Вернуться назад Распечатать

Yalan-palan İran

Foto: google

Vidadi Mustafayev

SURİYADA ZƏRBƏ

Suriyada mövcyd rejimin hamiləri Rusiya və İran  rejimin başçısı ilə birlikdə ölkəni tam(B.Əsəd və İran) və qismən (Rusiya) tərk etməli olanlar  indi məğlubiyyətlərini qələbə( V. Putin) və ağıllı\rasional(B.Əsəd və İran) addım adlandırırlar.

V.Putin dünən illik  hesabat və sual-cavab mərasimində Suriyada bütün məqsədlərinə çatdıqlarını deməklə yanaşı, İranın xoşuna gəlməyən fikirlər də səsləndirib.Həmin fikri təqdim etməzdən əvvəl  İranın XİN A.Əraqçinin bir sözünü xatırlatmaq lazımdır.O deyir ki, Müqavimmət qüvvələri İranın ardınca getmir və onun əmrlərinə tabe olmur.Guya ki  proksi\vəkalət  qüvvələrilə  İranın heç bir əlaqəsi yoxdur.

RF prezidenti deyib ki 1. Qiyamçılar 350 nəfərlə Hələb şəhərini ələ keçiriblər,30 minlik  rejim qüvvələri və İran tərəfdarları  döyüşə girmədən geri çəkiliblər.2. Rusiya İranın 4000-lik   hərbi kontingentini  öz ölkələrinə təxliyə etmışdır. Bu sözlər sepah generallarının xətrinə dəymişdir. Onlar dərhal həmin sözləri təkzib etməyə qalxmışlar, amma yalançının yaddaşı  olmaz deyimini təsdiq etmişlər. Beləki onların təkzibləri bir-birinə uyğun gəlməyib.

Biri deyib ki,”Təhrir əş-Şam”  hücum edərkən 15 şəhid vermişik. Təxliyə olunanlar 4000 nəfər deyildi.Onlar Livan, Əfqanıstan və DİGƏR ölkələrin vətəndaşlarıdırlar, “müşavir” kimi fəaliyyət göstərirdilər.Bizim Suriyada 4000 hərbçimiz yox idi.15 nəfər öldürülən də həmin “müşavirlər”dəndir.

Digəri deyir ki, ruslar İran VƏTƏNDAŞLARI nın İrana təxliyə edilməsində  bizə kömək etdilər.4000 nəfər olduqları haqqında dəqiq məlumatım yoxdur. O əlavə edib ki, qədimdən Suriyada çoxlu”iranlı” yaşayırdı.Rusiya daha çox onları İrana təxliyə edib.Onlar İran müşavirləri deyildi, öz müşavirlərimizi özümüz təxliyə etdik. “Qədim iranlılar”, yəni əfqanıstanlı, pakistanlı, hətta surialılardan ibarət idi.Şiə olduqları üçün İrana gəldilər.

Generalların çaşqınlığını  gördük.Bu deyilənlərdə təxliyə olunanların qədim iranlı və ya əfqanıstanlı, pakistanlı və digər ölkələrdən olduğu və ilk addımda İrana qayıtdıqları  haqqında fikirləri nəzərə alsaq, İran XİN A.Əraqçinin  iddiasının  heç bir əsası olmadığını görərik. Yəni hamının adi gözlə gördüyü həqiqəti təkzib etmək o qədərdə asan deyil.

Amma neynəsinlər, yalan-palan danışmaq adətini tərk edə bilmirlər\20 dekabr 2024