Главная > ЭТНОПОЛИТИКА > XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST

XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST


20-04-2026, 14:55. Разместил: Gulnara.Inanch

Foto: ru.wikipedia.org

Vidadi Mustafayev

İran rejimi  daxili müxalifətə və  daxili DÜŞMƏNLƏRƏ  qarşı 2025-ci ilin dekabr ayının sonundan başlatdığı və 2026-cı ilin yanvar ayının ortalarına qədər davam etdirdiyi mübarizəni 2026-cı ilin fevral ayının 28 -də  ABŞ, İsrail hərbi təcavüzü ilə başlanan və birinci mərhələsi aprel ayının 8-də iki həftəlik  ATƏŞKƏS lə başa çatan müharibə, atəşkəs və aprelin  13-də başlanan ABŞ dəniz mühasirəsi  günlərində də davam etdirmişdir.
ABŞ, İsrail -İran müharibəsi  hakimiyyətin gözlədiyi kimi xalqı rejim ətrafında sıx birləşdirsə də, həmin birliyi əhalinin bütün kəsimlərinə şamil etmək olmur. Rejim əleyhdarlarına qarşı mübarizə apardığı kimi, rejimin düşmənləri də ona qarşı mübarizəni davam etdiruirlər.Bunu rejimin bir neçə  paralel fəaliyyət göstərən   təhlükəsizlik qüvvələrinin öz " uğurları" haqqında həvəslə dərc etdikləri məlumatlar əyani şəkildə göstərir.

Xaricdə   rejimə qarşı fəaliyyət göstərən ,lakin İranda malı-mülkü olanların  " bəd" əməlləri  müəyyən və "təsdiq" edildikdən sonra   əmlakları və  aktivləri müsadirə olunur. Bunlar daha çox "məşhurlar" zümrəsindəndir.Onların tez-tez siyahısı və sayı dərc edilir.Bir qədər əvvəl  400 nəfərin əmlakının müsadirə edildiyi qeyd edilmişdir. Ondan əvvəl və sonra da daha kiçik rəqəmlər göstərilib.Hələlik yekun rəqəm yoxdur, çünki "dönüklər" in axtarışı və müəyyən edilməsi davam edir.
Buna paralel olaraq daxildə olan müxalif "düşmənlər" lə də amansız mübarizə davam edir.Dekabr(2025) -yanvar( 2026) iğtişaşlarının iştirakçılarının  edamı, müharibə günlərində düşmənlə bu və ya digər şəkildə əməkdaşlıq edən şəxslərin həbsləri davam edir.
Bunlar düşmən agentləri, yardımçıları, casusları , teroristlər  kimi xarakterizə olunur. Bunların bir hissəsi  həmçinin ən ümumi şəkildə ya separatist, separatist terrorist, ya da monarxist, monarxist. monarxist -terrorist kimi təqdim olunur.
Məlum məsələdir ki, separatistlər milli,etno-dini  regionlarda milli, milli-mədəni hüquqlar uğrunda mübarizə aparan milli fəallardır . İndiyə qədər separatist adlanan müxaliflər əsasən Xuzistanda( ərəblər) Sistan və Bəlucistanda(  bəluçlar) Qərbi Azərbaycanın qərbində ( kürdlər), monarxistlər isə qeyri-etnik bölgələrdə həbs olunurdular.Dünənki məlumat bu uyğunluqdan qismən kənara çıxır. Belə ki  dünən    Sepahın daim "ayıq-sayıq"  əks-kəşfiyyat əsgərləri düşmənlə  əməkdaşlıq edən  127 nəfəri həbs edib. O cümlədən Mazandaran vilayətində 69 nəfər monarxiya tərəfdarı, Kirman vilayətində 51 nəfər  düşmən agenti, monarxist, casus həbs edilib.
Şərqi Azərbaycan vilayətində isə  YEDDİ nəfər MONARXİYA tərəfdarı həbs edilib.





Вернуться назад