Главная > ЭТНОПОЛИТИКА > İranda Azərbaycan əleyhinə mövqelər davam edir

İranda Azərbaycan əleyhinə mövqelər davam edir


7-04-2025, 20:22. Разместил: Gulnara.Inanch

Vidadi Mustafayev

Foto: google


ABŞ-da siyasi elmlər sahəsində professor, ABŞ Xarici Əlaqələr Şurasının üzvü Şirin Təhmasib\Hanterin  “tabnak.ir” saytına “müsahibəsi ” Osmanlı türkləri hər şeyi iranlılardan öyrəniblər\Ərdoğan “Novruz”u mənimsəmək istəyir/Mərkəzi Asiya ölkələri “TÜRKDİLLİ, İ r a n mədəniyyətlidir” başlığı altında yayımlanıbdır.

Xanım müsahibədə  bir sıra “orijinal” fikirlər səsləndirib:”Əvvəllər də dediyim kimi,fars (?indiyə kimi hamı İran deyirdi) mədəniyyəti sonrakı müsəlmanların HAMISININ mədəniyyətinin əsasını(?) qoymuşdur”.

Türkiyə prezidenti R.T.Ərdoğanın Çanaqqala döyüşündə(1915) həlak olan müsəlmanların birlikdə uyumasından danışarkən Təbrizi də “türk mənəvi coğrafiyasının bir hissəsi”adlandırmasına münasibət bildirərək demişdir ki,Ərdoğan “unudur ki, Osmanlı heç vaxt Azərbaycan və Mərkəzi Asiyaya(?) nəzarət etməyib”.

Saytın İranda antiİran əhval-ruhiyyəsinin güclənməsi ilə bağlı sualına cavab verərkən bildirib ki, İranda etnik\milli azlıqlar məsələsi çox şişirdilir, əslində onlar hamısı ya dil,məsələn kürdlər, lorlar, giləklər və s.  ya  d a DNK,məsələn “azərilər”, baxımından iranlıdırlar. “İranda etnik\milli azlıq anlayışı ilk dəfə SSRİ və onun “Tudə”dəki(İran Xalq partiyası) fiqurları tərəfindən  irəli sürülüb”.

İranda etnik\milli münasibətlər və onların hüquqları haqqında vəziyyətə toxunan professor deyir:”Ölkədə DİL və ərazi müxtariyyatı tərəfdarları, əslində İranı məhv etmək istəyirlər”.

Xanımın digər millətçi “müddəalar”ını qeyd etmədən, bir cəhəti nəzərə çatdırmaq vacibdir.Bu xanım sanki,İranda yaşayan orta təhsilli, millətçi və şovinist bir  insandır ki, nə demokratiyadan, nə insan hüquqlardan, nə BMT İnsan hüquqları Şurasının etnik azlıqların,o cümlədən dil, ana dili, hüquqları  haqqında, çoxsaylı qətnamə və qərarlarından xəbəri yoxdur.Şura hər il İran dövlətinin həmin sahədə gördüyü işlər barəsində hesabatını dinləyir,etnik və dini azlıqların  hüquqlarının  pozulması haqqında qəralar və onlara əməl olunması barədə tövsiyyələr verir.ABŞ da oturan xanım sanki bu  barədə nə oxuyub ,nə də eşidib.

Nəhayət, bir insan və qadın kimi görəsən,haqq-ədalət,sosial ədalət, dözümlülük,qarşılıqlı ehtiram və s. kimi fundamental  anlayışlara niyə  bu qədər bigənədir.Yalnız ona görə ki, fars millətinin hakim mövqeyinə,millətçi, şovinist siyasətinə uyğun deyil.

Bunların hamısını təbii, başa düşülən qəbul etmək olardı, əgər xanım fars olsa idi.Lakin onun tərcümeyi halında Təbrizli (1945-ci il,XİN-də işləyirdi, ABŞ-a köçüb, amma islamist və millətçi olub)və “azəri”olduğu qeyd edilir.

Tərcümeyi-halına və “elmi”yaradıcılığına qısa nəzər göstərir ki, bu xanım professor antiAzərbaycan\türk mövqeyinə , və onu “elmi” baxımdan əsaslandırmağa görə bir çox farsı qatlayıb cibinə qoyar.Sapı özümüzdən olanın  düşmənçiliyi daha betər olurmuş.

Son olaraq onu da əlavə edək ki, bir müddət əvvəl,özünün dediyi kimi,yarı-türk,yarı-ərəb olan və hər iki millətə dərin nifrət bəsləyən,təbrizli Təbatəbai adlı  bir manqurt əbədi olaraq özünün yaratdığ xəyallar şəhəri olan İranşəhrə köç etdi, dedik manqurtların kökü kəsildi.Amma yox, hələ də yaşayanlar var.Sadəcə biz tanımırıq.Bəlkə də tanımasaq, daha yaxşıdır ki, adam onların yerinə xəcalət çəkməsin.\1 aprel 2025










Вернуться назад