəyir, “Bibiqon”da bu mənzilə mürəkkəblə çimən cüce gətirilir. Mənzillər fərqlidir, amma ev birdir.

Nağılların heyvan populyasiyası rus folklorunun nağıl faunasının nümayəndələri sayəsində xeyli artmışdır. Ekzotik heyvanlar, dəvəquşu, fillər, zürafələr, yaquarlar, “Timsah”da görünən şirlərlə yanaşı, yaltaq qulaqlı və çarpaz gözlü dovşanlar, danışan sağsağanlar, uzunayaqlı durnalar, xoş xasiyyətli gürz ayaqlı ayılar, cəsur ağcaqanad, bir möcüzə-tsok indi nağıllarda yaşayır yudo balıq balina. Adi ev heyvanları meydana çıxdı: inəklər, qoçlar, keçilər, donuzlar, toyuqlar və ev pişikləri.

“Timsah”da qorxmuş sakinləri “çəkmə və qılınclı” kök polis deyil, igid oğlan Vanya Vasilçikov “oyuncaq qılınc”ı ilə xilas edir. Tarakan filmində dəhşətə gələn şir və pələngləri kiçik və zahirən mənasız bir Sərçə xilas edir:

Tut, bəli tullanmaq

Bəli cücə-cıvıldamaq,

Chiki-riki-cücə-cik-cik!

Tarakanı götürüb dimdi, -

Nəhəng yoxdur.

Və "Bibiqon"da aydan düşən cüce güclü və məğlubedilməz bir sehrbaz-hinduşkaya qalib gəlir, baxmayaraq ki, midget özü "kiçik, sərçədən çox deyil":

O arıqdır

Budaq kimi

O, balaca Liliputiyalıdır,

Uzun boylu, kasıb adam, hündür deyil

Budur bir balaca siçan.

“Muxa-Tsokotux”da xilaskar buynuzlu böcək deyil, dişləyən arı deyil, yox yerdən gələn ağcaqanad, hətta ağcaqanad da deyil, ağcaqanad və hətta kiçik ağcaqanaddır:

Birdən bir yerdən uçur

Kiçik ağcaqanad

Və əlində yanır

Kiçik fənər.

Çukovskinin nağıllarında mütəmadi olaraq təkrarlanan zəifin, yaxşının güclü, şərin üzərində qələbəsi motivinin kökü folklorda dayanır: nağılda məzlum xalq zalımlar üzərində qələbə çalır.

"Sevinc" Çukovskinin sevimli sözüdür və o, bunu sonsuzca təkrarlamağa hazırdır:

Sevinc, şad, şad, şad uşaqlar

Rəqs etdi, atəşlə oynadı.(“Barmaley”)

Onun tamamilə ehtiyacı var ki, “hamı gülsün, oxusun, sevinsin” (“Bibiqon”). “Tarakan” da heyvanlar sevinir:

Çox şadam, çox sevindim bütün heyvan ailəsi,

Təbrik edirik, cəsarətli Sərçəni izzətləndirin!

Heyvanlar da “Aybolit”ə sevinirlər:

Həkim isə bütün günü gün batana qədər onları müalicə edir.

Və birdən meşə heyvanları güldü:

"Yenə biz sağlam və şənik!"

Və "Çaşqınlıq" da heyvanlar sevinir:

Heyvanlar sevindi:

Onlar gülüb mahnı oxudular

Qulaqlarını çırpdılar

Ayaqları ilə tapdaladılar.

"Oğurlanmış Günəş"də uşaqlar və heyvanlar birlikdə sevinirlər:

Xoşbəxt dovşanlar və dələlər

Oğlanlar və qızlar xoşbəxtdirlər.

"Muxa-Tsokotukh" dakı böcəklər də əylənə bilər:

Atəşböcəkləri qaçaraq gəldi

İşıqları yandırın

Əyləncə oldu

Bu yaxşıdır!

Hey qırxayaqlar

Yol boyu qaçın

Musiqiçiləri çağırın

Gəlin rəqs edək!

Yalnız şüurlu varlıqlar sevinə və şən ola bilməz. "Fedorin Grief" də qablarla belə oldu:

Qazanlar güldü,

Samovar göz vurdu...

Və nəlbəkilər sevindi:

Tink-la-la, tink-la-la!

         Və gülüb gülürlər:

         Tink-la-la, tink-la-la!

         Hətta adi bir süpürgə - bir dəstə nazik budaqlara ilişmiş bir çubuq - və bu:

Və süpürgə və süpürgə əyləncəlidir, -

Rəqs etdi, oynadı, süpürdü ...

Xoşbəxt, bütün yer üzünə,

Bağlar və tarlalar xoşbəxtdir,

Xoşbəxt mavi göllər

Və boz qovaqlar ...

Korney Çukovskinin “Telefon” əsərini uzun illər tək uşaqlar deyil, böyüklər də sevib. Burada telefonunun zəngi dayanmayan bir insanın həyatı təsvir olunur. Nağılçı fil, qarğalar, dovşanlar, timsahlar, ayılar tərəfindən müxtəlif xahiş və suallarla çağırılır. Səbirli qəhrəman hər kəsə sözdə və əməldə kömək edir, bəs qarşılığında nə alır?..

 Nağılı uşaqlarla birlikdə oxuyun. O, incə ünsiyyət qurmağı, problemlərin öhdəsindən müstəqil şəkildə gəlməyi, çətinliklər vaxtı köməyə çatmağı, özünün və başqalarının vaxtını dəyərləndirməyi və çox-çox bu kimi nəcib insani keyfiyyətləri aşılayır.

İnqilabdan sonra Çukovskinin ədəbi fəaliyyətinin istiqaməti dəyişməyə başlayır. 1920-ci illərin sonlarında E.Zamyatinlə birlikdə Qorki adına “Dünya ədəbiyyatı” kollegiyasında ingilis-amerikan şöbəsinə rəhbərlik edir. O, Mark Tven (“Tom Soyer” və “Huklberri Fin”), Çesterton, O. Henri (“Krallar və kələm”, novellalar), E. Raspenin uşaqlar üçün “Baron Münxauzenin macəraları”, “Robinzon Kruzo” və s. yazıçıların əsərlərini tərcümə edir.

1924-cü ildə Çukovski “Möcüzə ağacı” əsərini yazır. O dövrdə insanların çoxu yoxsulluq, səfalət içində yaşayırdı, gözəl geyinmək arzusu sadəcə xəyal idi. Çukovski onları öz yaradıcılığında təcəssüm etdirirdi. Möcüzə ağacında yarpaqlar, çiçəklər deyil, ayaqqabılar, çəkmələr, corablar böyüyürdü.

Korney İvanoviç sevimli qızı, 11 yaşında vərəmdən əziyyət çəkən  Muroçkadan bəhs edir,  pomponlu kiçik trikotaj mavi ayaqqabıların cırıldığını yazır, valideynlərinin ağacdan uşaqlar üçün dəqiq nə götürdüyünü təsvir edir.

İndi həqiqətən belə bir ağac var. Amma əşyalar ondan qoparılmır, əksinə asılır. O, sevimli yazıçının yaradıcılığının pərəstişkarlarının səyi ilə bəzədilib və onun ev-muzeyinin yaxınlığında yerləşir. Görkəmli yazıçının nağılının xatirəsinə ağac müxtəlif geyim əşyaları, ayaqqabılar, lentlər ilə bəzədilib.

1930-cu ildən etibarən Çukovski tərcümələrlə məşğul olmağa başlayır. 1936-cı ildə onun “Tərcümə sənəti” kitabı nəşr olunur, sonralar kitab “Yüksək sənət” adı ilə yenidən çap edilir. Yazıçı R.Kiplinq, M.Tven, O.Uayldın əsərlərinin rus dilinə tərcüməsi ilə də məşğul olur. Bu zaman o, xatirələrini yazmağa başlayır. Onlar Korney İvanoviçin ölümündən sonra “Gündəliklər 1901-1969” adı ilə nəşr olunur.

Korney İvanoviç – nağıl ustası və uşaq ədəbiyyatı nəzəriyyəçisi idi. Uşaqlar üzərindəki müşahidələrini Çukovski 1933-cü ildə işıq üzü görən, əyləncəli üslubda yazılmış və olduqca bilgiləndirici “İkidən beşədək” kitabında təqdim edirdi. Ədib bu məşhur kitabda uşaq psixologiyası və aləminin ən zərif məqamları barədə həssaslıqla yazırdı: “Hər balaca uşaq bizim planetin çox böyük əməkçisidir. Heyrət doğuran belə bir qısa müddətdə onun öz ana dilini, onun əcaib - qəraib formalarının bütün çalarlarını, onun şəkilçiləri, önşəkilçiləri və fleksiyasının bütün incəliklərini mənimsəməsinə kömək edən metodların mürəkkəb sisteminə mümkün olduqca diqqətlə nəzər salmaq yetərlidir. Dili mənimsəmə böyüklərin bilavasitə təsiri altında baş versə də, hər halda o, uşağın psixi həyatının ən böyük möcüzələrindən biridir.

Uşaq cəmi üç ilə - iki yaşdan beş yaşadək  doğma dilin bütün zənginliklərini mənimsəmiş olur. Özü də çalışqan  əzbərçi kimi deyil, bir şair kimi mənimsəyir.

İki yaşlı və üç yaşlı uşaqlarda elə bir dil həssaslığı olur ki, onların yaratdıqları sözlər heç də nitq şikəstliyi və  eybəcərliyi kimi görünmür, əksinə, olduqca sərrastdır, zərifdir, təbiidir…”.

Uçaq psixologiyasını öyrənmək və onların dili mənimsəmə prosesinin dərki Korney Çukovskinin həyatında mühüm nəticələri olan bir həvəs və maraq idi. Stalin dönəmində Korney Çukovskinin şeirləri əsassız olaraq amansız təqiblərə məruz qoyulur, hətta “çukovşina” kimi təhqiredici termin dövriyyəyə buraxılmışdı.

