Главная > ЭТНОПОЛИТИКА > Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı

Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı


6-04-2026, 12:39. Разместил: Gulnara.Inanch

Foto: www.historyhit.com

Vidadi Mustafayev 

İRAN ŞAİRİ DEYİR Kİ…

İranın  şair,yazıçı, sənət adamları müharibə günlərində  xalqı dözümlülüyə və qələbə əzminə kökləmək və vətənpərvərliyi gücləndirmək üçün müxtəlif saytlarda  müxtəlif yazılarla çıxış edirlər.

Onlardan biri,İfaçılıq sənətçiləri cəmiyyətinin keçmiş rəhbəri, şair yazır ki, İran İsgəndər,Çingiz, Teymur və Səddam  həftxanını( yeddi ağır sınaqdan  çıxmaq) keçmış, varlığını  davam etdirmişdir.

Şairə, onun vətənpərvərlik hislərinə hörmət edərək, bir iki qeyd əlavə etməyi zəruri hesab edirik.

 1. İran fars\farslar mənasında burada sadalanan iki sınaqdan-İsgəndər və Səddam sınağından keçmiş.Birinci sınaqda  İran\farslar   tam məğlubiyyətə uğramış, imperiya məhv  edilmiş, farslar bir subyekt kimi  tarix səhnəsindən  550 il müddətində   kənarda qalmışlar. Bu müddətdə imperiya müstəmləkəyə, fars dili bir əyalət dilinə çevrilmiş və yunanların  təsiri ilə köklü dəyişikliyə uğramışdır. İkinci halda, hə, demək olar ki, sınaqdan qalib olmasalar da,çıxa bilmiş və rejim daha da güclənmişdir.

2.Müəllif ən əsas sınaqın- Ərəb\İslam sınağının adını çəkmir. Halbu ki İran\farslar tarixlərində İsgəndərdən sonra ikinci dəfə ən ciddi,çətin,ağır sınağa məhz ərəblər tərəfindən  çəkilmiş və həmin sınaqda dövlətlərini, dinlərini, dillərini(status baxımından)  itirərək üzü qara çıxmışlar. Həmin sınaqdan sonra farslar yenidən periferiyaya sıxışdırılmış, dinlərini dəyişmiş, ərəb dilini rəsmi dil kimi qəbul etmişlər.Yəni İran\farslar sınağa bir keyfiyyətdə-  müstəqil dini, dili  olan, imperiya kimi  daxil olmuş, tam məğlubiyyətə uğramış  və müstəmləkə kimi , yeni din və digər dilin ağalığı ilə çıxmışlar. 3.Bundan sonra farslar  müstəqil subyekt kimi tarix səhnəsindən 1370 ildən çox ( 651-1925) bir müddətdə kənarda qalmışlar.Ona görə İranın\farsların Çingiz və Teymur sınağından çıxdıqlarından danışmağın əsası yoxdur.Çingizin sınağından Xərəzmşahlar,Teymurun sınağından isə regionun dörd bir bucağında yaranan və bir-biri ilə çəkişən iri və xırda dövlət qurumları çıxa biməmişdilər. 

Onu da əlavə edək ki,İran\farslar hər iki əsas sınaqda məğlub olsalar da,  tarix səhnəsinə tamamilə dəyişmiş və yeni keyfiyyətdə çıxmışdılar.

Qeyd edildiyi kimi, Səddamın sınağından qalib gəlmədən  uğurla çıxsalar da, heç bir dəyişikliyə məruz qalmamış,rejim daha da nöhkəmlənmişdir.

Əgər bu dəfə də İran sınaqdan necə deyərlər pat vəziyyətində çıxsa, ictimai,siyasi, mədəni həyatda heç nə dəyişməyəcək və  rejim daha da güclənəıcək. İranlılar  üçün nə qədər  ağır olsa da, onların işıqlı gələcəyi bu müharibədə məğlubiyyətdən keçir.

Məğlubiyyət ABŞ-ın şərtlərini qəbul etmək deyil, bu heç nəyi dəyişməz. Məğlubiyyət qarşı tərəfin hər tərəfli qəlbəsi və sistemin çökməsi olmalıdır.

Hadisələrin hazırki gedişi göstərir ki, xalqın xilasının başlanğıcı ola biləcək məğlubiyyət ehitimalı çox uzaqdır.

 DOĞRUSUNU ZAMAN BİLİR.\4 aprel 2026





Вернуться назад