Главная > ЭТНОПОЛИТИКА > İsrail -Həmas qarşıdurması və fürsətcil İran

İsrail -Həmas qarşıdurması və fürsətcil İran


11-11-2023, 10:56. Разместил: Gulnara.Inanch

Foto:Google

Vidadi Mustafayev

 

İran 7oktyabr 2023-cü il tarixində HƏMAS-ın(İslam Müqavimət Hərəkatı) İsrailə qəfil və müəmmalı və son dərəcə uğurlu hücumundan sonra  başlanan İsrail -HƏMAS müharibəsindən bir çox məqsədlər üçün istifadə etməyə çalışır. Bunlardan biri də ilk baxışda məntiqsiz  görünən antitürk əhval ruhyyəsini qızışdırmaqdır. İranın antitürkizmi Türkiyədən çox Azərbaycan və ilk növbədə Cənubi Azərbaycan əleyhinə yönəlib.

Məlum olduğu kimi, bir neçə gün əvvəl ( 7 noyabr 2023)Təbrizdə Türkiyə konsulluğu qarşısında Türkiyənin HƏMAS la bağlı, guya İranı qane etməyən, siyasətinə qarşı antitürk toplantısı təşkil olunmalı idi.Lakin nədənsə, Təbrizdə belə bir aksiya keçirilmədi. Lakin etiraz aksiyası keçirmək ideyası gündəmdə qaldığından  9 noyabr 2023-cü(18 aban 1402) il tarixində onun əhəmiyyətini göstərmək üçün Tehranda Türkiyə səfirliyi qarşısında etiraz toplantısı keçirildi.

Aksiya haqqında videomaterialda iştirakçıların çox az olduğunu və şüarların bir nəfər tərəfindən səsləndirdiyi və bir qrup tərəfindən təkrar edildiyini müşahidə etmək olar.

Şair xalq oan farslar şüarları da şerlə deyirlər.Əsas şüarlarda Mərəkə\(müharibə\döyüş) və Türkiyə qafiyə seçilmişdi.

Şüarlar:

“Dejurni” və “ humanist“ şüarlar: İsrailə  ölüm. Amerikaya  ölüm

Etiraz aksiyasının məqsədini ifadə edən  şüarlar:

Bu mərəkənin qatili sənin neftindir Türkiyə.

 Mərəkəni alovlandıran  Türkiyənin nefti və ərzaqıdır.

Sizin neft çəlləkləriniz uşaqların qanlarına şərikdir. Nə razılaşma, nə  bir söz,  yalnız neft embarqosu(!!!???)

Burada səsləndirilən əsas şüarlar Türkiyənin İsrailə neft və ərzaq  ixracını dayandırması tələbini əks etdirirdi. Şüarlarda ərzaq  köməkçi,  neft  əsas  ideyanı təşkil edirdi.Guya ki, Türkiyə neft ölkəsidir və İsrailə neft ixrac edir.İsrailə kimin neft ixrac etdiyini nəzərə alsaq, həmin şüarın kimə qarşı yönəldiyini açıq-aydın görmək olar. Həmin şüarlar özlərini çox ağıllı hesab edən və əsl məqsədlərini gizlətməkdə məharət sahibi olan farsların göstərmək istədiklərinin əksinə olaraq aşkar şəkildə Azərbaycanın əleyhinə yönəlməsi haqqında heç bir şübhə yeri qoymurdu. Amma işini ehtiyatlı tutan Tehran hakimiyyəti  etiraz aksiyası zamanı  Azərbaycan adı səsləndirməyib.
Soruşula bilər ki, müharibə İsrail ilə HƏMAS arasında getdiyi  və İsraili dəstəkləyən dövlətlər bunu açıq şəkildə bəyan etdikləri halda Türkiyəyə qarşı aksiya təşkil etmək nəyə hesablanmışdı?
İran HƏMAS-a Amerika və İsrailin hədələrindən sonra  özü və ən güclü və sadiq proksi qüvvəsi olan Livan Hizbullahı  real və geniş yardım göstərə bilmir. Amma  meydanda oduğunu göstərmək üçün  HƏMASa  uzaqdan dəstək aksiyaları keçirməklə məşğuldur.
İlk belə aksiyanın Türkiyə əleyhinə keçirilmsi isə, qeyd edildiyi kimi, fürsətdən istifadə edərək Cənubi azərbaycanlılar arsında Türkiyəyə rəğbətin,  türk kimliyinin zəiflədilməsinə yönəlib.
Maraqlıdır ki, aksiya Türkiyə hökumətinin müharibəyə qarşı sərt mövqe sərgiləmsindən sonra baş verir.Bu da çox güman ki, regionda Türkiyənin nüfuzunun daha da güclənməsi meylinə qısqanclıqla  əlaqədardır.
Aksiya haqqında məlumat verən “irna” saytı  dəxli olmayan, amma maraqlı bir məlumat  da dərc edib. Məlumatda 2022-ci ildə 20 ölkənin(Azərbaycan  siyahıda yoxdur) İsrailə ixracının dollar dəyərində miqdarı göstərilib.

