Главная > АНАЛИТИКА > İRANDA İSLAHATÇILAR İSLAHATÇI OLSALAR, MƏSUD MƏSUD OLAR

İRANDA İSLAHATÇILAR İSLAHATÇI OLSALAR, MƏSUD MƏSUD OLAR


15-06-2024, 19:04. Разместил: Gulnara.Inanch

Foto: Google

Vidadi Mustafayev

Məlum olduğu kimi, İranın sonuncu prezidenti İ.Rəisi 19may 2024-cü il tarixində  helikopter qəzasında həlak olduqdan sonra Əsas qanuna uyğun olaraq yeni  prezident seçkiləri keçirilməsi qərara alındı və müvafiq mərhələlər keçildikdən sonra 6 nəfər prezidentliyə namizəd  tanınmış və onların təbliğat kampaniyası başlanmış və artıq iyunun 28 -də seçkilərin birinci turu keçiriləcəkdir.

6 nəfərdən 4-nün:Parlamentin spikeri M.B.Qalibaf (2005,2013,2017), Tehran meri Ə.Zakani(2021) ,Rəhbərin Ali Milli Təhlükəsizlik Şurasında nümayəndəsi S.Cəlili(2013,2021), Prezident müavini və Şəhid və Veteranların İşləri fondunun rəisi S.Ə.Qazızadənin(2021) artıq prezident seçkilərində iştirak etmək təcrübsə vardır.

Deputat Məsud Pezeşkiyan və Mübariz Ruhaniyyət Cəmiyyətinin Baş katibi M.Purməhəmmədi ilk dəfədir ki, prezident seçkilərində namizəd kimi iştirak edirlər.

Adı çəkilənlərdən 5 nəfər Mühafizəkar cəbhəni, 1 nəfər -M.Pezeşkiyan  İslahat cəbhəsini təmsil edir.Bundan əlavə beş nəfər mühifəzəkar etnik cəhətdən fars, 1 nəfər islahatçı isə Cənubi azərbaycanlı,türkdür.Həmçinin farslardan biri (M.Purməhəmmədi) ruhanidir.Başqa sözlə farslar mühafizəkar  və ruhani qüvvələri, azərbaycanlı isə təkbaşına islahatçı və dünyəvi qüvvələri təmsil edir.

Qüvvələrin belə sıralanmasını simvolik və tarixi hesab etmək olardı,lakin belə qarşıdurma ilk dəfə baş verməyib.Keçən prezident seçkilərində(2021) də mühafizəkarlar farslar, islahatçı qüvvələr isə iki azərbaycanlı( Ə.N.Himməti və M,Mehrəlizadə) ilə təmsil olunmuşdu.Həmin vaxt da mühafizəkarlar 5 , amma islahatçılar  2 nəfərlə təmsil olunurdu.

Həmin vaxt  İslahat Cəbhəsinin Mərkəzi Şurası  islahatçı kimi təqdim edilən namizədlərin onun tərəfindən irəli sürülmədiyini bildirərək,onları   dəstəkləmədiyini rəsmən elan etmişdi.Buna görə  namizədlərdən biri-M.Mehrəlizadənin seçkilərə az qalmış öz namizədliyini digər islahatçı namizədin(Ə,N,Himməti) xeyrinə geri götürməsinə baxmayaraq, islahatçı namizəd son dərəcə az səs toplamışdı.


İndi də islahat cəbəhəsi azərbycanl ilə təmsil olunub.İndi də, demək olar ki, seçkilərin nəticələri İslahat Cəbhəsinin  Mərkəzi Şurasınn M.Pezeşkiyanı dəstəkləmək haqqında  rəsmi bəyanatından çox asılıdır.Başqa sözlə, əgər özlərini islahatçı adlandıranlar səsvermədə islahatçı kimi islahatçı namizədə səs versələr və  səsvermənin nəticələrinə müdaxilə olmasa, M.Pezeşkiyanın qələbsinə heç bir şübhə olmaz.

Ona görə İslahat Cəbhəsinin Mərkəzi Şurasının seçkilərlə bağlı rəsmi bəyanatını gözləməli olacaqlar.

Əks halda mühafizəkar cəbhənin nümayəndəsinin qalib gəlməsini proqnozlaşdırmaq elə də çətin olmaz..Lakin burda da müəyyən problem var. Belə ki,prezidentliyə mühafizəkar namizədlər arasında ən yüksək şansa S.Cəlili və M.B.Qalibafın malik olduğu qeyd olunur.

Bu da seçkilərin yüksək rəqabət şəraitində keçəcəyinə ümidləri artırır.

Əsas namizədlərin şanslarını düzgün müəyyən etmək üçün daha bir neçə gün gözləmək lazım gələcəkdir,Bir tərəfdən qeyd edilən Şuranın qərarını,digər tərəfdən mühafizəkarların sona qədər mübarizə əzmini nümayiş etdirməyi davam edib-etməyəcəklərini gözləmək lazımdır.\14 iyun 2024


Вернуться назад