Главная > ИСТОРИЯ И ОБЩЕСТВО > HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ

HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ


10-05-2025, 09:59. Разместил: Gulnara.Inanch

Kərimova Nurəngiz Əli                                 

                                                                     Azərbaycan  Respublikası,   Bakı Slavyan                           

                                                                   Universiteti,Regionşünaslıq kafedrası,müəllim

                                                   nurangiz.kerimli@mail.ru ORCID İD 0000-0002-8792-2299

 

 

Açar sözlər:  Ulu Öndər,    mədəniyyət,  milli kimlik,   “azərbaycançılıq”,    qurtuluş,   milli  birlik,   müasirlik,  məfkurə.

Keywords: National Leader, Culture, National Identity, Azerbaijani Ideology, Liberation, National Unity, Modernity, Ideology

“Mən  həmişə   fəxr eləmişəm, bu gündə fəxr edirəm ki , mən azərbaycanlıyam” – bu sözlər Ümummilli Lider Heydər  Əliyevin  bütün   həyatının epiqrafı kimi  səslənir.   Heydər Əliyev  Azərbaycana    iki  dəfə   başçılıq edib   və    onun    ölkəyə rəhbər  olması ən çətin və  ziddiyyətli   dövrə təsadüf edib. Əslində,  Heydər Əliyev   ölkəmizin ən fərqli   dövlətçilik   sistemi   olan  dövrlərdə Azərbaycanın   rəhbəri   olub. Və  zamanla  ayaqlaşaraq,   dövrün  nəbzini  tutaraq,   ən əsası da,  öz xalqının  taleyinə    ürək  yandıraraq    Heydər Əliyev   Azərbaycanı   qabaqcıl   ölkəyə çevirdi, sonrakı nəsillərə    onu miras   qoydu. 

 XX əsrdə  Azərbaycan   xalqı  çox  ağır   və  çətim sınaqlardan  keçmişdi.    SSRİ nin dağılması,  erməni  separatizminin  baş qaldırması,  gizli çaxnaşmalar,  respublikada   hakimiyyətin  dəyişməsi, naşı  rəhbərlik   üsulu  və  digər amillər   Azərbaycan xalqınım  faciəyə  aparır,   Azərbaycanıın dövlətçiliyinin   özünü  çox   təhlükəli   vəziyyətə  gətirib çıxarmışdı.   

XX əsrin 90-cı illərində   Azərbaycan Respublikasında   son dərəcə    qarışıq   bir   durum   yaranmışdı.   Xalqımızı, millətimizi  həmin çətin vəziyyətdən qurtaran, xilas edəm   Ümummilli Lider  Heydər Əliyev   oldu.   Həmin illərə dönərkən,   həmin dövrü təhlil edərkən  Heydər  Əliyev    fenomeni,  bu qeyri-adi   şəxsiyətin    fəaliyyəti və  onun   sözün əsl mənasında  tükənməz     siyasi və intellektual   potensialı   xüsusən  qeyd edilməlidir.  Heydər Əliyev   bir   şəxsiyyət kimi, professional siyasətçi olaraq  daim öz üzərində  işləyib və   uzun   həyat   yolu keçmişdi.    Belə ki, Heydər Əliyev   artıq gənc yaşlarından   dövlət qurumlarında  fəaliyyətə başlayıb   və   işlədiyi bütün  vəzifələrdə   doğma Azərbaycan  üçün    çox böyük   işlər görüb.

1969-cu  ildə  Heydər Əliyev   Azərbaycan SSR  Mərkəzi Komitəsinin   birinci   katibi   vəzifəsinə təyin  olunmuşdu    və  Azərbaycan SSR  həmin dövrdən başlayaraq, SSRİnin  ən qabaqcıl respublikalardan  birinə   çevrilməyə başladı.  Azərbaycanda yeni, ən müasir, beynəlxalq  əhəmiyyətli   müəssisələr   yarandı,  yaşayış massivləri tikildi,  azərbaycanlı tələbələr  dövlət xətti ilə   SSRİnin   ən  nüfuzli ali məktəblərinə təhsil almaq üçün göndərildi. Məhz Heydər Əliyevin   hakimiyyətə    gəlişindən sonra Azərbaycanın iqtisadiyyatının, siyasi sisteminin və sosial həyatının dərindən modernləşdirilməsi prosesi başlandı və respublikanın  siması, imici   müsbət şəkildə   dəyişdi.   Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan  artıq təkcə   xammal- neft, pambıq  və digər faydalı   qazıntılar , təbii sərvətlər mənbəyi  kimi  deyil, həm də   SSRİnin   görkəmli  mədəniyyət mərkəzlərindən  biri   kimi  tanındı.  

