Главная > ПРАЗДНИКИ, ОБРЯДЫ > Xızır Peyğəmbər xoş gəlir, dərdlilərə, dara düşənlərə qurtuluş gətirir.

Xızır Peyğəmbər xoş gəlir, dərdlilərə, dara düşənlərə qurtuluş gətirir.


11-02-2023, 09:55. Разместил: Gulnara.Inanch
Tahir Əmiraslanov

Xıdır nəbi bayramınız mübarək . Xızır Peyğəmbər xoş gəlir, dərdlilərə, dara düşənlərə qurtuluş gətirir. 

Niyyət duamız “Türkiyədə , Xoyda , Siriyada darda olanlarımıza nicat versin!”
 Bu gecə qodu gəzdirənlər gələ biçər.qodunu adətən oğlan uşaqları gəzdirirdilər. Özləri də gecə qaranlıqda gələrdilər , qız paltarı geyinərdilər . 
Ara mənası qodü qəzdirəni tanınımasınlar.  Tanısanız da tanımamazlığa vurun özünüzü .
Kosmoqonik mənası təbiətin kişilikdən , sərtlikdən  , yumşaqlığa, doğarlığa , qadınlığa keçididir. 
Əllərində qazan və ya qazan qapağı, qaşıq və çömçəylə gəlirdilər. Qazanı ya qapağını ritmlə döyəcləyib oxuyurlar.


“Evdəkilər evdədimi?
Çöldəkilər çöldədımi?
  Yaz özünü göstərir 
Qodu payın istəyir
Verənin oğlu olsun 
Vernəyənin qızı olsun
Adı Fatma olsun,
Qaşları çatma olsun
Anası suya gedəndə 
Təndirə düşsün , 
Boğulsun , ölsün”
Qovud payı və digər paylar verərdik. 
Yenə verək!
Niyyətimiz oysanata keçsin!



Вернуться назад