Главная > КУЛЬТУРА > İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar

İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar


19-09-2023, 17:28. Разместил: Gulnara.Inanch

Vidadi Mustafayev, Tarix üzrə  fəlsəfə doktoru,AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran tarixi və iqtisadiyyatı” şöbəsinin müdiri,E-mail: vidadi51@mail.ru

Abstrakt. Azərbaycanın və bütün müsəlman Şərqinin ən böyük, ən cəsarətli, mübariz şairi, filosofu, Azərbaycan/türk dilində ilk, lakin son dərəcə mükəmməl divan yaratmış İmadəddin Nəsimi (1369-1417) fars dilində də divanı olmasına baxmayaraq İranın farsdilli ictimaiyyətinə uzun illər yad və özgə olaraq qalırdı.

İranda 1978-1979-cu illər antimonarxist inqilabı günlərində Nəsimi birdən-birə ən tanınmış, ən çox müraciət və nəşr olunan, insanın şərəfi azadlığı, özgürlüyü uğrunda mübarizə aparmağın ən ali nümunəsi və həmin yolda İsa kimi özünü qurban vermiş şair, filosof, cəsur, mübariz bir şəxsiyyət kimi tanınmışdır.

İnqilabdan sonra Nəsiminin həyat və yaradaıcıığı mənəvi,elmi, ideoloji proseslərin diqqət mərkəzində qərar tutmuşdur.

İranda əsasən fars dilində nəşr olunmuş müxtəlif səpgili və səviyyəli ədəbiyyat əsasında hazırlanmış hazırki yazıda Nəsiminin əlyazmaları, əsərlərinin (farsca və türkcə), divanlarının çapı, haqqında yazılmış kitablar və elmi məqalələr barədə qısa məlumat verilmiş və elmi araşdırmalarda şairin yaradıcılığına verilən qiymətə münasibət bildirilmişdir. Bir sözlə, yazıda oxucu İranda İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı fəaliyyətin bütün sahələri ilə qısa şəkildə tanış edilir.

İran İslam Respublikasının siyasi sistemi insanın Nəsiminin təbliğ etdiyi yaradıcı, əzəmətli, azad, müstəqil insan statusuna yüksələ bilməsinə imkan vermədiyindən, şairin insanın əzəməti, ləyaqəti, mübarizliyi haqqında idayaları öz aktuallığını nəinki saxlamış, onların əhəmiyyəti daha da artmışdır. Deməli, cəmiyyətdə Nəsimi nümunəsinə, onun ideya və çağrışlarına tələbat qalmaqdadır.

Azərbaycan xalqının mübariz, alim, arif, şair oğlu onun birliyi və vəhdətini təmsil edir. Nəsimi irsi bu gün İranda siyasi, dini,ideoloji mübarizənin obyekti, Nəsimi öz ideya və nümunəsi ilə Cənubi azərbaycablıların milli azadlıq mübarizəsinin fəal subyekti rolunda çıxış edir.


Açar sözlər: İmadəddin Nəsimi, nəşrlər, tədqiqatlar, münasibət, İran, fars dili, əlyazma, hürufilik

1.GİRİŞ

İranda İslam inqilabına qədər tanınmayan Nəsiminin adı inqilabın əvvəllərində birdən-birə dillər əzbəri oldu, şeirlərindən seçmələr və M.Həllacın həyatına bənzər həyat kitabı dəfələrlə nəşr olundu. Sovet Azərbaycanında çəkilmiş “Nəsimi” bədii filmi 1979-cu ilin yayında Tehranda nümayiş etdirildikdən sonra onun adını bir mübariz şair kimi Qarsia Lorka, Xosrov Qolesorxi, Fərroxi Yəzdi və Mirzadə Eşqi ilə bərabər çəkməyə başladılar (Mehri Zeyni).

Azərbaycanın və bütün Şərqin ən böyük, ən cəsarətli, mübariz şairi, filosofu, yenilikçilərindən biri, Azərbaycan (türk) dilində ilk, lakin son dərəcə mükəmməl “divan” yaratmış olan İmadəddin Nəsiminin fəaliyyət sahəsi Qərbi Asiyanı, o cümlədən İranı əhatə etmiş və 630 ildən çox gah artan, gah azalan diqqət mərkəzində olmuşdur. Lakin İranda Nəsimiyə, hətta fars dilində “divan”ı olmasına  baxmayaraq, ən az diqqət yetirilmişdir.

Nəsiminin əsərlərinin hələ onun sağlığında üzünün köçürüldüyü, eləcə də şairin və hürufiliyin digər nümayəndələrinin əlyazmalarının Cənubi Azərbaycanda Goranlar (əhli həqlər), İranda Şamlu, Atəşbəyli, İsabəyli və başqa tayfa və nəsillərin nümayəndələrinin qoruyub saxladığı məlumdur. Deməli, region ölkələri kimi İranda da Nəsiminin əlyazmaları mövcud idi. Bununla belə, Nəsimi farsdilli oxucular üçün naməlum olaraq qalırdı. Bunu şairin əsərlərinin, xüsusən farsca “divan”ının çapı tarixi əyani şəkildə göstərir.

2.NƏSİMİNİN ƏSƏRLƏRİNİN İRANDA NƏŞRİ TARİXİNDƏN

a)Nəsiminin İran kitabxanalarında mövcud olan bir neçə əlyazması

İmadəddin Nəsiminin əsərləri hələ sağlığında yazıya alındığından və sonralar üzü daim köçürüldüyündən Yaxın və Orta Şərqdə, o cümlədən indiki İranda, xüsusən Cənubi Azərbaycanda, geniş yayılmışdır. Bunu İran kitabxanalarında Nəsiminin əsərlərinin bir neçə əlyazmasının mövcud olması göstərir [1a;1b;1c;1d].

Nəsiminin həyat və yaradıcılığının araşdırıcısı və “divan”ının elmi-tənqidi mətnini hazırlayan Yədulla Cəlali Bəndərinin tədqiqat işinin adında qeyd edilir ki, bu iş Nəsimi “divan”ının yeni tapılmış bir və daha 7 əlyazması əsasında tərtib edilmişdir [2].

Yədulla Cəlali Bəndəri, həmçinin qeyd edir ki, 1353/1974-cü ildə orta məktəbin ədəbiyyat bölməsinin I sinif (yəni X) şagirdi olarkən(İranın ən cənub şərqində yerləşən və ən inkişaf etməmiş vilayətlərindən olan Sistan və Bəluçistan vilayətinin Bəluçistan hissəsinin mərkəzində yerləşən) İranşəhr şəhər orta məktəb kitabxanasını qaydaya salmaq ona tapşırılır və həmin vaxt kitabların arasında “Divane Nəsimi” adlı kitaba rast gəlir [3. s.146]. Doğrudur, burada kitabın çap və əlyazmasının olduğu göstərilmir.

Nəsiminin əlyazmaları Cənubi Azərbaycanda, xüsusən Goranlar (əhli həqlər) və bir neçə keçmiş tayfaya mənsub olan nəsillərin əsas və müqəddəs kitablarından hesab edilir və qorunub saxlanılır [4].

İranda Nəsiminin əlyazmaları az-çox yayılsa da, onların çapına uzun müddət- 150 ildən çox, təşəbbüs göstərilməmişdir.

b)Nəsiminin fars dilində əsərlərinin çapı

Nəsiminin farsca əsərləri ilk dəfə 1260h.q./1842-ci ildə İstanbulda çap olunmuş külliyatında yer almışdır. Həmin külliyyat 1298 h.q./1878-ci ildə təkrar çap olunmuşdur. Nəsiminin farsca əsərlərinin bəziləri üçüncü dəfə Bakıda 1926-cı ildə Nəsiminin Salman Mümtaz tərəfindən nəşr edilmiş külliyatında yer almışdır. Nəhayət, Nəsiminin farsca “divan”ının elmi-tənqidi mətni Bakıda hazırlanaraq, 1972- ci ildə çap olunmuşdur [5].

c)Nəsiminin fars “divan”ının İranda İslam inqilabından əvvəlki dövrdə nəşri

Qeyd etmək lazımdır ki, Təbrizdə (Cənubi Azərbaycanda) (1818) və Tehranda (İranda) (1840) mətbəə və daşbasma və yenidən tipoqrafiya üsulu ilə kitab çapı sahəsi meydana gəlib inkişaf etsə də, XIX-XX əsrin 70-ci illərinin əvvəllərinə qədər adı çəkilən şəhərlərdə və bütövlükdə İranda Nəsiminin əsərlərinin çapı haqqında məlumat yoxdur.

Nəsiminin əsərləri böyük şairin anadan olmasının 600 illiyi (1970) ərəfəsində və ondan sonra, daha doğrusu, yubileyin dünya səviyyəsində (YUNESKO) təntənəli şəkildə qeyd edilməsi (1973) ərəfəsində Azərbaycan və fars dillərində geniş şəkildə çap edilmişdir. İranda Nəsiminin farsca “divan”ı [6], Azərbaycanda isə həm Azərbaycan, həm də fars dilində əsərləri çap olunmuşdur.Həmin günlərdə Nəsimi haqqında  Şimali Azərbaycandan olan müəllif Firudin Aşurovun   bədii(dram) əsəri  tərcümə edilərək çap olunmuşdur[7].

Beləliklə, İranda yalnız XX əsrin 70-ci illərinin əvvəllərində ilk dəfə Nəsiminin farsca “divan”ı və onun haqqında bir bədii əsərin tərcüməsi nəşr edilmişdir.

d)Nəsiminin farsca əsərlərinin İranda İslam inqilabından sonra nəşri

İnqilabın gedişi və qələbəsindən sonra ilk ildə, yəni 1978-1979-cu illərdə İranda Nəsiminin əsərlərinin çapı haqqında məlumat yoxdur. Yəni həmin illərdə çap olunmuş kitabların adlarına rast gəlinmir. Lakin həmin dövrdə Nəsiminin əsərlərinin və onlardan seçmələrin intensiv şəkildə çap olunduğu haqqında qeyri-müstəqim məlumat vardır. Belə ki, artıq istinad edilən müəllif Mehri Zeyni [3. s.149] qeyd edir ki, inqilabın ilk illərində müxtəlif çapxanalar (Tehranın bazar çapxanaları) Bakı nüsxəsi əsasında Nəsimi şeirlərindən seçmələr, hissələr və “divan”ın özünü çap edirdilər. Bununla belə, qeyd edildiyi kimi, Nəsiminin əsərlərinin həmin illərdə çap edilmiş nümunələri haqqında hələlik məlumat yoxdur.

Nəsiminin fars dilində əsərləri – “divan”ı XX əsrin 80-ci illərindən, yəni inqilabın qələbəsindən bir neçə il sonra, İran-İraq müharibəsinin davam etdiyi vaxtda çap olunmağa başlamışdır. Belə ki, 1362 və 1363/1983 və 1984-cü illərdə çapa hazırlayanın adı göstərilmədən [8] Nəsiminin “divan”ı çap edilmişdir. Həmin çapı inqilabdan sonra şairin “divan”ının İranda ilk çapı hesab etmək olar. Bundan sonra İranda Nəsiminin “divan”ı dəfələrlə nəşr olunmuşdur. Bunların sırasında Pərviz Əbbasi Dəkaninin [9], Qulamhüseyn Beqdelinin [10], Seyid Əli Salehinin [11], Məhəmməd Rza Mərəşinin [12], Yədulla Cəlali Bəndərinin [2;13;13,1;13,2], Hüseyn Məhəmmədzadə Sədiqin [14] hazırladığı və “Ön söz” yazdığı “divan”ların nəşrini qeyd etmək olar. Bunlardan əlavə Nəsiminin “divan”ı 1999-ci ildə nəstəliq xətti ilə də nəşr olunmuşdur [15]. Nəhayət, Nəsiminin şeirlərindən nümunələr “İran günəşləri” adlı kitaba daxil edilmişdir [16].

Beləliklə, Nəsiminin “farsca şeirləri”, əsasən “divan”ı 30 il ərzində (1362-1392/1983-2013) 13 dəfə, yəni 2 ildə bir dəfədən az sayda çap olunmuşdur.

İranın tanınmış azərbaycanlı tədqiqatçısı, Nəsimi əsərlərinin yeni çapına müqəddimə yazmış doktor Hüseyn Məhəmmədzadə Sədiq göstərir ki, Qulamhüseyn Beqdeli, Seyid Əli Salehi, Pərviz Abbasi Dəkani Nəsiminin Bakıda çap olunmuş farsca “divan”ını (1972) sadəcə olaraq eyni və müxtəlif adlarla, bəzən “Ön söz” və “Lüğət” əlavə edərək çap etmişlər [4].

e)Nəsiminin azərbaycanca əsərlərinin İranda çapı:

Nəsiminin əlyazmaları və ilk növbədə Azərbaycan dilində “divan”ı İranda ən çox yayılan kitablardan olsa da, orada ilk dəfə İslam inqilabının qələbəsindən sonra nəşr edilmişdir. İranlı müəllif qeyd edir ki, “Nəsiminin türkcə “divan”ı dəfələrlə Tehranda, Təbrizdə və Şirazda çap olunmuşdur” [17]. Doğrudan da, Nəsiminin türkcə əsərləri İranda dəfələrlə çap olunmuşdur. O cümlədən Təbrizdə [18;18.1;18.2;18.,3; 19;20;21;22], Tehranda [22; 23], həmçinin Cənubi Azərbaycanın Urmiya [24] və Zəncan [25] şəhərlərində çap olunmuşdur.

Beləliklə, Nəsiminin Azərbaycan dilində şeirləri (divan, külliyyat) İranda 24 il ərzində (1370-1394/1991-2015) ən azı 12 dəfə, yəni hər iki ildə bir dəfə nəşr edilmişdir; fars dilində əsərlərinin çapı ilə müqayisə göstərir ki, fars dilində daha tez və uzun müddət, lakin daha az intensivliklə, Azərbaycan dilində daha gec, lakin daha çox intensivliklə çap olunmuşdur. Nəsiminin Azərbaycan dilində şeirlərinin Şirazda çap olunması faktına rast gəlinməsə də Cənubi Azərbaycanın Zəncan və Urmiyə şəhərlərində çap olunduğu qeyd olunmuşdur. Həmin fakt İran İslam Respublikasında etnik dillərin sıradan çıxarılması istiqamətində yeritdiyi siyasətin uğursuzluğunu nümayiş etdirir.

İranda Nəsiminin türk və farsca şeirlərindən ibarət kitablar da nəşr edilmişdir [26].

Göründüyü kimi Nəsimi öz əsərləri ilə İrana əsasən İslam inqilabından sonra “gəlmişdir”. Deməli, doğrudan da, Nəsimi İranda, xüsusən İslam inqilabına qədər çox az tanınmışdır.

