Главная > АНАЛИТИКА > PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR

PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR


2-12-2024, 17:03. Разместил: Gulnara.Inanch

Foto: Reuters

Vidadi Mustafayev

Vəfaq, yoxsa nifaq

Məsud Pezeşkiyan İranın Ali Rəhbəri ayətullah S.Ə.Xameneinin dəstəyi ilə keçən dəfə (11-ci Çağırış parlament-2020-2024) parlament seşkilərində iştirak etmiş, bu dəfə ( 14-cü prezident seçkiləri-2024) prezident seşkilərinə buraxılmış  və onun dəstəyi ilə daha təcrübəli məmur və zəngin  hərbi və mülki  təcrübəsi olan, 11-ci və 12-ci parlamentin spikeri, sepah genralı, vaxtı ilə Sepah Hərbi Hava Qüvvələrinin komandanı olmuş Məhəmməd Bağır Qalibafa birinci turda, İranda İrana qarşı  BMT TŞ ağır sanksiyalarının əsas səbəbkarı kimi məşhur olan, ən yüksək və hətta yeganə vəzifəsi Ali Milli Təhlükəsizlik Şurasının katibliyi olan  Səid Cəlilyə ikinci turda qalib gəlmişdir.

M.B.Qalibaf prezident seçkilərindən sonra M.Pezeşkiyanı təbrik edərək Rəhbərin bütün hakimyyət qollarının əməkdaşlığının zəruriliy və yeni hökumətə yardım etmələri barədə çağırışna cavab olaraq   onu və hökumətini dəstəkləyəciyini vəd etdi.

İranda ilk günlərdən radikal mühafizəkar olaraq tanınan və həmin hərəkət xəttini dəyişməyən Səid Cəlil də M.Pezeşkiyanı təbrik edərək ona “bəzi” məslhətlər vermiş, cavabında prezident nəzəriyyə  və praktikanın fərqli sahələr olduğunu vurğulamışdı.S.Cəlili tutduğu yola sadiq qalaraq Prezidentin hakimyyətə başladığı gündən ona və hökumətinin daxili və xarici siyasətinə qarşı sərt mövqe tutaraq,  hər keçən gün həmin mövqeyini daha da  kəskinləşdirir.

Səid Cəlil 2013-cü ildən özünün təşki etdiyi “Kölgə hökumətə” başçılıq edir və mötədil H.Ruhani hökumətinə(2013-2021) qarşı mübarizə aparmışdır.Sonuncu prezident seçkilərində   onun namizədliyi mühafizəkar,  ultra sağçı  siyasi təşkilat kimi tanınan “Paydarı(Davamlılıq) cəbhəsi”(2011-ci ildə təsis edilib) tərəfindən  hərtərəfli dəstəklənmişdi.İndi S.Cəlili bu cəbhənin ən nüfuzlu  nümayəndəsi hesab edilir.

Cəbhənin  parlamentdə təmsil olunan nümayəndələri və digər radikallar hökumətə qarşı fəaliyyətlərini artıq yeni nazirlərə etimad məsələsində, onlara, xüsusən daha çox islahatçı hesab etdikləri namizədlərə qarş çıxışlarında nümayiş etdirdilər.Lakin onların ciddi-cəhdinə baxmayaraq spikerin yaxından iştirakı ilə nazirliyə bütün namizədlər ilk səsvermədə  etimad  qazanmış oldular Deyilənə görə, həmin məsələdə iki cəhət diqqəti çəkir.Birincisi,spikerin  S.Cəlili ilə  çoxdankı rəqabəti və fikir ayrılığı,ikincisi, M.Pezeşkiyanın onun adamlarından bir neçəsini nazir postuna irəli çəkməsi.


Bunları nəzərə almayanlar məclislə hökumət arasında tam vəfağın formalaşdığnı deməyə tələsmişdilər.

Doğrudan da həmin yekdilliyin müvəqqəti olduğu tezlikə ortaya çıxmış oldu.

