Главная > ЭТНОПОЛИТИКА > ŞEYX NƏSRULAH MARNEULİDƏ.\ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN C.MƏMMƏDQULUZADƏ

ŞEYX NƏSRULAH MARNEULİDƏ.\ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN C.MƏMMƏDQULUZADƏ


14-08-2023, 22:44. Разместил: Gulnara.Inanch
Vidadi Mustafayev
İranın Məhərrəmlik paytaxtı olan Zəncandan  gəlib Gürcüstanın şiə paytaxtı elan edilən Marneulidə məddahlıq edən zəncanlı Mehdi Rəsuli mədhiyyə oxumaqla kifayətlənməyib mərasimdə iştirak edənlərə məsləhətlər verib, irad da tutmağı da özünə rəva bilib. Özünü tam bir leqal agent kimi aparıb.Beə ki bu ağlar qalan məddah  mərasim iştirakçılarına daha çox ağlamağı məsləhət görüb.Adamlar guya nə qədər çox ağlasalar. imamların və onların yaxınlarının ruhu bir o qədər aram olar.Bunu o sırtıqcasına gülə-gülə deyib.Daha sonra oradakı xanımlara İranda olmadığını unudaraq "bu necə geyimdir, mən nə görürəm,hanı sizin hicabınlz" deyə irad tutub.Bu bədbəxt sanki kor gözləri ilə iranlı xanımların bu günə qədər məcburi hicaba qarşı mübarizə apardığını görməyib.O bir də adamlara əqidəli olmağı tövsiyyə edib.Əqidə deyəndə xurafata boyun əyməyi, hər İrandan gələn  Şeyx Nəsrullaha qulaq asmağı,ona  inanmağı  məsləhət görüb.
Mehdi Rəsuli əqidə adamıdır, yoxsa asan qazanc arxasınca gəzir.Bu Şeyx Nəsrullah əvvəlcə İnşaat mühəndisliyi,sonra  Mədəni işlərin idarə olunması sahəsini bitirib.Görüb bunlardan bir şey çıxmır, girişib Quran və hədis elmlərinə. Burada magistr dərəcəsinə nail olduqdan sonra xurafatın təbliği ilə məşğul olmağa başlayıb.Əsl əqidə adamıdır.Onun üçün pul haradadır, əqidə də orada





Вернуться назад