Главная > АНАЛИТИКА > İran prezident seçkilərinə hazırlaşır
İran prezident seçkilərinə hazırlaşır4-06-2024, 20:42. Разместил: Gulnara.Inanch |
Зохре Элахиан зарегистрировалась в качестве кандидата на президентских выборах в Иране Vidadi Mustafayev İKİ QARDAŞDAN BİRİ Prezidentliyə gələcək namizədlərin 5 günlük siyahıya alma müddətində(30 may-3 iyun) nə az nə çox, düz 80 nəfər adlarını yazdıra bildilər. Bu da təqribən hər 1 milyon nəfərə 1 təmsilçi deməkdir.Bunların əksəriyyəti keçmiş və bir neçə nəfər hazırki, deputatlardır. Siyahıda həmçinin 5 din xadimi(hüccətülislam, 4- ü həm də keçmiş deputat) və 4 keçmiş xanım deputatın adları da var. Siyahıda bizim müəyyən edə bildiyimiz 11 nəfər azərbaycanlı var.Onlardan 2 nəfəri Həmədandan,,3 nəfəri Ərdəbildən,1 nəfəri Urmiyadan,2 nəfəri Təbrizdəndir,3 nəfərin haralı olduğunu müəyyən edə bilmədik.Həmin 3 nəfərdən biri də Bayat soyadlı xanımdır. Ərdəbildən olan iki qardaş prezidentliyə namizəd olmaq üçün adlarını yazdırıblar.Bu hadisə seçkinin rekordları sırasında yer alır. Həmin iki qardaş Əli və Əkbər Nikzad Ərdəbil vilayətinin Səmərin şəhərindəndirlər. Bunlar, görünür bir-biri ilə yarışmağa alışıblar, indi kimin daha nüfuzlu olduğunu sınamaq istəyirlər.Yaxud fikirləşirlər ki, heç olmasa, ikisindən birinin səlahiyyəti təsdiq edilər və buna da ərdəbillilər sevinərlər. Siyahıda əsasən deputatların yer almasının əsas səbəblərindən biri prezident seçkiləri haqqında qanunun ədalətsiz şəkildə tərtib edilməsidir.Həmin qanuna əsasən müəyyən ilkin şərtlərə cavab verən bütün vətəndaşların deyil, yalnız dini, siyasi, büroklratiya,təhsil və hərbi elitanın ən yüksək nümayəndələrinin prezident seçilmək hüququ var. Ən yüksək bilik, təcrübə və cəmiyyətdə nüfuz sahibi olan vətandaşlar həmin elitada təmsil olunmasalar prezident seçilmək hüququna malik deyillər. Qanunda aşağıdakı kateqoriya vəzifələri şəxslrin prezident seçilmək hüququ olduğu müəyyən edilmişdir.Biz bunların statiskasını apara bilərik. 1.Siyasi və məzhəbi xadimlər-İcra hakimiyyəti -hər dörd və ya 8 ildən bir:1 vitse-prezident, 19 nazir,6 müavin,7 idarə rəisi,5 köməkçi,7 müşavir,Qanunvericilik hakimiyyəti-4 ildən bir 270 deputat,hüccətülislamlar-? 2.Üç hakimiyyət başçısınn müavinləri-3 nəfər 3.Ali Milli Təhlükəsizlik şurasının üzvləri-həm də digər ali qurumlara rəhbərlik edənlər nəzərə alınmasa, cəmi bir neçə nəfər 4.Məsləhət Şurasının üzvləri- digər ali qurumlarda təmsil olunanlar nəzərə alınmasa cəmi bir neçə nəfər, onlarla birlikdə cəmi 34 nəfər 5.Elmiyyə hövzələrinin mərkəzi idarəsinin müdiri-1 nəfər 6. Milli səviyyədə dövlət təşkilatları, qurumları və ictimai qeyri-hökumət institutlarının və qurumlarının rəhbərləri-?. 7.Silahlı qüvvələrin sərləşkər\general-leytenant( həəlik ondan yuxarı dərəcə almış 3 nəfər olub ki, onlar da həlak olublar) və yuxarı rütbəli ali komandirləri-cəmi 17 nəfər sərləşkər 8.Azad universitetin ölkə miqyasında rektoru \baş rektoru-1 nəfər 9.Valilər- 4 və ya 8 ildə cəmi 31 nəfər 9.2 milyondan çox əhalisi olan şəhərlərin merləri-2nəfər, maksimum 3-4 nəfər 10. Qəyyumlar Şurası tərəfindən müəyyən edilmiş yuxarıda göstərilən vəzifələrə bərabər tutulan şəxslər, vəzifəli şəxslər və menecerlər-? Tam olmayan statistikaya görə qanuna əsasən prezident seçilmək hüquqna ən çox deputalar malikdir, çünki onların sayı digər kateqoriya şəxslərdən çoxdur. İndiyə qədər deputat , nazir və yuxarıda qeyd edilən vəzifələri tutan şəxslərin sayını təqribən müəyyən etsək, görərik ki, qeyd edilən hüquqa cəmi bir neçə min insan malikdir. Qanunda xüsusi olaraq qeyd edili r ki, şəxslərin göstərilən vəzifələrin icrasında ən azı 4 il stajı olmalıdır. İranda prezident seçkiləri haqqında qanunla bağlı deyilənlər İranda insan haqlarının vəziyyətini və hakimiyyət inhisarının xüsusiyyətlərini əyani şəkildə nümayiş etdirir.İranda bundan əlavə gəlcək namizədlərin səlahiyyətini yoxlayan Nigəhban Şurası qeydiyyata alınmış şəxslərin seçilmək imkanlarını bir qədər də məhdudlaşdırır və rejimə ən loyal şəxslərin seçilməsini təmin edir. Burada onu demək olar ki,hələlik siyahıya alınanlar arsında rejim üçün İbrahim Rəisi qədər sədaqtli şəxsə rast gəlinmir.Az-çox nüfuzu olan şəxslər arasında Rəhbərin müşaviri Əli Laricani və hazırki spiker Məhəmməd Bağır Qalibafın adlarını qeyd etmək olar.Birinci etedal\sentrist\mülayim,ikinci isə mühafizəkar cəbhəyə mənsubdur.Bunlarla rəqabət aparacaq İslahat cəbhəsinə mənsub olan şəxs yoxdur, hərçənd siyahıda olanlardan 12 nəfəri islahatçı kimi qeyd edilir. Gözdən pərdə asmaq üçün İslahat cəbhəsinə aid edilən şəxslərin də səlahiyyəti təsdiq ediləcək. Mərhum S.İ.Rəisinin prezident seçilməsi kampaniyası (2021) və ondan sonra, xüsusən son iğtişaşlar(2022) zamanı və ondan sonra İslahat cəbhəsi və az-çox tanınan islahatçılara qarşı çox geniş ideoloji təbliğat aparılmış, hətta onların bəzilərini radikal islahatçı adlandıraraq rejimin düşməni kimi təqdim edirdilər.Belə təzyiq altında bundan əvvəlki paralment seçkiərində olduğu kimi, indi prezident seçkilərində də İslahat cəbhəsi öz namizədlərini irəli sürməyib, ayrı-ayrı şəxslər öz təşəbbüsləri ilə adlarını siyahıya yazdırmışlar. Ona görə də siyasi-ideoloji baxımdan seçkilərin nəticəsi qabaqcadan bəllidir, ikinci dərəcəli məsələ, seçilə biləcək şəxsi proqnozlaşdırmaqdır.\4 iyun 2024\ Вернуться назад |