Главная > НАРОДЫ > Ramiz Qusarçaylı: Qusarım

Ramiz Qusarçaylı: Qusarım


24-06-2022, 20:25. Разместил: Gulnara.Inanch
Sədaqət Kərimova
Bir neçə gün əvvəl Qusarın dilbər guşələrindən birində - Aladaşda – bu ziyalı ocağında olmaq çox xoş idi. Evinin qapılarını dostlarının üzünə taybatay açmış iş adamı, xeyirxah əməlləri ilə tanınan Sabir Fərzəliyevin ad günü həmişəki kimi şeir, musiqi sədaları altında keçirdi. Bu məclisdə Azərbaycanın tanınmış söz, sənət adamlarını, ziyalılarını gördükcə qürur hissi keçirirdim.
Sabir müəllimin Zindanmuruq kənd məktəbinin direktoru, maarifçilik ideyaları ilə tanınan Sudya Mançarovla birlikdə son illər bu kəndin gənclərini ali təhsil almağa səylə yönəltmələri, bu yolda fədakarlıqlar göstərmələri artıq heç kəsə sirr deyil. Onların yetirmələrinin – müxtəlif universitetlərin tələbələrinin sevinc dolu səsləri bu tədbirin ən maraqlı akkordları idi.
Qonaqlar arasında şeirlərini çox sevdiyim görkəmli şair, söz sərrafı Ramiz Qusarçaylı da var idi. Onun məclisdə Qusar haqqında dediyi şeir hamının ürəyinə yatdığına görə həmin şeiri və onun ləzgi dilinə etdiyim tərcüməsini oxucularla bölüşməyi qərara aldım.
Ramiz Qusarçaylı
Qusarım
Bu axşam mənim də havam çalındı,
Havalı dilimdən duam çalındı...
Bu səs Suvarındı, Suvacalındı
Dindi "Rast"ım mənim,
"Hisar"ım mənim.
Qusarım mənim.
Yerləri gül səsi, çiçək qapısı,
Göyləri nur seli, mələk qapısı,
Dosta dost qapısı, ürək qapısı
Düşmənə keçilməz hasarım mənim,
Qusarım mənim.
Bir daşı yurd daşım, binə daşımdı,
Bir daşı baş daşım, sinə daşımdı,
Bil ki, yamaq daşım, pinə daşımdı,-
Sənsiz hara düşsə güzarım mənim,
Qusarım mənim.
Ötür şəlalələr tel nəğməsini,
Asıb qayalara sel nəğməsini,
Yasab nəğməsini, Hil nəğməsini
Könlümə əbədi yazarım mənim
Qusarım mənim.
Düşsün gözəllikdən gözə dən, baxım,
O gözəl hüsnünə təzədən baxım...
Çıxım, Şahdan baxım, Ləzədən baxım
Deyim bu qartalım, bu sarım mənim,
Qusarım mənim.
Bu axşam mənim də havam çalındı,
Havalı dilimdən duam çalındı...
Bu səs Suvarındı, Suvacalındı
Dindi "Rast"ım mənim,
"Hisar"ım mənim.
Qusarım mənim.
Рамиз Къусарчайлы
КЦӀАР ЗИ
Рядени гъамлудиз яна зи гьава,
Мецел аваз алаз, яна зи дуьа...
И ван Суваринди, Суважалдинд я,
ЧӀалал атана «Раст»,
Рахана «Гьисар»,
Зи хайи КцӀар.
Адан чил цуькверив диганвай макан,
Цаварин экв хьиз я малаикрин ван.
Дустариз гьар чӀавуз рак ахъа ватан,
Душманриз хьайид я кӀеви тир часпар,
Зи хайи КцӀар.
Са къван дигединди, сад бинедин къван,
Сад зи кьилин къван я, зи дуьнедин къван,
Садал пине алаз сад пинедин къван -
Гьиниз фейитӀани алаз хьуй ви зар,
Зи хайи КцӀар.
Чарчарри лугьузва эллерин мани,
Кхьизва кьваларал селлерин мани,
ИкӀ хайи Ясабрин, Хьилерин мани,
Аваз хьурай рикӀе даим цӀарба-цӀар,
Зи хайи КцӀар.
Вилериз куьчариз иервилер икӀ,
Гьар вун акурла зи юзада хьи рикӀ,
Зи илгьам Шагь дагъдихъ, Лацарихъ гъарикӀ,
Лекь хьиз чи дагълара аваз хьуй ви тӀвар,
Зи хайи КцӀар.
Рядени гъамлудиз яна зи гьава,
Мецел аваз алаз, яна зи дуьа...
И ван Суваринди, Суважалдинд я,
ЧӀалал атана «Раст»,
Рахана «Гьисар»,
Зи хайи КцӀар.
(Лезги чIaлаз элкъуьрайди: Седакъет Керимова)

Вернуться назад