Главная > АНАЛИТИКА > TEHRANDA TERROR

TEHRANDA TERROR


20-01-2025, 12:57. Разместил: Gulnara.Inanch
Foto: google
Vidadi Mustafayev


Bir gün əvvəl sepahın Kəşfiyyat idarəsinin rəisi  Məşhəddə universitetdə çıxış edərək müəllim və tələbələri "düşmən"in İrana qarşı mübarizəsinin formaları və hədəfləri haqqında danışırdı.O deyirdi ki düşmənin əsas məqsədlərindən biri İranı zəif göstərməkdən ibarətdir.Halbuki İran çox güclüdür.Natiq düşmənin sözlərinə inanmamağı, ümidsizliyə qapılmamağı, mühacirət fikrinə düşməməyi, əksinə inqilabın nailiyyətlərini dah fəal şəkildə geniş  təbliğ etməyi məsləhət görürdü.


Amma yanvarın 18-i İranın doğurdan da zəif oduğu ortaya çıxmıdır. Belə ki Ali Məhkəmənin binasında orada xidmət edən abdarçi( bütün xidmət işlərinə baxan şəxs) hüccətülislam hakimlərə atəş açaraq ikisini öldürmüş, birini  yaralamışdır.Atıma zamanı  bir nəfər mühafizəçi də   yaralanmışdır. Dərhal  binada işləyənlərdən bir qrupu həbs edilmiş, bina isə təxliyə edilmişdir.Nüfuzi( xaricilərə işləyən, xarici təsir altında olan) və terrorist adlandırılan şəxs intihar etmişdir. Prezident  bu hadisənin arxasında duran və təşkil ediənlərin ən qısa vaxtda müəyyən edilməsi barədə sərəncam vermişdir.
Bir neçə il əvvə İŞİDçilər parlament binasına qədər gəlib çıxa bilmişdilər. İndi isə ALİ MƏHKƏMƏnin binasında  terror hadisəsi baş vermidir. İranın "güclü" olması haqqında bundan  daha güclü dəlil tapmaq çətindir.




Вернуться назад