Korney Çukovski ilk növbədə uşaq yazıçısı, eləcə də bir sıra tənqidi və  ədəbiyyatşünaslıq əsərlərinin müəllifi kimi tanınır. Uşaqlar üçün Korney Çukovski ilk dəfə 1915-ci ildə yazmağa başlamışdı – “Timsah” poemasını ərsəyə gətirmişdi. Ardınca uşaq nağılları – “Moydodır”, “Tarakancığaz”, “Milçək-vizilçək”, “Barmaley”, “Telefon” nağıllarını – uşaq ədəbiyyatının solmaz incilərini yaratmışdı. Çukovski xarici müəlliflərin əsərlərinin tərcüməsi ilə də məşğul olurdu. Yazdığı uşaq nağılları ilə  demək olar eyni vaxtda  onun tərcüməsi ilə  Kiplinqin “Nağıllar”ı, “Tom Soyyerin macəraları”, “Heklberri Finnin macəraları” da işıq üzü görmüşdü.

Çukovskinin 1943-cü ildə yazdığı “Gəlin Barmaley'i məğlub edək” müharibə nağılı Sovet şeir antologiyasına daxil edilir və sonra Stalin tərəfindən  oradan çıxardılır. İki il sonra yazıçı “Bibigonun macəraları” adlı başqa bir əsər yazır. Hekayə “Murzilka” jurnalında nəşr edilsə də, radioda oxunsa da, sonralar “ideoloji cəhətdən zərərli” adlandırılaraq oxunması qadağan edilir.

60-cı illərdə Korney Çukovski uşaqlar üçün Müqəddəs Kitabın - İncilin təkrar izahı üzərində işləməyə başlayır. Bu kitab üzərində bir neçə yazıçı çalışıb, lakin bütün mətnlər Korney İvanoviç tərəfindən redaktə olunub. Sovet hökumətinin dinə qarşı mövqeyi səbəbindən Allah sözü “Rəbbin sehrbazı” olaraq dəyişdirilib. 1968-ci ildə İncil “Uşaq ədəbiyyatı” nəşriyyatında çap olunsa da və o, “Babil qülləsi və digər qədim əfsanələr” adlandırılsa da, buna baxmayaraq, nəşrin bütün nüsxələri nəşr orqanları tərəfindən  məhv edildi. Oxuculara təqdim olunan ilk kitabın nəşri yalnız 1990-cı ildə baş tutdu və 2001-ci ildə isə “Rosman” və “Əjdaha” nəşriyyatları kitabı “Babil qülləsi və və digər Müqəddəs Əfsanələr” adı altında nəşr etməyə başladı.

Düşünürəm ki, uşaqların mənsub olduqları və yaşadıqları ölkənin  dininin fəlsəfi, tərbiyəvi və mənəvi dəyərləri ilə tanış edilməsi, onlara bir sıra izahlı məlumatlar verilməsi heç də qəbahət olmamalıdır, bu, daha doğru yanaşmada həqiqətən əhəmiyyətli işdir. Ehtiram və sevgi hisslərimlə ilə müqəddəs İncilin hikmətindən bəhs edən və sadə dildə yazılan həmin kitabdan qısa qeydi təqdim edirəm: “...Bu rəsmdə böyük bir insan -  Avram təsvir olunub. Sonralar Allah onu Avraam adlandırıb ki, bunun mənası “çoxlu sayda xalqların atası” anlamındadır. O, rəbbini çox sevirdi, ona sadiq və itaətkar idi. Allah onu öz dostu adlandırmışdı. Müqəddəs kitablarda  rəbb deyir:  “Siz – mənim dostlarımsınız,  mən sizə dediklərimi yerinə yetirərsinizsə”.

Allah bir dəfə Avraama dedi: “Öz torpağından, öz qohum-əqrabandan, öz  ata evindən ayrıl, mən göstərdiyim torpaqlara  get.  Mən səndən böyük bir xalq törədəcək, sənə xeyir-dua verəcək, sənin adını ucaldacağam və sən mənim nəzərimdə olacaqsan. Mən səni sevənləri sevəcək, sənə küfr edənləri lənətləyəcəyəm; səndən olan  bütün yer tayfaları  mənim xeyir nəzərimdə olacaq”.

Avraam  rəbb ona dediyi kimi hərəkət etdi. O,  arvadı Sara,  qardaşı oğlu  Lot, əmlakı, vətəni Harranda, onun yanında olan bütün adamları da götürüb, rəbbin göstərdiyi Kənan torpağına getməkdən ötrü yola çıxdı. Yollarına davam edərək  More palıdlığı deyilən yerə gəldilər.  Burada rəbb Avraama zahir oldu və dedi: “Bu torpaqları mən sənin soyuna bəxş edirəm...”

Uşaq ədəbiyyatı sahəsində çalışan Korney Çukovski uşaq dilini öyrənən ilk tədqiqatçıdır. Onun uşaqlar üçün heç vaxt köhnəlməyən əsərləri indiyədək populyardır. Yazıçının yazdıqları  “Murzilka”da da dərc olunurdu.

Korney İvanoviçin parlaq istedadının hərarəti isə hələ əsrlər boyu planetin balaca vətəndaşları; istər körpələrin, istər uşaqların, elə istərsə də böyüklərin qəlbini fəth edə-edə isindirəcək, könüllərini sevə-sevə duyğulandıracaqdır...

Korney İvanoviç Çukovski öz iş gününə çox erkən başlardı. Şəhər yatır, evlərin pəncərəsində hələ işıqlar yanmayıb, küçələr bomboşdur, o isə artıq yazı masasının arxasında əyləşir. Əgər Korney  Çukovski ilə işləyirsənsə, onda sənin də sabah obaşdan işə başlamağın gərəkdir.

 Korney İvanoviç Çukovskinin istedadı bütün gücü ilə qol-qanad açırdı. O, Nekrasovun yeniləşdirilmiş, senzura məngənəsindən azad olunmuş mətnlərini nəşrə hazırlayır redaktə edir, qeydləri hazırlayır, ön sözlər və ya sadəcə  məqalələr yazır, Nekrasov haqqında kitab, öz müasirləri – Mayakovski, Blok, Axmatova haqqında əsərlər üzərində çalışır, Baltik Donanması kurslarında mühazirələr oxuyur... Hər yerdə kurslar açılır, əllərində  tüfəng, bellərindən mauzer və  naqan asılmış adamlar hər yerdə biliklərə can atır, mümkün qədər tezliklə mədəniyyətə qovuşmaq istəyirdilər. Bu kimi kurslarda Korney İvanoviç ən yorulmaz lektorlardan biri olmuşdur.

İncəliklərinə qədər bildiyi ingiliscədən parlaq tərcüməçi olaraq da işini  davam etdirirdi. Məsələn, rus oxuculara tərcümə  üçün “çətin” olan Uitmen kimi şairi bəxş etmişdi. Əlbəttə, həmin ilk illərdə həm də  tanınmış və  sevilən uşaq yazıçısı idi. Onun “Timsah”ı Oktyabr  çevrilişi ərəfəsində yazılmış və  jurnalda dərc edilmişdi, ayrıca nəşr kimi isə artıq Petroqrad fəhlə, kəndli və əsgər deputatları Sovetinin nəşriyyatında çıxmışdı.

  1. Kaverin Korney Çukovski haqqnda xatirələrindən bəhs etdiyi “Mən mehriban şirəm” məqaləsində maraqlı qeydlər vardır:

          “Keçən günlərin (1921) söhbətidir. Mən on doqquz yaşlı tələbəydim, özüm də “Serapionov qardaşları” ədəbiyyat cəmiyyətinin üzvü idim. Bu cəmiyyətdə həftəlik qiraət günlərindən başqa, xüsusi gecələr keçirərdik ki, uzun müddət o gecələrin dadı damağımızdan getməzdi. Mən gənclik illərində xoşbəxt olmuşam, firavan ömür sürmüşəm, bununla belə, firavan ömrümün ən yadda qalan, həmişə xatırlanan anları həmin gecələrdir. Biz bu gecələrdə qəribə tamaşalar göstərərdik. Bu tamaşalar ağılla, istedadla göstərilərdi. Həmin improvizə tamaşaların döyünən ürəyi həm rejissor, həm aparıcı, həm də teatr fəhləsi kimi fəaliyyət göstərən Lev Lunts idi. Biz gülüb, nələri ələ salmırdıq. Hər şeydən əvvəl isə gülüş hədəfi özümüz idik. Bəzi tamaşalarımızın adlarını xatırlayıram: “ Mixail Slonimskinin heykəli”, “ Vcevolod İvanovun vərəsə briliyantları”.

          İş elə gətirdi ki, Lunts və Vsevolod İvanov köçdülər. İmprovizələrimiz qabaqkı cazibələrini itirdi, sönükləşdi. Bununla belə, ənənələrimiz yaşayırdı. Bir gün kiminsə ağlına gəldi ki, Korney Çukovskinin ədəbi mühakiməsini təşkil etmək lazımıdır. Qabaqlar biz mühakimələr təşkil etmirdik. Bu “mühakimələr” bir növ can qurtaran tədbirlər idi. Belə “mühakimələr” hər yerdə həmişə keçirilirdi. Həmin “mühakimələrdən” birini – Yevgeni Oneginin mühakiməsini mən “İki kapitan” romanımda təsvir etmişəm.

