Главная > ЭТНОПОЛИТИКА > İRAN-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN GENİŞLƏNMƏSİNƏ KİM MANE OLUR ?

İRAN-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN GENİŞLƏNMƏSİNƏ KİM MANE OLUR ?


27-07-2023, 13:30. Разместил: Gulnara.Inanch

Foto:Tehran Times

Vidadi Mustafayev


7iyul 2023-cü il tarixində İİR  fəqih vəlisinin(İnqilab(?)Rəhbərinin) Şərqi Azərbaycanda nümayəndəsi, Təbriz cümə imamı hüccətülislam Seyid Məhəmməd Əli Al Haşım ibadət və siyasi xütbələrində o cümlədən deyib:” İran və Azərbaycan Respublikası arasında əlaqələrin genişlənməsinin çoxlu əleyhdarı var. “

Cümə imamı onlardan yalnız birinin-İranın  hələ geriyə inqilabın ilk günündən İslam dünyasının lideri olmaq strageyasından çıxış edərək özünə düşmən elan etdiyi  İsrailin, adını çəkib. Cümə namazının xətibi “çoxlu əleyhdar” ifadəsi işlətsə də, nə digər xarici, nə də daxili əleyhdarların adını çəkməyib.

Halbuki iki ölkə arasında münasibətlərin  normal məcrada davam etməsi, genişlənməsi və  inkişafına ilk növbədə İranın daxili əleyhdarları əngəl törədirlər

8 iyul 2023-cü il tarixində həmin qatı əleyhdarlardan biri özünü təqdim etdi.Tanış olun: Qafqaz məsələləri üzrə ekspert  Mehdi Seyf TƏBRİZİ.

Onun İran-Azərbaycan münasibətlərinə baxışı “Ərdoğanın Qafqaz planı və Tehranın sayıq olmasının zəruriliyi “ adlı “analitik” yazısında öz əksini tapmışdır.

Yazı İran İslam Respublikasının iyul ayının 5-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün ikinci dəfə Bakıya gələn və Azərbaycan prezidenti ilə görüşündən və görüş zamanı tərəflərin əməkdaşlıqda maraqlı oldyqlarını bəyan etmələrindən və xüsusən Azərbaycan prezidentinin Zəngəzur dəhlizinin açılması ilə İranın Ermənistanla əlaqəsinin kəsiləcəyi ilə bağlı təhlillərin doğru və əsaslı olmadığını bəyan etməsindən sonra, yəni əlaqələrdə müsbət dinamikaya meyl izahar edilməsindən sonra, meydana gəlib. Deməli, yazı ikitərəfli münasibətlərin normalaşması və inkişafında maraqlı olmayan qüvvələrin sifarişi ilə yazılıb.

Əvvəlcə qeyd edək ki, bu ekspertin imzasına ilk dəfə  rast gəlinir,ona görə yazısını nəzərdən keçirmək qərara alındı.

Onun yazısı İran hakimiyyətini Türkiyədə sonuncu  prezident seçkilərində  R.T.Ərdoğanın yenidən prezident seçilməsindən sonra regionda və xüsusən Cənubi Qafqazda İran üçün guya artacaq  problemlər və gərginliyə hazır olmağa çağırış hesab edilməlidir.

Uzun-uzadı təhrif və böhtan dolu yazının əsas məğzini İran hakimiyyətinin Zəngəzur dəhlizinin açılışına mane olmasını əsaslandırmaq təşkil edir.

Yazıda  Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbəsini rəsmiləşdərən Azərbaycan,Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladıqları  Üçtərəfli bəyanatda Azərbaycanın əsas ərazisinin qərb bölgəsini və ya Şərqi Zəngəzuru Naxçıvanla bütün növ kommunikasiya əlaqələri ilə birləşdirməsi haqqında yer almış bəndə qarşı İranın davakar daiərələrinin isterikasının əsas elementləri təkrar olunur.Müəllif İranda Zəngəzur dəhlizinin açılışına qarşı siyasi,idoloji,informasiya mübarizəsinin uydurma baza elementini,guya Azərbaycanın Ermənistan-İran sərhəd zonasını  işğal etməyə hazırlaşdığı fikrini təkrar edərək, onu yaxın perspektivin hadisəsi kimi dəyərləndirir.

Bundan çıxış edən analitik İran hakimiyyətinə xəbərdarlıq edir ki,  Zəngəzur dəhlizinin açılışına qarşı vaxtında tədbirlər görməsə :”  Yaxın gələcəkdə İran İslam Respublikasının mənafeyini qorumaq üçün bəzi qonşu dövlətlərlə yüksək xərclərlə çətin silahlı münaqişələrə girməli olacaq. “

Yazı müəllifinin mövqeyinin obyektiv təhlil və ya Azərbaycana qarşı qərəz və düşmənçilik əsasında formalaşması sualına cavab vermək üçün onun təhrif, iftira və böhtan dolu bir-iki cümləsinə nəzər salaq.

O yazır ki,Azərbaycan prezidenti:” Qoşulmayan ölkələrin başçılarının(?v.m.) Bakıda keçirilən görüşündən cəmi bir həftə əvvəl  hərbi məktəbdə(?) olarkən Azərbaycan hökumətinin səbrinin sonsuz olmadığını bəyan edərək, Ermənistan hökumətinə və onun xarici havadarlarına xəbərdarlıq edib ki, onlar Zəngəzur keçidini tez bir zamanda açmağa razılaşsınlar, əks halda bu keçidi açmaq üçün  hərbi əməliyyata (qisas 3)  başlanacaq”.