3.NƏSİMNİN HƏYAT VƏ YARADICILIĞININ  İRANDA ÖYRƏNİLMƏSİ

Nəsiminin əsərlərinin nəşr edilməməsi onun həyat və yaradıcılığının elmi araşdırmalardan kənarda qalmasının əsas şərti hesab edilə bilər. Bununla belə İranda yenicə formalaşmağa başlayan elm, o cümlədən ictimai elm sahələri bu və ya digər səbəbdən Nəsimiyə də az-çox diqqət göstərməyə başlayır. 1977-ci ilə qədərki dövrdə İranda Nəsiminin tanınma səviyyəsini müəyyən etmək üçün onunla bu və ya digər dərəcədə bağlı yazıların siyahısını qeyd etmək lazımdır.

a)İran elmi fikrinin Nəsimi ilə ilk tanışlığı (1935; 1950-1977)

Haqqında aşağıda danışılacaq iranlı müəllif Əli Mirfetrosun hürufilik və Nəsimi haqqında yazdığı kitabın mənbə və ədəbiyyat bazası haqqında məlumatda məsələnin həmin cəhəti geniş yer almışdır [27]. Həmin kitabda İranda Nəsiminin öyrənilməsi ilə bağlı nəzərdən keçirilmiş ədəbiyyatın bəzi dəqiqləşdirmələrlə verilməsini zəruri hesab edirik. Verilən məlumata görə İranda Nəsimi haqqında 1935-ci ildə ilk dəfə məlumat verən Cənubi Azərbaycanlı maarif xadimi, maarifçi Məhəmmədəli Tərbiyət olmuşdur [27.1]. Daha sonra XX əsrin 50-ci illərindən başlayaraq bu və digər münasibətlə yazılmış yazılarda Nəsimi haqqında müəyyən məlumat qeyd edilmişdir [27.2,3,4,5,6,7,8,9,10,11,12,13,14 ].

Göründüyü kimi 1935, 1950-1977-ci illər arasında cəmi 14-15 yazıda (kitab, məqalə) İmadəddin Nəsimi haqqında çox qısa şəkildə məlumat verilmişdir. Maraqlıdır ki, həmin yazıların 3-ü 1977-ci ildə, yəni inqilab ərəfəsində işıq üzü görmüşdür. Həmin yazılarla çox məhdud sayda oxucu tanış olmaq imkanına malik idi. İstinad edilən müəllifin yazdığına görə qeyd edilən illərdə nəşr olunan və daha geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitablarda, o cümlədən 1334/1955-ci ildə nəşr olunmuş Ehsan Yarşaterin “Şahrux dövründə fars şeiri” [27.15] [27.16] və 1351/1972-ci ildə çap olunmuş Zəbiullah Səfanın “İranda ədəbiyyat tarixi (IV cild, hicri VIII-X əsrin əvvəlləri)” kitablarında Nəsiminin adı çəkilməmişdir. Birinci kitab Şahrux Mirzənin hakimiyyəti illərini (1405-1447) əhatə edir və göründüyü kimi Nəsiminin həyat və yaradıcılığının ən məhsuldar son 12 ili həmin dövrə təsadüf edir. Həmin dövr ədəbiyyatını Nəsimisiz təsəvvür etmək qeyri-mümkün olsa da, kitabın müəllifi bu barədə susmağa üstünlük vermişdir. 5 cilddən ibarət ikinci kitabın IV cildi Nəsiminin həyat və yaradıcııq dövrünü əhatə etsə də kitabda şairin adı çəkilməmişdir. Həmin fundamental əsər orta və ali məktəblərdə dərsliklərin əsasını təşkil etdiyindən, Nəsiminin İranda tanınmamasının əsas şərti hesab edilə bilərdi. Başqa sözlə, orta və ali təhsil şagird və tələbələrə Nəsimi haqqında heç nə deyilmədiyindən, savadlı insanların əksəriyyətinin Nəsimini tanımaması təbii idi. Nəsiminin həmin kitaba salınmaması sırf millətçilik ideologiyası ilə izah edilə bilərdi. Çünki həmin kitab yazılana qədər artıq Nəsiminin farsca “divan”ının tənqidi mətni çap olunmuşdu. Çox güman ki, irqçi baxışlara malik olan müəllif Nəsiminin daha çox türk/Azərbaycan dilində şeir yazdığını və Azərbaycan şairi kimi tanındığını nəzərə alaraq və başqa səbəblərdən onun haqqında məlumatı “Ədəbiyyat tarixi” kitabına daxil etməmişdir.

Yuxarıda deyilənlər göstərir ki, Nəsimi İranda demək olar ki, uzun müddət naməlum bir şair olmuşdur. Nəsiminin fars dilində “divan”ı Bakıda və Tehranda təqribən eyni vaxtda, İran inqilabından bir neçə il əvvəl çap olunmuşdur. Həmin vaxt, yəni inqilaba qədərki zaman ərzində Nəsimi yaradıcılığı ilə nə qədər insanın tanış olduğunu söyləmək çətin olsa da, onların sayının son dərəcə məhdud olduğunu iddia etmək olar, çünki yalnız elmi jurnallarda, çox zaman hürufilik ilə bağlı yazılarda Nəsimidən qısa şəkildə söz açılırdı. İranda İslam inqilabının başlanması ilə vəziyyət kökündən dəyişmişdir. İnqilabın gedişi və xüsusən qələbəsindən sonra yeni teokratik hakimiyyətin təsbit edilməsinə qədər mövcud olan real demokratik şərait, xüsusən söz, əqidə, mətbuat və s. azadlıqlar, eyni zamanda hakimiyyət uğrunda mübarizə Nəsiminin İranın siyasi, ədəbi, ideoloji qarşıdurma mühitinə bütün boyu ilə daxil olmasına imkan yaratmışdır.

b)İslam İnqilabı illərində Nəsiminin həyat və yaradıcılığına diqqətin artması (1978-1979)

İranda İslam inqilabında iştirak edən mütərəqqi qüvvələr oxucuları Nəsimi ilə daha yaxından tanış etmək məqsədi ilə artıq onun yaradıcılığı haqqında elmi işlər nəşr etməyə başlayırlar. İranda belə əsərlər, demək olar ki, olmadığı üçün xarici mənbələrdən istifadə edirlər. Bunlardan Tağı Xumarlının [28], Rza Bağbanın [29] çap etdirdiyi məqalələr toplularını, həmçinin daha bir məqalə[30] və iki kitabı [31;32] qeyd etmək olar.

Beləliklə, inqilabın gedişində İmadəddin Nəsimiyə həsr olunmuş iki məqalələr toplusu nəşr olunmuş, bir məqalə və iki kitabda bu və digər dərəcədə Nəsimidən söz açılmışdır. Lakin 1979-cu ildə həmin fəaliyyət, demək olar ki, dayanmışdır. Yalnız Cavad Heyətin Azərbaycan ədəbiyyatına dair çap etdirdiyi kitabda [33] Nəsimidən danışılmışdır.

Həmin kitabın əhəmiyyəti ondadır ki, İranda ilk dəfə Nəsimi haqqında Azərbaycan dilində və Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi məlumat  verilmişdir. Artıq qeyd edildiyi kimi, Nəsimi haqqında fars dilində ilk məlumat da azərbaycanlı müəllif tərəfindən verilmişdir. Cavad Heyət həmin işi Azərbaycan dilində daha geniş miqyasda və elmi səviyyədə  davam etdirmişdir.

Yəqin ki, Nəsiminin İranda İslam inqilabına qədər əsasən yad bir şair olmasını onun rəsmi səviyyədə təbliğ edilməməsi ilə izah etmək olar. Əsasən azərbaycanlı (türkdilli) şair kimi məşhur olan Nəsimini, Cənubi azərbaycanlıları bir ayrıca xalq kimi tanımayan və ona qarşı tezliklə, sürətlə, zorakılıqla assimilyasiya siyasəti yeridən bir rejim, təbii ki, təbliğ etməklə məşğul ola bilməzdi. Rejimə qarşı geniş hərəkat başlanandan və xalq inqilabı nəticəsində devrildikdən sonra Azərbaycan dili və mədəniyyətinə qarşı qadağalar faktiki olaraq aradan qalxdığından Nəsimi də İranda azadlığa çıxmış oldu. Həmin azadlıq ona öz xalqının və bütövlükdə siyasi, mənəvi, sosial azadlıq uğrunda çıxış edən qüvvələrin mübarizəsində fəal iştirak etməyə imkan verdi.

Yazının əvvəlində artıq Nəsiminin İrana, necə deyərlər, İslam inqilabı ilə daxil olduğu vurğulanmışdır. Nəsiminin əsərlərinin çapı və onun haqqında elm aləmində verilən məlumatlar haqqında yazılar da bunu aydın göstərir. Həmin qeydi bir qədər geniş şəkildə yenidən təkrar etmək yerinə düşərdi.

İranda həmin vaxta qədər zahirən tanınmayan Nəsiminin adı inqilabın əvvəllərində birdən-birə dillər əzbəri oldu, şeirlərindən seçmələr və Həllacın həyatına bənzər həyat kitabı dəfələrlə nəşr olundu. Sovet Azərbaycanında çəkilmiş “Nəsimi” bədii filmi 1979-cu ilin yayında Tehranda nümayiş etdirildikdən sonra onun adını bir mübariz şair kimi Qarsia Lorka (məşhur ispan yazıçısı Federiko Qarsia Lorka (1898-1936) respublikaçıların tərəfdarı olduğuna görə İspaniyada vətəndaş müharibəsinin əvvəllərində həbs edilərək dərhal güllələnibdir), Xosrov Qolesorxi (marksist şair və yazıçı Xosrov Qolesorxi (1944-1974) edama məhkum olunmuş və edam prosesi televiziya vasitəsi ilə canlı yayınlanmışdı; edama yoldaşları ilə birlikdə gülə-gülə, mahnı oxuya-oxuya getmiş, gözlərini bağlamağa imkan verməmiş və özlərinə atəş əmrini də özləri vermişlər), Fərroxi Yəzdi (Rza şah Pəhləviyə qarşı həcvləri və inqilabi şeirlərinə görə həbs olunan Mirzə Məhəmməd Fərruxi Yəzdinin (1889-1937) dodaqları tikilmiş və sonra həbsxanada zəhərlənərək öldürülmüşdür) və Mirzadə Eşqi (ingilislərin əlaltısı olan Rza xanın hakimiyyətinin getdikcə güclənməsinə qarşı çıxan şair, yazıçı, jurnalist Seyid Məhəmmədrza Mirzadə Eşqi (1894-1924) öz evində terror edilmişdi) ilə bərabər çəkməyə başladılar [3. s.146].

İnqilab günlərində sosial, siyasi, söz, əqidə, şəxsi azadlıq, bərabərlik, ədalət uğrunda mübarizə aparan qüvvələr Nəsiminin şeirlərinin onların arzu və istəklərini yığcam, qısa və emosional-bədii formada, çox dəqiqliklə ifadə etdiyini nəzərə alaraq, onu nəinki “özlərin”ndən hesab etdikərini nümayiş etdirmiş, eyni zamanda onun ideyalarından bir bayraq kimi istifadə etməyə çalışmışlar. Başqa sözlə, Nəsimi, daha doğrusu, onun şeirləri və ideyaları yenidən insanların azadlığı uğrunda mübarizəyə qoşulmuş olurdu. Şahlıq rejiminə, onun ideloji, zorakı təzyiqlərinə qarşı çıxan qüvvələr Nəsiminin insan haqqında, onun müstəqilliyi, azadlığı, heç kimdən, nə ideologiyadan, nə sosial qüvvələrdən, nə siyasi dindən, hətta Allahdan belə asılı olmamaq haqqına malik olması haqqında dedikləri, xüsusən gənc, savadlı, modernləşməyə meylli olan gənc inqilabçı qüvvələri öz mövqelərində daha da möhkəmləndirir və onları öz idealları uğrunda mübarizədə dəyanətli və şücaətli olmağa səsləyirdi.

Məlum olduğu kimi, inqilab İslam dininin prinsip, normalarının və onların əsas daşıyıcıları, biliciləri və şərhçiləri hesab olunan ruhanilərin ali hakimiyyətinin bərqərar olması ilə başa çatdı. Başqa sözlə, hürufiliyin və Nəsiminin siyasi, ideoloji, sosial mübarizəsinin ana xəttini daşıyan və bu günkü liberal dəyərlərə uyğun gələn insan azadlığı prinsipi, yəni yuxarıda qeyd edildiyi kimi, hər cür ideologiyadan, hakimiyyətdən, digər insanlardan, azadlıq ideyası, ölkənin yeni əsas qanununda öz əksini tapmadı. Daha doğrusu, insanların Əsas qanunda qeyd edilən hüquq və azadlıqları islam dininin şiə təriqətinin prinsiplərinə tabe edilir və həmin prinsiplərin hakimiyyətinin təmin edilməsi xüsusi orqanlara və onların fəaliyyətinə nəzarət isə ruhanilərə həvalə olunurdu. Bütün bunlar hürufilik və Nəsiminin müdafiə etdiyi idealların – insanın öz taleyi və ya özünün və cəmiyyətin əsas subyekti olması, həmin məsələdə özündən kənarda və ya “yüksəkdə” olan hər hansı real və mistik qüvvəyə tabe olmaması və s. idealların aktual olaraq qaldığını göstərirdi. Başqa sözlə, İran insanı Nəsiminin təbliğ etdiyi insan statusuna yüksələ bilmədi. Deməli, Nəsimi idayaları öz aktuallığını nəinki saxlamış, onların əhəmiyyəti daha da güclənmiş olurdu. Deməli, cəmiyyətdə Nəsimi nümunəsinə, onun ideya və çağrışlarına tələbat daha da artmışdı. Ona görə yuxarıda verilmiş siyahıdan göründüyü kimi, Nəsiminin fars və azərbaycanca “divan”ları dəfələrlə çap olunmuşdur. Deyilənləri Nəsiminin farsca “divan”ının iki tərtibçi və ön söz müəllifinin son dərəcə yüksək və simvolik məna daşıyan adlar altında çap etmələri aydın şəkidə təsdiq edir. Belə ki, Nəsiminin “divan”ını nəşrə hazırlayan Seyid Əli Salehi və Məhəmmədrza Mərəşi kitaba Nəsiminin şəxsiyyətinə və tarixdə oynadığı rola uyğun olan, eyni zamanda tərtibçilərin böyük şairə verdikləri yüksək dəyəri əks etdirən simvolik adlar- “Goğnus dər şəbe xakəstər”-daim öz qaladığı odda yanıb, həmin odun külündən yenidən doğulan, ona görə əbədi mövcud olan Feniks və “Xurşid dər bənd” – bəndə salınması, gizlədilməsi qeyri mümkün olan Günəş adları vermələridir. Feniks Nəsiminin inqilab günlərində yenidən dirilməsini, Günəş isə onun nəinki zindanın bir hissəsinə (bənd), eləcə də bu dünyaya sığmadığını, əbədi mövcud olduğunu simvolizə edirdi. Bu bənzətmələr Nəsimiyə verilən ən yüksək dəyərin nümunəsi idi və onun mütərəqqi insanların nəzərində tutduğu ali məqamı, şairin mübarizəni davam etdirdiyi və əsil mübarizlərin yoluna işıq saçdığına inamlarını göstərirdi.