Heydər Əliyev  dünya miqyaslı  siyasətçi olmaqla  yanaşı, həm də   hərtərəfli, geniş  dünyagörüşünə   malik bir şəxsiyyət idi.  Buna görə, Ulu Öndər öz  fəaliyyətini  yalnız   siyasi  məsələlərlə  məhdudlaşdırmır,  Azərbaycan milli mədəniyyətinə  və incəsənətinə, onların  dünyada   təbliğ  olunmasına  xüsusi diqqət yetirirdi. Təsadüfi deyil ki,  Heydər Əliyevin  Azərbaycana    rəhbərlik etdiyi  dövr  haqlı olaraq   “milli mədəniyyətimizin İntibah dövrü” adlandırılır.  (2, 93)

Ulu Öndərin respublikaya  başçılıq  etdiyi   illərdə respublikada  milli mədəniyyətin bütün sahələri çiçəklənirdi. Onun daimi diqqəti və yeni yaradıcılıq şedevrlərinin yaranması üçün ən əlverişli şərait yaradılması sayəsində musiqi sənəti Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin yeni möhtəşəm əsərləri ilə zənginləşmişdi. Müslüm Maqomayevin, Rəşid Behbudovun, Lütfiyar İmanovun, Zeynəb Xanlarovanın və bir çox başqalarının vokal yaradıcılığı görünməmiş miqyaslara çatmışdır. H. Əliyevin  Azərbaycan SSR MK birinci katibi olduğu illərdə 10-dan çox mədəniyyət və incəsənət xadimi Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. Ən   görkəmli  rəssamlar və rejissorlar, müğənnilər və bəstəkarlar isə təkcə respublikanın deyil, həm də SSRİ-nin fəxri adlarını alıblar. (2, 114)

Heydər Əliyevin bütün Sovet İttifaqında yüksək nüfuza  malik olması nəticəsində 1980-ci ildə Kremlin Qurultaylar Sarayının səhnəsində Fikrət Əmirovun “Min bir gecə” baleti təntənə ilə tamaşaya qoyuldu. Həmin il bəstəkar SSRİ Dövlət Mükafatına layiq görüldü.

Muğam və xalq mahnılarının gənc ifaçılarına da dövlət dəstəyi göstərilib.   Ş. Məmmədova adına Opera Studiyasının açılması və Xoreoqrafiya Məktəbi üçün güclü maddi-texniki bazanın yaradılması ilə milli xoreoqrafiya və vokal məktəblərinin təkmilləşdirilməsinə təkan verildi.

Heydər Əliyevin təşəbbüsü ilə görkəmli tarixi şəxsiyyətlərin xatirəsi görkəmli heykəltəraşlıq əsərlərində - Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Mikayıl Müşviqin, Rixard Zorgenin, Cəfər Cabbarlının, Mehdi Hüseynzadənin abidələrində əbədiləşdirilib. Dahi şair Molla Pənah Vaqif üçün vətəni Şuşada əzəmətli məqbərə ucaldılıb, açılışında Heydər Əliyev şəxsən  çıxış edib. 

Respublikaya rəhbərlik etdiyi dövrdə Ü. Hacıbəylinin, Natəvanın, Bülbülün, Səməd Vurğunun, Cəfər Cabbarlının, Hüseyn Cavidin memorial ev-muzeyləri  açıldı.  Dahi   romantik şair Hüseyn  Cavidin  məzarı Heydər Əliyevin göstərişi ilə İrkutskdan doğulduğu Naxçıvana  gətirilib və burada onun üçün əzəmətli məqbərə ucaldılmışdı. (4, 136)  Nəhayət, Azərbaycanda  SSRİ-nin  ən nüfuzlu   musiqi kollektivləri    konsertlərlə çıxış edib və  iri miqyaslı  mədəni   tədbirlər   keçirilirdi.  1974-cü   ildə    Bakıda  Ümumittifaq  kinofestivalı   keçirilmişdi  və  həmin kinofestivalda  SSRİ-də   çəkilən  bir çox filmlər  nümayiş etdirilirdi. 

