Главная > В МИРЕ > “QALİB” İRAN
“QALİB” İRAN19-05-2026, 10:32. Разместил: Gulnara.Inanch |
|
foto: google Vidadi Mustafayev 28 fevral 2026-cı il tarixində başlanmış və 8 aprel tarixində Atəşkəs elan olunmuş,13 aprel tarixindən İranın dəniz mühasirəsi ilə davam edən ABŞ,İsrail-İran müharibəsinin,tərəflərdən hər birinin hələlik özünü qalib elan etməsi şəraitində, dəqiq nə ilə qurtaracağını demək çətin olsa da, bir məsələni əminliklə proqnozlaşdlrmaq olar.Hakim rejim hər cür daxili müxalifətə- dişsiz islahat cəbəsi, mərkəzləri xaricdə yerləşən radikal “inqilabi” qüvvə olan və bir- biri ilə mübarizə aparan Xalq mücahidləri və monarxistlər,ərəb, kürd, bəluç radikal silahlı inqilabçı qüvvələr və demokratiyanın atası, ilk təsisçiləri, ideoloqları,ən qızğın tərəfdarları və bu gün də həmin çərçivıdə mübarizə aparan Azərbaycan/ türk demokratlar- və iranlı xarici müxalifətə tam qalib gələcək.Bunun iki göstəricisi var. 1.İranda 1404 dey/2025- ci ilin sonları 2026- cı ilin əvvəllərində baş vermiş Dey iğtişaşları adlanan geniş iğtişaşlarda, xüsusən yanvar ayının 8- 9 və sonrakı günlərdə etirazçılardan ən azı 3100-dən çox nəfər qətlə yetirildikdən sonra da həbslər, edamlar davam etmişdir.28 fevral 2026-cı il tarixində İrana qarşı başlanan müharibə rejimə mexaliflərə divan tutmaq üçün yeni fürsət yaratmışdır.Müharibə günləri və ondan sonra bərqərar olan atəşkəs dövründə müxalifətə qarşı repressiyalar daha da genişlənmişdir. İndi hər gün daxili müxaliflərin ya edam edilməsi, ya həbs olunması, xarici iranlı və əlçatmaz müxaliflərin əmlakının müsadirə edilməsi xəbəri gəlir. Rejim müxalifətə qarşı iki ” cəbhə”də vuruşur. Birinci cəbhə Dey iğtişaşçılarına qarşı , ikinci cəbhə isə sonuncu müharibənin gedişində və ondan sonra meydana gələn(!) ” vətən xainləri” nə qarşı mübarizə cəbhəsidir. Rejim hər iki cəbhədə əldə etdiyi” qələbələr” haqqında onu “var gücü ilə, gecə-gündüz müdafiə edən əsl xalqa” daim məlumat verir.Məsələn, bu gün(18 may) Polis qüvvələrinin Baş komandanı bəyan etmişdir ki, müharibə başlayandan bu günə kimi Dey iötişaşlarında iştirak etmiş 6500-dən çox şəxs həbs edilmişdir. Sepah isə növbəti ” qələbə” raportunda ölkənin 3 vilayətində düşmənə ” xidmət” edən xain və casus şəbəkələri aşkar etdiyi və həbslər keçirdiyi barədə məlumat verir. Daxili düşmənlərə qarşı İttilaat(Kəşfiyyat) nazirliyi və ondan daha geniş səlahiyyətlərə malik olan, onun əsas rəqibi rolunda çıxış edən Sepah və onun Kəşfiyyat Təşkilatı “xalqı”ın ən yaxından dəstəyi-xəbərçiliyi ilə amansız mübarizə aparır.Xarici iranlı müxalifətə qarşı isə mollaların inhisarında olan Məhkəmə hakimiyyəti “düşmənlər”in İrandakı mal-dövlətini müsadirə etməklə-“beytülmala” qaytarmaqla mübarizə aparır. 2.İran rejimi bütün real və özü yaratdığı süni daxili və xarici ixtilaf və münaqişələrdən özünün antixəlqi, antitərıqqi, antiazadlıq siyasətinin legitimliyini möhkəmləndirmək üçün istifadə edir. Bunun ilk nümunəsi 1979-cu ilin noyabrında ABŞ səfirliyinin ələ keçirilməsi idi.Həmin hadisədən formalaşmaqda olan rejim gözdən pərdə asmaq üçun yaradılmış texnokrat Müvəqqəti (fevral-noyabr 1979)hökuməti siyaisi səhnədən uzaqlaşdırmaq və Yeni, son dərəcə mühafizəkar,İslam dininin şiə məzhəbinin və ruhanilərin ali hakimiyyətini elan edən Konstitusiyanın qəbul edilməsi ilə bağlı referenduma( 2-3 dekabr 1979) qarşı etirazları digər istiqamətə yönəltmək üçün istifadə etdi. İkinci nümunəsi, İraqı təhrik etdikdən sonra başlanmış İran- İraq müharibəsi(1980-1988) idi.Xomeyninin “İlahi nemət” adlandırdığı bu müharibə formalaşmaqda olan rejimə qarşı duran bütün siyasi, ideoloji,mədəni,dünyəvi qüvvələri: sağ, sol,liberal,demokrat, milli , hətta dini müxalifəti siyasi səhnədən uzaqlaşdırmağa” imkan” verdi. Rejim həmin tarixi təcrübədən bu gün də məharətlə istifadə edir.Odur ki, rejimin öz xalqına “qalib” gələcəyi heç bir şübhə doğurmur\ 19 may 2026 Вернуться назад |