Bu da H.Ruhani hökumətində Xarici işlər naziri olmuş M.C.Zərifin prezidentin təzə təsis edilmiş Strateji məsələlər üzrə   müavini təyin edilməsi  məsələsində  özünü göstərdi. Məlum olduğu kimi, M.Pezeşkiyan “Milli vəfağ” ideyası işığında hərəkət edərək yeni hökumətin üzvlərinin təyin edilməsində bütün siyasi, etnik, dini qrupların ən peşəkarları və  ləyaqətlilərindən istifadə edilməsi məqsədi ilə M.C.Zərifin başçılığı ilə  Strateji Şura təşkil etmişdi.

Şuranın vəzifəsi hökumətə üzv olmağa səlahiyyəti və layiq olanların siyahısını prezidentə təqdim etmək idi.Həmin proses davam edərkən prezident onu özünün Strateji müavini təyin etdi.Bundan az sonra M.C.Zərif  Şuranın təqdim etdiyi namizədlər sahəsində yaranan şaiyələr və həmin namizədlərin hamısının prezident tərəfindən təsdiq edilməməsinə etiraz olaraq prezidentin müavini  vəzifəsindən  istefa verdiyini elan etdi.Lakin prezident istefanı qəbul etmədi və az sonra M.C.Zərif istefasını geri götürdü.

Lakin Məclisdə və ondan kənarda  M.C.Zərifin müxalifləri onun prezidentin müavini təyin edilməsinin qeyri-qanuni olduğunu bildirərək etiraza başladılar.Onlar 2022-ci ildə qəbul edilmiş “İnsanları həssas işlərə  təyin etmək haqqında qanun”a istinad edirlər.Qanunun  2 ci maddəsində  şəxsin  ya özünün , ya da həyat yoldaşı və övladlarının ikili vətandaşlığı olduğu halda  həssas vəzifəyə təyin edilməsi qadağan edilir.Həsas vəzifələr geniş spektri-dövlət, hökumət,iqtisadi,   mülki  qurumların başçıları, onların müavinləri və s əhatə edir( məsələn prezidentin müavinləri, müşavirləri, nazirlərin müavinləri və müşavirləri,İcraçı direktorlar, baş direktorlar, bank sektoru, dövlət və özəl şirkətlər, inzibati vahidlərin başçıları,səfirlər…rektorlar və s.).

Həmin qanuna istinad edən müxaliflər M.C. Zərifin müavin vəzifəsindən uzaqlaşdırılmasını tələb edirlər.M.C. Zərifin övladlarının məcburən, yəni orada andan olduqlarına  görə  ABŞ vətandaşlığına malik olduqlarını nəzərə alan Prezident qanunu gözardı edə bilməyəcəyini bilərək  onun maddəsində dəyişiklik etmək məqsədilə Məclisə qanun layihəsi təqdim etmişdir.Qanunda şəxsin övladlarının məcburən ikili vətəndaşlığı olduğunun onun valideyinin həsas vəzifəyə təyin edilməsinə  təsir etməməsinin qeyd olunması təklif olunur.

Qanunun  bir bəndinin islahı və daha doğrusu  övladlar bəndinin vəziyyətinin dəqiqləşdirilməsi təklif olunur.Bu layihəni təqdim edərkən  övladalrın məcburi ikili vətəndaşlaığının valideyinin vəzifəyə təyin edilməsinə təsir etməməsinə Rəhbərin razılıq verdiyi nəzər çatdırılır.

Məsələ məclisdə müzakirəyə çıxardılıb səsə qoyulduqdan sonra böyük əksəriyyət tərəfindən rədd edilsə də, spiker   mövzunu Məclisin Milli təhlükəsizlik komissiyasına göndərilməsi haqqında qərar verir.Bu addım  layihənin qəbul olunmasına dəstək kimi başa düşülürdü.Lakin az keçməmiş spiker  mövqeyini dəyişərək Zərifin təyinatının qeyri-qanuni olduğunu bəyan edərək hökumətin lazımi tədbir görməsini istədi. Spikerin həmin addımı parlament ilə  hökumət arasında vəfağın başa çatdığına işarə kimi dəyərləndirilir.