1981-ci  ildə SSRİ-də   Azərbaycanın dahi    şairi və   mütəfəkkiri  Nizami Gəncəvinin  840 illik yubileyi  keçirilmişdi.   Bu  nəhəng   mədəni tədbir   həmçinin Heydər Əliyevin   təşəbbüsü   nəticəsində   mümkün olmuşdur.   Nizaminin  əsərləri   SSRİ xalqlarının  dillərinə tərcümə olunur və   Nizaminin  əsərləri   böyük tirajlarlarla    bütün müttəfiq respublikalarda   nəşr olunurdu. Moskvada  Nizami Gəncəvinin   yubileyi   ilə bağlı   maraqlı  tədbirlər, milli mədəniyyətimizi  təbliğ edən   konsertlər  keçirilmişdi.  Heydər Əliyevin milli  mədəniyyətimizə  göstərdiyi   diqqət  onun təbliği ilə  məhdudlaşmırdı.  Uzaqgörən siyasətçi   və   xalqının  təəssübkeşliyini  çəkən   şəxs olaraq  Heydər Əliyev  milli   mədəniyyətin  təbliğinin  əhəmiyyətini   dərk edir və  bu yolda   əhəmiyyətli   işlər görmüşdü.   Məhz bu səbəbdən   Ulu Öndər   onunla işləyən  kadrların    intellektual  inkişafına  xüsusi diqqət yetirirdi  və   onların respublikanın   layiqli  siması kimi  formalaşması üçün  şərait yaradırdı. Musiqişünas Janna Dozortseva Bakıdakı qastrol səfərini həyatının ən xoşbəxt anları kimi xatırlayır. Janna  Dozortseva bir neçə dəfə  Heydər Əliyevi  çıxışlarını dinləyib,   çox məntiqi   qənaətə gəlmişdi. “Heydər Əliyeviç tibb, səhiyyə  məsələlərindən danışır və  onu dinləyən insanda  belə bir təəssürat yaranır ki, bu  şəxs bütün həyatı boyu yalnız tibblə məşğul olub, nəqliyyat  problemlərindən  və   digər sahələrlə  bağlı çıxış  edəndə   ən yüksək səviyyəli  professional kimi  danışır,  məsələni   dərindən  təhlil edirdi. Heydər Əliyevi   bir sözlə xarakterizə etmək  mümkündür-  böyük istedad”. İstedadlı  şəxs isə   özünü  hər sahədə nümayiş etdirir. J.Dozortseva  həmçinin  qeyd edir ki, Heydər  Əliyev musiqiyə, incəsənətə  çox   həvəsli idi, sənəti yaxşı anlayırdı və xalqının mədəniyyətinə önəm verirdi. Məhz Heydər Əliyevin  təşəbbüsü ilə  "partiya və təsərrüfat fəallarının musiqi dinləməsi universiteti" yaradıldı  və SSRİnin   ən görkəmli  sənətşünasları   rəhbər işçilərə  incəsənət üzrə mühazirələr  oxuyurdu.   (2, 162)   

Heydər Əliyev  Azərbycanda  elmin inkişafına  xüsusi   əhəmiyyət verirdi.   Ulu Öndər  elmin   respublikada   yeni  istiqamətlərinin,  yeni   sahələrin  inkişafı üçün    hər cür şərait yaradırdı.  Həmin fəaliyyətin, həyata keçirilən  tədbirlərin   nəticəsində  Azərbaycan SSR  əvvəlki “əyalətçilikdən” uzaqlaşıb, artıq   SSRİ tərkibində  olduğu   halda belə  dünya miqyaslı   inkişaf etmiş respublika kimi tanınırdı.    Bu baxımdan      1973-cü ildə Bakıda  keçirilən   Beynəlxalq  Astronavtika  Konqresi ( BAK)   xüsusi   hadisə kimi  qeyd edilməlidir.

