Главная > В МИРЕ > İRAN YENƏ DƏ ORTA ƏSRLƏRDƏ QALMAQ İSTƏYİR.
İRAN YENƏ DƏ ORTA ƏSRLƏRDƏ QALMAQ İSTƏYİR.29-06-2026, 11:33. Разместил: Gulnara.Inanch |
|
foto:www.britannica.com Vidadi Mustafayev Məlum olduğu kimi Orta əsrlərdə Avropada feodallar öz torpaqlarından daha çox gəlir əldə etmək üçün öz ərazidindəki yol,, körpü və digər keçidlərə görə əsasən tacirlərdən ağla gələn( yol, körpü; keçid)və gəlməyən vergi və rüsumlar( məsələn torpağa toxunma, toz, kölgə və.s ) alırdılar. Bundan əziyyət çəkən şəhərlər Hanza İttifaqında birləşərək əsassız və çoxsaylı vergi və rüsumları aradan qaldırmaq uğrunda bütün vasitələrlə, o cümlədən hərbi, mübarizə aparırdılar .İttifaq Şimal dənizindən Baltik dənizinə keçən gəmilərdən rüsum toplayan Danimarka kralına qarşı müharibəyə başlayıb və məğlub etdikdən sonra rüsum aradan qaldırılmışdır. İndi İran 40 günlük müharibədə əldə etdiyi təcrübəni yəni Hürmüz boğazını bağlamaq, gəmilərin keçidinə icazə vermək və onlardan rüsum toplamaq təcrübəsini əbədiləşdirmək istəyir. İran 18 iyun 2026 - cı il tarixli Anlaşma memorandumunda gəmilərin sərbəst və rüsumsuz keçidini təmin etməyi öhdəsinə götürsə də, rüsum anlayışını xidmət anlayışı ilə əvəz edərək gəlir əldə etməyi davam etdirmək istəyir. İranın bu hərəkəti beynəlxalq gəmiçilik qanunlarına zidd olduğundan körfəzin digər sahilində olan Omanın sahil sularından istifadə etmək haqqında razılığa gəlinib.Lakin SEPAH həmin razılığı rədd edərək gəmilərin yalnız onun sahilinə yaxın ərazidən keçməli olduğunu bəyan edib.Sepah sözünə əməl edərək onun "ərazisi" ndən keçməyən neft tankerini atəşə tutub.Buna cavab olaraq Amerika İranın sahildə yerləşən raket, PUA anbarları, radar mərkəzlərini bombalayıb.Beynəlxalq qanunları, Memorandumu pozan İran/Sepah Amerikanı Memorandumu pozmaqda ittiham edərək cavab həmləsi edib və daha güclü zərbələrlə təhdid edib. Beləliklə İran Orta əsrlərdə olduğu kimi yol, keçid rüsumu mənbəyi tapıb və Orta əsrlərdən qabağa gedərək ona aid olmayan keçidə görə rüsum yığmağa başlayıb. Bu hadisə Danimarka təcrübəsini xatırladır.İ ran Danimarka,ABŞ isə obyektiv olaraq Hanza İttifaqının oynadığı rolu oynayır.Bir fərqlə ki,, Körfəz ölkələri ilə ticarət edən bütün ölkələr İranın iştahına qarşı olsalar da, hərəsi bir mülahizə ilə İrana qarşı nəinki sərt addımlar atmır, hətta sərt bəyanatlar belə vermirlər. İran yalnız siyasi sistemin təşkilində deyil, həm də rüsum məsələsində Orta əsrlərdən " ilham " alır./27 iyun 2026 Вернуться назад |