Главная > АНАЛИТИКА > İRAN-AMERİKA MÜHARİBƏSİ

İRAN-AMERİKA MÜHARİBƏSİ


18-10-2023, 19:46. Разместил: Gulnara.Inanch

Foto:google

Vidadi Mustafayev

HƏMAS-İsrail müharibəsi həm də İran-Amerika proksi müharibəsi hesab edilə bilər.
Amerika açıq şəkildə İsraili dəstəklədiyini nəinki elan etdi,həm də dərhal silah tədarükinə başladı və aviadaşıyıcı gəmisini İsrail sahillərinə göndərdi.


İran isə[z yetirməsi olan  HƏMASI dəstəklədiyini elan etsə də, xarici işlər nazirini Müqavimət oxu və ya İordaniya kralının şiə qövsü adlandırdığı  ölkələrə-İraq,Suriya,Livana, həmçinin gözdən pərdə asmaq üçün Qətərə göndərdi ki,  ərəblərin bir hissəsini  HƏMAS-a fəal yardım etməyə çağırsın.Yəni İran  yenə də Seyid Əhməd əli ilə ilan tutmaq prinsipinə sadiq qaldı.


Doğrudur,İran İsrailə hədə-qorxu gəlir,lakin müharibədə birbaşa, HƏMAS-ın yanında iştirak etmək ehtimalı çox zəifdir.Hə, İraq, Suriya və digərləri qoşulsa,onları silah və "könüllülər"lə təmin etməyə hazırdır.


 İran bir yandan HƏMASI razı salmaq üçün yardım göstərməyə hazır olduğunu nümayiş etdirmək istəyir,digər tərəfdən Amerikadan çəkindiyi üçün müharibədə birbaşa iştirak etməyıcəyini elan edir.İran nə şiş yansın,nə kabab prinsipi ilə hərəkət edir.Hadisələrdə  birinə  varam,digərinə isə  yoxam demək istəyir

Вернуться назад