Главная > ЭТНОПОЛИТИКА > Bakı sakinləri qazax mədəniyyəti ilə tanış olurlar
Bakı sakinləri qazax mədəniyyəti ilə tanış olurlar16-10-2023, 17:57. Разместил: Gulnara.Inanch |
11 oktyabr 2023-cü il tarixində Azərbaycan Milli Xalça Muzeyində Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyi və Qazaxıstanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunan “Çöl naxışlarının gözəlliyi” etnoqrafik sərgisinə start verilib. ![]() ![]() Öz çıxışında A.Bayel qeyd edib ki, son ildə Qazaxıstanla Azərbaycan arasında münasibətlər siyasi, iqtisadi, nəqliyyat-logistika, müdafiə sahələrində önəmli dərəcədə intensivləşib. Səfir iki xalq arasında mədəni-humanitar əlaqələrin inkişafının xüsusi rolunu vurğulayıb. Qazaxıstanın və Azərbaycanın muzeylərinin rəhbərləri R.Xaripova və Ş.Məlikova sərginin konsepsiyası və Türk dünyasının mədəni irsinin qorunması nöqteyi-nəzərdən tədbirin önəmi haqqında söz açıblar. Öz növbəsində, C.Mövsümlü qeyd edib ki, tədbirin TÜRKSOY-un 30 illiyi qeyd olunduğu vaxtda keçirilməsi türk xalqlarının mədəniyyətlərinin yaxınlaşmasına töhfə verir. Tədbir çərçivəsində Azərbaycan Qədim Musiqi Alətləri Ansamblının çıxışı, Qazax milli rəqsinin nümayişi baş tutub. Sərgi 18 oktyabr 2023-cü il tarixinədək davam edəcək. Mənbə: Qazaxstanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti. Вернуться назад |