Главная > ЭТНОПОЛИТИКА > İRAN ASSİMİLYASİYA SİYASƏTİNİ DAHA İSRARLA DAVAM ETDİRİR

İRAN ASSİMİLYASİYA SİYASƏTİNİ DAHA İSRARLA DAVAM ETDİRİR


2-06-2024, 21:07. Разместил: Gulnara.Inanch

Foto: www.irancarto.cnrs.fr

Vidadi Mustafayev

İranın teokratik  rejimi bütün dünya ilə problemi olsa da, ən ağır sanksiyalara məruz qalsa da,  qeyri-fars və ilk növbədə “coxmilyonlu” azərbaycan\türk sayca çoxluğu, hüquqi baxımdan azlığı bütün gücü ilə Pəhləvi rejimi tərəfindən başlanmış  assimilyasya etmək siyasətini   daha geniş şəkildə davam etdirir.

Bir dəfə Maarif naziri bəyan etdi ki,  milli azlıqlar yaşayan bölgələrdə dərs zamanı hətta məktəbin həyətində ana dilindən istifadə etmək qadağan edilməlidir.İndi də onun müavini elan edir ki, milli azlıqların məktəb yaşı çatmamış uşaqlarını  məktəbəqədər müəssisələrdə fars dilini öyrənmək  və  fars dilini yetərincə bilmək testindən keçirmək proqramı hazırlanıb və tezliklə icra olunacaqdır.Nazir müavini bunu “MEYAR”dilin mövqeyini gücləndirmək proqramı adlandırır.Deməli fars dili daha dövlət, rəsmi və ya hakim millətin dili yox, sadəcə “MEYAR” dildir.

Meyar yəni ədəbi dil.Fars millətçiləri öz məqsədlərini pərdələməkdə guya böyük ustalıq nümayiş etdirdiklərini güman edirlər.Əslində isə “ayının min hoqqası bir armudun üstündədir”, yəni  başqalarının hüquqlarını tapdalamaq, bir etnos kimi varlığına son qoymaq. .Rejim ən mürəkkəb beynəlxalq vəziyyətində belə  assimilyasiya siyasətini ardıcıl şəkildə davam etdirir və nə “TRAKTOR”komandası azarkeşlərinin stadionda öz liderlərinin işarəsi ilə səsləndirdikləri milli  şüarlara, nə 2-3 Azərbaycan deputatının yerli internet saytına verdiyi etiraz məzmunlu  müsahibəsinə, nə  öz instaqramında yerləşdirdiyi yazısına, nə müvafiq nazirə qarşı səsləndirilmiş impiçment çağrışına heç bir məhəl qoymur.

Öz əhalisinin etnik qruplarının etnik-mədəni maraqlarını qulaq ardına vuran rejimin  regionun ən güclü dövlətinə çevrildikdən sonra nəinki daxildə, hətta xaricdə belə assimilyasiya siyasəti yeridəcəyini asanlıqla demək olar. Xaricdə assimilyasiya siyasəti olmasa da,  öz iradəsini qonşularına qəbul etdirmək məsələsində daha böyük qətiyyət göstərəcəyini demək olar.İndi öz aralarında rəqabət və mübarizə səbəbindən öz məhdud maraqlarının təmin olunmasına çalışan qlobal güclər ABŞ-ın təzyiqləri qarşısında İranı  müdafiə edirlər.Əslində ABŞ-da başqa vasitələrlə İran kimi öz daha geniş ərazini əhatə edən  maraqlarını müdafiə etməklə məşğuldur. Bütün bu oyunların təsirini bir gün İranın hamiləri də hiss edəcəklər.Ona görə ABŞ-İran münasibətlərinin indiki vəziyyəti əsasında Cənubi Azərbaycan məsələsinə yanaşmaq, onun əsasında illüziyalar qurmaq doğru olmazdı.

\2 iyun 2019\


Вернуться назад