          Sədrin kim olması yadıma gəlmir, zənnim məni aldatmırsa, İlya Aleksandroviç Qruzden idi. “Vəkilliyi” sol sənətin məşhur xadimi Nikolay Nikolayeviç Puninin zorla boynuna qoyduq. Mən ittihamçı kimi çıxış etməyi öhdəmə götürdüm, o saatda çıxışımı hərtərəfli düşünməyə başladım. Camaat çox idi, improvizələrimimz böyük müvəffəqiyyət qazandı. Tamaşaçılardan Anna Axmatovanı xatırlayıram. O, əynində tutqun rəngli paltar, qaşqabaqlı içəri daxil olub, dedi: “Birinci və axırıncı dəfə olsun”. – son cərgələrdəki kürsülərdən birində yerini rahatladı.

          Sədr işin məğzini izah elədi; müttəhim mətbuatda “Serapionoz qardaşları” toplusu haqqında bir kəlmə də söz deməyib. Natiq Mayakovski ilə Axmatovanın arasını vurmaq məqsədi ilə onları bir-birinə qarşı qoydu. Sonra qıpqırmızı qızardı, dili dolaşdı, mızıldadı. Buna baxmayaraq, mərhəmətli dinləyicilər ona iltifatla qulaq asırdılar. Şahidləri dindirdilər. Onlardan biri özünün uzun – uzadı dəlillərində dolaşdı, bundan istifadə eləyən melanxolik M.Zoşşenko onun dolaşdığı, çətinliyə düşdüyü fikirlərdən  birinə əks məna verib, yekunlaşdırdı. Zalda birinci və axırıncı dəfə gülüşdülər. “Mühakimə” bizim istədiyimiz kimi baş tutmadı.

          Sədr ictimai ittihamçıya söz verdi. Və mən çox əsəbi bir tərzdə, süni qəzəb və hiddətlə çıxışa başladım. Nə səbəbə hirslənmişdim, niyə qəzəblənmişdim? Nəsə, özümdən ağlasığmaz bir şey toxuya-toxuya “vəkil” N.N.Puninin üstünə düşdüm və burada elə bir hadisə baş verdi ki, mən indi də xatırlayanda qızarıram. Puninin qəribə vərdişi vardı – gah sol, gah da sağ gözü tez-tez qıyılardı. Birdən mənim ağlıma gəldi ki, niyə “vəkil” hər dəqiqə ya şahidlərə, ya hakimə, ya da tamaşaçılardan kiməsə göz eləyir? Bəlkə burada gizli bir məsələ var?

          Yadımdadır, Punin azca özünü itirən kimi oldu və istədi ki, izahat versin... Mən isə öz hütələk və fərsiz nitqimə ara vermirdim.

          Korney İvanoviç bu “mühakimədə” özünü necə aparırdı? Sədri o, həddən artıq, nəzəri cəlb edəcək dərəcədə ciddi bir diqqətlə dinləyirdi. Mənim Puninə qarşı ehtiyatsızlığımı o, azca özünü yığışdırıb qaşlarını çatmaqla qeyd elədi. Elə bil bununla da mənim əvəzimdən Punindən üzr istyəyirdi. Özünün yüngüllüyü və zır bədəni ilə məşhur olan, adı-sanı naməlum bir şair söz alıb müəmmalı “sinsik” sözü ilə (bu sözü “sosialist” də, “stilistik” də başa düşmək olardı) Çukovskini köhnə bir məqaləsinə (güman ki, Qorki haqqında) görə təqsirləndirəndə, Korney İvanoviç yazıq-yazıq uzun əllərini qoynuna qoydu, üzünü kədər bürüdü, fəlakətə hazır bir vəziyyət aldı. Artıq hamıya aydın olmuşdur ki, onu yox, bizi mühakimə etmək lazımdır – özümüzdən razılığımıza, lovğalığımıza və gənclik sırtıqlığımıza görə. Lakin sonradan müəyyən oldu ki, Çukovski tamam başqa fikirdədir. Yekun nitqində o, elə bil kiçik bir komediya göstərdi: günahlarını boynuna aldı, mərhəmət dilədi, natiqləri lazımınca qiymətləndirdi, “sinsik baxımdan” onu tənqid eləyən şairin isə tamamilə haqlı olduğunu qeyd elədi.

 Əfsanəvi məhşurluğu  yazdığı nağılları xatırladan bu yazıçı necə adam olmuşdur? Necə olmuşdu ki, məktəblidən tutmuş alimə qədər insanların böyük bir qisminin diqqətini cəlb edən müxtəlif mənəvi nemətlər onu əhatə etmişdi? O, əsl insanla əsl yazıçını birləşdirən yüksəkliyə necə qalxmışdır?

Ədəbiyyata sadiqlik onun canına, qanına hopmuşdu, bu, onun həyatının mənası idi.O, gəncnlik illərindən ədəbiyyata alovlu bir məhəbbətlə bağlanmış və bu məhəbbət onun əsərlərində hərtərəfli əksini tapmışdır.Onun yorulmaz, fasilsəsiz iş üslubunda nəsə qeyri-adi, hərəkətverici bir qüvvə vardı.Əlbəttə, bu qiymət onun özünə həddən artıq şişirdilmiş görünərdi.

Korney İvanoviç üçün ədəbiyyat adi məşğuliyyət yox, əsl fəaliyyət sahəsi idi, hər gün, hər saat udduğu hava idi – yaşadığını, varlığını sübut etmək üçün yeganə vasitə idi.O, hər sözü düşünə-düşünə, yazdıqlarına dəfələrlə qayıda-qayıda , müxtəlif variantnları müqayisə edə-edə yavaş-yavaş yazardı.Bütün bunlarla bərabər, ədəbi fəaliyyət ona sevinc, xoşbəxtlik gətirərdi, həm də onun üçün asan idi.O, bu asanlığı, bu xoşbəxtlik hissini yaşamadan öz dahiyanə əsərlərini yaza bilməzdi.

Korney İvanoviç onu tanıyanların yadında həmişə adamla qaynayıb-qarışan, söhbətcil, hazırcavab, zarafatı sevən və başa düşən gursəsli bir müsahib kimi qalacaqdır.O, həm də adi səhnəcikləri yox, bütöv hadisələri olduğu kimi yadda saxlayan qəribə yaddaşlı bir adam idi.

Söhbət eləyə- eləyə, danışa-danışa, müsahibini dinləyə- dinləyə (Korney İvanoviç qabil, diqqətli dinləyici idi) o, bir an da vaxt məhfumunu yaddan çıxarmırdı. Bütün böyük yazıçılar kimi o da bilirdi ki, “işin başdan aşması” nə deməkdir, yazı masasının arxasında saatlarla oturmağı bacarmadan gözə görünən bir şey yazmaq mümkün deyil.

Onun həmişəlik müəyyən edilmiş iş rejimini təkcə dostları yox, tanışları da yaxşı bilirdi.Gecələri də onun iş günlərinə əlavə etmək olardı.O, tez yatar, səhər saat altı olmamış, yazı stolunun arxasında əyləşərdi.

Demək olar ki, hər il süründürməçiliyə, saxtakarlığa, savadsızlığa, özündənrazı meşşan kütlüyünə qarşı Korney İvanoviçin məqalələri çap olunardı.Bu, illərlə davam elədi.Rus dilinin təmizliyi və zənginliyi uğrunda mübarizədə o, özünün “ən qorxulu silahlarını” işə salırdı; bu “silahlar”a ədəbiyyat cəbhələrində saç-saqqal ağartmış tənqidçinin acı kinayəsi, zəhərli sarkazmı və istehzası daxil idi.

O, eyni yorulmaz ardıcıllıqla  ədəbiyyatdakı bütün yenilikləri, orijinal düşüncə tərzini, böyük ümidləri müdafiə və təqdir edərdi. Adama elə gələ bilər ki, o, xatirələr, tarixi ədəbi əsərlər, tərcümələlr üzərində işləyərkən bir növ bizim müasir ədəbi mühitdən uzaq idi. Əlbəttə, bu yanlış təsəvvürdür. Bəlkə də ən heyrətlisi bu idi ki, o, bizim bütün işlərimizlə - mübahisə və ədəbi mübahisələrimizlə, bu günümüzlə yaxından maraqlana-maraqlana rus ədəbiyyatının tarixi əhəmiyyətini də heç vaxt yaddan çıxarmırdı. O bizim içimizdə sonsuz təcrübəyə malik yeganə adam idi. Onun hər şeyi dərk edən gözləri, nüfuzedici iti baxışları vardı.

Müasirliyi başa düşmək, onun uğrunda yorulmadan mübarizə aparmaq hissi, Korney İvanoviçdə yüz illərdən bəri öz yolu ilə gələn ədəbiyyatımızın “əbədiliyi” hissi ilə heyrətləndirici dərəcədə qaynayıb-qarışmışdı.

Təbiidir ki, ədəbiyyatımızın keçdiyi bu yolu dərk eləmək üşün gərək dünya ədəbiyyatının da bilicisi olasan. O, buna nail olmuşdu.

Boris Pasternak “İnsanlar və vəziyyətlər” adlı tərcümeyi-halında Lev Tolstoy haqqında (“Novıy mir” jurnalı, 1967-ci il №1) yazırdı ki, “o, bütün ömrü boyu, həmişə... şişirdilmiş, təfərrüatlı oçerklərdə belə, əhəmiyyətli hadisələri görə bilirdi. Biz nadir hallarda- uşaqlıqda və yaxud böyük bir  mənəvi qələbəni hiss etdiyimiz zaman hadisələrə belə baxmaq qabiliyyətinə malik oluruq”.

Pasternakın bu orijinal fikri təkcə Tolstoya aid deyildi. Tolstoyda uşaq müşahidəçisinin itiliyi ömrü boyu qalmışdı. Başqa yazıçılar isə bu müşahidə sayəsində öz uşaqlıq illəri haqda hekayələr yazmışlar. N.Q.Qarin- Mixaylovskinin “Tyomanın uşaqlığı” gözəl kitabdır. A.Tolstoyun  “Nikitanın uşaqlığı” şedevrdir. Bu əsərdə rus təbiəti – yaz, yay, payız, qış- xüsusi məqsədlə yox, ötəri, lakin heyrətləndirici dərəcədə gözəl və dəqiq təsvir edilmişdir. Bu kitab kimdən ötrü yazılıb- uşaqlardan, yoxsa böyüklərdən?

