Главная > АНАЛИТИКА > İran Azərbaycanın dövlətçiliyini inkar edir

İran Azərbaycanın dövlətçiliyini inkar edir


3-03-2025, 14:40. Разместил: Gulnara.Inanch

Foto: Google

Vidadi Mustafayev

 

İRQÇİLƏRİN BÖHTANLARI BİTMİR


28 fevral 2025-ci il tarixində"entekhab.ir" saytı "Bakının İran üçün təhlükəsi" mövzusunda  söhbətin videosunu yayımılaybdır. Söhbət  aprıcınının mövzu ilə bağlı suallarına   iki "professor"un cavablarından ibarətdir. Bunlar həqiqətin İranın professorlarıdır, amma elementar elmi düşüncə , həqiqətdən,  ədəb-ərkandan, qonşuluq  etikası yox, adi insanlıqdan uzaq adamlardır.
Professorlardan biri yaşlı, digəri görünüşcə cavandır.Amma həm sayt,həm aparıcıŞ həm də  hər iki professor əsas məsələdə-Azərbaycan Respublikasına münasibətdə eyni ağılda, zahirən biliksizlikdə və mövqedədirlər.
Sayt Azərbaycan yerinə Bakı deyir.
Yaşlı professor əvvəlcə qərəzdən doğan  bir iftiraya əl atır və deyir ki ,Qarabağ 35 il müstəqil olub və iki dəfəyə işğal olunub.Birinci dəfə ətrafı, ikinci dəfə özü".Sonra deyir ki,2 il  bundan əvvəl hava üzərində bir ölkə yaratdılar və adın da "Zəngəzur Türk Respublikası qoydular".  Daha sonra həyasızcasına etdiyi böhtanın  diqqət çəkmək üçün,çıxarış kimi,  ayrıca , həm də  söhbətin bütöv versiyasında  verilib.Bu yaramaz  professor utanmadan, çəkinmədən dövlət başçımıza böhtan ataraq onun adından deyir ki, guya Azərbaycan prezidenti 4 il bindan əvvəl açıq şəkildə deyib :" Mən şəxsi fikrimi bildirirəm ,biz Qarabağı azad etdikdən sonra, sonrakı addımımız Qərbi Azərbaycanı  və daha sonra   Cənubi Azərbaycanı azad etməkdir"


Özünün  irqçı, antitürk, antiazərbaycan mövqeyi və yazıları ilə seçilən cavan professor deyir ki, "Azərbaycan başlanğcdan bir  anti İran proyekti olub." Guya İkinci Qarabağ müharibəsi işğal olunmuş ərazilərin azad edilməsinə deyil, İran əleyhinə yönəlmiş bir müharibə idi.
 
Digər yerdə iddia edir ki,əgər Ermənistanın  cənubu işğal edilsə, İran məhv olar, çünki türk dövlətləri tərəfindən mühasirəyə alınmış olacaq. Bu bədbəxt mühasirə sözünün mənasını guya bilmədiyini nümayiş etdirir. Çünki İranın 15 qonşusundan yalnız üçü türk ölkəsidir. Hər üç "alim"in iftira və böhtanlarını saymaqla qurtaran deyil. 
Böhtançılq panfarsistlərin milli kimliyinin ayrılmaz elementinə çevrilib, buna  çarə yoxdur.

Вернуться назад