Təbii ki, belə yüksək dəyərə layiq olan şairin irsinin yayılmasında maraqlı olan mütərəqqi qüvvələr onun əsərlərinin çap olunmasına cəhd göstərəcəkdilər. Artıq yuxarıda verilmiş siyahıdan göründüyü kimi, Nəsiminin əsərləri çap olunmaqda davam edirdi. Məsələnin həmin cəhəti İranda Nəsimi ideyaları və Nəsimi sözünə böyük ehtiyacın olduğunu göstərirdi. Nəsimi yaradıcılığı çox geniş, əhatəli olduğundan onun sözləri və ideyaları da oxucunun mənəvi, idraki, sosial, siyasi, dini ehtiyacları, eləcə də müxtəlif sosial qrupların həmin yaradıcılıqdan müəyyən bucaq altında istifadə etmək cəhdi, şairin ideya və sözlərinin müxtəlif cür oxunmasına, dərk edilməsinə və onlardan istifadəyə geniş imkanlar açır. Nəsimini dərk etməkdə, ona yanaşmalarda müxtəliflik, teokratik hakimiyyət çərçivəsində elan edilən demokratik azadlıqlar daxilində belə qane edə bilməzdi. Ona görə də oxuculara yalnız Nəsimi əsərlərini oxumağa imkan yaratmaqla, əsərlərini çap etməklə kifayətlənmək olmazdı, oxucuların onu “düzgün” dərkinə yardım etmək və ya indi dəbdə olan terminlə deyilərsə, informasiya qəbulu və emalı prosesini idarə etmək tələb olunurdu. Başqa sözlə, İranda Nəsimi yaradıcılığının elmi cəhətdən araşdırılması, onun ideyalarının mahiyyətinin geniş oxucu kütləsinə çatdırılması tələbatı yaranmışdır. Həmin tələbatı ödəmək üçün Nəsimi yaradıcılığı müxtəlif səviyyədə və məqsədlərlə, gec də olsa araşdırılmağa başlanmışdır.

c)Nəsiminin həyat və yaradıcılığının elmi şəkildə öyrənilməsi

c1)Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş kitablar

1.Yədulla Cəlali Bəndəri. “Zendegi və əşare Nəsimi. (Nəsiminin həyatı və əsərləri) [13.2]

Bu iş magistr diplomu mövzusu kimi yerinə yetirilmişdir. Belə ki, yeni nəşrlər haqqında məlumat verilən “Ketabe mah”(Ayın kitabı)jurnalının “Ədəbiyyat və fəlsəfə” seriyasında Y.C.Bəndərinin kitabı haqqında rəydə göstərilir ki, Yədulla Cəlali Bəndəri Nəsiminin “divan”ının elmi-tənqidi mətnini 1367/1988- cu ildə magistr diplomu kimi doktor Şəfii Kədkoninin elmi rəhbərliyi ilə hazırlamağa başlayıb və hazır olan iş diplom işindən daha yüksək qiymətləndirildiyindən onun çapı məsləhət görülüb və qeyd edildiyi kimi, 1993-cü ildə nəşr olunub [3. s.146,149].

Bu halda haqqında danışılan kitabı İranda İslam inqilabından sonra Nəsiminin farsca “divan”ının, magistr səviyyəsində olsa belə, ilk elmi-tənqidi mətni hesab etmək olar. Diplom işində hürufilikdən, Nəsiminin yaradıcılığından geniş bəhs edildiyi üçün aşağı səviyyədə olsa da yalnız ilk elmi-tənqidi mətn deyil, həm də şairin həyat və yaradıcılığı ətrafında elmi araşdırma hesab edilə bilər.

Başqa sözlə, İranda Nəsiminin yaradıcılığına bütöv şəkildə elmi yanaşma 1988-ci ildən başlanır və ilk araşdırmanın nəticəsi kitab halında 1993-cü ildə işıq üzü görür. Həmin kitab ikinci dəfə 2003-cü ildə əlavə və düzəlişlərlə çap edilmişdir.

2.Əli Mirfetros, “Emadəddin Nəsimi, şaer və motəfekkere horufi”

Nəsimi yaradıcılığı haqqında iranlı müəllif tərəfindən yazılmış ilk iri həcmli tədqiqat əsəri xaricdə meydana gəlmiş və orada fars dilində çap olunmuşdur. Bu, 1992-ci ildə Əli Mirfetrosun İsveçdə fars dilində nəşr etdirdiyi “İmadəddin Nəsimi, Hürufi şairi və mütəfəkkiri” adlı kitabıdır, onun ikinci və təkmilləşdirilmiş nəşri 1999-cu ildə işıq üzü görmüşdür. Bu əsər onun Fransada yazmağa başladığı, lakin müdafiə olunmamış doktorluq dissertasiyasının bir hissəsidir.

Kitab iki adda təqdim olunur:1. “Zendegi, əşar və əğayede Emadəddin Nəsimi, şaer və motəfəkkere horufi” (hürufi mütəfəkkiri və şair İmadəddin Nəsiminin həyatı, şeirləri və inancları, Sued-İsveç, “Əsre cədid” nəşriyyatı, 1371/1992, 237 s. şəkilli, xəritə; 2. “Emadəddin Nəsimi, şaer və motəfekkere horufi” (təkmilləşdirilmiş nəşri), 1378/1999, 221s.

Onu da əlavə etmək lazımdır ki, müəllifin özü haqqında öz saytında verdiyi məlumatdan aydın olur ki, o, 1362/1983-cü ildə İranı tərk etmiş, 1992-ci ildə Parisdə Sorbonna universitetində onun “15-16-cı miladi əsrlərdə İranda ictimai hərəkatlar-hürufilər və pəsixanlar(*) hərəkatları” adlı doktorluq dissertasiyasının mövzusu təsdiq olunur. Lakin dissertasiyanı müdafiə etmək mümkün olmur. Adı çəkilən kitab həmin dissertasiyanın bir hissəsidir [34].

(*)Pəsixanilər və ya nöqtəvilər cərəyanı Hurifilər təriqətinin fəal iştirakçısı olan, lakin xudpəsəndlik səbəbindən oradan qovulmuş Mahmud Pəsixani(-1428) tərəfindən təsis edilmişdir.Təriqət hərf əvəzinə vahid bir anlayışdan –nöqtədən çıxış edirdi.Nöqtə deyəndə torpaq nəzərdə tutulurdu.Yəni yaradan hər şeyi torpaqdan yaratmışdr.1397-ci ildə özünü Mehdi elan etmiş və onun tərəfdarlarının əsas hədəflərindən biri yeni 8000 illik Əcəm(fars ) dövrünün başlanğıcını qoymaq idi.Mahmud Pəsixamın zühuru həmin döbrün başlandığını göstərməli idi.

3.Seyid Ehsan Şokrxodai, “Əğayede horufiye;seyri dər əndişeye Seyid Emadəddin Nəsimi”. (Hürufi təlimi və Seyid İmadəddin Nəsiminin düşəncələrinə bir baxış)

Ədyan və Məzaheb universiteti nəşriyyatının müdiri Məhəmməd Ruhaninin verdiyi məlumata görə, kitabda hürufilik təlimi, Fəzlullah Nəiminin “Ərşnamə” məsnəvisi və Qiyasəddin Astrabadinin “Ostvanamə” və İmaddədin Nəsiminin ideyaları, onun fars və türk “divan”ları əsasında araşdırılır. 6 fəsildən ibarət olan kitabın I fəslində araşdırılan məsələ – hürufilik təlimi nəzərdən keçirilir; II fəslində S.İ.Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verilir; III fəslində şairin düşüncələri fars dilində yazdığı şeirlər; IV fəslində həmin məsələ türkcə seirləri əsasında araşdırılır. Kitabın V və VI fəsillərində şairin müvafiq olaraq fars və türk dillərində bərabər sayda, yəni 20 şeiri dərc edilmişdir. Məhəmməd Ruhani kitabı çox yüksək qiymətləndirərək, onu yeni tədqiqat və öz növündə unikal adlandırmışdır. Kitabın üstünlüyü Nəsiminin baxışlarının təhlil edilməsi ilə şərtlənir [35].

4.Sadeqi Məhəmməd Hoseyn, “Enğaye lahut.” (Əbədi Feniks) [36].

Əvvəlcə qeyd edək ki, müəllif öz kitabına Nəsiminin öz şeirlərinin birində özü haqqında işlətdiyi ifadəni başlıq seçmişdir. Müəllif Nəsimiyə layiq olduğu qiyməti ifadə etməyə çalışır. O, Nəsimini “Böyük ruhu bu dünyaya sığmayan [36.s.61], dünya miqyaslı bir insan” [36.s.61], “insanın şərəfi, izzəti, azadlığı və əzəməti” uğrunda mübarizə aparan bir şair hesab edir [36.s.66]. O, belə hesab edir ki, Nəsimi “dünya səviyyəsində azadlıq, haqq tələbi, humanizm/insansevərlik örnəklərindən birinə çevrildi” [36.s.75]. O yazır ki, “Məndə sığar…” beytinin “tarixi və dünya şöhrəti vardır” [36.s.138].

Müəllif Nəsimini iranlı və konkret olaraq Fars ostanının nümayəndəsi kimi təqdim edir, onun Fars ostanının Zərqan məntəqəsindən olduğu ideyasından çıxış edir. O, hürifiləri milli azadlıq, İranın müstəqilliyi uğrunda çıxış edən mübarizlər kimi təqdim edir [36.s.46]. Nəsimi də partizan qrupunun rəhbəri kimi qələmə verilir [36.s.47]. Müəllif şairin həyat və yaradıcılığını onun işğalçılara qarşı silahlı mübarizə iştirakçısı olması mövqeyindən dəyərləndirir. O, belə hesab edir ki, onun şairlik iddiası yox idi, şeir bir alət idi [36. s.81]. Müəllifə görə şeir Nəsiminin köməkçi sənəti idi, o, silahlı dəstənin başçısı idi, sadəcə olaraq öz fikirlərini şeirlə çatdırırdı [36. s.60]. F.Nəiminin qətlindən sonra silahlanaraq gizli mübarizəyə başladılar. Nəsiminin vəzifəsi, həm də partizan qruplarına rəhbərlik idi [36. s.67]. Müəllif Nəsiminin həmin sahədə fəaliyyətini yüksək qiymətləndirərək, onu “siyasi və hərbi rəhbər”, bir qədər də qabağa gedərək, “inqilab rəhbəri” [36.s.128] adlandırır. O, Nəsiminin fəaliyyətini İranda mövcud vəziyyətlə uzlaşdırmağa çalışaraq, onun və hürufilərin dinə münasibətini belə izah edir. Hurifilərin dindən uzaqlaşmaları barədə sözlər düşmən sözləridir [36. s.78].

Müəllif yazır ki,Nəsimi bütün ənbiya və övliyaları bir vahid nurdan bilir. Bir şeirində isə özünü 12 imam şiəsi adlandırır [36. s.83]. Nəsimi xalqı birliyə, ittifaqa və Allaha qul olmağa/əbudiyyət/dəvət edir [36. s.91]. Müəllif Nəsimini anadan olduğu və milliyyətinin indiyə kimi dəqiq aydınlaşdırılmadığını qeyd edərək, onu bir iranlı kimi təqdim edir.Müəllifin fikrincə, Nəsimi İranın Fars ostanının Zərqan məntəqəsindəndir. Müəllifə görə Nəsiminin anası və qardaşı Zərqanda yaşayırdı. Qətlindən sonra bir parçası qardaşına – Zərqana göndərilmiş və orada gizlicə dəfn olunmuşdur [36.s.72.]. Nəsiminin “məzarlarından” biri, qardaşı və analarının məzarları da Zərqandadır [36.s.5].

Odaha sonra yazır ki,Fars hakimi, Teymurun mədəniyyətpərvər nəvəsi Sultan İbrahim göstəriş verdi ki, qəbri üzərində türbə ucaldılsın. [36. s.74]

Maraqlıdır ki, zərqanlılar Nəsiminin şair olduğu, hətta “Nəsimi” təxəllüsünü daşıdığı haqqında heç nə bilmirdilər. Yalnız faciəli şəkildə öldüyünü bilirdilər [36.s.73].

Bunula belə, müəllif Nəsiminin fars olduğunu iddia etmir, çünki şeirlərinin birində özünü türkmən adlandıraraq, ərəblərdən yaxşı şeir yazdığını qeyd edib [36. s.25]. O da qeyd edilir ki, həmin dövrdə Zərqanda türklər yaşadığından, onun özünü türkmən adlandırması təbii idi. Zərqanda heykəli də qoyulub.

Nəsiminin həyatını qeyd edilən prizmadan araşdıran müəllif onun mübarizliyini, müstəqilliyini, insanları öz varlığının mahiyyəti və ucalığını dərk etməyə səsləməsi və digər keyfiyyətlərini yüksək dəyərləndirir. O, Nəsimiyə iranlıların münasibəti haqqında yazır:

“Nəsimi bütün iranlılara və azad fikirlilərə məxsusdur, amma biz fəxr edirik ki, bütün bəşəriyyət içindən yalnız biz ZƏRQANLILAR hər gün onun və onun məktəbinin yetişdirdiyi şəhidlərin məzarını ziyarət etmək və öpmək şərəfinə malikik” [36.s.139].

Müəllif Nəsimi irsinin müasir dövr üçün əhəmiyyətini yüksək qiymətləndirir. O yazır: “Ona görə hər bir azad insan onun “divan”ını oxuyarkən özünü böyük hesab edir, itmiş qürurunu tapır və özü ilə fəxr edir ki, “insan” yaradılıb” [36.s.116]. O həmçinin yazır: “Nəsimi şeirlərində elə məsələləri qaldırır ki, heç kimin onları bəyan etməyə cürəti çatmırdı və çatmır” [36.s.126].

Müəllifin Nəsimi yaradıcılığının əsas ideya xəttini təşkil edən insan-Allah məsələsinə münasibəti zahirən maraqlı olsa da, İranda mövcud ictimai, siyasi, mənəvi, ideoloji, dini durumun təsirindən kənarda qalmamışdır. O, Nəsiminin Allah haqqında baxışlarını qeyri-ardıcıl şərh edir. Onun fikrincə, Nəsimi “Allah kimi olan insan ardınca” gedir və Allaha “Allah yolunda şəhid olmaqla” çatmağın mümkünlüyünü göstərir [36. s.61].

Haqqında danışılan yazıda Nəsiminin özünü yox, bütün insanları haqq adlandırdığı fikri öz əksini tapmışdır. Belə ki, müəllif bir tərəfdən belə deyir: “Nəsimiyə görə insan Allah deyil, amma Allahdan ayrı da deyil” [36. s.103]. Nəsimininin insan-Allah dixotomiyasına münasibəti belə xülasə olunur:

Ey insan, sən ilahi varlıqsan, özünü tanımaq üçün yaranmısan [36.s.116].

Məxluqun varlığı Allahdır və Allah varlıqdadır, Allah olmayan yer yoxdur, Allahın hakimiyyətindən başqa hakimiyyət yoxdur. Allah məkan və zamanla məhdudlaşmır, lakin məkan və zaman onun qüdrəti daxilindədir [36.s.116], bütün bu sonsuzluq arif və aşiq insanın qəlbində yer alır [36.s.116-117]. Deməli, kiçikliyinə baxmayaraq insan varlığın ən böyük təcəlligahıdır [36.s.117].