Uşaqların öz mütaliə dairəsi olması faktı mübahisəsizdir. Jül Vern özünün məşhur romanlarını böyüklər üçün yazmışdır. Stivenson, Hüqo, Volter Skott da “sürüşüb” uşaq ədədbiyyatına düşmüşlər, özləri də elə “sürüşmüşlər ki”, bu ədəbiyyatda ədəbi qalmışlar. Qoqol “Dikanka yaxınlığında xutor axşamları” nı uşaqlar üçün nəzərdə tutmamışdır. A.Tolstoy isə yatanda ağlına da gətirə bilməzdi ki, gimnazistlər (o cümlədən mən özüm də) dördüncü kursdan beşinciyə keçəndə onun “Knyaz Serebryanı” kitabını mükafat alacaqlar.

O, bizim içimizdə sonsuz təcrübəyə malik yeganə adam idi...Heç kəs – həm nəzəriyyədə, həm təcrübədə Çukovski qədər xüsusi enerji ilə, fasiləsiz  “uşaq müşahidəsini” öyrənməmişdir. Onun “İkidən beşəcən” kitabı 20 dəfədən çox nəşr edilmişdir. Hər nəşr yenidən işlənmiş, əlavələr edilmişdir.O, çox gözəl sübut etmişdir ki, xüsusi uşaq ədəbiyyatı yoxdur.Puşkinin nağılları, Krılovun təmsilləri böyüklər üçün yazılmış, lakin uşaqlar tərəfindən də məhəbbətlə qarşılanmış, onların sevimli kitablarına  çevrilmişlər. P.P.Yermolovun “Qozbel at” əsəri də böyüklər üçün yazılmışdır.

Çukovskinin şeirləri haqqında bunun əksini demək olar.Onun uşaqlar üçün yazılmış şeir və nağıllarını böyüklər sevə-sevə mütaliə edirlər.Bu əsərlər sözün əsl mənasında hamı tərəfindən mütaliə olunur.Bunlara onu da əlavə etməliyik ki, Korney İvanoviç təkcə bizim  uşaq ədəbiyyatının əsasını qoyanlardan biri deyildi.O, eyni zamanda uşaq şeirinin nəzəriyyəsini yaratmış, bu şeirin qrafik təsvir üsulunu, ritmikliyini, musiqiliyini və orijinallığını əsaslandıra bilmişdir. “Timsah”sız, “Barmoley”siz və  “Moydodır”sız  bu nəzəriyyə yarana bilərdimi? Əlbəttə, yox. Bu kitabların gözəlliyi, sadəliyi kimi heyran etməyib? Uşaq ədəbiyyatı sahəsində bu əvəzsiz nailiyyətinə  o, öz nəhəng bədəni ilə uşaqlara tərəf əyilib onları dinləməsi, onların maraq dairəsini öyrənməsi nəticəsində nail olmuşdur.

O, bir dəfəlik dərk etmişdir ki, uşaqlar üçün bir növ uşaqlar özləri yazmalıdır. Böyüklərin bu həqiqətdən kənar əsərləri isə onların diqqətini cəlb etməyəcəkdir.

Onun özü ömrü boyu nəsə uşaq xasiyyətli idi.Elə buna görə də o, uşaqlarla onların öz dilində danışa bilirdi.

O, elə bil, səhnədə uşaqlar qarşısında onların rolunu oynayırdı. Onun uşaq kitabları köhnələn deyil və heç vaxt köhnəlməyəcək. Hər şey uşaqlıq illərindən başlayır. Uşaqlarla Korney İvanoviçin kitabları isə bir-birindən ayrılmazdır, bir-birinə qırılmaz tellərlə bağlıdır.

Onun fəaliyyətinin bir cəhətini qeyd etmək istərdim, o da xəlqilikdir.

O, “İkidən beşəcən” kitabı ilə sübut etmişdir ki, rus uşaq mahnıları müdrik xalq pedaqoji təcrübəsinin ən güclü silahı olmuşdur.

...Rus folkloru şüurlu surətdə, qəsdən yol verilən mənasızlıqlarla, qəribəliklərlə, söz oyunu  ilə zəngindir. Bu zənginlik Çukovskinin və S.Marşakın adı ilə bağlı olan 20-30- cu illər “intibahına” kimi gəlib çıxmışdır. Yüzilliklərin üstündən keçib bütün bu zənginlikləri geniş müşahidə etmək qabiliyyəti az idi. Sovet ədəbiyyatının ilk dövrlərində yaranan “intibahın” müasirliyini qiymətləndirmək də az idi. Öz kəşflərini məlum, ölçülü- biçili düşüncə tərzindən, əprimiş meşşanlıqdan,”ağacda başmaq bitməz (“Qəribə ağac”), kərgədanın Neva prospektindı nə işi var, biz uşaq yazıçılarından bunu gözləmirik”,- deyən adamlardan qorumaq lazımdır.

Kitabın “Yerli yersizliklər” fəslində Çukovski sübut etmişdir ki, böyüklərin öz düşüncə tərzlərini uşaqlara “sırımaq” cəhdi həmişə müvəffəqiyyətsizliyə uğramışdır, ona görə ki, uşaqlar yüzillərlə öz uşaq olmaq hüquqları uğrunda mübarizə aparmış və qələbə çalmışlar.

Çukovskinin onlar üçün yazdıqlarının hamısı bu qələbənn canlı təcəssümü idi. Bundan başqa onun şerləri elə sərrast yazılmışdır ki, bu şeirlərdən dildən elə həssas istifadə edilmişdir ki, xalq onları yüksək mükafatlandırmışdır. Yazıçı ömrü boyu bu mükafta bel bağlaya bilərdi: onun şeirləri dillərə düşmüş və folklora çevrilmişdir.

İşıq çəkəndən xarab olmuş elektik xəttini düzəltməyi xahiş edəndə o, özü də bilmir ki, bu misra Çukovskinin “Telefon” şeirindəndir, deyir: “Yesli moqu, pomoqu”. Bizim hansımız vəziyyətimizin ağırlığını ifadə etmək üçün bu misralardan istifadə etməmişik.

                    Ox, neleqkaya eto rabota-

                    İz bolota taşit beqemota.

Belə misalların sayını artırmaq da olar. Çukovski poeziyası folklordan mayalanıb folklora çevrilmişdir.  Bu xoşbəxtlik isə az yazıçılara nəsib olur.

Onun xeyirxahlığı tələbkar və güzəştsiz xeyirxahlıq idi. Vaxt olurdu ki, mən də öz əlyazmalarımı ona göstərər və onun bir neçə kəlməsindən sonra həmin əlyazmasını təzədən köçürməli olardım.

Mənim “Məktəb tamaşası” povestimin taleyi də belə olmuşdu. İşə başlamaq ərəfəsində mən müəllimlərlə söhbətim, şagirdlərin mənim verdiyim mövzular əsasında yazdıqları sərbəst yazılar, eyni məktəbdə təhsil alan oğlan və qızlarla görüşlərim haqda Çukovskiyə məlumat verərdim. Adətən bizim söhbətimiz mənim povestimin əsas motivini təşkil edən ədəbiyyatın tədrisi məsələsindən olardı. Mən Çukovskiyə sübut  etməyə çalışardım ki, onun “Ədəbiyyat və məktəb” məqaləsinin yazıldığı 1936-cı ildən keçən müddət ərzində heç nə dəyişməyib. O, etiraz edərdi: klassiklərimizin əsərləri nümunəvi şəkildə çap olunur, pedaqoji ali məktəblərə indi gənclərin çoxu qabaqlara nisbətən daha çox öz arzuları ilə gedir. Bədbəxtlik burdadır ki, həmin gələcək müəllimlərin müəllimləri özləri savadsızdır. Və çox vaxt onlar ədəbiyyatı sevmir, daha doğrusu, başa düşmürlər.

Povesti bitirdim. Əlyazmasını Korney İvanoviçə təqdim elədim və səbirsizliklə onun müsbət rəyini gözləməyə başladım. Özüm də bilmirəm niyə əmin idim ki, onun rəyi müsbət olacaq. Gözüm yolda qalmışdı, ondan cavab çıxmırdı. Bir gün dözməyib evinə getdim. Bəxtimdən qeyri- münasib vaxta düşdüm. O, Moskvaya getməyə hazırlaşırdı. Qapının kandarında söhbətimiz uzun çəkmədi. Daha doğrusu, söhbətimiz olmadı. Korney İvanoviç şubasını geyinə- geyinə razılıq bildirən bir ifadə ilə:

-Filankəsin yazdıqlarından yaxşıdır! –O, bir yazıçının familini dedi.- Çox yaxşıdır!

O biri gün mən povesti birinci sözündən tutmuş axırıncı sözünə kimi yenidən işlədim. İkinci nüsxəni Çukovskiyə göstərmədim. Onun qısa, məntiqi rəyinin  təsiri hələ də mənim üzərimdə hökmü- fərma idi. Köhnə dostum N.L.Stepanovla məsləhətləşdim və ikinci variantı yazdım. Həmin variant da “Novıy mir” jurnalında çap olundu.

