Главная > ЭТНОПОЛИТИКА > Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib
Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib15-09-2025, 17:12. Разместил: Gulnara.Inanch |
|
13.09.20245 Əli Xameneinin müşavirinin Avropa ravvinlərinin Azərbaycanda toplanmasına qəzəblənir Euronews - İranın Ali Rəhbərinin müşaviri və keçmiş Xarici İşlər naziri Əli Əkbər Vilayəti şənbə günü Azərbaycan Respublikasına “Avropa ravvinləri” konfransının keçirilməsi ilə bağlı xəbərdarlıq edib. Konfransın Azərbaycanda noyabrın 3-dən 6-dək, yəni iki aydan da az vaxt sonra keçirilməsi planlaşdırılır. İclasın təşkilatçıları bəyan ediblər ki, onların məqsədi “İbrahim razılaşması”na (bəzi İslam ölkələri ilə İsrail arasında münasibətləri normallaşdıran müqavilə), “din azadlığına” dəstək və “Avropada antisemitizmlə mübarizə”dir. Əli Əkbər Vilayəti bununla bağlı deyib: "Şiə müsəlman ölkəsində sionist ravvinlərin iclasının keçirilməsi xəbəri çox təəccüblüdür və təəssüf doğurur. Azərbaycan hökuməti tərəfindən ilk dəfədir ki, bu qanunsuzluq törədilir və bu, İslama zidd hərəkətdir və dünya şiələrinin ləyaqətinə qarşı bir hərəkətdir”. İran rəhbərinin müşaviri “İbrahim sazişi”nə toxunaraq əlavə edib: “Görünür, bu sammitin məqsədi “İbrahim sazişi”ni genişləndirmək, Azərbaycanı, eləcə də Mərkəzi Asiyanın digər müsəlman ölkələrini ona əlavə etməkdir”. Əli Əkbər Vilayəti həmçinin Azərbaycan Respublikasında bu görüşün keçirilməsi barədə xəbərinin “doğru olmadığına” ümid etdiyini bildirib. “Avropa ravvinləri” konfransını təşkil edənlərin verdikləri məlumata görə, qarşıdan gələn bu konfransa Azərbaycan Respublikası hökuməti ev sahibliyi edəcəkdir. İran liderinin müşaviri də Azərbaycan Respublikasını bu konfransı keçirməkdən çəkinməyə çağırıb. Əkbər Vilayətinin Bakını tənqid etməsi Azərbaycan Respublikası ilə Ermənistanın keçən ay Ağ Evdə sülh sazişi imzaladığı vaxta təsadüf edir. Bu saziş çərçivəsində “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” dəhlizi yaradılmalıdır. Tehran Ermənistanla sərhəddə bu dəhlizin yaradılmasını özünün regional nüfuzu və ticarət perspektivləri üçün təhlükə hesab edir. Tərcümə və təqdimat: Səməd Bayramzadə Mənbə: https://news.gooya.com/2025/09/post-101542.php Вернуться назад |