1973-cü ilin oktyabr ayınında SSRİ-də görünməmiş bir hadisə baş verdi: Bakıda Beynəlxalq Astronavtika Federasiyasının (IAF) təşkilatçılığı ilə 24-cü Beynəlxalq Astronavtika Konqresi (BAK) keçirildi. Tarixdə ilk Astronavtika Konqresi 1950-ci ildə Parisdə keçirilmişdi və 22 il ərzində növbəti konqresin sovet şəhərlərinin   birində  keçirilməsi  nəzərdə tutulmurdu. Konqreslərin keçiriləcəyi “namizəd” şəhərlərin siyahısı  çox nüfuzlu  idi- London, Roma, Vaşinqton, Nyu-York, Tokio, Pekin, Rio-de-Janeyro və b.   Buna baxmayaraq,  həmin konqress  məhz Bakıda (nə Moskvada, nə Leninqradda!)  keçirildi. Belə bir hadisə yalnız Azərbaycan SSR-in rəhbəri Heydər Əliyevin nəhəng səyləri sayəsində mümkün ola bilərdi. Heydər Əliyev   respublikanın kosmik sənayesinin inkişafına  daim böyük diqqət yetirirdi və  azərbaycanlı mütəxəssislər SSRİ-nin kosmik proqramında fəal iştirak edirdilər. Respublikanın müxtəlif strukturları - Azərbaycan SSR Elmlər Akademiyası, Kosmik Tədqiqatlar İnstitutu, Uzaq Məsafəli Rabitə İnstitutu peyklər və kosmik gəmilər üçün müxtəlif cihazlar, avadanlıq və komponentlər hazırlamışdı. Azərbaycan neftdən günəş panelləri, mikroçiplər, infraqırmızı videokameralar və kosmik gəmilərdə istifadə olunan inanılmaz dərəcədə bahalı yağlar istehsal edib. Bu yağlar qızıldan baha idi və heç bir yerdə istehsal olunmurdu. Heydər Əliyev   həqiqətən   nəhəng bir əməliyyat həyata keçirdi ki,   SSRİdə  ilk dəfə Astronavtika Konqresinə  məhz Bakı ev sahibliyi etsin.  

Respublikada  elmin intensiv inkişafı, Elmlər Akademiyasının  bir çox uğurları həmçinin  Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir.    Bu sahəyə daim xüsusi diqqət yetirən ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü tədbirlər  nəticəsində   Azərbaycanda   fundamental  elmi tədqiqatların  miqyası  xeyli genişlənmişdi.

Yarımkeçiricilər fizikası və elektrik energetikası sahəsində əldə edilmiş nəticələrə əsasən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu keçmiş SSRİ-də selen, tellur və onların kompleks birləşmələrinin tədqiqi üzrə aparıcı müəssisə və “Selen əsasında cihazların fizikası və texnologiyası” sahəsində aparıcı təşkilat kimi təsdiq edilmişdi. Respublikamızda, keçmiş Sovet İttifaqında yeni yüksək səmərəli selen rektifikatorlarının hazırlanması üçün xüsusi istehsal sahəsi yaradılmışdı. Həmin dövrdə akademik şəhərciyin tikintisi tam başa çatdırılmış, Elmlər Akademiyasında, universitetlərdə və digər müəssisələrdə çalışan alimlərin sayı xeyli artmış, yeni institutlar, laboratoriyalar, konstruktor büroları açılmışdı.

1972-ci ildə Elmlər Akademiyasının Naxçıvan Elmi Mərkəzi və Şəki Zona Elmi Bazası, 1975-ci ildə Xəzər Elmi Mərkəzi, 1978-ci ildə Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi, 1981-ci ildə Gəncə Elmi Mərkəzi yaradılmışdı.

 Heydər Əliyev 1975-ci ildə elmin, iqtisadiyyatın və mədəniyyətin inkişafında, yüksək ixtisaslı kadrların hazırlanmasında nailiyyətlərə görə  Azərbaycan Elmlər Akademiyasının bir qrup əməkdaşlarını  ali mükafatı - Xalqlar Dostluğu ordeni ilə təltif edilmişdi.   Həmin dövrdə Azərbaycanın onlarla   elm və təhsil xadimi SSRİ-nin yüksək orden və medallara və dövlət mükafatlarına layiq görülmüşdü.

Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində hər il yüzlərlə tələbə Sovet İttifaqının müxtəlif ali məktəblərinə, gənc alimlər isə ölkənin ən nüfuzlu elm mərkəzlərinə göndərilirdi. Bu uzaqgörən siyasət nəticəsində respublikamızda yüksək ixtisaslı kadrlar, mütəxəssislər formalaşmış, neft mühəndisliyi, fizika, riyaziyyat, informatika, kibernetika sahələrində dünya miqyaslı nəticələr əldə edilmiş,  ən müasir elmi mərkəzlər yaranmışdı.

Həmin dövrdə yetişən  mütəxəssislərin əksəriyyəti hal-hazırda müstəqil Azərbaycanın qurulması prosesində ön cəbhədə çalışırlar. Ötən əsrin 70-80-ci illərindən Azərbaycanın gələcəyini düşünən müdrik rəhbərin həyata keçirdiyi milli inkişaf proqramı bu gün öz bəhrəsini verməkdədir.

Təhsilin inkişafı üçün müxtəlif proqram və layihələr hazırlanıb və uğurla həyata keçirilib. Ölkədə yeni ali təhsil müəssisələri yaradıldı, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi təkcə Azərbaycanda deyil, həm də SSRİ miqyasında təhsil islahatlarında həlledici rol oynamışdır.

Heydər Əliyevi  yalnız uzaq görən siyasətçi,  parlaq   dövlət başçısı,  yüksək intellektual və  idarəçilik potesiala malik, maaarifpərvər   kimi  xarakterizə etmək   düzgün olmazdı.  Azərbaycan SSR MK birinci  katibi   vəzifəsini  tərk edib,  Moskvaya, SSRİ Nazirlər Soveti sədrinin  birinci   müavini  vəzifəsində  çalışdığı   illərdə  daim doğma Azərbaycanla  əlaqədə   olub, vətənini unutmayıb.   Heydər Əliyev  sözün əsl mənasında  el ağsaqqalı idi. Təsadüfi deyil ki,  1990-cı ildə, “Qanlı yanvar”  faciəsi   baş verəndə  Moskvada  Azərbaycan səfirliyinə gəlib, xalqına  birinci    baş sağlığı  verən məhz  Heydər Əliyev   oldu.   Azərbaycan  xalqı    dövlətçiliyini  qoruyub saxlamaq  üçün  həmçinin   məhz Heydər Əliyevi  Bakıya dəvət etdi.  Heydər Əliyev  fenomeni   bir daha  özünü parlaq şəkildə   bütün dünyaya nümayiş etdirdi.   Azərbaycana   SSRİ-nin  çərçivəsinə  bacarıqla   rəhbərlik edən şəxs  Azərbaycanı  artıq   müstəqil  dövlət kimi bütün dünyaya tanıtdı.   Ölkənin dahi rəhbəri 1993-cü ildən müasir Azərbaycan dövlətçiliyinin formalaşmasının mürəkkəb mexanizmini yaradaraq, SSRİ-nin süqutundan əvvəlki dövrdə əldə edilmiş çoxəsrlik mədəni irsə, mədəniyyətin, elmin və təhsilin inkişafındakı nailiyyətlərə əsaslanan müstəqil Azərbaycanın yeni ideoloji doktrinasının işlənib hazırlanması zərurətini   əsas   tarixi məqsəd kimi  ön plana çəkdi. 

Yeni dövlətçiliyin ideoloji,  yeni simasını, azərbaycançılıq məfkurəsini, müstəqillik dünyagörüşünü formalaşdırmaq   üçün fəaliyyət dairəsi  ali məqsədin  dərin mahiyyətinə  uyğun seçilməli idi.  Bu cür yanaşma  məntiqi idi, çünki  musiqi və təsviri sənət, muzey və kitabxana işi, tarixi abidələrin və digər mədəniyyət müəssisələrinin mühafizəsi və bərpası Azərbaycanın dövlət maraqlarına cavab verən milli ideyanın həyata keçirilməsinə xidmət edən ideologiyanın   əhəmiyyətli  tərkib hissəsi,  güclü   vasitələr idi. (3,  97)