Bundan əlavə, spiker hökumətin işini çətinləşdirmək üçün artıq qəbul edilmiş, lakin prezident tərəfindən imzalanmayan “Hicab və iffət  haqqında qanun”u  bu barədə prosedura uyğun olaraq  azər ayının 23-də\3 dekabr tarixində rəsmi qəzetdə dərc etdirəcəyini elan etmişdir.Bununla qanun qüvvəyə minəcəyindən və icrasına başlanacağından prezidentin  Hicabla bağlı vədlərinin yerinə yetirilməsi imkanı üzərindən xətt çəkilmiş olur.


Bu azmış  kimi, prezidentin başçısı olduğu Ali Virtual Məkan Şurasının üzvləri Filtirin ləğv edilməsinə  ciddi müqavimət göstərir. Burada da prezidentin vədinin yerinə yetirilməsi  böyük şübhə altına alınmış olur.

Prezidentin dünya və xüsusən də ABŞ və Avropa dövlətləri ilə münasibətləri adiləşdirmək istiqamətndə fəaliyyəti ciddi ideoloji müqavimətlə üzləşir. Həmin istiqamətdə müəyyən uğur qazanılması İranın FATF(The Financial Action Task Force (FATF) Maliyyə tədbirləri üzrə işçi qrupu  ) deyilən sənədin qəbul edilməsindən asılı olduğu üçün hökumət mövzu üzərində ciddi işləsə də, ikiqat müqavimətlə üzləşir. Belə ki, bu təşkilatın ən vacib vəzifələrindən bir cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə təşkil edir.Onun qəbul edilməsinə qarşı çıxanlar bəyan edirlər ki, bu sənədə qoşulsalar, onda İranın proksi qüvvələri maliyyələşdirilməsində ciddi maneələr yaranacaq və İranın şiə qövsündə mövqeyi  ciddi zərər görəcək.

Bütün bu deyilənlər bir tərəfdən prezident M.Pezeşkiyanın qarşısında duran və təqribən həll edilməz problemlərdən ,digər tərəfdən Milli vəfağ şüarının  reallaşdırılmasının qeyri  mümkün olduğunu  nümayiş etdirir.

Bunun ən əsas səbəbi İran İslam Respublikasının ideoloji(İslam dininin şiə məzhəbi) hüquqi(Əsas Qanun),siyasi (Şiə ruhanilərin mütləq hakimiyyəti ilə ona tabe respublika strukturunun birləşdirilməsi), sosial( ruhanilərin aşağı, marginal təbəqələrdən ibarət dayağı)mədəni(Şiə məzhəbi normalarının tam nəzarəti) sisteminin  Əsas qanunda dəyişiklik etmədən, teokratiyanın maraqlarına toxunmadan hər hansı bir əsaslı islahat keçirilməsinə icazə verməsinin  mümkünsüzlüyüdür.

Məsələn, Hicab sahəsində  hər hansı bir islahat , hicabın yüngül variantına keçid və ya onun ixtiyari sahəyə keçirilməsi,  şəriətə zidd oduğundan şəriətin hakimiyyətinin bərqərar olmasında və bu yolla öz hakimiyyətlərini qoruyub saxlamaq  istəyən qüvvələrin “qanuni” və şəri etirazları ilə qarşıanır.Belə davranış sistemin mahiyyətindən doğur və tamamilə əsaslıdır.

Odur ki, islahatçıların mövcud, qeyd edilən sistem çərçivəsində bütün islahat təşəbbüsləri mühafizəkar qüvvələrin dinə\məzhəbə və onun əsasında hazırlanmış Əsas qanuna əsaslanan qanuni müqaviməti ilə uğursuzluğa düçar olmuşdur.

Prezident M.Pezeşkiyan həmin təcrübəni yaşayıb, yaxşı bilsə də, eyni yolu təkrar getməyə cəhd etmişdir.

