Главная > КОНФЕРЕНЦИИ > Goranboyda “Hansı daha təhlükəlidir: müharibə, yoxsa informasiya?" adlı layihə çərçivəsində qazilərlə görüş keçirilib.

Goranboyda “Hansı daha təhlükəlidir: müharibə, yoxsa informasiya?" adlı layihə çərçivəsində qazilərlə görüş keçirilib.


19-04-2023, 12:44. Разместил: Gulnara.Inanch

Aprel ayının 13-də Goranboy şəhəri Heydər Əliyev mərkəzində “Hansı daha təhlükəlidir: müharibə, yoxsa informasiya?" layihəsi çərçivəsində qazilərlə görüş keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin təşkilatçılığı ilə reallaşır. 

Görüş vətən uğrunda həlak olan şəhidlərimizin anımı ilə başlayıb.Layihənin rəhbəri Bəsti Nəsibova tədbiri açaraq proyektin məqsədləri və gözləntiləri haqda danışıb və diqqəti Vətən Müharibəsi və ondan sonrakı dövrdəki informasiya savaşlarına yönəldib.

 Jurnalist və kvant psixoloqu Gülnara İnanc media savadlılığının önəmindən danışarkən deyib:”Sosial şəbəkədə yayılan məlumatlarla bağlı diqqətli və ehtiyatlı olmalıyıq. Cəmiyyətdə kütləvi psixoz, narahatlıq və qarışıqlıq yarada biləcək məlumatları alarkən və yayarkən tələsmək olmaz. Məlumatın ailəmizə və doğmalarımıza aid olduğu halda nələr hiss edəcəyimizi düşünək. 

Yalan məlumatların məqsədyönlü olaraq düşmənlərimiz tərəfindən ölkəmizdə qarışıqlıq və etimadsızlıq, kütləvi psixoz yaratmaq üçün nəzərdə tutulduğunu da unutmayaq.

Həm xəbəri alanda, həm də xəbəri yayanda diqqətli olmalı mənbənin etibarlı olmasına diqqət etməli, xüsusilə də rəsmi qaynaqlara söykənməliyik.”

   Goranboy şəhər İcra hakimiyyətinin nümayəndəsi Toğrul Həsənli  sosial şəbəkələrin fəallığını nəzərə alaraq media savadlılığının əhəmiyyətini qeyd edib.

Görüş qazilərin mövzu ilə bağlı fikir   mübadiləsi ilə davam edib.

Layihə Mingəçevir, Yevlax və Goranboy , Bakı şəhərlərini əhatə edir.

 


Вернуться назад