Azərbaycanın  mənəvi potensialının yaradılması dövlət dilinin statusu   məsələlərindən başlayıb. Heydər Əliyev özünəməxsus enerjisi və ideyalarının düzgünlüyünə inamı, əzmi  ilə bu vəzifənin öhdəsindən çox gözəl gəldi. 1994-cü ildə Dil üzrə Dövlət Komissiyasını yaradan Ulu Öndər müzakirələr zamanı hamını inandırdı ki, müzakirənin bəzi iştirakçılarının təklif etdiyi kimi, dövlət dili respublikanın Konstitusiyasında  türk,   Azərbaycan türkcəsi kimi deyil,   məhz Azərbaycan dili kimi  qeyd edilməlidir.   (4, 152)

Heydər Əliyev deyirdi: "Hər bir xalqı onun ana dili yaradır. Amma yalnız insanların, alimlərin, maarifçilərin tərcümələri nəticəsində xalqın dili yaşayır, inkişaf edir və dünya mədəniyyəti səviyyəsinə yüksəlir. Ana dilini bilməmək, onun qiymətləndirməmək öz xalqına qarşı böyük günahdır”.  (4, 157) Bu o deməkdir ki, mədəniyyətini və dilini, mənəvi irsini inkişaf etdirən xalq əbədi yaşayacaqdır.

1995-ci il Konstitusiyası müasir Azərbaycan Respublikasının dövlət dilinin statusunu və adını təsbit etdi. Beləliklə, Azərbaycan dilinin əsrlər boyu inkişafı üçün konstitusiya-hüquqi əsas yarandı, onun yaranmasına təkan hələ 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbulu ilə Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi ilə verildi.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Azərbaycanın dünyagörüşü kredosunu belə formalaşdırmışdı: “Azərbaycan xalqı öz şərq köklərindən qopmadan, Qərb və Şərq sivilizasiyalarının sintezinə əsaslanan unikal mədəniyyət yaratmış, Qərb və Avropanın qabaqcıl ideyalarının Qafqazda, Yaxın və Orta Şərqdə yayılmasına öz töhfəsini vermişdir... Bu   bizim milli ideologiyamızın gələcəyidir”. (5,   169)

Azərbaycançılıq fəlsəfəsi ümummilli lider irsinin ayrıca parlaq səhifəsidir. “Biz öz kimliyini, dilini, milli adət-ənənələrini qoruyub saxlayan bir ölkəyik” -Heydər Əliyevin   bu sözləri   həmin  fəlsəfəni tam şəkildə  açıqlayır.   Azərbaycançılıq   ideologiyası özündə  hisslərin incəliyini, fəlsəfi müdrikliyini, Şərq mədəniyyətinin zənginliyini birləşdirir.  Azərbaycançılıq  ölməz xalq dastanı “Kitabi-Dədə Qorqud”dur, Molla Nəsrəddinin tükənməz yumorudur,   kəskin saturasıdır,  bu, xüsusi təfəkkür tərzidir, xüsusi  qəlbdir, xüsusi qandır”. Eyni zamanda    banisi  Ümummilli lider olan azərbaycançılıq fəlsəfəsi  milli müstəsnalığın təbliği deyil. Qloballaşan dünyada azərbaycançılıq  Azərbaycan xalqının yeni mədəni identiklik əldə etmə ehtiyacını ifadə edir, xalqın şüuruna yad dəyərlərin daxil edilməsinə və yeridilməsinə müqavimət göstərir. Azərbaycan mədəniyyətinin özünəməxsus dəyər mesajı heç bir halda itirilməməlidir, o   zəngin  mənəvi sərvətdir, əvəzolunmaz  mirasdır. 

