Главная > АНАЛИТИКА > Fransanın İrana qarşı tarixi düşmənçiliyi

Fransanın İrana qarşı tarixi düşmənçiliyi


11-03-2024, 20:15. Разместил: Gulnara.Inanch

Vidadi Mustafayev

İran İslam Respublikasında bu gün( 20 esfənd 1402\ 10 mart 2024), demək olar ki, bütün saytlar Fransanın 19 esfənd 1363\ 9 mart 1985-ci ildə İrana qarşı törətdiyi müharibə cinayətindən , həmin münasibətlə keçirilən və planlaşdırılan  müxtəlif xarakterli daxili  və beynəlxalq tədbirlırdən yazır.

19 esfənd 1363-cü il tarixində (9 mart 1985) Fransa təyyarələri İranın hava xəttini keçərək ölkənin İlam, Kürdüstan, Xuzistan, Kirmanşah, Şərqi Azərbaycan, İsfahan, Çaharmahal və  Bəxtiyari,  Həmədan da daxil olmaqla 8 vilayətinin mülki ərazilərini 12 saat ərzində bombardman edib və  bu müharibə cinayəti nəticəsində  yüzlərlə mülki şəxs, o cümlədən uşaqlar və yeniyetmələr   həyatını itiriblər.

Həmin  gün kürd, lor, ərəb, fars və türk\azəri əqvamından olan dinc sakinlər  fransız təyyarələri  və raketləri tərəfindən qanlarına qəltan ediliblər.

Qanlı faciənin ildönümünə həsr olunmuş  tədbirlərdən biri  İlam vilayətinin mərkəzi İlam şəhərində qeyd edilən viayətlərin nümaiəndəlrinin iştirakı ilə keçirilmişdir.Toplantı  Fransanın müharibə cinayətlərinin araşdırımasına həsr olunmuş ilk iclası idi.Yığıncağın özəlliyi ondan ibarət idi ki,tədbirə qeyd edilən 8 vilayətin nümayəndələri cəlb olunmuşdu.

İclas haqqında məlumat “Fransanın 19  esfənd 1363-cü il(1985cü il  martın 9-da) İran etniklərinə\əqvam\ qarşı hərbi cinayətinə məhkəmələrdə baxılmalıdır” başlığı altında getmiş yazıda verilmişdir.

İclasda çıxış edən, İlamda yerləşən   Sepah hissəsinin komandirinin müavini Fransanın hərbi təcavüzü haqqında ətraflı məlumat vermiş və bir sıra təkliflər irəli sürmüşdür..

Onun sözlərinə görə Fransa İranın,demək olar ki, tarixi düşmənidir və həmin düşmənçilik bu günə qədər davam edir.


O demişdir:”  Fransa İrana qarş  son əsrlərdən bəri çox açıq və gizli  şəkildə düşmənçilik edir.  Fransa  həmişə İrana qarşı düşmənçiliyini göstərib.İnqilabdan sonra həmin düşmənçilik İran əleyhinə  bütün müqavilələri imzalaması  və dəstəkləməsində,  münafiqləri himayə etməsi, tarixi abidələri talamaq və ya dağıtması, HİV-ə yoluxmuş qanı İrana  ixrac etməsi, İraqın İrana qarşı  zorla  qəbul etdirdiyi   müharibədə iştirakı və dəstək göstərməsi,  19 esfənd 1363-cü ildə( 9 mart 1985)  geniş hərbi təcavüz nəticəsində  İranın  müxtəlif  etnik qruplarının   dinc sakinlərinin kütləvi  qırğınında, ötənilki hadisələrə geniş dəstək  göstərməsində və builki seçkiləri boykot etməsində özünü göstərmişdir.