Görəsən, niyə Çukovskinin ilk baxışda müsbət görünən iki kəlməlik rəyi mənə belə güclü təsir etmişdi? Ona görə ki, onun adını çəkdiyi yazıçı bir neçə “məktəb povesti” çap elətmişdi. Həmin povestlərdə onuncu sinifdə oxuyanoğlan və qızlar bir-birilə elə söhbət edirlər ki, guya onlar uşağın hardan meydana çıxdığını bilmirlər. Bütün məsələlər beləcə asan yolla həll olunur, müəllimlərin, tənqidçilərin qəzəbinə düçar olmamaq üçün kəskin müasir problemlərin üstündən sükutla keçilirdi. Belə əsərləri oxuyandan sonra adamın ağzında gülab dadı qalır.

Çukovskinin iki kəlmə sözü məni nəinki kəskin müasir problemlərdən uzaqlaşmağa qoymadı, həm də janrın imkanlarını bütün genişliyi ilə mənə göstərdi.

Çukovskinin arxivi saxlanılan otaqda qalın dodaqlı, mehriban və acıqlı bir şir qoyulub. Bu şir ingiliscə aşağıdakı sözləri deyə bilir:

                    Mən mehriban şirəm,

                    Mən lap həqiqi şirəm.

                    Mən uşaqları sevirəm,

                    Mən cəngəlliklər şahıyam.

Bu düzəltmə şiri bir balaca incidən kimi o yeddi- səkkiz dəfə deyir:

                    Mən uşaqları sevirəm.

Görünür bu sözlərdən onun xoşu gəlir. Qapının üstündə girəcəkdən sağ tərəfdə açıq göy rəngli, tünd qırmızı gözlü bir balıq asılmışdır. Yaponiyada bu balıqları oğlan uşağı dünyaya gələn ailələrin evinin üstündən asırlar. Otağın mərkəzində, çil-çırağın altında rəngli kağızlardan düzəldilmiş durnalar asılıb.xoşbəxt olmaq, lap azı sağlam olmaq üçün gərək min dənə belə durna düzəldəsən...

Bunların hamısı yapon yazıçısı Tomiko İnunin hədiyyələridir. Biz Korney İvanoviçin iş otağındayıq. Mən bu qeydlərimi Korney İvanoviç üçün yazı masasını əvəz eləyən taxtanın üstündə kağıza köçürürəm. O, harda gəldi orda, istənilən vəziyyətdə (uzananda da, oturanda da) yaza bilirdi. Bir də görürdün ki, divanın üstündəki qalın yastıqlara söykənib, dizlərini büküb və həmin taxtanı dizinin üstünə qoyub yazmağa başladı.

Yay olanda “kukuşka” deyilən balaca eyvanda oturmağı sevərdi. Bu eyvanda ona baş çəkənlərin çoxunun gözündən yayınardı. Küçədən və bağdan divarla ayrılan başqa böyük bir eyvan da vardı. O, bu eyvanda işləməyi sevərdi.

O, 86 yaşında hava bir az dumanlı olanda qıçlarını dizəcən şalla bürüyər, eynəksiz yazardı. Lakin yazı masasını – taxta parçasını həmişə əlində gəzdirib üzərində məqalə, şeir, nağıl, tapmaca, xatirə, məktub yazan bu qoca qocalıqdan ümidsizlikdən, rahatlıqdan əsər-əlamət yox idi. O, heç vaxt rahatlanmırdı. O, bilirdi ki, özündən razı olan, rahat adamların ədəbiyyat aləmində yeri yoxdur.

Yenə onun iş otağına qayıdaq.yazı masasının üstündəki kitabları ona müxtəlif ölkələrdən ölümünə üç – dörd həftə qalmış göndəriblər. O, bu kitabların bəzilərini oxuya bilib, qeydlər də edib.

Divanın yuxarısındakı rəfdə Uitmenin əsərləri qoyulub.Burda onun bütün kitabları, şeirləri yazılmış vallar öz yerini tutmuşdur. Rəf iki yerə bölünür: sağda-Uitmen, solda-Çexov və Blok.

Kitab dolabında Çukovskinin uşaqlar üçün yazdığı kitablar, dolabın üstündə isə Aqata Kristinin, Doroti Sayersin povest və romanları...

Xoşxasiyyət, sadə və mürəkkəb, ömrü boyu ağır zəhmətlə işləyən, mədəni, şən, həyatı və şöhrəti sevən, ironik təbiətli bir adam!

          Mən mehriban şirəm.

          Mən cəngəlliklər şahıyam,

          Mən lap həqiqi şirəm,

          Mən uşaqları sevirəm.

Bu otaq onillərlə rus ədəbiyyatı tarixinin canlı bir parçası olub.Bu otaqda hər şey həm bizim üçün, həm də gələcək nəsillər üçün o, ölən günü necə qoyulmuşdusa, eləcə də qalır.Belə olsa, yaxşıdır.

Çukovskinin gündəliyindən (12 noyabr 1946-cı il , səh.38): “Bu gün biz şəhərə köçürük. Mən ən zərif minnətdarlıq hissi ilə bu otağı xatırlayacağam...Bu otağı mən bütün yaşadığım otaqlardan çox sevirəm...”

Qəribə bir insandan ayrıldıq, ona öyrənmişdik, onsuzluq bizim üçün ağırdır. O, böyük, nəhəng bir ömür yaşamışdır. O, elə bil, Puşkinin “biz tənbəl və biganəyik” misrasını təkzib eləmək üçün dünyaya gəlmişdir.

Qayğıkeşliyinin, gülərüzlüyünün daimiliyi ilə bizi ərköyün öyrədən bu böyük insan həyatımızın da böyük bir hissəsini özü ilə birlikdə apardı”.

“Korney Çukovski. Həyat və  yaradıcılığı” kitabında oxuyuruq:  (Moskva, 1978)

“...Korney İvanoviç Çukovskinin-nağılçı, tənqidçi, ədəbiyyatşünas, memuarist, uşaq psixikasının tədqiqatçısı, tərcüməçi və tərcümə nəzəriyyəçisinin, sovet dövrü uşaq ədəbiyyatının təməl daşını qoyanlardan birinin ömür yolu başa çatıb. Lakin onun kitabları heç şübhəsiz yeni bir həyat yaşayacaq, gələcəkdə də qəbul olunacaq, yazıçının sağlığında olduğu kimi, qızğın mübahisələr doğuracaqdır.

Onun yaradıcılığı hər zaman gələcəyə, “qocaların heç vaxt görməyəcəyi qarşıdakı yüzillərə” yönəlmişdir.  Əbəs yerə “İkidən beşədək”in son nəşri  yazıçının nəticələrinə, eləcə  də  “onların sabahkı iyirmi birinci yüzildə yaşayacaq və  işləyəcək nəvələrinə və  nəticələrinə” ünvanlanmayıb. Əbəs yerə onun kitablarında proqnoz, öncədəngörmə, öncədən hissetmə, öncədən duyum elementləri bu qədər qabarıq deyildir. Əbəs yerə “Yüksək sənət”də  tərcümənin dəqiqliyi haqqında mühakimə yürüdərkən, Çukovski bu nəticəyə gəlmir ki, bu “dəyişkən, dialektik anlayışdır” və  nəyin “1980 və  ya 2003-cü ildə dəqiq tərcümə  sayılacağını” öncədən duymaq mümkün deyildir.

Beləliklə, onun irsinin bir qismi gələcəkdə tarixi maraq obyekti olacaq, digər qismi isə gözlənilmədən  əvvəlkindən daha aktual və  hətyati ola bilər.  Bununla birlikdə Korney Çukovskinin əsərləri, hələ onun nağıllarını demirik, hər zaman maraqlı, hər zaman oxunaqlı olaraq qalacaq. Elə onun ölkə tarixinin bu qədər mürəkkəb dönəmlərindən keçib gələn, uşaqlardan tutmuş böyük yazıçılara qədər çoxlu sayda insanla ünsiyyətin izlərini saxlayan  uzun ömrünün özü həm oxuculara, həm yazıçılara və əlbəttə, araşdırmaçılara maraqlı olacaqdır.

... Korney İvanoviç Çukovski – Nekrasovun ən böyük tədqiqatçısıdır. Nekrasovun mətnləri, Çukovski onları öyrənənə və  nəşr edənə qədər və ondan sonra – tarixi-ədəbi baxımdan Annenkova qədər və ondan sonra Puşkinin əsərlərinin nəşri ilə müqayisə oluna bilər.

  Nekrasov şeirlərinin öncəki “tam” külliyyatı  32 214  misra təşkil edirdi.  Çukovski ölkəyə Nekrasovun daha 15 000 yeni, naməlum misrasını bəxş etmişdir. Çukovski 35 çap vərəqində yeni nəsr mətnlərini aşkarlamış və  şərhini  vermişdir.

... Mən nə  dilçiyəm, nə  də alim”, - deyə Korney İvanoviç  özü haqqında deyirdi. Bu, əlbəttə, belə deyildi. O, bu mənada dilçi deyildi, deyək ki, Rus Dili İnstitutuna xidməti işə  gedib-gəlmirdi, alim deyildi – bu mənada ki, elmi şuraların iclaslarında oturmurdu. Qalan bütün münasibətlərdə, o,  incə duyumlu tədqiqatçı, rus dilinin, onun tarixinin,  onun çağdaş durumunun gözəl bilicisi idi.

O, dilin inkişaf qanunları gerçəkdən anlayan, dil faktlarına obyektiv baxmağı, onları qiymətləndirərkən yeganə  arqument qismində öz şəxsi rəyini, öz zövqünü yeritməməyi bacaran çox az yazıçıdan biri idi. Ona nədəsə, hardasa xoş görünməyən sözə qərəzini boğmağı, digərlərinin fikrini dinləməyi, gənclərin sözünə qulaq verməyi bacarırdı;  yeni olanın dildə yolunun mürəkkəb olduğunu, düzxətli olmadığını bildiyindən, yeniliyə qarşı qəti hökm çıxarmağa tələsməzdi.

