Главная > АНАЛИТИКА > İRAN DÜŞMƏNLƏRƏ “KİŞ(ŞAH)” DEYİB, “MAT” ETDİ

İRAN DÜŞMƏNLƏRƏ “KİŞ(ŞAH)” DEYİB, “MAT” ETDİ


13-02-2024, 18:49. Разместил: Gulnara.Inanch

Foto: 

© Fatemeh Bahrami


Vidadi Mustafayev

Bu başlıq İran saytlarından birindən götürülüb.
Bu gün,fevral ayının 11\22 bəhmən qələbəsi oğurlanmış İran inqilabının 45-ci il dönümüdür.
Neçə gün idi ki,İranın yüksək rütbəli rəsmiləri xalqı düşmənə gözdağı vermək üçün ildönümü günü misli görünməmiş nümayişlərə qatılmağa dəvət edirdilər.Guya kütləvi nümayişlər düşmənə İran hakimyyətinin gücünü, xalqın hakimiyyətə sədaqətini və birliyini nümayiş etdirəcək
Çoxları bilməsə də, SSRİ dövründə yaşamış və o günləri xatırlayanlar yaxşı bilirlər ki,hər il may ayının 1-də (Zəhmətkeşlərin həmrəylik günü) və noyabr ayının 7-də(1917-ci il Oktyabr inqilabının ildönümü günü) hakimiyyət xalqı necə nümayişlərə gətirirdi. Nümayişçilər qabaqcadan müəyyən edilmiş yerə toplaşaraq saatlarla özlərinin tribuna önündən keçəcəkləri vaxtı gözləyirdilər.Adamlar vaxtı çatanda tribuna önündən keçir, orada quraşdırılmış mikrofondan şəraitə və oradan keçənlərin peşə və statusuna uyğun şüarlar deyilir və ən əsası, xalqın əvəzinə URA da qışqırırdılar.

Bir dəfə söhbət zamanı biri dedi ki, bu yalançı və məcburi nümayişlər nəyə lazımdır.Ona cavab verdilər ki, bizə təkcə özümüz yox, həm də düşmənlər baxır,onlar bizim həmrəylimiz və birliyimizi görüb qorxuya düşürlər. Həmin nümayişlərin sonu nə ilə qurtardı, artıq hamıya bəllidir.
İndi İranda da eyni yolu gedərək guya düşmənlərə hakimiyyətin gücü və xalqın birliyini göstərməklə onu qorxuya salmaq istəyirlər.
Düşmən bu qondarma birlikdən qorxurmu? Əlbəttə yox.Bəs bu birlik varmı?Əlbəttə yoxdur.
Sadə bir misal , mart ayınln birində İranda 12-ci çağırış parlamentə seşkilər keçiriləcək.İranın orta,təhsilli təbəqələrini təmsil edən siyasi partiyaların birləşdiyi İslahat Cəbhəsi həmin seçkilərdə iştirak etməkdən imtina edib, lakin həmin təbəqələrin ayrı-ayrı nümayəndələri seçkidə iştirak etmək üçün qeydiyyatdan keçib( 1000-1500 nəfər). Seçki prosesinə nəzarət edən və hakimiyyəti qane etməyən şəxslərin seçkidə iştirakına imkan verməyən yuxarı instansiya nəzarət orqanı(Nəzarət Şurası\Şuraya Negəhban) onlardan yalnız 30-40 nəfərin namizədliyini təsdiq edib.Halbuki parlamentdə deputatların sayı 290 nəfərdir.
İranın mühafizəkar saytları 2009-cu ildən bəri islahatçı adlandırılan və əsasən ictimai-siyasi və ilk növbədə şəxsi həyat üzərində sərt nəzarətə etiraz edən şəxsləri və partiyaları artıq rejimin düşmənləri sırasına daxil edərək onlara qarşı kəskin ideoloji mübarizə aparırlar.Hətta İslahatçıların hakimiyyətin fəaliyyətinə nisbətən kəskin münasibət bildirən nümayəndələrini əks-inqilab qüvvələri sırasına aid edirlər. Əgər buna qədər əks-inqilabçı qüvvələr dedikdə rejimin xaricdə yaşayayn qatı əleyhdarları nəzərdə tutulurdusa , artıq daxidə də əks-inqilabçı qüvvələrin olduğu etiraf edilir.Belə bir şəraitdə xalqın müəyyən bir qismini küçələrə çıxarmaqla kimin gözünə kül üfürmək istəyirlər.
Ölkədi hakimiyyətə tam loyallıq və milli birlikdən söhbət belə gedə bilməz. Hə, əlbəttə, əhalinin müəyyən təbəqələrinin hakimiyyət ətrafında toplanmasına nail olmaq həmişə mümükündür və onu milli birliyin nümayişi kimi də elan etmək olar.Amma yuxarıda deyilənlər cəmiyyətin tamamilə qütbləşdiyini və bunun nəticəsində, necə deyərlər, təkpartiyalı sistemin formalaşdığını demək olar.Bəli, mühafizəkarların 2005-ci ildən bəri davam edən hakimiyyəti hər dəfə daxili çəkişmlər səbəbindən həyat şəraiti daha da pisləşən təbəqələri öz sosial dayağı kimi görür və idarə edən varlılarla yoxsullaşan yoxsulların( dövlət subsidiyaları hesabına çətinliklə güzaran keçirən) birliyindən danışmaq olar.Onların qarşısında isə orta təbəqələri təmsil edən siyasi qüvvələr və onların sosial dayağı olan təbəqələrin birliyi dayanıb.
Beləı olan halda hansı birlikdən və düşmənləri qorxutmaqdan danışmaq olar.
Əlbəttə, xalqı İranın daim daxili işlərinə qarışan, ən xırda planların həyata keçməsinə əngəl yaradan düşmənlərlə qorxutmaq, özünü isə milli birlik görüntüsü ilə aldatmaq olar.
İranda inqilabdan sonra ruhanilər yenicə siyasi səhnəyə çıxmış qüvvələrin köməyi ilə MƏNDƏRAVƏRDİ sistem quraraq indi onu var gücləri ilə sonacan qorumaq əzmi nümayiş etdirirlər.
Amma dünyada ümumi qanun-qaydalar mövcuddur və onlara əməl etməyənlər gec-tez,necə deyərlər,haqq yoluna qayıtmağa məcburdurlar İranda da ümümqəbul olunmuş qaydaların bərpa olunacağına yəqin ki, heç kim şübhə etmir.






Вернуться назад