Müəllif “ənəlhəq” anlayışını da özünəməxsus şəkildə, hüquq anlayışı kimi, yəni insanın müxtəlif, o cümlədən təbii-yaşamaq hüququna malik olması mənasında şərh edir. O yazır: “Hər şey Allahın nişanəsidir, deyə bilər Allahın nişanəsiyəm və “həqiqət məndə özünü göstərir” [36.s.91]. “Ənəlhəq, yəni fikirdə bütün varlıqla vəhdətə yetişmək və özünü görməmək və vəhdət dəryasını görmək” [36.s.94]. Müəllif davam edərək yazır: “Ənəlhəq “mən Allaham” mənasında deyil, çünki heç bir sağlam düşüncəli insan belə iddia irəli sürməz” [36. s.91]. Digər tərəfdən isə vurğulayır: “Ənəlhəq iddiası olsa da, “lakin heç vaxt birbaşa ənəlhəq deməyib”; “Onun yetişdirdiyi cəmiyyət ənəlhəq deyir, o özü yox”; “Bir nəfərin ənəlhəq deməsinin yerinə bütün cəmiyyət üzvləri ənəlhəq deyir” [36. s.84].

Müəllif Nəsiminin “ənəlhəq”anlayışına münasibəti haqqında daha geniş danışaraq öz yanaşmasını aşağıdakı kimi yekunlaşdırır:

1.Mən haqqam (və ya mən haqlıyam), düşmən nahaqq, haqq mənimlədir, hətta bütün dünya mənə qarşı olsa da;

2.Mənim haqqım var: yaşamaq haqqı, rəy bildirmək, etiraz etmək, özümün və cəmiyyətin taleyini dəyişmək haqqı [36.s.90];

3.Mən adlı heç nə yoxdur, çünki mənim bütün vücudum məşuqdur və məndən və mənim varlığımdan mövcud olan hər bir şey MƏNDƏN deyil, deməli, mən mövcud deyiləm, hər nəyəmsə, Odur;

4.Ənəlhəq ənəlhəqiqət ola bilər, yəni mən həqiqətəm, insan adlı həqiqət, yaradılanların əşrəfi, Allahdan gəlmə, Allaha tərəf gedən, Allahda qərq olan və cəbr mühitində MUXTAR [36.s.91]. Nəsimi xalqı birliyə, ittifaqa və Allaha QUL (əbudiyyət) olmağa dəvət edir. “Heç vaxt əlvəhiyyət və rəbiyyət iddiasında olmayıb” [36.s.91].

Göründüyü kimi, müəllif Nəsiminin dünyagörüşündə, fəlsəfi baxışlarında insan- Allah münasibətlərini son dərəcə ziddiyyətli şəkildə şərh edir. Bir tərəfdən insanın Allahın varlığının təcəssümü, real mövcud olan Allah səviyyəsində qəbul olunduğunu, digər tərəfdən insanın Allahın qulu olmasını və həyatının mənasının Allaha tərəf getməkdən ibarət olduğunu vurğulamağa çalışır. Müəllifin yanaşmasında ziddiyyət ondan ibarətdir ki, Nəsimi bir tərəfdən özünü Allah hesab edən, Allahın reallığı kimi qəbul edən insan kimi təqdim edilir, digər tərəfdən onun özünü Allahın qulu hesab etdiyi vurğulanır. Bizim fikrimizcə özünü Allah hesab edən insan özünü özünün-Allahın (yəni özü-özünün) qulu hesab edə bilməz. Başqa sözlə, Nəsimi yaradıcılığında qul olmaq, hətta Allaha belə qul olmaq, ideyasına rast gəlinmir.

Haqqında danışılan kitabın müəllifi Nəsiminin qətlinin səbəbinin belə göstərir: “Hər şeydən daha pisi odur ki, (ruhanilər) bütün bu alçaqlıqlar, qarabəxtlilik, bəxtsizlikləri Allahın istəyi, iradəsi və əməli bilir və ona da şükr edib, teymurlara dua edirdilər” [36.s.77].

Ölümündən sonra belə mollalar Nəsimini dinsizlikdə, İslam əqidəsini başqa dinlərlə qarışdırmaqda və mürtədlikdə (ertedad dindən üz döndərməkdə) ittiham etdilər [36.s.77].

Müəllif Nəsiminin qətlinin səbəbinin bu gün də mövcud olduğunu belə bəyan edir: “Barışmazlıq və zülmə qarşı mübarizə ruhu həmişə və hər yerdə, hər hakimiyyət və hər bir sahib mənsəb üçün əsas təhlükə hesab olunubdur” [36.s.62].

Nəsimini ona görə cəzalandırdılar ki, “din ərbablarından bəziləri özlərini Allahın vəkili, vasitəçisi və qəyyumu hesab edirdilər və hesab edirlər…” [36. s.128].

“Nəsimi bəşər cəmiyyətini din saraylarına və saray dinlərinə qarşı ənəlhəq deməyə vadar edirdi” [36.s..128].

Müəllif Nəsimi və onun irsinə müasir dövrdə ikili münasibətin əsasları haqqında yazır: “Hələ də dünyada azadfikirli, azadlıqsevər, başqasının ağalığını qəbuletməyən insanlar şeirlərinin qatları arasında mübarizə, eşq, azadlıq və insanın əzəməti uğrunda mübarizənin ipuclarını axtarırlar” [36. s.75]. O davam edir: “Bir şey aydındır, Nəsimi “divan”ı ondan sonra əsrlərcə yalnız bir şeir kitabı idi və orada ictimai çaxnaşmalara və üsyana heç bir çağırış yoxdur” [36. s.137], “lakin onun adı sonrakı hakimlər, hökumətlər üçün o qədər təhlükəli idi ki, bütün vasitələrlə ondan uzaq olmaq istəyirdilər və başqalarını da onunla tanışlıqdan çəkindirirdilər” [36.s.137].

Buna onu əlavə etmək olar ki, bu gün də Nəsimiyə münasibət ictimai-siyasi inkişafın səviyyəsi və hakimiyyətin forması ilə müəyyən olunur. Totalitar və avtoritar rejimlərdə Nəsimidən danışanda və danışmaq məcburiyyətində qalanda, onu dini şair, sufi şair, mistik şair kimi təqdim etməyə və onun şeirlərini üsyankar ruhundan xali etməyə çalışırlar.

Həqiqətdə isə Nəsimi ideyalarını nə sufilik, nə vəhdəti-vücud nəzəriyyəsi, cərəyanı çərçivəsində izah etmək mümkün deyil.

Nəsimini sufiliklə əlaqələndirməyin doğru olmadığını müəllif belə əsaslandırır: “SUFİ və DƏRVİŞLƏR hakimiyyət üçün TƏHLÜKƏSİZ idilər, çünki işləri ÖZLƏRİ və KAİNATla əlləşmək idi, hakimiyyətlə işləri yox idi” [36.s.47]. “Ruhanilər təcavüzkarlarla əməkdaşliq edirdilər, Nəimi və Nəsimiyə qarşı onlara dua edirdilər” [36.s.48].

Haqqında çox qısa məlumat verilən yazının əhəmiyyəti ondadır ki, müəllif iranlı hesab etdiyi üçün etnik azərbaycanlı/türk/türkmən şairə millətçilik təəsübünə uymadan yüksək qiymət verir və onunla qurur duyduqlarını fəxrlə bəyan edir. Nəsimi dolayısı ilə farslara bir üsyankar azərbaycanlı şairin timsalında bütün azərbaycanlılara ehtiramla yanaşmağın vacibliyini bir daha xatırladır. Nəsiminin həyat və yaradıcılığı azərbaycanlıların milli varlığına  qarşı fars hakim millətçilk xəstəliyindən irəli gələn iddiaların tamamilə əsassız olduğunu əyani şəkildə göstərir.

c2)Nəsiminin həyatı və yaradıcılığı haqqında kitablar, dissertasiyasıyalar və elmi məqalələr

Nəsiminin həyatı və yaradıcılığı haqqında 4 kitabda [37;38;39;40]  bu və ya digər dərəcədə məlumat verilmiş, 2 [41;42] magistr dissertasiyası və 10-dan çox elmi məqalə [43;44;45;46;47;48;49;50;51;52; 54] yazılışdır.

Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş bir neçə məqalə haqqında nisbətən geniş danışmağı lazım bildik.

Əvvəlcə Nəsimi “divan”ının İranda ilk nəşrinə S.Cuyanın yazdığı müqəddimədən[6; müqəddimə pdf formatında səhifələnməyib] bəzi məqamları qeyd etməyi lazım bildik, çünki onu İranda Nəsimi haqqında ilk dəfə yazılmış nisbətən yüksək səviyyəli yazı hesab edirik.

Ön sözün müəllifi hər iki şəxsiyyəti-Nəimi və Nəsimini “iki böyük Azırbaycan şairi və mütəfəkkiri” adlandıraraq qeyd edir ki, “dərk edilməsi o qədər də çətin olmayan səbəblərdən, irfanın geniş yayılmasına və onun bizim ölkənin ədəbiyyat və mədəniyyətinə həlledici təsirinə baxmayaraq, bu iki adlı-sanlı şair və arif, həmçinin onların yüksək və mütərəqqi ideyaları İranın farsdilli ictimaiyyətinə kədərli şəkildə yad və özgə olaraq qaldı, çox məhdud sayda tədqiqatçılardan savayı heç kimin onların varlığından xəbəri yox idi”. Ön sözün müəllifi şairin şəxsiyyəti və yaradıcılığını, Azərbaycan ədəbiyyatında yerini son dərəcə yüksək qiymətləndirir və onun ifadə etdiyi ideya və fikirlərin dərindən öyrənilməsinin vacibliyini və orada Qərbin indiki ən məşhur alimlərinin kəşf etməkdə aciz olduqları sirlərin gizləndiyini diqqətə çatdırır.

İndi isə inqilabdan sonra yazılmış bir neçə elmi məqələyə qısa bir baxış:

C2.1)“Ensan əz didqahe Seyid İmadəddin Nəsimi” (Nəsiminin görüşlərində insanın yeri) [46]

Yazıda Nəsimi  “vətənimizin[İranın ] ən heyrətedici ədəbi simalarından biri, Hürufi firqəsinin ən mübariz, bilikli, uğurlu mütəfəkkir və şairi [46.s.119]” adlandırılır və qeyd edilir ki, bütün ömrünü Şərq millətlərinin azadlığı və mədəni yüksəlişinə həsr edən Nəsimi – İranın farsdilli əhalisi üçün yad və tanış olmayan bir şairdir və indiyə kimi İranda elmi baxımdan araşdırılmayıb [46.s.120]. Müəllifə görə Nəsimi yaradıcılığının bir əsası vardır: insan və onun yaradıcı qüvvəsinin tanınması. Hər şeyi, Allahı ancaq insan vasitəsi ilə tanımaq olar [46.s.119]. Nəsimi yaradıcılığının mərkəzi anlayışı: insan Allahın təzahürü və göstəricisidir [46.s.119].

Nəsiminin məşhur iki cahan anlayışını izah etmək üçün onun fəlsəfi baxışları belə təsvir edilir:

Böyük aləm-dünya;

Kiçik aləm-insan;

İnsan-kiçik cahan;

İnsanın dünyası-böyük;

İki dünya, yəni dünya və insan;

İnsan böyük dünyanın nümunəsidir [46.s.122];

İnsan aləmin ruhu və canıdır, kiçik və böyük dünyadan üstündür [46.s.123];

Həqiqi kitab insan özüdür. Quran səssiz/samit kitab, insan danışan kitabdır [46.s.126];

“Kün”-ol sözündəki Kvə N hərfləri iki dünyanın –o dünya və bu dünyanın təmsilçisidir [46.s.127]. Burada 2 cahan bir qədər fərqli ifadə edilir.

Müəlliflərə görə Nəsimi hər bir insanı Allah(ənəlhəq) sayır [46.s.138];

Nəsimi “insana Allah kimliyi verməklə, onu Allahlıq mərtəbəsinə ucaltmaqla onun öz dövrünün zalımlarından qorunmasına çalışır”. Yəni ilahiyə qarşı asanlıqla zülm və təcavüz etmək olmaz [46.s.138].

Müəlliflər Nəsiminin ideyalarının şərhini davam etdirərək yazırlar ki, Nəsimiyə görə insan Allahdır, Allah mənəm, Allah sənsən. Harada təmiz insan var, Allah oradadır. Allah təbiətdə, yerdə, insandadır. İnsan özünü bütün cəhalətlərdən, ayrıseçkiliklərdən, zülm, əsarət və köləlikdən qurtara və “azad, müstəqil, muxtar və xoşbəxt yaşaya” bilər.

Hürufilər Quran hərflərini insanda görürdülər, yəni hər ikisi eyni hərflərlə yazılıb [46.s.139]. Hər şeyi insanda görürdülər [46.s.140]. İnsanın təbii haqlarını müqəddəs elan edirdilər ki, təcavüzə uğramasın, təcavüz edən cəzalansın, hakimiyyətdən salınsın [46.s.140].

Göründüyü kimi müəlliflər Nəsiminin dünyagörüşü, fəlsəfi baxışlarının, bədii yaradıcılığının mərkəzində azad, müstəqil, öz haqlarını bilən və onun uğrunda mübarizə aparan və ya mübarizəyə səslənilən insanın durduğunu doğru göstərə bilmişlər.Yazıda İran şəraiti demək olar ki, nəzərə alınmayıb və hətta mövcud ideologiyaya qarşı mövqe tutulmaqdan çəkinilməyib. … Nəsimiyə həqiqətən elmi obyektiv baxış hesab etmək olar.

C2.2)“Təcəlliye Qorane kərim dər əşare Nəsimi Şirvani” (Nəsimi Şirvani şeirlərində Quranı kərimin təcəllisi) [47]

Məqalənin xülasəsində müəlliflər gəldikləri əsas nəticəni belə ifadə edirlər. Məqalədə Nəsiminin Quranın sadə ayələrindən/mofrədat/, ifadələrindən, həmçinin dastanlarından və şəxsiyyətlərindən ilham aldığı və vəhy kəlamlarından bacarıqla istifadə etdiyi göstərilir [47.s.53].

Məqalədə gəlinən əsas nəticə məlum olsa da, həmin yazıdan bir sıra iqtibaslar etmək yersiz olmazdı. Burada qeyd edilir ki, Teymuri dövrü (1370-1507) fars ədəbiyyatının qədim dövrünün son mərhəlısi, sonudur. Ədəbi baxımdan ən səmərəli, məhsuldar dövrlərdən biri idi. “7-ci h.əsrindən (1321-ci ildən) fars nəsrinə, xüsusən tarix[şünaslıq] sahəsində, nüfuz edən türk dili, bu dövrdə şeirə də sirayət etdi…” [47.s.56]. Müəlliflərə görə Nəsimi Təbrizdə doğulub. Müəlliflər şairin mövqeyi haqda yazırlar: “Şərqin ən böyük, mübariz insanlarından, ən görkəmli ədəbi və mədəniyyət şəxsiyyətlərindən, ən məşhur və cəsur şairlərindən biridir” [47.s.56].