 

2001-ci ildə Elmlər Akademiyasının adının Milli Elmlər Akademiyası adlandırılması, AMEA üzvlərinin sayının artırılması və seçkilərin keçirilməsi, 2002-ci ildə  AMEA Naxçıvan bölməsinin yaradılması, 2003-cü ildə AMEA-ya yüksək statusun verilməsi,   yeni nizamnaməsinin təsdiq edilməsi, və    bu  kimi  bir sıra mühüm addımlar ölkəmizdə elmin və təhsilin inkişafına böyük təkan verdi.   Təhsilin inkişafı üçün müxtəlif proqram və layihələr hazırlanıb və uğurla həyata keçirilmişdi. Ölkədə yeni ali təhsil müəssisələri yaradıldı, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi təkcə Azərbaycanda deyil, həm də SSRİ miqyasında təhsil islahatlarında  mühüm rol oynamışdı.   Milli mədəniyyətin dirçəlişinin ikinci dalğası Heydər Əliyevin yeni müstəqil dövlətçilik quruculuğunda, bu sahənin dinamik inkişafının təmin olunmasında titanik fəaliyyəti sayəsində baş vermişdi.     Heydər Əliyevin   apardığı  siyasət   heç zaman   birtərəfli, məhdud çərçivəli olmayıb.  Ulu Öndər daim   ən   fərqli sahələri – siyasi, iqtisadi, mədəni-  nəzarət altında saxlamağı  və   onları   bir birilə  üzvi şəkildə əlqələndirməyi  bacarıb.   1994-cü il sentyabrın 20-də Heydər Əliyev tərəfindən  imzaladığı “Əsrin müqaviləsi”   tarixi əhəmiyyətli   hadisə oldu.   Xəzər neftinin işlənməsinə dair imzalanmış bu müqavilə ölkənin perspektivləri üçün çox vacib olan neft strategiyasına start verdi. Neft sənayesi böhrandan çıxarıldı, bu sahəyə böyük dövlət vəsaitləri cəlb edildi, neft-kimya sahəsinin və neft maşınqayırmasının inkişafı  gücləndi. “Əsrin müqaviləsi” Heydər Əliyev siyasətinin əsas prioritetini müəyyən edən ən böyük iqtisadi akt kimi tarixə düşdü. 

1996-cı il 2-3 dekabr  tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində Azərbaycanın mühüm nailiyyəti xüsusi vurğulanmalıdır.  Beynəlxalq  siyasət  üzrə ekspertlər haqlı olaraq Lissabon sammitinin  nəticələrini Azərbaycanın diplomatik qələbələrinin  başlanğıcı kimi dəyərləndirirlər.    Heydər Əliyevin  Lissabon sammitində  çıxışı   artıq  Azərbaycanın  bir ölkə olaraq öz müstəqil  siyasi   mövqeyinə malik olduğunu  və  müasir   diplomatiya  sahəsində öz sözünü  deməyə qadir olan ölkə  olmasını bir daha  təsdiq etdi.

 Şərq-Qərb layihəsinin həyata keçirilməsində  həmçinin Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1998-ci ilin sentyabr ayında Bakıda Heydər Əliyevin təşəbbüsü ilə “Böyük İpək Yolunun bərpası” beynəlxalq forumu keçirildi. Bu sammit Bakıya beynəlxalq tranzit layihəsində düyün nöqtəsi statusu verdi. Onun “İpək Yolu” diplomatiyası xüsusilə aydın geosiyasi kontekstə malik idi - bütün istiqamətlərdə (ABŞ, Rusiya, Avropa, Yaponiya) müsbət tərəfdaşlıq qurmaq və Azərbaycanı müxtəlif ölkələrin maraqlarının birləşdiyi zonaya çevirmək, xalqının mənafeyi naminə praqmatik fayda əldə etmək. 

Heydər Əliyev azərbaycançılıq məfkurəsinin milli dirçəlişinin və inkişafının əsasına çevrilmiş ideyanın banisidir. Ölkənin dünyəvi əsaslarını məhz Heydər Əliyev yaratmışdır. Hal -hazırda Azərbaycan sırf dünyəvi siyasət yürütməklə yanaşı, ekstremist meyllərə qarşı çıxan dövlətlərdəndir. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib.   Sadalanan qələbələr   təbii ki, azərbaycanlıların milli kimliyininin   dünya miqyasında təsdiq  olunmasına, ölkənin  mədəni   inkişafına  yönəldilirdi.  Bəli, Azərbaycan  dünya miqyasında  öz sözünü demiş, inkişaf etmiş  bir ölkədir.   Heydər Əliyevin  yaratdığı miras  etirbarlə əllərdədir. 44 günlük  müharibədə  əldə edilən qələbə bunu  bir daha təsdiq etdi.  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev   Heydər  Əliyevin yaratdığı  milli kimlik, azərbaycançılıq ideyasını  təsdiq edən   siyasət aparır  və  Azərbaycan   xalqının  qarşısında   yeni   perspektivlər  açır.  

