Главная > ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ > GÜLNARA İNANC, KVANT PSIXOLOQU: "DÜŞÜNDÜYÜMÜZÜ YAŞAYIRIQ"
GÜLNARA İNANC, KVANT PSIXOLOQU: "DÜŞÜNDÜYÜMÜZÜ YAŞAYIRIQ"12-09-2021, 11:06. Разместил: 1combats |
Gülnara İnanc, kvant psixoloqu Düşüncə prosesi və fikir Əgər insan obyektdirsə, bu halda fikir insan düşüncəsinin, düşüncə də beyin fəaliyyətinin məhsuludur. Düçüncə prosesi insanın həyat tərzini, davranışlarını, ətraf mühit və ilk növbədə özü ilə münasibətlərini və s. müəəyyənləşdirir. Deməli insanın əxlaqi və fiziki keyfiyyətləri onun fikirləri ilə birbaşa bağlıdır. Hadisələri və insanları yalnız qara rəngli fikirlərlə təyin etsək, bu halda həyatımızın rəngarəng olacağını gözləmək mənasizdir. Nə əkiriksə, onu da biçəcəyik.
Bir toxumun, yaxud tingin cücərməsi və bəhər gətirməsi üçün zaman lazımdır. Göyərti iki-üç günə, paxla bir aya, alma isə üç ilə. Fikirlər də eynilə toxumdur-bu gün əkdiksə, onları daim eyni fikirlərlə və güclü hisslərlə qidalandırdıqsa, bir gün onlar bar verəcək. Fikirlər və hisslər bir-biri ilə sıx bağlıdır, yəni bir -birini törədir. Hisslərimiz nə qədər güclü olarsa, özünə ekvivalent fikir silsiləsi yaradacaq və əksinə. Təbii ki, fikirlərin həyatımıza uyğun hadisələr gətirməsi üçün illər keçir. Fikirlər zamanla şüuraltına keçərək bir həyat və insan modeli yaradır. Neqativ düşünürəmsə, qəmli və qəzəbli oluramsa, bu halda bədənimdə müxtəlif xəstəliklər yaranır, işlər asan olmur və s. Bu haqda Məhəmməd Fizulinin "Səhhət və Mərəz" əsərində yazılıb. Neqativ fikirləri ağlın, yaxud bədənin məhsulu, pozitiv fikirləri isə ruhun məhsulu kimi təsnifləndirək. Bədən şüurunda (materiyada) yaşadıqca neqativ fikirlər və hisslər yaradacaq və nəticədə onları maddi dünyamıza gətirəcəyik. Ruh şüurunda (dalğa, yaxud enerji) halında olduqğa isə pozitiv düçüncə və hisslər, təbii ki, buna uyğun materiya yaranacaq. , Kainatın böyük hissəsi dalğa vəziyyətində yaxud fəza olduğu üçün burada yaşananlar əsl həyatımızdır. Əslində isə dalğa halında olduğumuz ilkin mərhələdə pozitiv düşüncə və enerjidən söhbət gedir. Dalğa halında olmağı sistematik olaraq xüsusi meditasiyalarla təlim etdikdə, artıq fikirlərimizin müşahidəçisinə çevrilirik və düşüncə prosesi durur. Meditativ texnika (3-5 dəq.): Nəfəs aldıqda deyirik: "Mən nə bu bədənəm", nəfəsi verdikdə isə: "nə də bu şüur" deyirik. Həyatımız fikirlərimizdən formalaşır
Fikirləri yaxşı, pis, neytral bə boş olaraq dəyərlədirə bilırik. Yaxşı və pis fikirlər adından məlumdur. Boş fikirlər insanların saatlarla vaxt sərf edib enerji xərclədikləri geyim, moda, filmlər, müğənnilər və sair haqda danışdıqlarıdır. Bu da əsasən neqativ. yaxud gizlin neqativ çalarlı olur. Neytral fikirlər isə "bu gün nə bişirəcəm, evə nə almaq lazımdır, uşağı məktəbə yola salmalıyam və sair". Bu fikirlərdə aışar neqativ olmasa da onlar da insandan güclü enerji payı alır. Ətrafımızdakı hadisələri də məhz bu çür düşüncə prosesi formalaşdırır. Bunun həqiqət olduğunu müəyyənləşdirmək üçün sadəcə olaraq fikirlərimizi müşahidə etməli və analiz aparmalı, onları dəyişmək üçün isə yazmalı və analiz etməliyik.