Orta əsrlərdə yazıb-yaradan şairin müsəlmanların müqəddəs kitabı sayılan Qurandan yararlanması təbii idi və Nəsimi də müxtəlif səviyyəli və yönümlü oxucuları və dinləyicilərinin ağlı və ruhuna təsir etmək üçün Qurandan geniş istifadə etmişdir. Lakin məqalədə şairin Quranı təbliğ etməsi, onun göstərişlərinin yerinə yetirilməsinin vacibliyi barədə möbqeyi açıqlanmır. Bu da təbii idi, özünü haqq, Allah sayan bir insan, şair, mütəfəkkir Quranla kifayətlənə bilməzdi və xalqa öz sözlərini çatdırmağa üstünlük verirdi.

C2.3)“Emadəddin Nəsimi və cayqahe u dər şere şiəye torki” (İmadəddin Nəsimi və onun türk şiə şeirində yeri)[50]

Məqalənin xülasəsində Nəsimi “öz üzərinə öhdəlik götürmüş/motəhhed/şiə şairi” elan edilir və onun peyğəmbərin və əhli beytin mədhi və yasına /rəsa/türkcə gözəl və ürəkaçan şeirlər yazdığı qeyd edilir.

Nəsimi ünlü İran şairi adlandırılır, onun “divan”ı bu ölkənin ədəbiyyat və mədəniyyətinin bir hissəsinin ifadəsi hesab edilir: “indiyə kimi ona elmi cəhətdən diqqət yetirilməmiş və unutqanlıq tozu /qübarı hələ də onun səhifələrinə ağırlıq edir”. Məqalədə “ölkənin şiə ədəbiyyatı və mədəniyyətinin qeyri-milli dildə təcəssüm etmiş bir hissəsi”nin təqdim olunduğu qeyd edilir. Məqalədə deyilrki, Nəsimi türkcə “divan”ında özünü velayi adlandırıb, əhli beytin vilayət və haqlılığından söz açıb və peyğəmbər və əhli beytin böyüklüyü və kəraməti haqqında, onların, xüsusən imam Hüseynin, məzlumluğu haqqında qələm çalmışdır. Nəsimi sufi şairdir və əhli beytdən yazarkən daha çox Quran ayələrindən və arifanə ifadələrdən-“təcəlli”, “vəhdəte vücud”, “kəşf və şohud”ifadələrindən istifadə edir. Nəsiminin şiə şeirləri realist baxışlara söykəndiyindən, daha çox müraciət xarakterli olduğundan onlarda poetik təxəyyül zəifdir. Şair irfani təsir altında əhli beyti mədh edərkən lirizmə üz tutur. Onun qəzəli, lirizmi insani və yer rəngi və qoxusuna malik olsa da, Quran ayələri ilə qarışdığından və fövqəlyer sifətinə malik olduğundan onun poeziyası/qəzəli irfani və ruhi hesab edilir [50. s.143]. Məqalənin xülasəsində Nəsiminin bir şiə şairi olduğu nəticəsi öz əksini tapmışdır. Bununla belə, məqalədən bəzi iqtibaslar etmək pis olmazdı.

Nəsiminin bioqrafiyası ilə bağlı hissədə göstərilir ki, şeirlərinə əsasən onun bir müddət Təbrizdə hökmranlıq etmiş Ağqoyunlu türkmənlərindən olduğunu söyləmək olar [50. s.145].

Məqalədə göstərilir ki, Nəsimi İran mühitində böyümüş, şeiri də başdan-ayağa İran mədəniyyətinin təsiri altındadır, İran mədəniyyəti və ədəbiyyatına biganəlik yoxdur, İran şairlərinin təsiri aydın hiss olunur, ona görə İran şairi hesab edilir, hərçənd türk dilində də şeir yazıb. İran türkdillisidir. Əhli beyti vəsf edib, şiə şairidir [50.s.146]. Əhli beyti, xüsusən Əlini vəsf etdiyi və Əlinin vilayətinin qanuniliyini müdafiə etdiyi üçün qətlə yetirildi [50.s.147].

Müəlliflərə görə Nəsimi şiə anlayışlarını poetik dillə qələmə alan ilk türk şairlərindəndir, digər şairlərə, xüsusən Səfəvi dövrü şairlərinə dərin və hərtərəfli təsir göstərmişdir [50. s.149]. Şeirlərinin siyasi məzmunu ən çox Əlinin xəlifəliyi ilə bağlıdır. Nəsimi vilayəti Əlinin və onun 11 oğlunun qanuni haqqı hesab edir [50. s.155]. Mehdini imam zaman və bəşəriyyətin xilaskarı hesab edir [50. s.158]. Nəticədə, o cümlədən qeyd edilir ki, Nəsiminin əsas missiyası şiəliyi cəmiyyətə realist baxış əsasında tanıtmaq idi [50.167].

Beləliklə, həmin yazıdan belə məlum olur ki, Nəsimi dini şair idi və İslam dininin şiə təriqətinin şairi və ideoloqu olmuşdur. Doğrudan da, Nəsimi gəncliyində bir şiə olub və peyğəmbər və 12 imamın mədhinə çoxlu şeirlər yazıb. Yalnız bundan çıxış edilsə və onun sonrakı həyat və yaradıcılığı qəsdən unudulsa, onda Nəsimini bir şiə şairi hesab etmək olar. Bu, Nəsiminin bir şiə şairi olaraq qaldığına deyil, müəlliflərin məsələyə müəyyən mövqedən, daha doğrusu, hazırki İran reallığından və yarımçıq və bəlkə də qərəzli yanaşmasını göstərir.

Həmin münasibətlə onu da əlavə etmək lazımdır ki, yuxarıda adları qeyd edilən iki məqalədə Nəsiminin dini, şiə şairi olmasına heç bir işarə yoxdur. Xüsusən Quranın Nəsimi şeirində əksinə aid məqalədə şair dini şair adlandırılmır.

Beləliklə, nəzərdən keçirilən birinci [46] yazıda Nəsiminin əsas mövzusu- insan, onun yaradıcı qabiliyyəti və Allah səviyyəsində olması vurğulanır. İkinci [47] yazıda Quranın məzmununun Nəsimi poeziyasına geniş təsiri araşdırılır və üçüncü [50] yazıda isə Nəsiminin dini şair, şiə şairi olduğu göstərilir. İkinci məqalə nəzərə alınmazsa, birinci və ikinci məqalələrdə əslində Nəsimiyə İranda iki yanaşma özünü göstərir. Nəsimi insan azadlığının carçısı və şiə ideyalarının müdafiəçisi kimi dəyərləndirilir. İkinci yazıda Nəsimini İranda mövcud olan teokratik dövlətin əsas prinsipləri və tələbləri ilə barışdırmaq cəhdi özünü göstərir.

Nəsimi əsərlərində Qurana münasibətə həsr edilən məqalələrdən birində [45] əsas diqqət əslində hürufiliyin müsəlmanların müqəddəs kitabı vasitəsi ilə daha anlaşıqlı şəkildə təbliğindən danışılır. Səhifələnməmiş məqalədən bəzi çıxarışları təqdim edirik. Müəlliflər Nəsimini “ölkəmizin ən heyrətamiz ədəbi simalarından biri”, “ən cəsur və görkəmli ədəbi və mədəniyyət xadimi”, lakin “farsdilli cəmiyyətin onu lazimi səviyyədə tanımadığını kədərli hal” adlandırırlar.

Məqalənin əsas məzmunu və alınan nəticə əks olunan xülasəsində deyilir: Onlar-hürufilər insanmərkəzçi/humanist idilər, hər şeyi insanın xeyrinə yozurdular. Nəsimi bu firqənin ən bilikili/dana mütəfəkkiri və uğurlu şairi idi. Hürufilikdə və Nəsiminin irfanı bir əsas dayağa söykənir, o da insan və onun yaradıcı qüvvəsini tanımaq. İnsan Allahın kamil nümunəsidir, yerdə onun xəlifəsidir və bütün varlıqlardan daha çox aləmin yaradıcısının təcəlligahıdır. Nəsimi insanın üzünü Quran ayələrinin təcəlligahı, insanı ilahi kəlamların tam məzhəri kimi təqdim edir. Bütün Quran və xüsusən Fatihə surəsi onun çöhrəsində yazılıbdır.

Məqalədə gəlinən nəticə: hürufilərvə bu humanist hərəkatın ən mübariz və bilikli mütəfəkkiri və nəzəriyyəçisi Nəsimi çalışırdılar ki, insanın yerini ən uca məqama, yəni insan-Allah və ya kamil insan mərtəbəsinə qaldırsınlar. Onlar insan və onun çöhrəsini Quran/əməlkitab/ səb əlməsabi/, behiştin 8 qapısı /ərşe Rəhman və … oxuyurdular ki, bununla onun zati hüquqlarını müqəddəs təqdim edə bilsinlər; onu hər cür təcavüzdən qorusunlar, ona başa salsınlar ki, o, insandır, yaradılanın zinətidir, o, Allahın yer üzündə məzhəridir, o, Allahdır, yaradılışın ən müqəddəs və uca-motaali formasıdır və həmişə və hər bir şəraitdə onun ehtiramı və kəraməti qorunmalıdır [45].

Göründüyü kimi, müəlliflər Nəsiminin Qurana münasibətini düzgün anlamağa çalışaraq onun müqəddəs kitabdan insanın izzət, şərəf, ucalığını nümayiş etdirmək və ona zülm etməyin ən ağırnəticələırini xatırlatmaq üçün istifadə etdiyini, ona istinad etdiyini, o da onun göstərişləri və ehkamları ilə deyil, forması ilə, istədiyini vurğulayırlar. Bir sözlə, Nəsimi Qurandan Allahın böyüklüyü və qüdrətini nümayiş etdirmək, peyğəmbərə dərin ehtiram göstərməyə dəvət, İslam dinini təbliğ etmək üçün deyil, insanın müqəddəsliyini, ucalığını göstərmək üçün geniş istifadə edir. Allahın təzahürü və özü olan, çöhrəsində oxunan Quran vasitəsi ilə insanın böyüklüyü, ucalığı sübut olunur, hüquqlarının toxunulmazlığı əsaslandırılır.

Müəlliflər xüsusi vurğulayırlar  ki, Nəsimi hamını Allah görmək istəyirdi, lakin hürufilər bir nəfəri Allah qəbul edirdilər  o da təeiqətin başçısı FƏZLİ idi.

Nəsiminin həyat və yaradıcılığına bu iki bir-birinə zidd mövqe göstərir ki, İranda Nəsimiyə birmənalı yanaşma mövcud deyil. Alimlərin bir qismi ona obyektiv, elmi, insan azadlığı, subyektliyi mövqeyindən yanaşdığı halda, digər qismi Nəsimini İslam dini və İslam dininin əsas anlayışları ilə barışdırmağa çalışırlar. Lakin İranın hazırki şiə üləmasının Nəsimi irsinə münasibəti göstərir ki, haqqında danışılan sonuncu yazının müəlliflərinin cəhdləri boşa çıxmış və Nəsimini şiə mövqeyindən oxumaq düzgün yol deyil. Belə ki, İran İslam Respublikasında fəaliyyət göstərən “Əqidədə şübhələrə cavab araşdırmalar mərkəzi” hürufilik və Nəsiminin İran ictimai fikrinə artan təsirini və xüsusən onun irsinə münasibətdə, yuxarıda qeyd edildiyi kimi, müxtəlif mövqelərin mövcud olduğunu nəzərə alaraq dini, şiəlik baxımından Nəsimi irsinə necə yanaşmağın vacibliyini qeyd etməyi lazım bilmişdir. Mərkəz öz mövqeyini müxtəlif suallara cavab şəklində bəyan etdiyindən Nəsimi irsinə münasibət aşağıdakı suala cavab kimi ifadə olunmuşdur. Sual: “Hürufilik hərəkatının ideyaları Nəsimi şeirlərində şiə inanclarına nə qədər uyğundur?” [54]. Bu sualın cavabında, o cümlədən deyilir ki, Nəsimi qeyri-islami ideyaları yaydığına və İslam haqqında kafi məlumata malik olmayan insanları sapdırmağa/enheraf görə İslam üləması ilə üz-üzə gəlməli olub, qətl olundu. Ona qarşı əsas ittiham adamları İslamdan uzaqlaşdırması (enheraf) idi, qalan izahlar məsələni pərdələmək üçündür.

Daha sonra deyilir ki, hürufilik və Nəsiminin şeirləri İslama uyğun deyil, onların İslamı yaxşı dərk etmədiyini və dindən uzaqlaşdığını göstərir. Hürufilik və Nəimiyə görə insan özünü dərk etsə, onda özündən başqa Allah olmadığını dərk edər. Onların əqidəsinə görə insanın özündən başqa Allah yoxdur. Nəsimi də fikirləşirdi ki, əgər Allahın varlığını qəbul etsək, onda həmin Allah insandır, yəni cəmiyyətin işlərini idarə edən insan özüdür. Buradan belə nəticəyə gəlinir ki, Nəsimi Allahın mövcudluğu prinsipini inkar edir. Onun üçün yeganə varlıq insandır. Bu fikri Nəsimi belə izah edilir: Allah Adəmdə zühur etdi və ona görə Adəm Allah oldu, onun övladları da Allahdır, yəni bu gün milyardlarla Allah vardır. Əgər yaradan varsa, insan özüdür. Nəsimi Əlini də şəraitə uyğun olaraq Allah adlandırırdı.

Nəsimi dini mərcələri/avtoritetləri təqlid etməyə qarşı çıxır. Onun fikrincə, təqlid mənəvi inkişafa və insan fikrinin inkişafına mane olur. Onlar təqliddən əl çəkilməsini tələb edirdilər. Amma burada ziddiyyət özünü göstərir, belə ki, hürufilər mərcənin təqlid olunmasına qarşı çıxır, lakin özləri təriqət pirlərini, müridliyi təqlid edirdilər. Bir sözlə, “dırnaqarası irfani şeirləri nə əqli, nə Quran əsaslarına, nə də şiə əqidələrinə uyğun deyil” [54].

Göründüyü kimi, dini və şiə nöqteyi-nəzərindən Nəsimini nə İslam dinini, nə də onun şiəlik təriqətini təbliğ edən və deməli, şiə şairi hesab etmək doğru deyildir. Bu açıqlamada eyni zamanda Nəsimi yaradıcılığını Allah ideyası ilə barışdırmaq istəyənlərə, Nəsiminin Allahın varlığını dərk etməyə çalışdığını, onun dərkedilməz olduğunu bəyan etdiyini deyənlərə aydın cavab verilmişdir. Nəsimi Allah, onun atributları haqqında heç nə demir, insanları Allaha etiqad etməyə çağırmır. Nəsimi insana Allah olduğunu, yəni yeganə yaradan və öz işlərini idarə edən subyekt olduğunu təlqin edir.