Qeyd edilən siyahıda  İranın son illərdə özünə müttəfiq hesab etdiyi Çin birinci yerdə durur.Siyahıda həmçinin İranın koridor tərəfdaşı Hindistan və hətta  ərəb ölkəsi olan Birləşmiş Ərəb Əmirliklərinin adları qeyd olunmuşdur. Amma İran hakimiyyəti nədənsə, həmin ölkələrin iqtisadi cəhətdən İsraili  bu və ya digər dərəcədə dəstələdiklərinə qarşı səsini  boğazına soxmağa  üstünlük verir.

İsrailə ixrac məsələsinə qayıdaraq  deyək  ki,  tam olmayan və yalnız 20 ölkənin ixracı bütövlükdə  80 mld.dollar təşkil etmişdir.

Qeyd edildiyi kimi,  İsrail yalnız Türkiyədən neft və ərzaq idxal etmir.Əgər Türkiyə həmin ixracı dayandırsa, İsrail yox, başqa ölkə  ziyan görəcək.Əslində İranın  məqsədi də  budur.

Aksiya haqqında hesabata  deyilən  məlumatın daxil edilməsinin iranlılarda İsrailə nifrətdən daha çox rəğbət hissi yratmağa hesablandığını güman etmək olar.İranlılar dərhal İranın ticarət dövriyyəsini və digər  makro iqtisadi göstəricilərini İsraillə müqayisə edırək vəziyyətin heç də “7 min illik” dövlətçilik tarixi olan İranın xeyrinə olmadığını görmüş olacaqlar.

Belə ki  İranın idxalı həmin il   142mld.dol.təşkil edirdi.

Dəyər etibarı ilə İranın idxalı İsraildən 2 dəfəyə yaxın çoxdur.Lakin hansı ölkənin daha çoz idxal  etdiyini müəyyən etmək üçün ölkələrin ərazisi( təbii resursları) və əhalisini(insani resursları) müqayisə etmək lazımdır.
İranın ərazisi(1.6mln kv.km. çox) İsrailin ərazisindən(22min kv.km. çox) 80 dəfəyə qədər, İranın əhalisi( 85mln.) isə  İsrailin əhalisindən(10 mln)8 dəfə çoxdur. Yəni İran İsraildən ən azı 8 dəfə çix idxalaa malik olmalı idi.
Deyə bilərlər ki,İranın daxili istehsalı geniş olduğundan böyük miqdarda idxala ehtiyacı yoxdur.Əlbəttə,  neft və qaz  hasilatı nəzərə alınmazsa,bu, belə deyil və burada həmin məsələ ətrafında geniş bəhs açamağa ehtiyac yoxdur. Amma müqayisəni tamamlamaq üçün iqtusadi inkişaf və gücün əsas göstəricilərindən biri olan adambaşına Ümumi Daxili Məhsul  göstəricilərini müqayisə etmək kafidir.


2021-ci ildə bu göstərici İsraildə 52151  dollar, İranda isə cəmi 13 min dollar təşkil etmişdir.Yəni  İsraildən ərazicə 80 və əhalicə  8  dəfə böyük olan İran iqtisadi inkişaf və rifah baxımından ondan   DÖRD DƏFƏ  geri qalır.
Odur ki, İranın 40 ildən çox davam edən  antiisrail təbliğatı,son hadisələr nəzərə alınmasa,nəinki az-çox savadı olan müsəlmanlar, eləcə də iranlılar arasında geniş tərəfdar qazana bilməz.İran hakimiyyəti  öz vətəndaşlarını siyasi, dini,mədəni-məişət təzyiqi altında saxladığı halda, İsrail öz vətndaşları üçün yüksək həyat şəraiti təmin etməyə diqqət yetiri və ona nail olur.
Ona görə  İranın İsrail-HƏMAS müharibəsindən istifadə edərək Türkiyənin artan nüfuzuna kölgə salmaq və Cənubi azərbaycanlılarda antitürk əhval ruhiyyəsi yaratmaq cəhdi məkirli olsa da, boşuna edilən məsrəflərdir.Çünki İran bütün parametrlər baxımından Türkiyəyə uduzur və deməli, Türkiyədən daha cəlbedici ola bilməz.

İranın mövcud hakimiyyətinin  özünün də məsuliyyət daşıdığı İsrail-HƏMAS müharibəsindən   öz nüfuzunu möhkəmləndirmək və regional rəqibi olan Türkiyənin təsirini zəiflətmək  məqsədi ilə istifadə etməsi  bir nəticə verə bilməz.Çünki İran  nə daxildə, nə də İslam aləmındə cəlbedici bir siyasi sistemə malik deyil.

İslam hakimiyyətinin İran modeli iranlılar üçün nə mədəni(vətəndaş\mülki)  azadlıqlar, nə də yüksək həyat şəraiti təmin etməmiş, qonşu dövlətlərdə yaşayan marginal  şiə  əhalisindən isə öz böyükdövlətçilik,imperialist məqsədləri üçün amansızca və insafsızcasına istifadə edir.

Odur ki, İran hakimiyyətinin fürsətdən istifadə etməsi istədiyi nəticəni verə bilməz.




Вернуться назад