“O da qocaların əksəri kimi münasibət sərgilərdi: rus dilinin onun uşaqlıq və  gənclik illərində  mövcud olmuş normalarından bərk yapışardı. Qocalar həmişə elə təsəvvür ediblər (və indi təsəvvür edirlər) ki, onların uşaqları və nəvələri (xüsusən də  nəvələri) düzgün rus danışığını guya eybəcər hala salırlar”.

Bu −  Korney İvanoviç A.F.Koni haqqında (“Həyatın özü qədər canlı”. Moskva, 1963) sözləridir. Bu sözlər onun özünə o qədər də tətbiq edilə bilməz,  ona görə ki, səksən səkkiz yaşını  haqlasa da, qoca olmağa macal tapmadı.

Dilə münasibətdə, həyatda olduğu kimi, hər zaman gənc qalmışdı, hər zaman öndə  gedər, rus dilinin fırtınalı stixiyasına diqqətlə nəzər salar, yeni olan hər şeyə fərəhlənər, dili korlayan hər şeyə qanı qaralar, hiddətlənərdi. Dilə münasibətdə də, həyatda olduğu kimi, canlı, parlaq olan hər şeyi sevər, riyakar puritanizmə gülər və soyuq, bürokratik basmaqəlibçiliyi görməyə gözü olmazdı. Gerçək bədii söz ustası – həm də  eyni zamanda dərin araşdırmaçı − olaraq, dildə, onun fikrincə  başlıca məsələ olan ifadəliliyi müdafiə edərdi.

  ...Canlı dil, − deyə Çukovski öz kitabında yazır, Çukovski – heç vaxt və  heç yerdə tək sağlam düşüncənin göstərişi əsasında qurulmur. Onun yaradılmasında digər qüdrətli qüvvələr də  iştirak edirlər. Dilin estetikasına, onun ritm-fonetik quruluşuna, onun ekspressivlik qanunlarına məhəl qoymayacaqlarını düşünən başabəla puristlər demək olar həmişə iflasa məhkumdurlar”. Dilimizdə olan çoxsaylı alogizmlərdə Çukovski danışanların buna can atdığını görürdü ki, nitq rəvan və  axıcı olsun, onda ritm olsun, musiqi olsun və  başlıcası, ifadəlilik olsun.

 K.İ.Çukovskinin dilin  bürokratlaşdırılması, dətərxana dilinə  çevrilməsi ilə mübarizəsi, dili basmaqəlibçilikdən qorumağa çağırması təkcə  rus dilinin təmizliyi naminə yürütdüyü savaş deyildi. Bu, “mənəvi boşluğa qarşı, fikir və  düşüncəni sözlə boğmağa qarşı” mübarizə, insan münasibətlərinin yüksək əxlaqiliyi və mədəniliyi uğrunda mübarizə idi.

... Ölümündən sonra dərc edilən “Qoca nağılçının etirafları”nda Çukovski oxucuları öz yazıçı mətbəxinə  buraxmışdır.  Və ən müxtəlif ədəbi ədviyyat, onların dozaları və s. haqqında söhbətlərdən sonra hiss olunmadan onun özünün on yeddi, iyirmi beş, qırx və  altmış yaşında özündə zövq, mədəniyyət, qələbə iradəsi, ədəbiyyata, ölümsüz xalq yaradıcılığına, uşaq ədəbiyyatına məhəbbət tərbiyə etdiyinə  keçir.

Bu arasıkəsilməz özünütərbiyə və daxili inkişaf ilə onun qoyub getdiyi irsin cəlbediciliyi və  həyatiliyi təmin edilmişdir.

İrakli Andronikov haqqında məqaləsində isə o, ötəri olsa da, asan olmayan həyat təcrübəsi ilə əldə  etdiyi yaşamın “ümumdünya qanununu” ifadə etmişdir: “Əgər sevilən olmağı istəyirsənsə − sev...”

          Korney İvanoviçin uşaqlara məhəbbəti o qədər dərin idi ki, həyatının heç bir anını uşaqlarsız təsəvvür etmirdi. Minə qədər uşaq tez-tez Çukovskinin Moskva yaxınlığında olan Peredelkino kəndindəki evinə toplaşardı.Korney İvanoviç onlar üçün bayramlar, mərasimlər təşkil edərdi. O, balaca dostları üçün gözəl və zəngin bir kitabxana yaratmışdı.Uşaq bağçasının yaradılması zərurəti onu düşündürən vacib məsələlərdən biri idi.

Korney Çukovski. Milçək-vizilçək

Tərcümə: Teymur Elçin

Milçək, Milçək Vizilçək,

Qarnı qızılı dibçək,

Pul tapdı bir düzəndə

Başaşağı gəzəndə,

Yolu bazara saldı,

Yekə samovar aldi:

"Gəlin, ay tarakanlar,

Qonaq olun, çayım var".

Yığıldı tarakanlar,

Boşaldı stəkanlar.

Süd gəldi böcəklərə,

Üç fincan içdi hərə,

Hamısı qoğal yedi:

Axı, bizim Milçəyin,

Milçəyin-Vizilçəyin

Ad günü idi,

Şad günü idi.

Qonaq gəldi birələr

Vizilçəyi görələr.

Çəkmə də gətirdilər

Uzunboğaz, dikdaban,

Düymələri qızıldan.

Qonaq gəldi Milçəyə

Şirindil Arı nənə,

Milçəyə-Vizilçəyə
Bal verdi qarı nənə

"Göyçək qız, kəpənək qız,

Mürəbbə yeyin.

Yoxsa, xoşlamırsınız.

Düzünü deyin".

Birdən qoca Hörümçək

BizimMilçəyi görcək

Tutub sürüdü küncə,

İstəyirdi yazığı

Əzişdirə ölüncə.

"Ay qonaqlar, görün bir halımı,

Parça-parça doğrayınzalımı.

Yedirtmişəm,İçirtmişəm sizi mən.

Bu axır nəfəsimdə

Məni buraxmayın tək,

Öldürməsin Hörümçək".

Amma Qurdlar, Böcəklər

qorxdular.
Özlərini künc-bucağa

soxdular:
Tarakanlar divanın,

Böcəklər nərdivanın,

Cücülər çarpayının

Altında gizləndilər,

Hərə bir yerə girdi.

Çünki heç kəs döyüşmək,

Dalaşmaq istəmirdi.

Çəkildilər lap geri,

Tərpənmədi heç biri.

Ölürsən, öl, Vizilçək,

Tez qurtar, bizdən əl çək.

Çəyirtkə
əsə-əsə
Lap balaca adam kimi,

Hopp elədi,

Topp elədi,

Düşdü kolun dalına.

Əsdi, əsdi,

Səsini kəsdi.

Zarafat etmirdi zalım Hörümçək,

Milçəyi kəndirlə sarıyırdı bərk,

Batırıb dişini qorxu-hürküsüz,

Haradansa gəldi bu vaxt

Balaca Ağcaqanad,

Əlində kiçik fanar:

Vızıldadı о ki var:

"Hani qatil? Hani bəs?

Qorxmuram pəncəsindən

Gəlsin, görüm onu mən".

Hörümçəyin yanında

Qılıncı çəkdi qından.

Birinci zərbə ilə

Baş üzüldü boyundan.

Ağcaqanad Milçəyin

Qoluna girdi,

Pəncərənin önünə

Çəkib gətirdi:

"Doğradım zülmkarı,

Öz qanına bələdim,

Səni azad elədim,

Indi də gəl, canım qız".

Evlənək biz, canım qız.

Cücü-mücülər bu vaxt

Ora-bura baxdılar,

Yerlərindən çıxdılar:

"Var olsun Ağcaqanad,

Ona yaraşır bu ad".

Yığışdı nur-böcəklər,

Yandı işıq-çiçəklər,

Bura sevinc də gəldi,

Keflər kökəldi.

Еу qırxayaqlar, qaçın,

Deyin çalğıçılara.

Gəlsinlər bura,

Oynayacayıq.
 
Çalğıçılar yüyürdülər,

Təbilləri döyürdülər:

Воm! Воm! Воm! Воm!

Milçək Ağcaqanadla

Rəqs eləyir dib-bi-dom.

Taxtabiti özündən çıxıb lap,

Ayağını yerə vurur tappatap.

Qaynaşırdı, Oynaşırdı

Böcəklər, pərvanələr,

Cücülər, nələr, nələr...

Şaxəbuynuz böcəklər,

Üstündə bər-bəzəklər,

Papaq yellədirdilər,

Kəpənəklərlə
Rəqs edirdilər.

Qızışdı ara,

Dara-ra, dara-ra.

Bütün cücü-mücülər

Rəqsə girdilər.

Camaat şadlıq edir,

Milçək xanım ərə gedir.

Qoçaq, igid bir zata –

Cavan Ağcaqanada.

Qarışqa lələ

Keçib varından –

Çarıqlarından
Arvadı ilə

Atılıb-düşür,
Cücülərə göz vurur:

"Ay cücülər, cücülər,

Canımı üzücülər

Nə qəşəngsiniz.

Dara-dara-dam,
Dara-dara-dam,
Nə göyçəksiniz".

Çəkmələr cırıldayır,

Dabanlar fırıldayır.

Səhərəcən böcəklər

Şadlıq eləyəcəklər:

Axı, bu gün Milçəyin,

Milçəyin-Vizilçəyin
 
Ad günüdür,

Şad günüdür.

Cücə

Yer üzündə bir Cücə yaşayırdı. O, çox balaca idi. Bax, belə.

Amma özü elə bilirdi ki, o, çox böyükdür. Odur ki, lovğalanıb, başını dik tuturdu. Bax, belə. Onun anası var idi. Anasını çox sevirdi. Anası, bax, belə idi.

Anası ona soxulcan yedirdirdi. Həmin soxulcanlar bax, belə idi.

Bir dəfə Qara Pişik ananın üstünə cumdu, onu həytdən qovdu. Qara Pişik bax, belə idi.