4.İRANDA NƏSİMİ HAQQINDA ELMİ-PUBLİSİSTİK VƏ PUBLİSİSTİK YAZILAR

İranda Nəsiminin əsərləri çap edildikcə, onun həyat və yaradıcılığı ilə bağlı elmi yazılar artdıqca kütləvi informasiya vasitələrində və virtual məkanda Nəsimiyə bu və ya digər münasibət, yanaşma sərgiləyən, geniş oxucu və izləyici kütləsinin rəyi və mövqeyini formalaşdırmağa xidmət edən yazılar da daim artmaqdadır.

Nəsiminin həyat və yaradıcılığı haqqında bir neçə [55;56;57;58; 59] elmi-publisistik və publisistik yazıdan bəzi iqtibasları oxucuların diqqətinə çatdırmaq yerinə düşərdi.

1.“Şərhe yek beyt əz… (… bir beytinin şərhi) [55]

Yazıdan hissələr: Yeni nəsil Nəsimi, Füzuli kimi məşhurları tanımır. Azərbaycan ədəbiyyatı və folkloru araşdırıcısı Bəhram Əsədi ilə aşağıdakı beyt araşdırılaraq Nəsiminin poetik təxəyyülünün genişliyi və dərinliyi haqqında müəyyən təsəvvür yaradılmağa çalışılır:

Kim ki zülfündən[ilə] xəyalın bağladı könlündə, ol

Rahibi deyr oldu ondan özgə zennar istəməz (kim ki xəyalını öz könlündə sənin zülfün ilə bağladı, Deyr rahibi oldu ondan özgə zennar istəməz).

Nəsimi deyir: Məscid-o meykəde-o kəbe və botxane yeki əst

Ey reha kərde rəhe kuçeye ma xane yeki əst (Məscid və meyxanə, kəbə və bütxana birdir/eynidir, Ey bizim küçənin yolundan keçməyən, ev birdir/eynidir).

Bəhram Əsədi Nəsimini dünya ədəbiyyatının nəhəglərindən hesab edir [55].

2.“Şəhid Emadəddin Nəsimi… (Şəhid Emadəddin Nəsimi… (birinci hissə))[56]

Müəllif yazır: Nəsimi “dillərin bərabərliyi və bərabər hüquqluluğuna inanırdı və Azərbaycan türk dili həmin məktəbin ardıcıllarının əksəriyyətinin yazı və oxu dili hesab olunurdu”. Müəllif belə hesab edir ki, bəzi dəlillər Nəsimini Təbrizli adlandırmağa daha çox əsas verir.

Aladağda təşkil olunan və dini mövzularda bəhslər gedən məclisdə hərəkatın tanınmış rəhbərləri (yüksək məqamlı üzvləri) də iştirak edirdilər. Adları qeyd edilən belə şəxslərdən biri də Mazandarandan olan Dərviş Məhəmməd Tirgər idi. Məclisdə dünya dilləri haqqında bəhs edilərkən mazandaranlı şoubi mövqeli həmin şəxs demişdir: “Fars və ərəb dillərindən başqa bütün dillər məhv olmalıdır, çünki bu iki dil behişt [əhlinin-m.] dilidir. “Ostovanamə”nin müəllifi Qiyasəddin Məhəmməd məsələyə belə yanaşmanı hürifilik əqidə və prinsiplərini pozmaq cəhdi kimi dəyərləndirir və vurğulayır ki, Fəzlullah vaxtilə demişdir: “Ba zəbanhaye moxtəlef beya və boro və begir və bedeh” (müxtəlif dillərdə gəl və get və al və ver). Fəzlullah öz məşhur tərcibəndində, o cümlədən deyir:

Mayim ço məzhər elahi

Miquyi be hər zəban ke xahi

İlahinin məzhəri biz olduğumuz üçün

Hansı dildə istəyirsən bunu deyə bilərsən

Hətta Əl Ala Əli öz “İsgəndərnamə” əsərində göstərir ki, ad əşyanın mahiyyəti və keyfiyyətini dəyişməz, ona görə suyu hansı dildə istəyirsən adlandır. Suyun hansı dildə adlandırılmasının mahiyyətinin dəyişmədiyini göstərmək üçün gətirilən şeir parçasının sonunda deyir:

Nist qer ab çizi ey fetta (cəvan)

Xahi “ab”əş qu, və xahi “su” və “ma”

Sudan başqa bir şey deyil bu, ey gənc

İstəyirsən “ab” de, istəyirsən “su”, istəyirsən “ma”

Müəllif vurğulayır ki, Nəsimi bu şovinist nəzəriyyəni rədd edirdi və ömrünün sonuna kimi ana dilindən əl çəkmirdi. Müəllif farslar arasında millətçilik xəstəliyinin geniş yayılması haqqında yazır: “Sufilər arasında şoubi şovinizminin təsiri o qədər güclü və faciəvar idi ki, hətta Mövləvi zamanı (1207-1273)da özünü göstərirdi. Belə ki, xorasanlılar öz ölkə və dillərini digər ölkə və dillərdən üstün tutduqları üçün C.Rumi Mövləvinin Şəms Təbrizinin ardıcılı olması ilə barışa bilmirdilər. Çünki Xorasan torpağını Təbriz torpağından üstün tuturdular [56].

Həmin yazının ikinci hissəsində [57], o cümlədən qeyd edilir ki, bir sıra təzkirələrdə Nəsiminin Şirazdan olması, hətta burada qətlə yetirilməsi qeyd olunur. Hətta Fars vilayətinin Zərgan şəhərində Nəsimi türbəsi (mavzoleyi-mərğəd) ziyarətgahdır. Adamlar indi də ora ziyarətə gedib, nəzr-niyaz edirlər. Qəbristanda Nəsiminin türbəsi olduğuna görə onu Seyid qəbristanlığı aslandırırlar. Şairin qəbrini 70 il bundan əvvəl, bir nəfər nəzri qəbul olunduğuna görə, təmir etdirib, qaydaya salmışdır [57].

Digər yazıda [58] Nəsiminin türkcə şeirlərindən 5 beyt misal gətirilir, farscaya tərcümə edilir və qısa təhlil edilir və nümunə kimi 2 şeirinin- “Ayrılıq” və “Hardasan” … mətni verilir.

Əsas məqsəd göstərməkdir ki, guya Nəsimiyə görə insan Allahı dərk etməyə qadir olmasa da, onu tanımağa səy etməlidir. Nəsimi Allahı nisbi tanımağın özünütanımaq yolu ilə mümkünlüyünü düşünür [58]. Başqa bir yazı  [59] bir neçə şeir parçasının fars dilinə tərcüməsi, şairin həyat və yaradıcılığı haqqında son dərəcə qısa məlumatdan ibarətdir [59].

5.NƏSİMİNİN ETNİK KİMLİYİ VƏ MƏNSUB OLDUĞU ÖLKƏ

İranda hələ 1340/1961-ci ildə çap olunmuş Fars alimləri və söz ustaları [27. 6], və 1348/1969-cu ildə nəşr edilmiş Şiraz böyükləri [27.7] kitablarında Nəsimi haqqında məlumat verilmişdir. Kitabların adlarından göründüyü kimi Nəsiminin Farsdan və Şirazdan olması iddiası yer almışdır. İran müəliflərindən biri [53] Nəsiminin İranda “çox az tanındığını qeyd edərək, yazının müqəddiməsindən sonra “Əbu Səid Nəsimi Hoseyni Şirazi yazılır” və ondan aşağıda məqalənin mətni verilir.

İqtibaslar: “Türk aləmində onu türkdilli poeiziyanın ilk qüdrətli şairlərindən hesab edirlər”. “Halbuki onun İrandan kənar mədəniyyətə aid olması tam qəbul olunmuş fikir deyil” [53], lakin şairin hansı mədəniyyətə məxsus olmasından daha mühümü onun fikirləridir.

İranda Nəsimini İran şairi hesab etdiklərini və ya hesab etmək istədiklərini göstərmək üçün Azərbaycan Respublikasında şairin yubileyinin keçirilməsinə qısqanclıqla yanaşılır. Bu barədə gedən yazılardan birində [60] deyilir ki, Azərbaycan Respublikası Qazaxstan və Türkiyənin dəstəyi ilə Nəsiminin vəfatının 600 illiyinin keçirilməsini təklif etdi, yəqin ki, qəbul olunacaqdır. Müəllif millətçi ənənəyə sadiq qalaraq Nəsimini “böyük farsdilli şair”adlandırır və davam edir ki, 2 il əvvəl də İran şairi Nizami Gəncəvini oğurladılar. Müəllif onda da yazmışdı. “İran şairi oğurlandı, unuduldu”. Müəllif xatırlatmağı özünə borc bilir ki, sonradan İranda giley etməsinlər ki, qonşu bizim mirası bac alıb sonra sahib çıxır [60]. Eyni məsələyə həsr olunmuş digər yazıda Nəsimi İranın məşhur şair və arifi [61] adlandırılır.

Burada çox komik bir vəziyyət yaranır. Belə ki, Nəsimini farsdilli, İran şairi adlandıran dairələr onun adına layiq hər hansı bir tədbir keçirmək əvəzinə, Azərbaycanın öz şairinin xatirəsini əziz tutmasına belə mane olmaq istəyirlər. Çox qəribə və fars şovinistlərinə görə “ağıllı” bir yanaşmadır. Yəni İran şairi olduğu üçün Azərbaycan onun yubileyini keçirə bilməz, İran isə onu türkcə də yazdığına görə hər hansı tədbirlə yad edə bilməz. Bu halda onların fikrincə, İranın təhlükəsizliyi təhdidlə üzləşə bilər. Axı belə bir hakimiyyət türk dilinin bütün qüdrətini nümayiş etdirən bir şairə necə xatirə mərasimi keçirə bilər, ona görə onun adı ilə bağlı hər hansı bir tədbirin keçirilməsinə mane olmaq haqqında düşünürlər.

Nəsimi haqqında yazılarda onun İranın müxtəlif bölgələrindən, əsasən Fars regionundan olması qeyd edilsə də, etnik baxımdan fars olduğunu iddia edə bilmirlər. Buna görə bəzən onun Cəbubi Azərbaycandan-Təbrizdən olduğunu əsas gətirərək İran şairi adlandırırlar. Nəhayət, Nəsiminin, həm də fars dilində şeirlər yazdığına dayanaraq, onu farsdilli və avtomatik olaraq İran şairi adlandırırlar. Amma İranda daha “uzaqgörən” millətçilər Nəsimini nə təbrizli, yəni Cənubi azərbaycanlı, nə də iranlı hesab etməyib, şirvanlı kimi qeyd edirlər. Bununla onlar Nəsiminin İranla, deməli, Cənubi Azərbaycanla kök bağlılığının olmadığını vurğulamaq istəyirlər. Deməli, Nəsiminin Azərbaycan   ilə bağlılığını yada salmamaq üçün onu həvəslə Şirvanlı adlandırırlar.   Hazırki İranda Cənubi azərbaycanlılar Nəsimini böyük Azərbaycan şairi adlandırırlar. Bəziləri bunu əsaslandırmaq üçün onun Təbrizdə anadan olduğuna işarə edirlər. Lakin əksəriyyət şairin doğulduğu məkana əhəmiyyət verməyərək Azərbaycan şairi hesab edirlər. Azərbaycan şairi Azərbaycan xalqının mübariz, alim, arif şair oğlu olmaqla, onun birliyi və vəhdətini təmsil edir və bu birliyin möhkəmlənməsinə xidmət edir. Cənubi azərbaycanlılar Nəsiminin Azərbaycana məxsus olduğunu göstərməklə fars şovinist alimlərinin Azərbaycanda heç vaxt yazılı dilin olmadığı kimi çürük iddialarını rədd etmiş olurlar. Deməli, Nəsimi bu gün də nəinki siyasi, dini-ideoloji mübarizənin obyekti, həm də öz xalqının milli azadlıq mübarizəsinin fəal subyekti rolunda çıxış edir. Deməli, şair doğrudan da diridir, mübarizdir, vuruşur.

6.NƏTİCƏ

Azərbaycanın və bütün Yaxın və Orta Şərqin ən cəsarətli, mübariz və tamamilə yeni ideyaların carçısı olan şairi İmadədin Nəsiminin fars dilində “divan”ı olsa da, İranda uzun əsrlər boyu farsdilli poeziyanın nümayəndəsi hesab edilməmiş və XX əsrin ikinci yarısına qədər onun “divan”ının nəşrinə təşəbbüs göstərilməmişdir. Yəqin, həmin səbəbdəndir ki, İranda İmadəddin Nəsiminin fars dilində “divan”ının ilk dəfə elmi-tənqidi mətnini hazırlayan alim Şimali Azərbaycanın tanınmış şərqşünası professor Rüstəm Əliyev olmuşdur. Nəsiminin “divan”ının əlyazmaları üzündən heç bir təshih aparmadan belə çap edilməyən İranda, şairin həyat və yaradıcılığına maraq XX əsrin 40-cı illərinin sonlarında meydana gəlsə də, İranda İslam inqilabının qələbəsinə qədər və ondan bir neçə il sonra da elmi araşdırma orbitinə daxil edilməmişdir.

İran İslam inqilabının gedişində və qələbəsindən az sonra Nəsimi yaradıcılığı və şəxsiyyətinə maraq görünməmiş miqyas almış və məhz bundan sonra onun fars və türk “divan”ları, həmçinin fars və türkcə şeirlərindən ibarət bir neçə kitab çap edilməyə başlanmışdır. Qeyd olunduğu kimi, inqilab günləri və inqilabın qələbəsindən sonra Nəsimi yaradıcılığı haqqında əsasən xaricdə və kommunist ideologiyası mövqeyindən yazılmış bir neçə məqalələr toplusu işıq üzü görmüşdür. Nəsiminin hər iki “divan”ının çapı, təbii ki, onun yaradıcılığı və şəxsiyyətinə marağı daha da artırmış və İranda həmin mövzuya müəyyən bir baxışın formalaşmasını stimullaşdırmışdır. Başqa sözlə, Nəsimini necə oxumaq, necə dərk etmək, ona münasibətdə necə mövqe formalaşdırmaq məsələsi İranın ictimai, dini, elmi fikri qarşısında duran mühüm bir məsələyə çevrilmişdir.

Haqqında qısa məlumat verilən elmi yazıların nəzərdən keçirilməsi göstərir ki, İranın ziddiyyətli siyasi, hakim ideoloji və dini strukturları Nəsiminin bir sıra mərhələlərdən keçmiş və ona görə də ziddiyyətli xarakterə malik olan yaradıcılığı ziddiyyətli formada  qavranılmasına əsas verdiyindən ziddiyyətli bir yaradıcılıq nümunəsi kimi təqdim edilməsinə şərait yaradır. Nəsimi yaradıcılığına münasibət, xüsusən onun əsas ideyalarının, fəlsəfi baxışlarının şərh edilməsi və dəyərləndirilməsində, bir tərəfdən şairin yaradıcılığının çoxcəhətliliyi, digər tərəfdən İran cəmiyyətinin sosial, mədəni strukturunun ziddiyyəti və həmin ziddiyyətli tərəflərin daşıyıcılarının və müdafiəçilərinin mövqeyi öz əksini tapmış olur.

