Главная > ЭТНОПОЛИТИКА > DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ BEYNƏLXALQ BƏHAİ İCMASININ BMT-DƏKİ BAŞ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB
DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ BEYNƏLXALQ BƏHAİ İCMASININ BMT-DƏKİ BAŞ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB11-06-2024, 16:01. Разместил: Gulnara.Inanch |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 10-da Beynəlxalq Bəhai İcmasının BMT-dəki Baş nümayəndəsi Bani Duqal ilə görüşüb. Görüşdə Dövlət Komitəsinin sədri xalqımızın multikultural və dini-mənəvi dəyərlərinin qorunması, inkişaf etdirilməsi sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib. Ramin Məmmədov qeyd edib ki, Prezident cənab İlham Əliyev tərəfindən ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi daim diqqətdə saxlanılır. Bildirib ki, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı, dini-mədəni müxtəlifliyin qorunması, eləcə də sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsi sahəsində zəngin təcrübəsi bütün dünyada qəbul olunur. Beynəlxalq Bəhai İcmasının BMT-dəki Baş nümayəndəsi Bani Duqal Azərbaycanda dini konfessiyaların, o cümlədən bəhai icmalarının üzvlərinin fəaliyyətinə göstərilən davamlı diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. Həmçinin ölkəmizin dinlərarası harmoniyanın inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmi xüsusi vurğulayıb. Qeyd edək ki, görüşdə COP29-a hazırlıq proseslərinə məsul BMT nümayəndəsi Daniel Perell, Beynəlxalq Bəhai İcmasının BMT nümayəndəliyinin əməkdaşı Şane Tecarati, o cümlədən Azərbaycan Bəhailəri Dini Mərkəzinin nümayəndələri Ramazan Əsgərli və Azər Cəfərov iştirak ediblər. Вернуться назад |