Главная > ИСТОРИЯ И ОБЩЕСТВО > “Milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” mövzusunda tədbir keçirilib

“Milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” mövzusunda tədbir keçirilib


17-10-2023, 12:49. Разместил: Gulnara.Inanch

Yevlax şəhəri Sahib Əliyev adına 1 nömrəli tam orta məktəbində “Milli-mənəvi dəyərlərin və ictimai davranş qaydalarının təbliği” mövzusunda tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai birliyininin layihəsi çərçivəsində həyata keçirilib. Tədbirin keçirilməsində məqsəd mədəni, sivil gənc nəslin formalaşdırılmasına səy göstərmək, mədəni inteqrasiya şəraitində milli-mənəvi, əxlaqi dəyərlərin daha da inkişaf etdirilməsində cəmiyyətin rolunun artırılması və məktəblilər arasında ictimai davranış qaydaları ilə bağlı maarifləndirmənin aparılmasıdır.

“İctimai Davranış Mədəniyyəti” adlı sosial çarx izlənlib. Sonra layihə rəhbəri Bəsti Nəsibova məktəblilərə layihə haqqında məlumat verib: “Məktəb kiçik bir cəmiyyətdir, sinif isə müqayisədə ondan bir qədər kiçikdir. Siniflər məktəbi əmələ gətirir. Bir anlığa təsəvvür edək ki, təxminən 600 şagirdin təhsil aldığı məktəbdə heç bir davranış qaydası yoxdur. Bu zaman hansı mənzərə ilə rastlaşırıq? Əlbəttə ki, özbaşnallıq yaranar. Buna görə də, sinif və məktəb üçün davranış qaydaları tərtib olunmuşdur. Hər ailənin də özünəməxsus “davranış qaydaları”nın olduğunu və məktəbin böyük bir ailə olduğunu nəzərə alsaq, biz ailədə olduğu kimi, məktəbdə də “davranış qaydaları”na əməl etməliyik”.

Psixoloq Gültəkin Məmmədova bildirib ki, davranış qaydaları şagirdlərə öyrədilərkən onların psixologiyası nəzərə alınmaqla müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır: “Çünki, şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsi üçün elə məktəb dövründə sadəlik-mürəkkəblə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir”.

Müəllimə Abbasova Xatirə isə məktəbdə uşqalara davranış qaydalarından və milli-mənəvi dəyərlərindən bəhs edib. Sonda şagirdlər və müəllimlər dinlənildi və sualları psixoloq tərəfindən cavablandırılıb.

 

 

Pərvanə Fərhadqızı



Вернуться назад