İranda inqilabdan sonra İslam dini, onun əsas ehkamları və normalarının bundan daha mühümü, dinin təfsirini öz inhisarına alan və cəmiyyəti İslam qaydaları ilə yaşmağa məcbur və nəzarət edən ruhanilər və onların siyasi, dini, ideoloji hakimiyyətinin möhkəmlənməsində maraqlı olan və həmin istiqamətdə fəaliyyət göstərən qüvvələr və bu qüvvələrin hərtərəfli təzyiqinə qarşı müqavimət göstərən dairələrin ictimai elmlər sahəsində təmsilçiləri Nəsimi yaradıcılığından danışarkən əsas diqqəti Nəsimi yaradıcılığında insanın tutduğu yerə-heç bir Allahdan, dindən, ruhanilərdən asılı olmayan, öz taleyinin və bütövlükdə dünyanın yaradıcısı olan və yaradıcı qismində Allah hesab edilən insana yönəldirlər. Bununla da cəmiyyətdə cərəyan edən mədəni, mənəvi proseslərdə Nəsimi irsindən yararlanmağa çalışırlar. Nəsimi Orta əsrlər şairi idi və həmin dövrün hakim ictimai şüur forması olan dini şüur formasından kənara çıxa bilməzdi. Bütün dinləri, xüsusən bir müsəlman kimi İslam dinini, onun təriqətlərini, o cümlədən mənsub olduğu şiə təriqətini yaxşı bilirdi. Bütün bunlar onun yaradıcılığına təsir edir və bu ya digər dərəcədə öz əksini tapırdı. Nəsimi yaradıcılığının həmin cəhətinə diqqət yetirən elmi əsərlərdə şairin bir İslam dini bilicisi, şiəlik təriqəti və onun əsas simalarının məddahı və son nəticədə İslam dini və şiə təriqətinin təbliğatçısı olduğunu göstərməyə çalışırlar. Başqa sözlə, Nəsimi hər iki cəbhənin nümayəndəsi kimi təqdim edilir. Şairin həyat və yaradıcılığına ikili münasibət İran İslam Respublikasının ikili xarakterindən irəli gəlir. Sistemin Rəhbərə və İslam dininin normalarına tabeolan cumhuriyyət qurumları, siyasi, demokratik hüquqlar və azadlıq normalarını möhkəmləndirməyə çalışan qüvvələr Nəsiminin azad, muxtar, Allah-insan konsepsiyasının təbliğ olunmasına xüsusi əhəmiyyət verirlər. Sistemin hakim dini-ideoloji cəhətini təmsil edən və onu gücləndirməyə çalışan qüvvələr isə Nəsimini mövcud sistemin ideoloqu, təbliğatçısı və müdafiəçisi kimi qələmə verirlər. Onlar Nəsimini, xüsusən onun ən-əl-həqq-insan-Allah konsepsiyasını mövcud hakimiyyətin əsas prinsipləri ilə barışdırmağa səy edərək, üsyankar şairi Quranın, əhli-beytin tərənnümçüsü və təbliğatçısı kimi qələmə verməyə çalışır, şairin Allahlıq iddiasından uzaqlaşaraq, onda əridiyni və bunula da özünü tapdığını vurğulayırlar.

Bunula da sistemin malik olduğu ikili xarakter Nəsimiyə, hətta elmi münasibəti belə müəyyən edir. Doğrudur, Nəsiminin zəngin və çoxcəhətli həyatı və yaradıcılığı da buna müəyyən qədər əsas verir. İran ictimai və elmi fikrinin Nəsimini bir növ mövcud ideoloji vəziyyətlə barışdırmaq cəhdi o qədər də uğur qazana bilmir. Çünki dinin və özlərinin hakimiyyətinə əmin olan ruhanilər Nəsimini mövcud şəraitlə barışdırmağa ehtiyac görmədiklərindən onu nə dini, nə şiə şairi hesab etmədiklərini və onun haqqında vaxtilə çıxarılmış edam hökmünü dəstəklədiklərini bəyan edirlər.

İran İslam Respublikasında mövcud vəziyyət qaldıqca, Nəsimi yaradıcılığına diqqət, o cümlədən elmi fikirdə, daim artacaqdır. Nəsiminin dünyagörüşünün bundan sonra da araşdırılması elm-din, cəmiyyət-ruhani, insan-ruhani münasibətlərinin vəziyyətindən asılı olacaqdır. Ruhanilərin mövqeyini yumşaltmaq istəyənlər Nəsiminin İslamı təbliğ etdiyini göstərməyə çalışacaq, insanların özgürlüyünü müdafiə edənlər isə şairin insanın cəmiyyətdə, dünyada, Allahın yanında yeri və roluna verdiyi önəmi ön plana çəkəcəklər. Bir sözlə, Nəsimi bir tərəfdən mübarizə obyektidir, digər tərəfdən cəmiyyətdə gedən mədəni, mənəvi, ideoloji proseslərin fəal subyektidir. O həm insanların özgürlüyü, həm də şiəliyin möhkəmlənməsi sahəsində fəaliyyət göstərməyə məhkumdur.

Nəsimini fars, türk, İrandan, Azərbaycandan hesab etmək, elmi yox, sırf ideoloji məsələdir. Belə ki, Cənubi azərbaycanlı müəlliflər Nəsimini təbrizli və Azərbaycan şairi hesab edirlər. Belə olan halda Nəsimi nəinki mütərəqqi fəlsəfi, siyasi, sosial ideyaları-müstəqillik, özgürlük və s. ilə azərbaycanlıları mübarizəyə səsləyir, həm də türk “divan”ı vasitəsi ilə azərbaycanlıların inkişaf etmiş, qüdrətli bir dilə malik olduqlarını nümayiş etdirməklə həmin dilin müstəqilliyinin bərpa olunmasına çağırış kimi səslənir.

İranda panfarsist ideyalara xidmət edən müəlliflər Nəsimini farca yazan, İran şairi adlandırırlar və onun həvəslə Şirvandan olduğunu təsdiq edirlər. Bu halda Nəsiminin Cənubi Azərbaycana və onun problemlərinə bağlılığı, eyni zamanda iki Azərbaycanın vahid simvolu olması təhlükəsi aradan qalxmış olur. Başqa sözlə, Nəsimi uğrunda və eyni zamanda Nəsiminin insanın, öz xalqının özgürlüyü uğrunda mübarizəsi davam edir.

Yuxarıda deyilənləri yekunlaşdıraraq bu qənaətə gələ bilərik ki, Nəsimi İran İslam Respublikasında insanın öz böyüklüyünü, yaradıcı qabiliyyətə malik olduğunu, buna görə bütün dini, ideoloji, hakim millətçilik buxovlarından azad olmaq uğrunda mübarizəsinin fəal iştirakçısı, hətta müəyyən mənada mənəvi lideridir.

ƏDƏBİYYAT

1. Nəsiminin İran kitabxanalarında olan əlyazmaları:

a)Divane Nəsimi Şirazi (əz: Seyid Emədəddin Şirazi Bəğdadiye tork) əlyazması, 942h.q./1536

Kitab haqqında məlumat:

Türk dilində əlyazması, katib-Əmir İbrahim ben Şeyx İbrahim ben Əlaəddin Sərvi məruf be Əbərğani, yazılma tarixi – 942/şaban ayının əvvəli/fevral 1536;177s.;

b)Əşari əz Nəsimi (Nəsiminin şeirləri, bir neçə nəfər tərəfindən müxtəlif illərdə yazılmış hissələrdən ibarət əlyazması; 1224/1808; 1237/1821; 1247/1831; 1255/1839

c) Divane Nəsimi:Seyid Emadəddin Nəsimi Şirazi Bəğdadi Horufi; kitab katib Sohrab ben Əlləhkərəm Sənəndəci tərəfindən 1253ğ/1837-ci ildə nəstəliq xətti ilə köçürülmüşdür; 414s.;

d)Divane farsiye Həzrəte Soltan əl-Arefin və Borhan əl-Mohəğğeğin mofəxxere Ale Təh Veys Əbu əl-Fəzl Əmir Seyid Nəsimi-Qüds Əlləh səre əl-əziz-fi touhid əl-bari= Naməş Seyid Emadəddin Ebrahim ben Haşem Nəsimi Bəğdadi Beyzavi Şirazi əst və dər 837 koşte şode əst.Qəzəllər, bir tərcibənd və bir neçə rübai

2. Cəlali Bəndəri, Yədulla, Zendegi və əşare Emadəddin Nəsimi, pəjuheşi dər əndişehaye horufiyye be həmrahe mətne təshih şode əşar bər əsase yek nosxeye nouyafte və həft nosxeye xəttiye digər (İmadəddin Nəsiminin həyatı və şeirləri, hürufi ideyalarının araşdırılması və yeni tapılmış bir və 7 digər əlyazması əsasında şeirlərinin təshih edilmiş mətni ilə birlikdə), Tehran/1372/1993/otuz iki 436s.

3. Mehri Zeyni, Zendegi və əşare Emadəddin Nəsimi/Ketabe mah Ədəbiyyat və fəlsəfe/dey və bəhmən 1383/2005/№ 87və 88/s.146-149

http://ensani.ir/file/download/article/20120413160134-4033-1209.pdf

4. Divane farsiyae Seyid Emadəddin Nəsimi (be monasebəte çape təshih cədide divane farsiye Nəsimi. Nəşr tarixi: 03.02.2014 (14.11.1392)

http://www.navidazerbaijan.ir/Fa/News1755.aspx

5. Divane Seyid Emadəddin Nəsimi, Ba moqəddeme, mogabele və təshihe Həmid Məhəmmədzade, Bakı, Azərnəşr, 1972,385s.

6. Divane farsiye Fəzlullah Nəimi Tənrizi və İmaddədin Nəsimi Şirvani be ehtemam:profsor Rüstəm Əliyev, Tehran/Kaviyan nəşriyyatı/əz fərvərdine 50 ta fərvərdine 53 çape əvvəl/338s. Müqəddime S.Cuya.

Müqəddimə pdf-də səhifələnməyibdir.

http://files.tarikhema.org/pdf/sher/divan-naiimi-nasimi.pdf

Digər rekviziti: Divane farsiye Fəzlullah Nəimi Təbrizi və Emadəddin Nəsimi Şirvani; be ehtemam: profsor R.Əliyev, Tehran, Dünya nəşriyyatı, 1350/1971, 312 s.;1350-1353/1971-1974; 1353/1974. Divanın 37 səhifəsi F.Nəiminin, qalan 274 səhifəsi Nəsiminin şeirləridir.S.Cuya kitaba qısa, lakin dərin məzmunlu ön söz yazmışdır.

http://files.tarikhema.org/pdf/sher/divan-naiimi-nasimi.pdf

7. Firudin Aşurov, “Nəsimi”, Drame tarixi dər se pərde (Tarixi dram üç pərdədə, Hüseyn Sədiq və Şəhin Qəvaminin tərcüməsi, Naşir Bağban,1353\1974,On beş,112s.

8. Divane Emadəddin Seyid Əli Nəsimi Şirvani, Tehran, Rouşən nəşriyyatı, 1362, 1363\1983,1984, 384s.

9.Divane Seyid Emadəddin Nəsimi.Çapa hazırlayan və ön sözün müəllifi Pərviz, Əbbasi Dakani, Tehran, Rouşən nəşriyyatı, 1363\1984;1369\1990. Bərg nəşriyyatı, 512s.

10. Qulamhüseyn Beqdeli, Divane farsiye Emadəddin Nəsimi Şervani, Tehran,1366

11. Seyid Əli Salehi, Qoqnus dər şəbe xakəstəri (Gecə doğulan Feniks, Emadəddin Nəsimi, şeirləri, həyat və yaradıcılığı haqqında, Tehran, Tehran nəşriyyatı, 1368 Içap, 370s.; Annotasiyadan “Nəsimi öz dövrünün ictimai fikrini açıq şəkildə tənqid etməyə girişən şairlərdəndir və onun tənqidindən heç kim -sufi, arif, abid, zahid, müfti, filosof kənarda qalmamışdır”. https://www.iketab.com/

12.Xurşid dər bənd – Divane kamele Seyid Emadəddin Nəsimi, be kuşeşe Məhəmməd Reza Mərəşi, Enteşarəte ketabe nomune (Bəndə salınmış günəş-Seyid İmadəddin Nəsiminin kamil divanı, tərtib edən Məhəmmədrza Mərəşi, Ketabe nomune nəşriyyatı) 1370, çape əvvəl (birinci çap), 415 s.

13.Yədulla Cəlali Bəndəri, Divane Emadəddin Nəsimi. Zendegi və əşar (həyatı və şeirləri), Tehran, 1372/1993.

13.1.Yədulla Cəlali Bəndəri, Zendegi və əşare Emadəddin Nəsimi (İmadəddin Nəsiminin həyatı və şeirləri), Nəşre Ney, 1372/1993, I çap, 440s.

13.2.Yədulla Cəlali Bəndəri, Zendegi və əşare Emadəddin Nəsimi:şamele təhğiğ dər əhval və asare Nəsimi və pəjuheşi dər əndişehaye u (İmadəddin Nəsiminin həyatı və şeirləri: həyat və yaradıcılığı və fikirləri haqqında araşdırma), Tehran, Ney, 2003, 470s.

14. Divane əşare farsiye Seyid Emadəddin Nəsimi (Seyid İmadəddin Nəsiminin fars şeirləri divanı, Hüseyn Məhəmmədzadə Sədiqin müqəddiməsi və Seyid Ehsan Şokrxodai və Nərges Sadat Şokrxodainin təshihi ilə,Tehran, 1392/2013, 506s.

15.Divane Seyid Emadəddin Nəsimi, Tehran, 1370\1991, Nəstəliq xətti ilə, 216s.

16.Əbbas (Cahangir) Danaye Elmi, Xorşidhaye sərzəminəm İran (Vətənim İranın günəşləri): Arəş Kəmangir, Vəhrəz Deyləmi, Mutay Deyləmi, Babək Xürrəmdin, Mənsur Həllac, İmadəddin Nəsimi, Purdavud, Tehran, 1389/2010, 176s.

17. Moərrefiye divane əşare torkiye Seyid Emadəddin Nəsimi-Seyid Ehsan Şokrxodai Asare doktor Sədiq dər ayineye nəğd. http://www.drsadigh.ir/

18. Azərbaycan klassik ulduzları, Divane Nəsimi. “Seçilmiş əsərləri”. Çapa hazırlayan Hüseyn Feyz Elahi Vəhid (Hüseyn Ulduz), Təbriz, (il göstərilməyib).

18.1.1370/1991, 2-ci çapı.

18.2.1383/2004, 3-cü çapı, 181s.

18.3.1392/2013, 5-ci çapı.

19. Divane İmadəddin Nəsimi “Seçilmiş əsərləri”. Təbriz, “Yaran” nəşriyyatı,1382\2003,181s.

20. Divane əşaree torkiye Seyid İmaməddin Nəsimi. Elmi-tənqidi mətni hazırlayan Hüseyn Məhəmmədzadə Sədiq. Təbriz, “Əxtər”, 1386/2007,712s.; 1387/2008;1389\2010; 1392/2013.