Müəllifin Azərbaycanın guya Ermənistanın  ərazisinin bir hissəsini işğal etməyə hazırlaşması barədə uydurma nəzəriyyəsi özünün icad etdiyi iftira və böhtana əsaslanır.

Yazıda savadsızlığın aşıb-daşması qərəz və düşmənçilik ritorikası ilə ört-basdır edilir.

Yuxarıda sitat gətirilən cümlələri bir qədər diqqətlə nəzərdən keçirək.

1.Bakıda Qoşulma Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşü 25-26 oktyabr 2019-cu ildə keçirilib.Yəni Vətən müharibəsindən əvvəl

2.Bakıda Qoşulma Hərakatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası 5-6 iyul 2023-cü il tarixində keçirilib.Yəni müəllif xarici işlər nazirləri deməliydi,amma oxucu və izləyicilərinə hörmət etmədən ya da onları da özü kimi svadsız hesab etdiyindən, nə istədi yazıb.

3.Həmin görüşdən bir həftə əvvəl,yəni 28 iyun(5 iyul-7 gün =28 iyun) və 29 iyun Qurbam bayramı,26 iyun Azərbaycan Silahlı Qüvvələri günü olduğundan,  işləyənlərin bayram günlərini ardıcıl keçirməsi məqsədi ilə təqvimdə edilmiş dəyişiklik nəticəsində iyun ayının 26-30 qeyri iş günləri  müəyyən edilmişdi.

Deməli, Azərbaycan prezidenti Qoşulmama hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündan bir həftə əvvəl,hətta 9 gün əvvəl bayram günləri olduğundan heç bir mərasimdə iştirak etməyib.

4.Müəllif əslində Azərbaycan Prezidentinin iyun ayının 23-də Müdafiə nazirliyinin komando hərbi hissələrindən birində olması,hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasimində  etdiyi çıxışı nəzərdə tutur.

Azərbaycan Prezidentinin həmin mərasimndə çıxışının tam mətni mətbuatda dərc edilibdir.Həmin çıxışda müəllifin saxtakarlıqla prezidentə aid etdiyi heç bir sözə rast gəlinmədi

5.Qeyd edildiyi kimi, müəllifin İranda “həyacan təbili”çalmasına səbəb yenə də Qisas əməliyyatlarını tam təhrif edilmiş və son dərəcə qərəzli şəkildə şərh etməsidir. Müəllif,  artıq qeyd edildiyi kimi, sərhədi olmayan riyakarlıqla yazır ki,guya prezident deyib ki, Zəngəzur dəhlizi açılmasa “Qisas üç” əməliyyatı başlanacaq.Halbuki prezidentin çıxışında təbii olaraq belə sözlərə rast gəlmək mümkün deyil.Çünki indiyə kimi keçirilmiş 2 Qisas əməliyyatı Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qeyri-qanuni erməni hərbi dəstələrinin Azərbaycan ordusuna qarşı hərbi təxribatlarına  cavab olaraq həyata keçirilmişdir. Həmin qeyri-qanuni erməni quldur dəstələrinin ardı-arası kəsilməyən təxribatlarına və təxribatı törədənlərin varlığına  birdəfəlik son qoyulması üçün sonuncu-“Qisas 3” əməliyyatı keçirilməsi zərurəti meydana gəlir.

Müəllif məsələnin həmin cəhətini qəsdən təhrif edərək İranın maraqlı dairələrinin hərəkətə keçməsinə çağırış edir.

Yazı müəllifinin bu dərəcədə savadsız olmasına inanmaq çətindir.Digər tərəfdən yazı İranın bir neçə əsas mərkəzi saytlarından birində yerləşdirilib.Belə çıxır ki, redaksiya heyəti də belə yazıların yayılmasında maraqlıdır. Bu həm də ondan görünür ki, müəllif İranda iki dövlət arasında münasibətlərin  normal məcraya qayıtması və sonrakı inkişafına tərəfdar olan şəxsləri və qüvvələri “sistem daxili lobbi” adlandıraraq onların rəyinə və mövqeyinə “əhəmiyyət verməməyi” zəruri hesab edir.

Beləliklə, biz iki ölkə arasında əlaqələrin genişlənməsinin ən qatı əleyhdarı ilə tanış olduq.Belə şəxslərin müəyyən siyasi,siyasi-hərbi dairələrin mövqeyini ifadə etdiyini nəzərə alsaq, bir daha deyə bilərik ki,iki ölkə arasında normal münasibətlərin bərqərar olmasının ən böyük əleyhdarları İranın özündə axtarılmalıdır.

İranda həmin qüvvələrin kimdən ibarət olduğu da yaxşı məlumdur.

P.S. 21.04.1402\12.07.2023-cü il tarixində İİR Ali Liderinin Beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin mərkəzi saytlardan birində  eyni məzmunlu “NATO-nun Qafqazın gələcəyinə mümkün müdaxiləsi və təcavüzünə qarşı ayıq olmaq lazımdır”adlı məqaləsi  dərc edilmişdir.







Вернуться назад