Foto: www.pakistantoday.com.pk Vidadi Mustafayev İran mediasında ilk baxışda görünməmiş,lakin hazırki rejimin mahiyyətini əks etdirən iş baş vermişdir. Artıq 45 ildir bütün günü,xüsusən də 13 aprel raket və dron hücumundən sonra İsrailin varlığı əleyhinə müxtəlif səviyyələrdə ardıcıl və “gərgin” ideoloji mübarizə aparan İran hərdən bir, SƏRF edəndə, İsrail rəsmilərindən sitat gətirməyi də unutmur. HƏMAS-İsrail müharibəsi başlayandan sonra Türkiyə -İsrail münasibətlərində müəyyən gərginlik yaranması İrana xüsusilə ləzzət verir.Amma bu məsələdə o,Türkiyəni dəstəkləməyə tələsmir, əksinə həmin ölkə əleyhinə deyilən hər bir fikri həvəslə tirajlayır.Bu dəfə İran mediası İsrailin Xarici işlər nazirinin Türkiyə Prezidenti R.T.Ərdoğana qarşı tvitini tam şəkildə tərcümədə vermişdir.Həmin tvitdə İranı xüsusilə ilə qane edən fikirlər yer almışdır.Həmin fikirlər yeri gələndə İranda da tez-tez təkrar olunur.Bu dəfə həmin fikirləri “sionist rejim” in yüksək rütbəli rəsmisindən eşitmək İrana ayrı KEYF verir. Həmin tvitdə Türkiyə prezidenti OSMANLI imperiyasını bərpa etməkdə və İslam dünyasının LİDERLİYİNƏ can atmaqda ittiham edilir. Osmanlı məsələsi , İran tərəfindən qonşuları qorxutmaq və özünün Sasani imperiyasını bərpa etmək xülyasından diqqəti yayındırmaq üçün maraqlıdır. Amma İslam dünyasında LİDERLİK məsəlsi İranın ən yaralı yeridir.Çünki əməldə sünni və xüsusən ərəb sünni ölkələrində şiə azlığını dəstəkləməklə İslam aləmini parçalamaq, regionda səbatsızlıq şəraiti yaratmaq siyasəti yeridən sözdə İSLAM rejimi ideoloji sferada özünü İslam aləminin lideri kimi görür.İranın hakimiyyətlərüstü hakimiyyətinin başçısı “Böyük Rəhbər”in rəsmi titulu İSLAM İNQİLABININ rəhbəri kimi qeyd edilir.Həmin titul İranın ŞİƏ rejiminin İslam aləmində inqilablara rəhbərlik iddiasını əks etdirir.Ona görə də Türkiyənin İslam dünyasında nüfuzu və artmaqda olan təsirini özü üçün bir rəqabət yox təhdid hesab edir. “Düşmən” dən gətirilən sitatla İran özünün -Türkiyənin əsas rəqib və təhdid olduğu fikrinin, doğruluğuna iranlıları bir daha inandırmağa çalışır. Ona görə də Türkiyəyə qarşı səsləndirilən fikirlər, “öz düşməni” tərəfindən olsa belə, dərhal iranlılara çatdırılır ki, cəmiyyətdə antiTürkiyə əhval-ruhiyyəsi gündəmdə saxlanılsın. Amma Türkiyə ilə rəsmi əlaqələr, qarşılıqlı səfərlər zamanı İran mediası iki ölkə arasında dostluqdan, həmrəylikdən dəm vurur. Bu da İran ictimai-siyasi fikrinin, özləri demişkən, əsas “şegərd”idir( hiyləsi):üzdə və üz-üzə bir söz deyib, əsl məqsəd və münasibətini gizli saxlamaq. İndiki halda da İran deyə bilər ki, bu fikri o yox, İsrail rəsmisi deyir. İran belə İrandır və dəyişən deyil.
Вернуться назад
|