21. Divane Emaddədin Nəsimi. Çapa hazırlayan Əlirza Yəxforuzani. Təbriz, 1389/2010, 271s.

22. Hüseyn Feyz Elahi Vəhid, Kolliyate torkiye Seyid İmadəddin Nəsimi [Azərbaycanın klassik ədəbiyyatı]. Tehran, Təbriz, 1394/2015,814s.

23.Əziz Möhsüni,Azərbaycan ədəbiyyat tarixindən qızıl yarpaqlar: Seyid İmadəddin Nəsimi, Molla Məhəmməd Fizuli, Həkim Molla Məhəmməd Hidəci, Tehran, 1374\1995,128s.

24. Seyid İmadəddin Nəsimi divanı. Hazırlayan Bəhram Əsədi. Urmiya, 1386/2007, 515s.

25. Divane Nəsimi (torki). Müqəddimə M.Kərimi, Zəncan,1377\1998, 32s.

26.Divane Emadəddin Nəsimi; türkcə-farsca şeirləri, toplayan Əlirza Yəxforuzani, Təbriz, Haşimi Sudmənd, 1386/2007/ 271s. Həmin kitabın 1387/2008 və 1389\/2010-cu illərdə II və III çapı işıq üzü görmüşdür.

27.Emadəddin Nəsimi, şaere horufi (2), Əli Mirfetros. Bərrəsiye mənabe və məəxəz; Bəxşe dovvom

27.1.Məhəmmədəli Tərbiyyət, Daneşməndane Azərbaycan, Təbe Məcles, 1314/1935 s.386-388;

27.2.Nəsrəddin Şahhoseyni, Tehran, 1329, Ettelaat,mahname №5, s.21-23 (adı yoxdur-məqalə);

27.3.Sadiq Kiya, Tehran, 1330. Vajenameye Qorqani. s.9-22; 26-27; 30-31; 280-313, (adı yoxdur, hürufilik haqqında ilk tədqiqat əsərində qısa şəkildə Nəsiminin həyatı və inanclarına/əğayed toxunulub);

27.4. Əli Əkbər Dehxoda Lüğət (izahlı) “Nəsimi” məqaləsi;

27.5.Əbdül Rəsul Xəyyampur “Fərhənge soxənvəran”, Təbriz, 1340, s.601(bir səhifə);

27.6.Məhəmməd Hoseyn Roknzade,Adəmiyyət,Daneşməndan və soxənsərəyane Fars, Tehran, 1340, IV cild, II hissə, s.662-665;

27.7.Rəhmətulla Mehraz, Bozorqane Şiraz,Tehran 1348,s.308, 1 səhifə;

27.8.Səid Nəfisi,Tarixe nəzm və nəsr dər İran, Tehran, 1344, S.5, 335-336.

27.9.Reza Xosrovşahi, Şeir və ədəbe farsi dər Asiyaye Səğir, Tehran,1350, s.170 (1 səhifə);

27.10.Doktor Məhəmməd Cavad Məşkur, Tarixe Təbriz ta payane qərne nohome hecri, Tehran, 1352,s.689-700; 794-795;

27.11.Doktor Məhəmməd Cavad Məşkur, Fetneye horufiye dər Təbriz,Tehran, 1355,Bərrəsihaye tarixi, jurnal,№4, Enteşarate setade bozorge ərteştaran. Doktor Məhəmməd Cavad Məşkurun yuxarıda qeyd edilən kitabı və məqaləsində İ.Nəsiminin həyatı və taleyinə işarə edilmişdir;

27.12.Qulam Hüseyn Mətini, Keyhan qəzetinin Honər və əndişe (İncəsənət və fikir), xüsusi buraxılışı, 16 tir 1356,№ 10209;

27.13.Əli Mirfetrus, Conbeşe horufiyye və Pəsixaniyan (Noğtəviyan), Tehran, 1356, s.40;48-51. Nəsimiin həyatı və şeirlərindən söz açılmışdır;

27.14.Esmail Hakemi, “Nəsimi Bəğdadi”, Tehran, 1356. Tehran Universitetinin Ədəbiyyat və humanitar elmlər fakültəsinin jurnalı, №1 və 2,s.222-228.

27.15. Ehsan Yarşater, Şere farsi dər əhde Şahrox (nimeye əvvəle qərne nohom), Tehran, 1334;

27.16. Zəbiulla Səfa, Tarixe ədəbiyyat dər İran, Tehran, 1351, IVc.

28.İmadəddin Nəsimi və nehzəte horufiyye,üç məqalədən ibarət toplu,tərtib edən Tağı Xumarlı, köməkçi adı fars dilində: “Azərbaycan xalqının mütərəqqi hürufilik hərəkatı və humanist azəri şairi İmadəddin Nəsiminin yaradıcılığı haqqında üç yazı”, Təbriz, Təlaş nəşriyyatı, 2537\1357\1978 , I çapı ,44s. Məqalələr:

a)H.Sədiq, Xəllağiyate Nəsimi (Nəsimi yaradıcılığı), (Firidun Aşurovun “Nəsimi” dramının tərcüməsinə yazılmış müqəddimənin bir hissəsi). s.5-14;

b)Əlef.C. (Sovet şərqşünası/Azərbaycan şərqşünası), Nəsimi və Hafez,s.15-30;

c)Əyn.F. Nəğde əhkame dini (Dini ehkamların tənqidi). s. 30-44 [12].

29. Rza Bağban, Məğalehayi piramune zendegi və xəllağiyate Emadəddin Nəsimi (İmadəddin Nəsiminin həyat və yaradıcıığına dair məqalələr). Təbriz, 1357/1978, Enteşarate Nobl, Içap, 144s.

30.Ezzətulla Bəyat, Tehran 1357/1978, Bərrəsihaye tarixi, №5,s.229-242 (adı yoxdur).

31. Abuzər Verdasbi, Sorxpuşan və nəmədcameqan (Təhlile kutah əz conbeşe xorrəmdinan və horufiyyan), Tehran, Enteşarate peyvənd, 1357\1978.

32. Əhməd Təvəkküli, Nehzəte horufiyyə(Emadəddin Nəsimi-Fəzlulah Nəimi) Tehran, İntişarate Misaq və Nur,2537/1357/1978, 38s.

33. C.Heyət,Azərbaycan ədəbiyyatı tarixinə bir baxış, Tehran, 1358/1979, I c. s.26-28.

34. Ə.Mirfotrusun Web saytı.


35. “Ketabe əğayede horufiye və əndişeye Seyid Emadəddin Nəsimi”. montəşer şod,15.08.1396

https://urd.ac.ir/fa/cont/7463/\\\\ Haqqında məlumat verilən kitab: Seyid Ehsan Şokrxodai, “Əğayede horufiye; seyri dər əndişeye Seyid Emadəddin Nəsimi” (Hürufi təlimi və Seyid İmadəddin Nəsiminin düşəncələrinə bir baxış), Tehran, Ədyan və Məzaheb universiteti nəzdində “Ədyan” nəşriyyatı, 1396/2017, 390 s.

36.Sadeqi, Məhəmməd Hoseyn, Enğaye lahut:pəjuheşi piramune şəxsiyyəte şaer və arefe şəhide qərne nohom Seyid Emadəddin Nəsimi (Əbədi Feniks: 9-cu hicri əsri şəhid şairi və arifi İmadəddin Nəsiminin şəxsiyyəti haqqında araşdırma, Zərqan, Qum, “Hodhod” nəşriyyatı, 1397/2018, 160s.Elektron kitablar seriyasından:

bayanbox.ir › download › nasimi-book

37.Əbdül Rəfii Həqiqət, Tarixe conbeşe sərbedaran və digər conbeşhaye iraniyan dər qərne həştome hicri, Tehran, 1360, s.308-313 [27].

38.Doktor CavadHeyət,Tarixe zəban və ləhcehaye torki, Tehran, Nəşre nou, 1365, s.190-193

39.Vəliulla Zəfəri,. Həbsiyye dər ədəbe farsi, Tehran, 1364. s. 127-130, (doktorluq dissertasiyası)

40.Yaqub Ajənd, Horufiyye dər tarix, Tehran,1369.

41.Magistr diss. Bərrəsiye əğayede Horufiyye ba tekye bər divane Emədəddin Nəsimi, 1390, ganj-old.

irandoc.ac.ir

42.Magistr diss. Şohre Moradi,Şərhe loğat, estelahat və moşkelate divane Seyid Əli Nəsimi Şirvani, Azad İslam universiteti, Dizful filialı, 1381/2002-ci ildə müdafiə olunub, 1389/2010-cu ildə çap olunub.

43.Doktor Həsən Sadat Naseri, Hafezşenasi toplusu, VII cild, Tehran, 1366.s.191-240, (məqalə)

44.Əli Xadem Oləma, “Nəsimi” əz “Hafez”, Keyhane əndişe, 1369/1990, №34, s.178-184

ensani.ir

45.Doktor Mehdi Tədəyyon Nəcəfabadi, Əli Rəməzani(aspirant). “Çohreye ensan” təcəlliqahe Quran dər nəzde Seyid Emadəddin Nəsimi”. Fəslnameye ədəbiyyate orfani və ostureşenaxti,1390,№24 (səhfələnməyib). Azad İslam Universitetinin Nəcəfabad şöbəsi-vahidi.

http://jmmlq.azad.ac.ir/article_511666_f00b60555725b8c093a913c0015932b9.pdf

46. Rəməzani Əli,Məhəmmədzade Məryəm, Ebadi Rəsul Ensan əz didqahe Seyid İmadəddin Nəsimi (Nəsiminin görüşlərində insanın yeri), Azad İslam Universiteti Əhər filialı, Orfane Eslami (ədyan və orfan), 10-cu dövrə,1392, №37,s.119-144.

47.Dosent Teyyebe Fədəvi, ekspert Məsud Bavanpuri,aspirant Nərges Lorestani, Təcəlliye Qorane kərim dər əşare Nəsimi Şirvani (Nəsimi Şirvani şeirlərində Qurani-Kərimin təcəllisi”, Lorestan universiteti, Dofəslnameye pəjuheşiye Qorani dər ədəbiyyat, 1393, 8-ci il, №2, s.53-77.

Journals.lu.ac.ir

48. Semnan Pəyame Nur universitetinin mürəbbisi/müəllimi Atefe Bank, Semnan TibbUniversitetin dosenti Mehdi Eftexar, Təhlile əşare Nəsimi Şervani dər moğayese ba əşare Əttare Nişaburi dər babe tohid (Tohid məsələsində Nəsimi Şirvani şeirlərinin Əttar Nişaburi şeirləri ilə müqayisəli təhlili), Zəban və ədəb farsi (Təbriz Universitetinin keçmiş Ədəbiyyat fakültəsinin nəşri), 1394/2015. 8-ci il, ardıcıl sayı 232, s.17-30.

http://ensani.ir/file/download/article/20160823134605-9534-57.pdf

49.Magistr Məryəm Mərdi, Bərrəsiye zendegi və vijegihaye şer İmadəddin Nəsimi (İmadəddin Nəsiminin həyatı və poeziyasının xüsusiyyətlərinin araşdırılması). Konfranse beynəlmiləliye Şərqşenasi, tarix və ədəbiyyate parsi, 1395/2016. 11s.

https://www.sid.ir/fa/seminar/ViewPaper.aspx?ID=23898

50.Müdərris Universitetinin aspirantı Əli Əhmədzadə, həmin Universitetin dosenti Xəlil Pərvini. Emadəddin Nəsimi və cayqahe u dər şere şiəye torki (İmadəddin Nəsimi və onun türk şiə şeirində yeri), Fəslnameye elmi-pəjuheşiye Şiəşenasi,elahiyyat,tarix və cameeşenasiye şiəyane cəhan, 14-cü il, 1395/2016, №53. s.143-170.

51.Tehran Universitetinin professoru Xəlil Pərvini, Müdərris universitetindən Əli Əhmədzadə, Müdərris Universitetinin dosenti Kobra Rouşənfekr, araşdırmaçı Hüseyn Məhəmmədzadə. Əz həmanəndsazi ta fərdiyyət; çaleşe “xod” şodən dər əşare Nəsimi ba tekye bər nəğde rəvankavaneye kohən olguye ensane kamel (Özünü bənzətməkdən fərdiliyə qədər; Nəsimi şeirlərində “ozü” olmaq problemi kamil insan arxetipinin psixonalizi əsasında). Müdərris Universitetinin nəşri, Nəgde ədəbi, 10-cu dövrə, 1396, №38 s.121-145.

http://lcq.modares.ac.ir/article-29-4487-fa.html

52. Mahmud Nəfisi, Conbeşhaye dini, ectemai və siyasi dər İran əz ağaz ta emruz, Neqahi be əndişehaye Emadəddin Nəsimi, şaere azadixah, Aşiqane,32-ci il, №381,Janviye2017.

53.Doktor Mehdi Xodami, İmadəddin Nəsimi, 1392/2013.

http://ww.localhistory.ir/1392/09/02/emadedin_nasimi/

54. Əfkare nehzəte Horufiye dər əşare Emadəddin Nəsimi dər cənbeye orfan ta çe əndaze ba əğayede şiə montəbeğ əst? Pasoxe təfsili, Sahebe mohtəva “Mərkəze motaleate pasoxqui be şobehate əndişe”.

Qom,alefbalib.com

55. Şərhe yek beyt əz Emadəddin Nəsimi, şaere bozorge Azərbaycan( Azərbaycanın böyük şairi İmaddədin Nəsiminin bir beytinin şərhi) 05/07/1394/2015.

http://ostani.hamshahrilinks.org/Ostan/Iran/Azarbayjan-Gharbi/Contents/

56.Əmir Əli Mətlubi, Şəhid Emadəddin Nəsimi, şaer və motəfekkere bozorge Azərbaycan (Şəhid Emadəddin Nəsimi ,böyük Azərbaycan şairi və mütəfəkkiri). Birinci hissə. 1394/2015.

57.Həmin yazının ikinci hissəsi. 1394/2015.

58.Həzrət Emadəddin Nəsimi,aref və şaere təvanmənde azərbaycani (Azərbaycanın qüdrətli şair və filosofu, həzrət İmadəddin Nəsimi). 16.02.1393.

https://www.cloob.com/u/goole_sourkh/103155741

https://maraveya.blogsky.com/1389/11/22/post-115/

59.İmadəddin Nəsimi, filsuf və bozorgmərde bonyadgəraye tarixe Azərbaycan(İmaddədin Nəsimi,Azərbaycan tarixinin filosofu və böyük fundamentalist adamı). Tərcümə və tərtib edən Dəniz İşçi, 22 janviye 2012.

60.Mohsen Cəfəri Məzhəb, Bozorgdaşte Emadəddin Nəsimi bedune hozure İran(Nəsiminin yubileyinin İranın iştirakı olmadan keçirilməsi). 15 azər 1394.

ibna.ir

61.Comhuriye Azərbaycan bəraye Emaddədin Nəsimi, şaer və arefe namdare irani, cəşnvareye se ruze bərqozar kərd (Azərbaycan Respublikası İranın adlı-sanlı şair və arifinin xatirəsinə üç gün bayram etdi), 9 mehr 1397.

fa.arannews.com

“Metafizika” Journal 

Vol 6, issue 3, serial 23, 2023. pp.58-98 




Вернуться назад