Главная > РЕЛИГИЯ > “Ekoloji mədəniyyət, mənəvi dəyərlər və vətəndaş cəmiyyətinin həmrəyliyi”» mövzusunda respublika kulturoloji seminar keçirilib.

“Ekoloji mədəniyyət, mənəvi dəyərlər və vətəndaş cəmiyyətinin həmrəyliyi”» mövzusunda respublika kulturoloji seminar keçirilib.


26-05-2024, 20:53. Разместил: Gulnara.Inanch

 25 may tarixində Bakıda “Excelsior” otelində “Simurq”    AZƏRBAYCAN MƏDƏNİYYƏT ASSOSİASİYASI və Azərbaycan Bəhai icmasının  təşkilarçılığı ilə  “Ekoloji mədəniyyət, mənəvi dəyərlər və vətəndaş cəmiyyətinin həmrəyliyi”» mövzusunda respublika kulturoloji seminar keçirilib.

 

 

Seminarda “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının, Kulturoloqlar Cəmiyyətinin, Kulturologiya Mərkəzinin üzvləri, alimlər, müəllimlər, tələbələr; dövlət strukturları, GHT, yaradıcı, həmkarlar ittifaqları, gənclər bə biznes təşkilatları, beynıəlxalq təşkilatlar və fondlar, səfirliklər, dini təçkilatlar və MEDİA nümayəndələriviştirak edib. 

 

Tədbiri giriş sözü ilə “Simurq” Azərbaycan mədəniyyət Assosiasiyasının Prezidenti prof. Fuad Məmmədov açıb. 

Seminarda aşağıdakı məruzələr dinlənilib:

  • “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Prezidenti Prof. Fuad Məmmədovun «Azərbaycanda müasir əqli, mənəvi və ekoloji mədəniyyət»,
  • Azərbaycan  Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri                          Amil Məmmədovun  «Azərbaycanda Yaşıl Dünya Naminə Həmrəylik İli və BMT-in İqlim Dəyişikliyi Konfransı COP-29», 
  • Azərbaycan Bəhailəri Dini Mərkəzinin nümayəndəsi, Bakı Dövlət Universitetinın müəllimi                                  Dos. Azər Cəfərovun “Qlobal Ekoloji problemlər və mənəviyyat”,
  • Azərbaycan Bəhailəri Dini Mərkəzinin nümayəndəsi, psixoloq Ramazan Əsgərlinin                                          “Tək planet, tək məskən” mövzularında çıxışları dinlənildi və 
  • Dəyirmi masa ətrafında (aparıcı “Simurq” Mədəniyyət Assosiasiyasının Prezidenti                              Prof. Fuad Məmmədov Assosiasiyanın Vitse Prezidenti Prof. Səlahəddin Əyyubov)  “Azərbaycanda müasir ruhi və ekoloji mədəniyyət” səviyyəsi sual-cavablarla ətraflı müzakirə edildi.

 

Seminarda “Yüksək mədəniyyətli insanın, əqli, mənəvi və ekoloji mədəniyyəti” mövzusunun                  COP 29-a qədər qalan qısa müddət ərzində media nümayəndələrinin yaxından iştirakı ilə mümkün qədər geniş auditoriyalarda müzakirələrinin təşkil edilməsi təklifi qəbul edildi.  


 


Seminar iştirakçılarının

 Bəyannaməsi                                  

 “Ekoloji mədəniyyət, mənəvi dəyərlər və vətəndaş cəmiyyətinin həmrəyliyi”

mövzusunda Respublika kulturoloji seminarında müzakirələrin nəticəsi olaraq, “Simurq” AMA seminarının iştirakçıları respublikanın bütün ziyalılarını iqlimin qorunması ilə bağlı dövlət başçısının qarşıya qoyduğu təxirəsalınmaz milli və beynəlxalq məqsədin həyata keçirilməsində fəal iştirak etməyə çağırırıq. Azərbaycanın və bütün dünyanın təhlükəsiz bu günü və gələcəyi naminə təbiətə münasibətdə diqqəti daha da artırmağa çağırırıq.


Sistemli kulturoloji yanaşma nöqteyi-nəzərindən bu problemin həllinə aşağıdakılar kömək edə bilərlər:

 

  1. Azərbaycan cəmiyyətində insan və təbiət ekologiyası haqqında ümumbəşəri 

kulturoloji və xüsusi ekoloji biliklərin yayılmasına hərtərəfli köməklik göstərmək, vətəndaşların iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almağa kömək etmək, habelə Azərbaycan xalqının iqlim sisteminə “yaşıl iqtisadiyyat” və “yaşıl enerji”yə keçid prosesində fəal iştirak; 

  1. Azərbaycanda sistemli kulturoloji təfəkkürün formalaşdırılması üçün zəruri olan icbari kulturoloji maarifləndirmənin və təhsilin tətbiqi, bütün sahələrdə davamlı insan inkişafı üçün bərpa olunan strateji resursu sayılan yüksək mədəniyyətə malik vətəndaşların formalaşdırılması və inkişafını təşviq etmək;
  2. təhlükəsiz inkişafın şərti kimi insanın və təbiətin ekoloji mədəniyyəti məsələlərinə diqqətli münasibət üçün zəruri olan gənclərin və uşaqların xüsusi ekoloji hazırlığının və təhsilinin inkişafına kömək etmək;
  3. ölkədə təmiz ətraf mühitin yaradılmasını təmin edən,  bərpa olunan enerji mənbələrinin potensialının inkişafını və “yaşıl” enerjinin dünya bazarlarına nəqlinin təmin edilməsini həyata keçirən Azərbaycan mütəxəssislərinin iş mədəniyyətinin və idarəetməsinin yüksəldilməsi;
  4. 2050-ci ilədək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl” enerji zonasının yaradılması və bu ərazilərin “xalis sıfır emissiya” zonasına çevrilməsi proseslərində fəal iştirak etmək;
  5. “COP29” iştirakçıları və respublikanın qonaqları arasında qədim və zəngin Azərbaycan mədəniyyətinin tarixi, humanist dəyərləri və ənənələri, Azərbaycan xalqının dünya mədəniyyətinə və sivilizasiyasına verdiyi töhfələr haqqında biliklərin yayılmasına kömək etmək; o cümlədən yüksək mənəvi mədəniyyət ölkəsi kimi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına töhfə verən Azərbaycan Respublikasının müasir nailiyyətləri, onun Qərb və Şərq ölkələri ilə mədəni həmrəylik və əməkdaşlığının təşviqi. 

 

“NƏ QƏDƏR Kİ GEC DEYİL”



Вернуться назад