Müsahiblərinizin sizə nə dediklərini qeyd etsəz, onlarn sizin fikirləriniz və hisslıriniz əsasında yarandığını müşahidə edərsiz. Məsələn, deyə bilərsiz ki, axı mən özümə qabiliyyətsiz demirəm. Ola bilsin hazırda siz öz mənfi tərəfləriniz haqda düşünmürsüz, amma vaxtilə valideylər, yaxud özünüzün özünüz haqda mənfi fikirləriniz olub və onlar şüuraltına keçərək sizdə şüursuz olaraq sizin bir energetik obrazınızı yaradıb. Kainatın da əsasən enerjidən ibarət olduğunu nəzərə alsaq, bu halda canlılar, o cümlədən insanların bir-biri ilə təması da məhz bu enerjinin xüsusiyyəti üzərində qurulur. Beləliklə, bizim ətrafla təmasımız fikirlər, xüsusilə də bizi başlıca olaraq idarə edən şüuraltında gizlənən fikirlərlə baş tutur. Bunu yoxlamaq asandır. "Mənə qara rəng heç yaraşmır desəz" sizə mütləq qara rəngin sizə yaraşmadığını deyəcəklər. Bunları dərk edincə isə pozitiv düşüncənin və hisslərin nə qədər vacib olduğunu dərk edəcəyik. Meditativ texnika (5-7 dəq.): 3 dəfə dərindən nəfəs alaraq bədəni gərginlikdən azad edirik. Sonra fikirlərimizi müşahidə etməyə başlayırıq. Fikirlərə kənardan baxırıq, hansl fikirlərin gəldiynə sanki bir film kimi baxırıq, amma fikirlərin arxasınca getmirik. Bir müddətdən sonra fikir axını avazıyacaq və xoş hisslər (eyfo hisslər) yaranacaq. Daha sonra isə fikirlərin olmadığı "təmiz şüur". Yaxşı fikir, yaxsı söz, yaxşı əməl
Zərdüşt peyğəmbərin insanlığa "Yaxşı fikir, yaxsı söz, yaxşı əməl" çağırışı da məhz əvvəldə dediklərimizin davamıdır. Məsələ burasındadır ki, xoş düşündükcə , biz xoş sözlər danışır və xoş əməllər edirik. Siz deyəcksiz ki, xoş danışşıb, amma əslində qara işlər görən insanlar tanıyırslz. Tamamilə doğrudur. Çünki xoş sözləri onların bədən şüuru , yəni ağlı deyib, ruhları isə bu enerjini daşımayıb , fikirləri də pozitiv olmayıb və nəticədə əməl tamamilə fərqli olub. Sözün, fikrin və əməlin harmoniyasını yaratmaq üçün ruh inkişaf etdirilməli "mən"in bədən deyil ruh olduğunu aşkarlamalıyıq.
"Ruh nədir?" sualına cavabı kvant sahəsində tapma qolar. Bədən materiadırsa, onun çox hissəsi sozsuzluğa qədər olan kvant sahəsində olah ruhdur. Kvant sahəsini isə sətraltında, sözlər arasında müşahidə etmək olar. Burada biz sonsuz bir boşluqla rastlaşacağıq. Burada fikir və söz yoxdur. İlkin mərhələdə hisslər var, sonra isə onlar da itir. Bu boşluq hər şeyin yarandığı variasıyalı bir fəzadır.
Biz fikir və hisslərimizlə bu fəzada artıq mövcud olan (yaxud özümüzün yaratdığımız) variasiyalardan birini seçə bilərik. Nağıllarda buna gözəl işarı var : "İt hürən, yaxud işıq gələn yerə getməyi Cırtdan özü seçməli oldu."
Bəs ,fikirsiz yaşamaq olarmı?
Əlbəttə olar. Bu, insanın zatıdır.Düşüncə prosesini işlətmədən yaşamaq üçün həmin kvant fəzasında, pauzada daha çox vaxt keçirmək lazımdır. Başqa tərzdə desək ruh halında olmaq lazımdır. Bunun üçün oxuduzumuz mətni ürəyimizdə təkrar etməmək, gördüyümüz şəkli şərh etmədən dərk etmək lazımdır. Qeyd edək ki, bu texnikalar sürətli oxuma texnikalarında istifadə olunur.
Bundan əlavə , Həm özünə, həm də ətrafdakı hadisələrə və insanlara heç bir analiz etmədən və tənqidi yanaşmadan (nə yaxşı, nə pis) müşahidəçi olmaq. Daha bir nümunə, hərəkətlərimizi öncədən fikirləşmədən, yönəltmədən və korrektə etmədən etmək. Məsələn, "gedim yumurta bişirim " demədən bunu etmək.
Düzdür, gördüyümüz işlərin çoxunu illərlə təkrar etdiyimiz üçün onları düçünmədən şüursuz halda edirik. Məhz buna görə də, bir çox vərdişləri şüur altından söküb çıxarmaq böyük səy tələb edir. Bu isə bizi məhdudlaşdıraraq bədən şüurunda saxlayır. Beləliklə, insan özü də bilmədən ictimai fikrin təsiri ilə hərəkət edir başqalarının arzularını həyata keçirən bir robota çevrilir.
Düşünmədən yaşamağı öyrənəndə, biz kvant sahəsində olur və oradakı sonsuz imkanlardan istifadə edə bilirik. Meditativ texnika (5 dəq.): Meditativ vəziyyətə daxil oluruq. Şüuru genişləndirməyə başlayırıq . Şüurumuzu genişləndirdikdən və kvnt sahəsinə girdikdən sonra əgər beynimizə fikir gəlirsə sual veririk : "Bu fikir hardan gəlir?. Yaxud bu fikir hara gedir?" Sevgi və minnətdarlıq Qərbdə aparılan tədqiqatlar sevinc, sevgi və minnərdarlıq hisslərinin ən güclü enerjilərin daşıyıcısı olduğunu aşkar edib.
Məsələn, 1 nəfər sevgi hissi ilə meditasiya edən və bu enerjini daşıyan bir kəs 100 000 adama təsir edə bilər.Bu hisslər hər şeyin yaxşı olduğu, həyatdan məmnunluğu, bu sevinci bölüşməyə hazır olduğumuzu göstərir. Bu hisslərlə kvant sahəsi ilə harmoniyada olur, onunla birləşirik. Bu hissləri daşımaq və yaymaqla xöşbəxt və harmonik bir həyat yaşaya bilərik.
Meditativ texnika :(5 dəq) Meditativ vəziyyətdə ürək çakrasından kainata, bütün canlı və cansız nə varsa hər şeyə sevgi və minnətdarlıq hissi göndəririk. Вернуться назад |