Главная > ЭТНОПОЛИТИКА > İRAN REJİMİNİN ÖZ PREZİDENTİNƏ İKİNCİ ZƏRBƏSİ.
İRAN REJİMİNİN ÖZ PREZİDENTİNƏ İKİNCİ ZƏRBƏSİ.Dünən, 14:27. Разместил: Gulnara.Inanch |
|
Foto: google VİDADİ MUSTAFAYEV Sepahın keçmiş (16il) baş komandanı, sonralar ondan yüksək vəzifəyə yüksələ bilməyən, 3 dəfə prezident olmaq niyyəti baş tutmayn,ənənəvi hərbdən başqa heç nə bilməyən iqtisad doktoru Möhsün Rezainin Ali Milli Təhlükəsizlik Şurasına katib təyin edilməsi prezidentə " öz əli" ilə edilən ilk zərbə idi. Çünki M.Rezai heç bir yüksək vəzifə tutmadan ABŞ-İran sülh Anlaşmasına qarşı kəskin, barışmaz mövqe sərgiləyəndən sonra həmin vəxifəyə təyin edildi.Adətən Rəhbər şifahi təsdiq edir, bəyənir, sonra prezident müvafiq sərəncam imzalayır.Prezident M.Pezeşkiyanın imkanı olsa idi onun danışıq siyasətinə qarşı kəskin mövqe tutan şəxsi ən mühem qurumlardan birinə katib təyin etmızdi. Məsələnin digər tərəfi ondan ibarətdir ki,Şuranın sədri prezident olsa da qərarları Rəhbər imzaladıqdan sonra qüvvəyə minir.Katib, eyni zamanda Şurada Rəhbərin nümayəndəsi olduğundan çəkisi prezidentinkindən ağırdır.Rəhbər və ya onu əvəz edən şəxslər prezidentin əl- qoluni bağlamaq üçün ona öz nümayəndəsini katib göndərmişlər. M.Rezai hamilərinin etimadını doğrultmaq üçün öz əsas media resursu olan " Tabnak" saytında,redaksiya adından prezidenti başarısızlıqda və ən dəhşətlisi " hərbi sirri düşmən stolunun üstünə qoymaqda"ittiham edən yazı yerləşdirmişdir.İttihamın süni xarakter daşıdığı ondan görünür ki, prezident bütün dünyaya məlum olan İran saytlarinda hər gün təkrar olunan məlumatları: valyuta məzənnəsi(?), inflyasiya, resurslar, gəlirlər,xalqın iqtisadi problemləri əhatə edən məlumatları"faş" etməkdə ittiham olunur. M.Rezai Rəhbərin( və ya onun adından danışanın) nümayəndəsi və adamı olduğundsn bütün səylər Prezidenti xarici siyasətdən və yaxın gələcəkdə hakimiyyətdın uzaqlaşdırmağa yönəlib.Prezident ya qətiyyən müstəqillik nümayiş etdirməməli ya da hakimiyyətdən" könüllü şəkildə getməlidir.Üçüncü yol, deyəsən, görünmür.Amma Fələyin nə saydığını nə bilmək olar./ 16 avqust 2026 P.S. Вернуться назад |