Главная > ЭТНОПОЛИТИКА > İranın Qafqazda nüfuz davası

İranın Qafqazda nüfuz davası


26-03-2026, 13:29. Разместил: Gulnara.Inanch
Vidadi Mustafayev

QARI DÜŞMƏN DOST OLMAZ

Cənubi Azərbaycan türklərinin,Azərbaycanın və türk dünyasının düşməni olan panfarsist alim politoloq yenə saytlardan birində  başlayıb- nə başlayıb.
Amerika, İsrail - İran müharibəsində Amerikanın gücsüzlüyü İranın Fars körfəzində at oynatmasına və Körfəz regionunda artıq yeni və İrana sərf edən qayda qurduğundan dəm vurmasına səbəb olub.Hazırki vəziyyəti nəzəri çərçivəyə salmağa cəhd edən müəllif müharibədən sonra İranın Qafqazda(!) da belə qayda bərqərar edəcəyindən bəhs edib.Fars körfəzi regionunda yaradılmış yeni qayda- qanunu "təqdim" etməyə ehtiyac yoxdur.
Gələcəkdə Qafqazda yaradılacaq " yeni qayda" ilə bağlı fikirlərin icmalını verməkdən vaz keçərək həmin yeniliyi bir sözlə ifadə etsək, burada İranın şəriksiz dominatlığının bərqərar olacağı arzusunun əks olunduğunu deyə bilərik.
Yazıda Azrbaycan,Türkiyə, türk  dünyası ilə bağlı deyilənləri mətndəki ardıcıllqla tam şəkildə təqdim etməyə çaışırıq.
"İkinci Qarabağ müharibəsindən(2020) sonra sərhədlırin və koridorların dəyişdirilməsi sahəsində hərəkətliklər" İranın yeni yanaşmasını aktual edir.
Guya iqtisadi əlaqələrə üstünlük verməyin vacibliyini qeyd etdikdən donra yazır:"Bununla belə Amerika, Türkiyə  və sionist rejimin həyata keçirmək istədiyi sözdə Zəngəzur və ya Tramp yolu lahiyəsi"...
"Qafqazda  regiondan kənar güclər və dövlətlər NATO, Amerika,İngiltərə,Türkiyə(? !)və İsrail"...
Burada Rusya qeyd edilmir.


Bakının(?) və Türkiyə, Türk Dövlətləri,Amerika, Ai. ilə əməkdaşlığı, Ermənistanın ABŞ la hərbi əməkdaşlığı və "saxta Zəngəzur dəhlizi" ilə bağlı 99 illik sazişi." Bütün bunlar Qafqazı İran,Rusiya və Çin(?) əleyhinə bazaya çevirməyə xidmıt edir."Burada nədənsə, Gürcüstanın əlaqələri unudulur.
Daha sonra qarı düşmənçiliyin əsl üzü ortaya çıxır:"İkinci Qarabağ müharibəsi NATO- nun Pantürkizm ideyası ilə İranın "azəri" rayonlarını,Rusiyanın türk(!) rayonlarını,Çinin(?!)uyğur rayonlarını qoparmaq üçün hazırladığı planın icrası üçün bir"ÖRTÜK" idi".
Daha sonra:" Əliyev tərəfindən Artsaxın(?)işğalından sonra Bakının(?) Ermənistana qarşı ərazi iddiaları davam etmiş və Sünik vilayəti saxta " Qərbi Zəngəzur"adı ilə  adlandırılmışdır".
Həyasızlığın sərhədi olmur.Yazr ki Pantürkizm narrativi və təfriqəçiliyə qarşı mübarizə aparmaq üçün erməni və"azəri" elitası ilə mədəni  əməkdaşlığı genişləndirmək.. və s. və i.a.
İran bu müharibədən sağ çıxsa,  Qonşular üçün bir nömrəli,daha  güclü təhdid və təhlükə
mənbəyini təşkil edəcəkdir.


Allah başda Türkiyə və Azərbaycan olmaqla  reqion ölkələri və türk dünyasına daha böyük güc , birlik versin ki, Qafqaz  raket, pua  və məzhəbçilikdən başqa təklif  etməyə heç nəyi olmayan İranın təsiri altına düşməsin.İnşallah belə də olacaq.

Вернуться назад