Cücə, hasarın yanında tək qaldı birdən gördü ki, iri, qırmızı bir xoruz uçub hasara qondu, boynu bax, belə uzatdı.

Həm də var səsi ilə çığırdı:

   -Quq –qulu -qu!

   Özünü çəkə - çəkə ətrafına baxdı:

          -Mən qoçaq deyiləmmi? Mən qorxmaz deyiləmmi?

Bu, Cücənin çox xoşuna gəldi. O da boynunu uzatdı. Bax, belə.

Var gücü ilə cikkildədi:

-Pi –pi –pi –pi! Mən də qoçağam! Mən də qorxmazam!

Amma ayağı ilişdi, şappıltı ilə gölməçəyə yıxıldı. Bax, belə.

Gölməçədə bir qurbağa oturmuşdu. O, Cücəni görüb güldü:

-Ha-ha-ha! Ha-ha-ha! Sənin xoruz olmağına hələ çox qalıb.

Qurbağa da, bax, belə idi.

Elə bu vaxt anası Cücənin yanına qaçdı. Ona yazığı gəldi, onu əzizlədi. Bax, belə.

Belədir? Yox, elə deyil

1

Mura dedi: - Nə olar, Boba, mənim üçün pişiklə siçan şəkli çək.

Boba dedi: - Siçan, pişik? Yaxşı. Sənə pişik də çəkərəm, siçan da.

O belə bir şəkil çəkdi.

2

Mura dedi: - Eh, Boba, əcəb gülməlisən. Heç siçan da pişiyi tutar? Axı, siçan balacadır, pişik – böyük.Nə olar, mənə başqa bir şəkil çək, bundan da yaxşısını.

Boba dedi:

-Doğrudanmı, mən səhv etmişəm?!

O, belə bir şəkil çəkdi.

3

Mura dedi:

-İndi yaxşıdır. Hər şey öz yerindədir. Nə olar, indi mənə balaca bir qayıq, bir də balaca ev çək.

- Yaxşı,- deyib, Boba belə bir şəkil çəkdi:

Mura gülüb dedi:

-Sən yenə axmaq bir şey çəkdin. Bir özün fikirləş: heç ev də suyun üzündə dayana bilər, heç gəmi də torpaqda üzə bilər?

4

Boba dedi:

-Doğrudur, doğrudur. Necə də bunu fikirləşməmişəm. Gərək gəmini çaya salam, evi də dağa çıxaram.

O, belə bir şəkil çəkdi.

5

Mura dedi: -Görürsənmi, nə gözəl şəkil oldu. Hər şey  öz yerində, öz qaydasında. Nə olar, indi də mənə bir çarpayı çək, bir de balaca qız Lyuşenkanı.

Boba : - Yaxşı, - dedi. – Bax, bu sənə, çarpayı, bu da Lyuşenka.

-Eh, Boba, sən nə pis adamsan! Lap korladın, bütün şəkli korladın. Sən harda görmüsən ki, uşaqlar ayaqqabılarını yastığın üstünə qoysunlar, özləri də çarpayının altında yatsınlar?

6

Boba birdən çığırdı:-Vay-vay-vay! Mən əcəb huşsuzam. Huşsuza bax, huşsuza.

O, belə bir şəkil çəkdi:

Mura heyrətlə çığırdı:- Gözəl şəkildir.- Lyuşa çarpayıda yaxşıca uzanıb, ayaqqabıların yeri çarpayıların altında da pis deyil. Nə olar, indi də göydə təyyarə çək, aşağıda yerdə - motosiklet.

Boba dedi: - Həvəslə çəkərəm. Təyyarə çəkməyi xoşlayıram. Motosikleti də.

Boba karandaş götürüb, belə bir şəkil çəkdi.

7

Mura şəklə baxdı, hətta əllərini də yellətdi:

-Yox, səninlə bu gün bacarmaq olmur. Sən harda görmüsən ki, motosikletlər havada uçsunlar, təyyarələr də küçədə gəzsinlər?

Boba güldü və belə şəkil çəkdi:

Mura şəkli çox təriflədi, sonra da bir ağ vərəq götürüb stolun üstünə qoydu.

-Nə olar, - dedi- indi də, lap axırıncısı, mənə bir at çək, bir də bizim Mityanı.

8

Boba dedi:- Hə, bunu bacararam. Sənə at da çəkərəm, Mityanı da.

O, karandaş götürüb, belə bir şəkil çəkdi:

Mura çığırdı:- Ay- hay, Boba. Sən yenə axmaq bir şey çəkmisən. Heç at da Mityanı sürə bilər?

-Doğrudan da, - Boba belə deyib, hər şeyi olduğu kimi çəkmək istəyirdi ki, onu telefona çağırdılar.

Bir vərəq ağ kağız qaldı. Mura karandaşı götürüb, özü atın da şəklini çəkdi, Mityanın da. Olduğu kimi, öz qaydasında. O, çox istəyirdi ki, bu kitabçanı oxuyan oğlanlarla qızlar atın da, Mityanın da şəklini çəksinlər.

Sevinc

Sevinir, sevinir

Ağcaqayınlar,

Qızılgül gətirib

Ətir yayırlar.

Sevinir, sevinir

Ağcaqovaqlar,

Narınc gətiribdir

Bütün budaqlar.

Nə yağış, nə dolu

Yağır buluddan,

Üzümdür tökülən

Ağır buluddan.

Göydə qarıldaşan

Qarğalar belə

Oxudular birdən

Dönüb bülbülə.

Bulaqlar qaynadı,

Suyu bol oldu.

Bulaqlardan axan

Şirin bal oldu.

Toyuqlar dəyişib

Oldular turac.

Saçı tökülmüşlər

Oldu qıvrımsaç.

İşə bax, dəyirman

Gəldi həvəsə,

Körpünün yanında

Başladı rəqsə.

Siz də tez olun

Qoşulun mənə.

Bir yerdə qaçaq

Gömgöy çəmənə.

Orda mavi çay

Axır şırıldar.

Çay üzərində

Göyqurşağı var.

Göyqurşağıdan

Dırma-şa-rıq biz;

                    Buludlarda da

Oynaşarıq biz.

Göyqurşağından

Tez sürüşərik,

Çay qırağında

Biz görüşərik.

Çömçəquyruqlar

Bizim gölməçədə

Oynaşırdılar, qaynaşırdılar

Çömçəquyruqlar.

Hey mayallaq aşırdılar.

Çömçəquyruqlar.

Təpəcikdə

Oturmuşdu.

Sinəsini verib qabağa,

İsti corab toxuyurdu

Nənə qurbağa.

Birdən yoğun səslə dedi:

-Gedin tez yatın, qalmayın oyaq!

-Nənə, mehriban nənə,

Hamımız qurban sənə,

Qoy bir az da oynayaq.

Yağ-çörək

Dağın dalında

Bir ev vardı,

Orda yağ-çörək

Yaşayardı.

Bir gün yağ-çörək

Gəzməyə getdi.

Düzdə otları

 Əzməyə getdi.

Ona qoşuldu

Bapballı kökə.

Qırmızıyanaq

Xal-xallı kökə.

Fincanlar yaman

Dərdə batdılar

Cingildədilər;

Küy qopardılar.

A yağ-çörək,

Dayan görək,

Çıxma çölə.

Getsən əgər

Mura səni

Tutub yeyər.

Mura səni

Mura səni

Mura səni

Tutub yeyər.

Kirpilər gülür

Arx qırağında

Səhər çağında

Kirpilərə iki cücü

İynə- sancaq satırdı,

Iynələrin iti ucu

Əllərinə batırdı.

Kirpilər gülürdülər,

Gülməkdən ölürdülər:

Ay axmaqlar, deyin bir,

Nəyimizə gərəkdir

Sizin bu iynə-sancaq.

Deyin, biz hara sancaq

Üstümüzdəkiləri.

Qaraş-Maraş

Dəftər aldı, şəkil çəkdi

Balaca qız –Muroçkamız.

“ Bu- yolkadır, çiçidir.

Bu- buynuzlu keçidir,

Bu- saqqallı qocadır,

Bu- evdir, bu- bacadır”.

“ Bəs bu nədir

qəribədir.

Ayağı – on

Buynuzu- on”

Bu da Qaraş- Maraşdır

Dişləyir, qarabaşdır.

Öz başımdan çıxartdım.

Dəftəri niyə atdın,

Şəkil çəkmirsın?

-Yox, qorxuram mən.

Bebe

Qələm götürdü quzu

Yazdı belə bir yazı:

“Mən – Bebeyəm,

Mən – Memeyəm,

Ayını da buynuzlayan

Mənəm, mən”.

Heyvanlar hürküşdülər,

Bərk qorxuya düşdülər.

Hərə bir yana qaçdı.

Gölməçədən qırağa

Tullandı bir qurbağa.

Gülüb getdi özündən,

Başladı oxumağa:

“Ay sağ olun, qoçaqlar”.

Çoşqa

Zingildəyir yata-yata

Zolaq- zolaq pişiklər.

Onları çox sevir Tata,

Böyüyür körpəciklər.

Amma bizim Tatanın

Hamıdan çox sevdiyi,

Hamıdan çox sevdiyi

Nə zolaqlı pişikdir,

Nə ördək, nə cücədir,

O təkcədir, bircədir.

Balacadır, başqadır,

Düyməburun çoşqadır.

Donuzlar

İkicə qəşəng donuz

Yekəcə qəşəng donuz

Elə bil iş başında

Nəsə yazır maşında:

Tıqqa-tıqqa-tıqqa-tıq.

Tıqqa-tıqqa-tıqqa-tıq.

Tıqqıldayırlar da,

Hıqqıldayırlar da:

Hıqqa- hıqqa- hıqqa- hıq.

Hıqqa- hıqqa- hıqqa- hıq.