Məntiqi olaraq onun cəhdləri tamamilə qanuni və şəri müqavimət nəticəsində heç bir nəticə verməməlidir.Lakin burada incə bir məqam var, o da Rəhbərin yeni prezidenti və onun kursunu ilk gündən dəstəkləməsidir.Artıq qeyd edildiyi kimi, Rəhbər ilk gündən ona hərtərfli dəstək göstərir.Belə hesab edilir ki, əslində M.Pezeşkiyan ölkənin daxili vəziyyətində  və xarici münasibətlərində yaranmış dərin böhran  vəziyytindən çıxarlmasında Rəhbərin strategiyasını həyata keçirir.Belə olan halda  M.Pezeşkiyan nəzərdə tutulan  dəyişiklikləri həyata keçirməyə müvəffəq ola bilər.Burada son söz nə İslam dininə ,nə də Əsas qanuna  deyil, Rəhbərə  məxsusdur.O,  Əsas qanunla referendum keçirilməsi nəzərdə tutlan məsələlər barəsəndə Hökme hökuməti\fərman  verməklə onları həll edə bilər.Buna misal oaraq Əsas qanunda nəzərdə tutulan mülkiyyət məsəlsinin(M.43, 44)  heç bir referundum keçirilmədən Rəhbərin hökmü ilə kökündən dəyişdini göstərmək olar.Əsas qanunda mülkiyyətin mütləq əksəriyyətinin dövlətə məxsus olduğu göstərilir, lakin Rəhbər onun əsas hissəsinin özəlləşdirmə yolu ilə Özəl sektora verilməsi barəsində hökm vermişdir.

Bunları nəzərə alaraq və Rəhbərin prezidenti gələcəkdə də  dəstəkləyəcəyini ehtimal edərək, M.Pezeşkiyanın vədlərini yerinə yetirəcəyinə ümid etmək olar.


Bununla yanaşı   mühafizəkarların müqavimət göztərəcəyini də nəzərdən qaçırmaq olmaz. Hələki baş verən proseslər  bunu əyani şəkildə nümayiş etdirir.Belə ki Rəhbərin yuxarıda “həssas vəzifələr qanunu” ilə bağlı qeyd edilmiş  mövqeyinə radikal mühafizəkarlar və ya superinqilabçıların  müqavimət nümayiş etdirdiyini vurğulamaq lazımdır.Pəhbərin prezidentin müavini vasitəsi ilə verdiyi razılığa müqavimət göstərən radikallar sözün sənəd olmadığını iddia etmişlər.

Rəhbərin prezidentə dəstəyi və mühafizəkarların islahatlara müqavimətinin davam etməsi maraqlı bir siyasi vəziyyətin meydan gəlməsinə səbəb ola biər.  Yəni  Rəhbər ilə prezident hökuməti bütün radikal və digər mühafizəkarlara qarşı  durmalı olacaqlar. Əgər bu baş versə və davam etsə, onda daha geniş sosial bazaya( orta təbəqə və  istehsal sahəsində çalışan sahibkarlar) malik olan birinci güc(Rəhbər-prezident tandemi) məntiqi baxımdan üstünlük qazanmalıdır.Lakin mühagizəkarların əlində bütün islahatlara qarşı  müqavimət göstərmək üçün dini və qanuni əsaslar olduğundan, hakimiyyətin qoruyucu instutularına nəzarət etdiklərindən bu qarşıdurmanın, əgər baş verər və davam edərsə, nə ilə başa çatacağı haqqında nəzəri proqnoz vermək mümkün olsa da, real proqnoz vermək o qədər də asan deyil.

Bütün ssenarilərdə ən böyük  yük M.Pezeşkiyan və onun hökumətinin üzərinə düşəcək və onun və hökumətinin taleyi də qarşıdurmanın nəticəsindən asılı olacaq .Allah özü kömək olsun.\30 noyabr 2024






 

Вернуться назад