 

 

 

                                                           XÜLASƏ 

 Heydər Əliyev XX əsr Azərbaycan milli tarixində    dərin iz  qoyan şəxsiyyətdir.  Heydər Əliyev   fenomeni   Azərbaycanın  inkişafına    son dərəcə  güclü   təsir göstərmiş və  respublikanın   imicini  beynəqxalq səviyyədə  təsdiq edilməsinə  təkan vermişdi. Heydər Əliyev  Azərbaycana   iki dəfə, özüdə ən fərqli dövlətçilik sistemi çərçivəsində   rəhbərlik edib. 1969 ildə Azərbaycan SSR MK  birinci  katibi olduğu vaxtda  Heydər Əliyev   Azərbaycanı   SSRİ-nin  qabaqcıl  respublikalarından birinə  çevirə   bilmişdi və  Azərbaycnda dünya miqyaslı  elmi və mədəni tədbirlər keçirilirdi. İkinci dəfə  Heydər Əliyev  Azərbaycanda hakimiyyətə  xalqın istəyi ilə gəldi və  onun professional  siyasəti nəticəsində  Azərbaycan böyük faciədən xilas olundu. 

Lissabon sammiti, “Əsrin müqaviləsi”,  “İpək yolu”    müqaviləsi  və  digər    beynəlxalq əhəmiyyətli   hadisələr  həmçinin   Heydər Əliyevin fəaliyyəti ilə   bağlıdır. Azərbaycan  xalqının kimliyi,  azərbaycançılıq  ideyası   dünya miqyasında  öz təsdiqini tapıb   və   hal-hazırda Azərbaycan  Prezidenti   İlham Əliyev  tərəfindən  layiqincə   davam etdirilir. 

                                    

                                              SUMMARY 

Heydar Aliyev is a personality who left a deep mark  in   XX century history of Azerbaijan. The Heydar Aliyev phenomenon had  strong   influence on  development of Azerbaijan and gave impetus to the affirmation of  republic image at the international level. Heydar Aliyev led Azerbaijan twice, both under the most different state systems. In 1969,  being  the First Secretary of the Central Committee of the Azerbaijan SSR, Heydar Aliyev managed to turn Azerbaijan into one of the leading republics of the USSR.  For the second time, Heydar Aliyev came to power in Azerbaijan at the will of the people, and as a result of his professional policy, Azerbaijan was saved from a great tragedy. The Lisbon Summit, the "Contract of the Century", the "Silk Road" Treaty and other internationally significant events are also associated with Heydar Aliyev's activities. The identity of the Azerbaijani people, the idea of Azerbaijaniness, has found its confirmation on a global scale and is  worthily continued by the President of Azerbaijan, Ilham Aliyev.

                                      ƏDƏBİYYAT   SİYAHISI 

1.Алиев Ильхам . Я верю в мой Азербайджан. Мoсква, «Бослен», 2007, 349 с. 

2.Ахундова Эльмира. Гейдар Алиев. Личность и эпоха .т 2, 1969-1982. Баку,  840 с.

3.Böyk xilaskar . Bakı, Ozan, 2004,  286 s.

4.Hüseynova İ. Müstəqilliyimizin təminatçısı. Bakı, Təhsil, 2003,  504 s.

5.Seyidov M., Rzayev M. Zamanı qabaqlayan dahi. Bakı, Vektor nəşriyyatı, 2007, 315 s. 

                                                   

 

Bakı Slavyan Universiteti,

AZƏRBAYCANŞÜNASLIĞIN AKTUAL MƏSƏLƏLƏRİ.

YENİ DÖVRÜN AZƏRBAYCANI

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının

102 illiyinə həsr olunmuş

XVI BEYNƏLXALQ ELMİ KONFRANSIN materialı

Bakı şəhəri,7-8 may 2025 

 

 

 


Вернуться назад