Tısbağa

Bataqlıq çox uzaqdı,

Gedən yorulacaqdı.

Qoydular bağlamanı

Qurbağalar daş üstə.

“Gəlin burda dincələk”

Hamı dedi “baş üstə”.

Həmin daş birdən

Tutdu onların ayaqlarından.

Tərpəndi yerdən,

Qurbağalar qorxudan

Haray saldılar yaman

Bu- TISBAĞADIR,

TISTIS

BABA

BAĞADIR.

Balaca Fedot

Balaca Fedot

yetimdir, yetim.

Yazığın işi

çətindir, çətin.

Ağlayır, onun

yoxdur heç kəsi,

Yazığı gəlsin

onu istəsin.

Bir anasıdır,

bir də dayısı.

Bir atasıdır,

bir də xalası.

Bir babasıdır

bir də nənəsi.

Ağlayır yazıq

yoxdur bir kəsi.

Yolka

Əgər

Ayağı ola-

Yolka da

Qaçar yola.

Bizimlə o

Rəqs elər,

Ayaq da

Döyə bilər.

Yolka ilə

Fırlanar

Oyuncaqlar-

Şar, fanar.

Üstündə

Oynar hər an

Bayraqlar

Əlvan-əlvan.

Gəlinciklər

Gülüşər,

Tez-tez

Atılıb- düşər.

Deyim, bil:

Qapıdadır

Yeni il.

Niyə, niyə?

Yeni, yeni.

Lap cavan

Saqqalı var

Qızıldan.

Qoçaqlar

Bizim dərzilər

Tez-tez ərz elər:

“Biz qoçaqların

Tapılmaz tayı.

Qorxutmur bizi

Canavar, ayı”.

Çölə çıxan tək,

İlbizi görcək

Qorxub çaşdılar,

Qoyub qaçdılar.

Qıçaq dərzilər

Qorxaq dərzilər.

Barabek

Robin Bobin Barabek

Çox şey yedi özü tək.

Qırx adamı, öküzü,

Yenə doymadı gözü.

Yedi topal qəssabı,

Arabanı, corabı

Süpürgəni, dudkeşi.

Yedi evi, qalanı,

Yedi yerdə qalanı.

O ki var yedi, yedi,

“Qarnım ağrıyır”- dedi.

Myausi, Siçausi

Gördü siçan Siçausi

Gəli pişik Myausi.

Açılıbdır gözəusi,

Qıcanıbdır dişausi.

Salamlaşdı tez Myausi.

Əsdi quyruğausi:

“Siçausi, Siçausi,

Tez gəl, can Siçausi.

Nəğmə deyim, Siçausi,

Sənə mən, Siçausi”.

Ağllıydı Siçausi:

“Gəl aldatma, Myausi.

Acıqlıdır gözəusi.

Qıcanıb dişausi”

Deyib qaçdı Siçausi

Təkcə qaldı Myausi.

Toyuq

Mənim qəşəng çil toyuğum var idi,

Çox iş görər, hər şeyi anlar idi.

Paltarımı, çəkməmi o tikərdi,

Aş bişirər, xörəyimi çəkərdi.

Yorulanda öz işini bilərdi,

Danışardı, oxuyardı, gülərdi.

Cenni

Cenni yaman ağlayırdı:

Bir tay çəkməsi itmişdi.

Nə bilsin ki, dəyirmançı

Onu tapıb üyütmüşdü.

Tapmacalar

1

Bir ev vardı ağappaq,

Qəribə evdi ancaq.

Tıqqıltı gəldi evdən,

Bu ev uçuldu birdən.

Içindən çıxdı, qaçdı

Dipdiri bir möcüzə,

Isticə və tüklücə,

Üstü qızıl yüklücə.

2

Təkərsiz,

Çəkərsiz,

Parovoz.

Qəribə parovozdur.

Yoxsa ağlın itirib-

Birbaş dənizə girib?

3

Mağaramın qapıları-

Qırmızıdır, baxsana.

Arxasında ağ heyvanlar

Düzülüblər yan-yana.

Ələ düşən yeməyi,

Həm əti, həm çörəyi

Mən verirəm onlara-

Həmin ağ heyvanlara.

4

Bir arabam var.

Atsız, yəhərsiz

Kişnəyər qaçar.

Özü- kəhərsiz.

Baxın, ay aman,

Atsız araba

Qaçır nə yaman!

5

Quyumuzun yanında bir qəpik düşüb yerə

Heç kəs bacarmaz onu götürüb ələ verə.

On dörd at gətirin siz, on beş nəfər pəhləvan,

Bəlkə onlar qaldıra, bəlkə onlar götürə

Oynatmaq üçün onu kiçik Maşaya verə.

Atlar gəldi çaparaq,

Pəhləvanlar- qaçaraq.

Tərpədə bilmədilər bapbalaca qəpiyi,

Çünki yerə bu qəpik bərk vurmuşdu təpiyi.

6

İki atım var,

İki atım...

Qoymur dincəlim,

Qoymur yatım.

Onlar gəzdirir

Məni suda.

Lap daş kimidir,

Bərkdir su da.

7

Biz hər yerdə qoşayıq,

Həmişə baş-başayıq.

Gəzirik göy çəməndə,

Soyunuruq çiməndə.

Pillələrlə düşürük,

Küçədə yürüşürük.

Elə ki, axşam düşür

Kandar olur yerimiz,

Ayaqsız qalırıq biz;

Ayaqsızlıq yamandır.

Gəzmə, getmə, dayan, dur.

Biz də girərik onda

Çarpayının altına-

Yuxumuz şirin ola.

Ayaqlar qayıdanda

Yenə qaçarıq yola.

8

Odum yox mənim,

Yanar ocağım.

Kim dəysə mənə

Yandıracağam.

9

Ağıllı – ağıllını

Axmaq – axmağı gördü,

Qoyun baxdı qoyuna

Meymun – meymuna güldü.

Fedya Baratovu da

Gətirdilər yanına,

Fedyaya baxdı ordan

Yaman bir pinti oğlan.

10

Sərilmişəm mən

Ayaq altına,

Çox dəyir mənə təpikləriniz,

Sabah həyətə aparın məni,

Bərk-bərk döyün siz, döyəcləyin siz.

Sonra uşaqlaqr üstümdə mənim

Gəlib yatsınlar

Yumalansınlar, əl- qol atsınlar.

11

Böyüyür başaşaı

Qışın dəcəl uşağı.

Elə ki günəş gülür,

Dözmür, ağlayır, ölür.

12

Mən gəzmirəm meşələrdə,

Mən gəzmirəm bağlarda.

Mən gəzirəm, dolaşıram

Saçlarda və bığlarda.

Uzundur dişlərim də

Canavar dişlərindən,

Ayının dişlərindən.

13

Moruq dimdikləməyə

Bostana uçdu quşlar.

Eybəcəri görüncə

Elə bil yox imişlər.

Dirək üstdə eybəcər

Saqqalını tərpədər.

Saqqalı süpürgədən,

Qoy görsün gəlib- gedən.

14

Mən təkqulaq qarıyam,

Gərək sapı sarıyam.

Qulağımda uzun sap

Parçada gəzirəm, tap.

15

Küçədəki

Balaca  evlərə bax,

Uşaqları

Daşıyırlar qaçaraq.

16

Nə çoxdur, gəlin yaxın,

Bizim həyətdən baxın.

Ələ götürmək olmur,

Evə götürmək olmur.

Maşa çıxdı həyətə.

Nəsə yığdı səbətə.

Dönüb səbətə baxdı,

Orada heç nə yoxdu.

17

Götürün məni, yuyunun, çimin,

Tapın- nəyəm mən, dostuyam kimin?

Mən olmasaydım, olmasaydı su

Fəlakət olardı, doğrusu.

Çirkli boynunuzda olan-olardı,

Zəhərli dişiylə sizi çalardı

Lap xəncər kimi.

Bilin, yuyulmamış hər bir qulağa

Daraşardı çoxlu acgöz qurbağa.

Buna dözməyəndə, ağlayanda siz

Bütün qurbağalar həddi aşardı,

Sizə gülüşərdi, quruldaşardı.

Görürsünüzmü, əziz uşaqlar,

Mən olmasam əgər, tapılmasa su

Böyük bir fəlakət olar doğrusu.

Götürün məni, yuyunun, çimin,

Tapın- nəyəm mən, dostuyam kimin?

18

İt hürür,

hürürəm, mən.

Bayquş ulayan kimi

Tez cavab verirəm mən,

Sənin hər bir nəğməni

Oxuyuram səninlə.

Bacarsan, eşit məni.

Öküz tək böyürəndə

Okean paroxodu,

Böyürürəm mən də:

“U –u”.

19

Gəlin yaxın

Siz də baxın.

İynələrə, sancaqlara.

Mənə baxırlar

Altdan çıxırlar,

Süd istəyirlər.

20

Qaranlıqlar çəkildi

Göydə kollar əkildi.

Birdən açdı çiçəklər

Göy, narıncı, qırmızı,

Nə gözəl oldu rənglər.

Küçələrə, yollara

Yuxarıdan baxdılar,

Elə bil ki, onlara

Göy, narıncı, qırmızı

Əlvan çıçək taxdılar.

Cavablar

  1. Yumurta və cücə.
  2. Dodaqlar və dişlər.
  3. Yük maşını.
  4. Günəşin şüası yerdə.
  5. Xizəklər.
  6. Uşaq ayaqqabısı.
  7. Gicitikən.
  8. Güzgü.

10.Xalça.

     11.Sırsıra.

     12.Daraq.

     13.Quşlar və quşqovan.

     14.İynə.

     15.Avtomaşın.

  1. Duman.
  2. Sabun.

     18.Əks-səda.

  1. Kirpi.

      20.Salyut.

Вернуться назад