Главная > ИСТОРИЯ И ОБЩЕСТВО > Proqnozlara görə, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq

Proqnozlara görə, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq


1-08-2023, 15:32. Разместил: Gulnara.Inanch


İranda ekoloji problemlərin müəllifi, tədqiqatçı Maşallah Rəzmi bildirib ki, proqnozlara görə, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq.

İranda etnik və ekoloji məsələlər üzrə tədqiqatçı Maşallah Rəzmi Anadolu xəbər agentliyinə müsahibəsində Urmiya gölünün kritik vəziyyətinə toxunaraq bildirib ki, proqnozlara görə bu göl son nəfəsini verəcək və bu yayın sonuna qədər tamamilə quruyacaq.

O, Urmiya gölündə təbii halında 33 milyard kubmetr suyun olduğunu və dünyada ikinci duzlu su gölü hesab edildiyini bildirərək demişdir ki, bu göl hazırda tamamilə quruyur və içindəki su təxminən bir milyard kubmetrə qədər azalmışdır.

Onun sözlərinə görə, Urmiya gölünün bərpasına nəzarət edən Şərif Texnologiya Universitetinin dərc etdiyi son araşdırmaya əsasən, Urmiya gölü son 60 ildə ən aşağı səviyyədədir və təcili tədbirlər görülməsə, bu yayın sonuna qədər tamamilə quruması gözlənilir.

M.Rəzmi Urmiya gölünün qurumasının əsas səbəbi kimi Urmiya gölünə axan çaylar üzərində 40 böyük bəndin tikilməsini göstərib və qeyd edib ki, bu bəndlər 20 il əvvəl gölə gedən 22 çayın üzərində tikilib və beləliklə də suyun gölə daxil olmasının qarşısı alınıb. Həm də əhalini ərzaq məhsulu ilə təmin etmək bəhanəsi ilə gölün su hövzəsində əkin sahəsini ikiqat artırıblar və gölün ətrafında minlərlə dərin su quysu qazıblar.

Ətraf mühit məsələlərinin tədqiqatçısı M.Rəzmi ötən illərdə insanların etirazı ilə bağlı bəzi bəndlərin tikintisinin dayandırıldığını bildirib və eyni zamanda əlavə edərək deyib: Amma indi Urmiya gölü tamamilə quruduğundan, İranın energetika naziri “Nazlı Çay” və “Bərandüz Çay” üzərində yeni bəndlərin tikintisinə icazə verib.

O, 2016-cı ildə ictimai rəyin təzyiqi ilə İran hakimiyyətinin Şərif Texnologiya Universitetinin nəzarəti altında “Urmiya Gölünün Bərpası Qərargahı” yaratdığını bildirərək dedi: “Bu gölün on il ərzində əvvəlki ekoloji səviyyəsinə çatması və bərpası nəzərdə tutulurdu. Lakin əməli addımlar atmaq əvəzinə bərpa qərargahı yüzlərlə konfrans və komitələr təşkil etdi. Qərargahın yaradılmasından 7 il sonra göl indi son nəfəsini verir. Əslində bütün bu reklam və təbliğatlara baxmayaraq, göldə heç bir canlanma baş verməyib və kiçik Zab çayının suyu da gölə çatmayıb. Gölün bərpasına ayrılan böyük büdcələr də yeyilib”.

Urmiya gölünün tamamilə quruması ilə göl ətrafında 15 milyon insanın həyatının ciddi təhlükə altına düşəcəyini vurğulayan Rəzmi əlavə etmişdir: “Küləklər və duz fırtınaları 500 km radiusda bütün bölgədə həyat imkanlarını məhv edəcək və ölkənin ətraf mühitin mühafizəsi təşkilatının keçmiş rəsmisinin sözlərinə görə, yaxıngələcəkdə 3 milyonluq Təbriz şəhərində yaşayış mümükün olmayacaqdır”.

Göldən yayılan duzların hazırkı vəziyyəti ilə bağlı bu ekoloji tədqiqatçı deyib: “Bu barədə çox araşdırma aparılmayıb, lakin duzlar indi kristal şəklində ətraf ərazilərə yayılıb və zamanla toz halına gətiriləcək. Bundan sonra tufanlar, tornadolar o duzları asanlıqla Tehrana və Kərəcə yayacaq və dediyim kimi, indiki tendensiyanın davam etməsi ilə İranın paytaxtında sağ qalmaq çox çətin olacaq. Hazırda Urmiya gölünün ətrafındakı 40 kənd bu məsələyə görə boşaldılıb və orada artıq əkinçilik etmək imkanı yoxdur. Bu proses xüsusilə kristal duzlarının toz halına salınması ilə getdikcə daha böyük radiusa çatacaq və ehtimal ki, beş-on il davam edəcək, ətraf mühit və həmin radiusdakı ərazilərin sakinləri üçün çox təhlükəli vəziyyət yaranacaqdır”.

O, Urmiya gölünün bərpası ilə bağlı təcili həll yolları haqqında təklifləırini də verib: “Bu regional ekoloji fəlakətin qarşısını almaq üçün İran hakimiyyəti, beynəlxalq qurumlar, o cümlədən BMT-nin Ətraf Mühit Departamenti ən qısa zamanda ciddi və təcili tədbirlər görməlidir. Bəndlərin arxasındakı su dərhal buraxılmalı və bütün çaylardan gölə su təmin edilməlidir. Həmçinin yeni bəndlərin, eləcə də Nazlı çay və Barandüz çay bəndlərinin tikintisinin davam etdirilməsinin qarşısı alınmalıdır”.

 

 Mənbə:https://www.aa.com.tr/fa/2949203 ایران/فعال-و-پژوهشگر-محیط-زیست-طبق-پیش-بینی-ها-دریاچه-ارومیه-تا-آخر-تابستان-کاملا-خشک-می-شود/



Вернуться назад