Главная > РЕЛИГИЯ > Fatimeyi Zəhra (s) Kimdi va niyə müsəlmanlar üçün örnək olmalıdır?

Fatimeyi Zəhra (s) Kimdi va niyə müsəlmanlar üçün örnək olmalıdır?


6-01-2022, 17:38. Разместил: Gulnara.Inanch

6 yanvar 2022-ci il Həzrəti Peyğəmbərin (s) qızı Fatimeyi Zəhranın(s) şəhadətinin ildönümünə təsadüf edir. Hər il bu gündə müsəlmanlar öz kədərlərini müxtəlif cür göstərirlər. Bunun səbəbi İslamın bu əziz xanımının şəxsiyyətindədir. İslam dünyasında çoxlu şəxsiyyətlər dünyasını dəyişib,amma Fatimeyi Zəhra (s) bənzərsizdir.

Psixoloqlar deyirlər ki, hər bir insanın şəxsiyyəti üç şeylə müəyyən edilir:

1- Varislik: Bir insanın ata və babası kim olub

2- Tərbiyə: Kim bu şəxsə tərbiyə vermişdir

3- Mühit: İnsan hansı mühitdə böyümüşdür

Bəzən irs yaxşı olar, amma tərbiyə Nuh peyğəmbərin oğlu və ya ataları peyğəmbər olan, lakin övladları yaxşı insanlar olmayan Yəqub peyğəmbərin övladları kimi yaxşı olmur və ya əksinə bəzən irs yaxşı deyil, insan tərbiyəsi onu yuxarı aparır misal üçün Yəzidin oğlu Müaviyə kimi ki, O, çox yaxşı müəllimdən faydalanmış və buna görə də atasından iyrənmişdi. Əgər bu üç amili Həzrət Zəhranın (s) şəxsiyyətində axtarmaq istəsək, aşağıdakı nəticələrə gələrik:

Fatimə “Qadınlardan ağıl, cəmal və rəy cəhətindən üstün” kimi təsvir edilən Xədicə kimi bir ananın himayəsində böyümüş bir şəxs idi. Cahiliyyət zamanı belə vəsf edilən bir ana onu tərbiyələndirmişdi. Onun atası da o kəs idi ki, Allahın “Allah Rəsulunu sizə yaxşılıq nümunəsi qoymuşam” demişdir. Xədicə (s) 5 il Fatiməni tərbiyə etdi və ondan sonra Peyğəmbəri-əkrəm şəxsən onun qayğısına qaldı.Tarixdə deyilir ki, Fatimə qapıdan içəri girəndə Həzrət Peyğəmbər (s) 4 işi görüb:

Ona tərəf qaçardı

Ona xoş gəlmisən deyərdi

Fatiməni öz yerində otuzdurardı

Onun əlini öpərdi

Zəhranın böyüdüyü mühit Kəsa hədisinin daxil olduğu mühit idi, onun haqqında paklıq ayəsi nazil oldu və bu səbəbdən də onun şəxsiyyətini bu  təşkil edir.

Əsasən sifət və kamillik  iki növdür:

1-Bəzi kamilliklər zatidir və ixtiyari deyil, məsələn, gözəllik, seyyed olmaq, hündür olmaq və s. Dini rəvayətlərdə də bildirilir ki, insanda üç şey birləşsə, kamil insan olar: a. ağıl (ağıl prinsipi) b. gözəllik c. natiqlik (məsələn, Harun Musadan daha gözəl danışırdı). Bu kamillik və fəzilətləri modelləşdirmək olmaz, çünki bəzilərində bunlar var, bəzilərində isə yoxdur və ola bilməz. Buna görə də Peyğəmbərin qızı olmaq və ya 12 İmamın anası olmaq və ya lədəni elm sahibi olmaq Fatimeyi-Zəhranın zati kamilliklərindən idi.

2-Bəzi kamal və sifətlər istəyə bağlıdır və hər kəs onlara malik ola bilər, məsələn, qeyrət, zöhd, rza, fədakarlıq və s. Bu kamilliklərdə insan səy göstərib Peyğəmbərin və ya Peyğəmbərin qızının malik olduğu kamilliyə çata bilər və buna görə də Quran buyurduğu, Allah Rəsulu sizin üçün yaxşılıq nümunəsidir, Quranən dediyi ixtiyarı Peyğəmbərin kamilliklərdir. Bu məsələdə qadın və kişi arasında heç bir fərq yoxdur və hər kəs o dərəcələrə çata bilər.

Zəhrayi Mərziyənin o qədər ixtiyari kamillikləri var idi ki, sünni alimləri sitat gətirmişlər ki, əgər bütün yaxşı kamilliklərin heykəlini çəkmək istəsən olacaq Fatimə Zəhra. Ona görə də Zəhra tam bir nümunədir. Buna görə də islam rəvayətlərində onu atasının aynası deyirlər.

Hədisdə deyilir ki, Allah-təala 10 qadına 10 şey bəxş etmişdir. Adəmin həyat yoldaşı Həvvaya tövbəni, İbrahimin həyat yoldaşı Saraya gözəlliyi, özünü saxlamağı Əyyubun həyat yoldaşına, Firovnun arvadı Asiyaya hörməti, hikməti Yusifin xanımı Züleyxaya,Süleymanın arvadı Bilqeyisə fövqəladə ağılı, Musanın anasına səbri, İsanın anasına seçilməyi, razılığı Peyğəmbərin (s) xanımı Xədicəyə (s) və elmi Əlinin (ə) xanımı Fatiməyə (s) vermişdir. Fatimənin elmi, o həzrətin ömrünün qısa olmasına baxmayaraq, o qədər yüksək idi ki, bütün pak imamlar analarının elmi süfrəsində oturub analarının kitabından danışırdılar.

Əhəmiyyətli olan odur ki, Həzrət Zəhranın həyatına hakim olan üsul  ədəb, fədakarlıq və s. kimi prinsiplər zaman və tarixlə heç bir əlaqəsi olmayan hər zaman modelləşdirilə bilər və həyatımızın bütün aspektlərində Fatiməni necə təqlid edə biləcəyimiz vacibdir. Çünki Qurani-Kərimdə Fatimə (s) və Əhli-beyt (ə) haqqında 120-dən çox ayə yer alıb.

Həzrət Zəhranın vəsfində o qədər böyük sözlər və cümlələr söylənmişdir ki, heç kim bu fəzilətlərə çata bilməz. Quranda 4 kəlmə əzim sözü ilə gəlib misal üçün Quran əl əzim, əxlaq əzim, fəzl əzim, mülk əl əzim. Bütün bu kəlmələr Peyğəmbər haqqında gəlmişdir. Belə bir peyğəmbər Fatimənin yanına gələrkən deyir: “Fədahə Əbuhə” atası ona qurban olsun. Fatimənin adı və xatirəsi Peyğəmbəri-əkrəmin dərdlərini yüngülləşdirmək idi. Ona görə də deyirlər ki, Fatimeyi-Zəhra Allah, Allahın Peyğəmbəri və bütün pak İmamlar tərəfindən mədh edilib.

O, elə bir şəxsiyyətdir ki, son 1400 ildə İslam dünyasının böyük kişi və qadınlarına həmişə örnək olmuş və şəhidlərimiz Qiyamət günü həmişə Fatimeyi Zəhranın (s)şəfasını diləmişlər.

Ümid olunur ki, Həzrət Zəhranın həyatı və kamilliyi bütün müsəlmanların fərdi və ictimai həyatında aktual olacaqdır.

Dr. Ali Pourmarjan


Вернуться назад