Sepah komandiri eyni zamanda Fransa hərbi cinayətinin qurbanlarının tam siyahısının(?)  müəyyən edilməsi  və onların xatirələrinə  həmin vilayətlərdə  eyni zamanda anım mərasimi keçirilməsini təklif etmişdir. O həmçinin demişdir:”Fransanın bu fəlakətli hərbi cinayəti müxtəlif yollarla, o cümlədən filmlər və seriallar, kitablar, xatirə markaları, küçə və xiyabanlara onların  adlarının verilməsı, vəs. formada  və   geniş şəkildə işıqlandırılmalıdır ki heç vaxt unudulmasın.”.

Sepah komandiri çxışının axırında hadisənin  ağır nəticələrinin aradan qaldırılması istiqamətində atılmalı olan bəzi addımlara toxunaraq demişdir:” Fransa Cinayətləri üzrə Daimi Katiblik də bu məsələ ilə  ciddi və davamlı şəkildə məşğul olmalıdır. Fransanın İrana qarşı cinayətləri, yumşaq və sərt müharibələri, nəticə əldə olunana qədər daxili və beynəlxalq forumlarda müzakirə edilməli və Fransaya qarşı  hücum xarakterli \afəndi\ addımlar atılmalıdır”

Hadisə İran-İraq müharibəsi zamanı, 1985- ci ildə, yəni 39 il bundan əvvəl baş versə də, İran hakimiyyətinin yadına, deyəsən, 2023-ci ildə düşüb.Belə ki, həmin vaxtdan həmin hərbi cinayətlə bağlı cəmi bir neçə iclas və tədbir (7,8,10,11 mart  və 1.2 aprel 2023),o cümlıdən Fransa Cinayətlərini araşdıran qurumun Daimi katibliyinin təsis edilməsi,həyata keçirilmişdir.Lakin bu il həmin hadisə ilə bağı daha çox tədbir  həyata keçirilməkdə və yazılar meydana gəlməkdədir.

İkinci maraqlı cəhət ondan ibarətdir ki, bəzi yazılarda Fransanın İrana qarşı 75 illik düşmənçiliyindən bəhs edilir.Belə olan halda həmin düşmənçiliyin  son əsrlərdə yox, konkret oaraq 75 il əvvəl,yəni 1949-cu ildən başlandığı demək olar.Həmin ildə və ondan sonra Fransanın düşmənçiliyinin nədə təzahür etdiyi qeyd edilmir.Amma yazıların bəzilərində Fransa  İranda Qərb mədəniyyətini yaymaqda ittiham edilir.Daha sonra Fransa İslamofobiya,şiəfobiya və İranofobiyada günahlandırılır.

Bütün bunlar Fransanın  İranın   doğrudan da “qatı” düşməni olduğu təssəvürü yaradır.

Üçüncü maraqlı cəhət bu  günlərdəki tədbirlərdə Fransanın İran xalqının,əhalisinin, millətinin deyil, İran etnoslarının \əqvamının düşməni olduğunun vurğulanmasıdır. Belə yanaşmanın əsl hədəfinin nə olduğunu demək çətin olsa da,güman etmək olar ki, etnoslara vurğu edilməsi  İranda hansısa etnosun və ya etnosların Fransaya rəğbətinə qarş yönəlmişdir.

Hər halda bu günlərdə İranda  Fransanın İrana və digər müsəlman və üçüncü dünya ökələrinə yönəlik müstəmləkıçilik siyasətinə qarşı geniş təbliğatın başlandığını görmək olar. Bu hadisə elə bu günlərdə də  başa çatsa, onda ona, hansısa “gizli” məqsəd üçün edildiyini demək  və əhəmiyyət verməmək olar.Yox əgər , sepah komandirinin dediyi kimi, İran Fransaya qarşı diplomatik,hüquqi,ideoloji  hücum siyasətini  gözlənilən nəticə əldə edilənə qədər davam etdirsə, onda İranın regional siyasətində Fransaya yer ayırmadığını söyləmək olar.

Bunu isə zaman göstərəcəkdir.





Вернуться назад