Главная > КУЛЬТУРА > İRAN ÖZ AMPLUASINDA

İRAN ÖZ AMPLUASINDA


12-03-2024, 19:06. Разместил: Gulnara.Inanch
Foto: Google
Vidadi Mustafayev


İran sözdə İslam Respublikası olaraq qonşu  və müsəlman ölkələrinin mədəni irsini ÖZÜNÜNKÜLƏŞDİRMƏK də görünməmiş İNAD və İSRAR  nümayiş etdirir.
Bu həftə( 4-10 mart  2024) İranda üçüncü dəfə Nizami Gəncəvi həftəsi keçirilib.İrşad  naziri deyir ki, bu, Rəisi hökumətinin(2021-də prezident seçilib) nailiyyətlərindən biridir.
"Nailiyyətlər" sırasında Nizaminin guya Təfroş rayonunun Tad kəndində anadan olduğu fikrinin  onun anadan olduğu EVƏ(???) XATİRƏ LÖVHƏSİ  vurulması ilə rəsmilışdirildiyini qeyd  etmək olar.İkinci "yenilik", artıq Nizamidən danışanda  onun ölkə mənsubiyyətini bildirən Gəncə sözündən imtina edilməsidir. Üçüncü "yenilik" Nizaminin məşhur heykəlinin  KOPİYASININ məşhur heykəltəraşlardan biri  hesab edilən Qaşqayinin əsəri kimi Tehranda qoyulmasıdır.
İran şiə əhalisi olan ərəb  ölkələrinə şiə bayrağı ilə sosial-siyasi,sünni əhalisi olan türk ölkələrinə  xəyali,lakin hiyləgər  Böyük İran bayrağı altında  mədəni-mənəvi hücumlarını davam etdirir

i and 3 others


Вернуться назад