Ümumiyyətlə, siz hər nə desəniz də İranın pərdə arxasında məsələn, ruslarla bir iş görməsi barəsində düşünmək səhvdir. Əslən, elə deyil, amma unutmaq olmaz ki, qonşuları dəyişmək mümkün deyil. Məsələn, siz deyə bilməzsiniz ki, mən Rusiyanı çox sevmirəm və mən Rusiya əvəzinə Kanada ilə qonşu olmaq istəyirəm. Bu, məntiqli deyil. Ona görə də biz bu qonşularla qurub-yaratmalıyıq. Biz müdafiə müqavilələri və sazişləri imzalamamalıyıq. İndi də belədir. Bizim hərbi, texnoloji, neft-qaz, siyasi və sair sahələrdə əməkdaşlığımız var.