Главная > КОНФЕРЕНЦИИ > «Media savadlılığı və qazilər: “Hansı daha təhlükəlidir: müharibə yoxsa informasiya?" adlı tədbir Bakıda davam edib

«Media savadlılığı və qazilər: “Hansı daha təhlükəlidir: müharibə yoxsa informasiya?" adlı tədbir Bakıda davam edib


15-05-2023, 11:38. Разместил: Gulnara.Inanch

14 may tarixində Sabunçu rayon Gənclər evində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İB-nin təşkilatçılığı ilə "Media savadlılığı və qazilər: “Hansı daha təhlükəlidir: müharibə yoxsa informasiya?" adlı tədbir keçirildi.   


Tədbiri "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimi Birliyinin sədri Besti Nasibova açaraq layihənin məqsəd və əhəmiyyətindən danışdı. Daha sonra Tədbridə "İşıq" adlı həyat hekayəsi və "Təhlükəli xəbər təhlükəli döyüşdən daha ağırdır" adlı video-çarx nümayiş edildi.

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə media təhlükəsizliyində jurnalistlərin  üzərinə düşən məsuliyyətdən danışaraq deyib ki, yoxlanılmamış məlumatlar insanların hisslərinə hörmətsislik olmaqla yanaşı ictimai şüur və siyasi sabitlik ,dövlət təhlükəsizliyinə qarşı təhdiddir.

“Biz həm məlumatları alanda, həm də verəndə məsuliyyətli olmalıyıq”-deyə C.Hüseynzadə bildirib.

Jurnalist və kvant psixoloqu Gülnara İnanc eşitdiyimiz məlumatların səhihliyini yoxlamalıyıq: “Saxta məlumatların bir qismi nadanlıqdan yayılır. Digər qismi isə müəyyən insanlar tərəfindən məqsədyönlü edilir. Cəmiyyətimizdə qarışıqlıq və etimadsızlıq yaratmaq istəyən qüvvələr təxribatlar üçün saxta məlumatların yayılmasından istifadə edir”.

Mərasimdə həmçinin “Ahıllara və Tənhalara Dəstək” İB-nin sədri Ruhiyyə Məmmədova, “Mərhəmət” Kimsəsizlərə Yardım İB-nin İradə Polad, “Sosial-iqtisadi və Ekiloji İnkişaf” İB-nin rəhbəri Rahilə Mehtiyeva, “İşiq” adlı həyat hekayəsini təqim edən jurnalist Samirə Hüseyinova, şəhid Mayor Siyavuş Kəlbalıyevin anası Yeganə xanım, şəhid Fəxri Məmmədovun Anası Kəmalə xanım, Şəhid Tural Dəmirçiyevin anası Sədaqət xanım, Şəhid Fəxri Məmmədovun bacısı İlahə, 1-ci Qarabağ müharibəsi qazisi Afaq Sadıxova, qazi Kənan  tədbirdə çıxış edib.



Şəhid anaları bildiriblər ki, məhz onlar təxribatların, saxta məlumatların önünə keçməli və düşmənlərin alətinə çevrilmələrinə imkan verməməlidirlər.



Qazi Kənan Kərimli bildirib ki, Azərbaycan  televiziyalarında Qarabağ savaşı iştirakçıları haqda davamlı proqramların olması vətənpərvərlik hissinin təliğatı , eyni zamanda qazi və şəhis ailələrinə mənəvi dəstək üçün əhəmiyyətlidir.






Tədbir "İstedadları Tanıyaq və Tanıdaq" İB-nin üzvləri, gənc  xanəndələr  Dilrubə Hidayətli, Yılmaz  Feyziyev, Sayilə Mikayılova, Taryel  Əsgərli, kamança ifaçıları Yusif Abbasov,  Sitarə Arzuqızı, tar ifaçıları Soltan Əliyev, Mehdi Abbasov, qiraətçi  Zülfü Əsədovun  çıxışları ilə davam edib. 







































































 

































Вернуться назад