Главная > КУЛЬТУРА > Etnoglobus.az HEJARE ŞAMİLİN şerlərini oxucularına təqdim edir
Etnoglobus.az HEJARE ŞAMİLİN şerlərini oxucularına təqdim edirDünən, 18:12. Разместил: Gulnara.Inanch |
|
Hejare Şamillə qiyabi tanışam. Yazıları Ethnoglobus.az saytımızda dərc olunub. Onun şerlərini isə ilk dəfə idi oxudum və kvant şüuru ilə gördüklərimi, hiss etdiklərimi qısaca sözlə ifadə edim. Hejarın şerlərində sözdən əvvəl ruh gəlir, ruh danışır. Belə halda ruh halını sözlə ifadə etmək asan deyil. Söz ruh axınının qabağında vaxta sığmır. Ruh Kayrosda ( yəni İlahi zamanda) söz isə Xronosdadır (3D boyutunda istifadə etdiyimiz ilə, aya, günə, dəqiqə və saniyəyə ilə ölçülən vaxtdır). Hejar şerləri Kayros zamanında -sonsuzluqda, heçlikdə, İlahi tezliklərdə yazılıb. Gülnara İnanc, ethnoglobus.az onlayn mərkəzinin qurucusu, kvnat psixoloqu , etnopsixoloq, mentor, jurnalist MƏNI BAĞIŞLAMA, QURBAN OLDUĞUM... Məni bağışlama, qurban olduğum And verdim andlara, heç bağışlama... Bu dünya belədi, tezin geci var Amma heç tez olmaz gec, bağışlama. Yazdığım hər şeir, söz günahımdı Səni sevməyim də öz günahımdı. Sən, mən olmadıqsa biz, günahımdı Alın yazımdı bu suç, bağışlama. Eşqin yox, suçundum, xatandım sənin Mən boyda günaha batırdım səni. Yaxşı ki özümdən qurtardım səni Sən də öc almağı seç, bağışlama. Sayma varlığımı heçə də, görsən, Durma, ayaq döymə, necə də görsən... Cismimi ruhuna secdədə görsən Ruh kimi yanımdan keç, bağışlama. Qoy mənə dərd olsun könül yıxmağım Tanrı cəza kəsdi bu darıxmağı... Sən olan dünyaya dəysə ayağım Mən olan dünyadan köç, bağışlama! ("Poeziya aləmi" səhifəsində dərc olunub) AYRILAQ Heç bilmədik necə sevdik sevəndə, Heç bilmirik indi necə ayrilaq. Görən necə ayrılırlar sevənlər? Bilirsənsə de, eləcə ayrılaq. Gəlməli ki, deyildik biz, gəlmisən. Mən tabsızam, sən niyə bəs gəlmisən? Son görüşə qaranəfəs gəlmisən... Derdin alım, otur dincəl, ayrılaq. Çox ağlama, gözlərini yaş tutar, Öz ahından özünü qarğış tutar. Çətin gündüz bu ayrılıq baş tutar, Vaxtın varsa gözlə, gecə ayrılaq. Gecə keçdi, biz ayrıla bilmədik, Ayrılıqdan tez ayrıla bilmədik. Get bir az da döz, ayrıla bilmədik, Bu dəfə də get, beləcə ayrılaq! 1992 -ci il Вернуться назад |