Главная > ЭТНОПОЛИТИКА > İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ

İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ


23-04-2023, 17:05. Разместил: Gulnara.Inanch

Vidadi Mustafayev

Azərbaycanın  öz milli varlığı,kimliyi və müstəqilliyi uğrunda mübarizəsinin 1917-ci ildə başanmış yeni mərhəısinin ilk vaxtlarından  yarım-müstəmləkə İran  dövləti müxtəlif vasitələrlə həmin mübarizəyə əngəl törətməyə səy göstərirdi. İranın Cənubi Qafqazda Baş knsulluğu və konsuluqları,müxtəlif, təşkil olunmuş və olunmamış dini və mədəni icmaları və qurumları Azərbaycanın müstəqillik uğrunda mübarizəsinə əngəl törətməsinə geniş imkanlar açırdı.

İran Azərbaycanın müstəqilyyinə qarşı mübarizəsində ideoloji sahəyə mühüm önəm verirdi.

Mürəkkəb üstqurum hadisəsi olan ideologiya hər hansı bir sosial,siyasi,dini və s. qurumun,qrupun həqiqi və qərəzli maraqlarını mənsub oduğu bütövün,sosial sistemin( məsələn fəhlələr-xalq,farslar-İran xalqı,şiələr-İslam dini..) maraqları kimi təqdim edilməsi,qrupun ona özü və başqası haqqında təqdim edilən ümumi mənzərəni və fəaliyyət proqramını  qəbul etməsi və ona uyğun hərəkət etməsinə nail olunması sahəsində müxtəlif səviyyəli şifahi və mətbu təbliğat fəaliyyətidir.

1917-1918- ci illərdə Azərbaycan xalqının öz müstəqilliyi uğrunda mübarizəsində tarixi Azərbaycan dövlətinin və Azərbaycan xalqının  milli kimliyinin  bərpasının əsas məqsəd elan olunması və qısa müddət ərzində tarixi vəzifəni yerinə yetirməsi İran hakim və millətçi dairəlırində geniş siyasi,ideolji müqavimət reaksiyası ilə üzləşdi.

İran ideoliqları əsas mübarizə obyektini Azərbaycanın şimal ərazilərində yaradılan müstəqil dövlətin Azərbaycan və önun dövlətyaradan əhalisinin türk adlandırılması idi.Onlar Azərbaycan xalqının milli müstəqillik uğrunda mübarizədə müstəqil iradəyə malik olmadığını və Osmanlı imperiyasının pantürkizm ideolgiyasının həyata keçirilməsində alət olduğunu iddia edirdilər.Bundan əlavə İran ideolqları Azərbaycanın müstəqil olmaq hüququnu şübhə altına almaq üçün onun XIXəsrin əvvəllərinə kimi mənası məlum olmayan İran dövlətinin tərkibində olduğunu iddia edirdilər.


Beləliklə, İran ideolqları İran dövləti və polietnik tərkibli (ən azı 1\4- i azərbaycanlı\türk) xalqının deyil əhalinin yarıdan azını təşkil edən fars xalqının hakim dairlərinin maraqlarından çıxış edərək müstəqil Azərbaycana qarşı informasiya mübarizəsinin əsas elementlərini-Azərbaycan toponimi,Azərbaycan\türk xalqı,Osmanlı  pantürkizmi və İranın Azərbaycana qarşı ərazi iddiası və s. müəyyən etmiş oldular.

Həmin mübarizə Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi(1920), Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi(1920), Sovet Azərbaycanı adı altında formal müstəqilliyini saxlaması(1920-1922) və  SSRİ-nin tərkibinə daxil edilməsindən  sonra  yeni yaranmış  ictimai-siyasi sistemin və dövlətin  bütün sahələrdə təsir potensialını nəzərə almaq nəticəsində dayandırılmış oldu. Əvəzində bütün səylər Cənubi azərbaycanlıların etnik, milli kimliyinin məhv edilməsinə yönəldi.Həmin sahədə həyata keçirilən geniş repressiv siyasi, iqtisadi, mədəni və s. tədbirlər  geniş informasiya hücumu və ya ideoloji təzyiqlə müşaiyət olunurdu.Cənubi azərbaycanlılara qarşı ideolji mübarizənin mərkəzində onların  tarixin müəyyən dövrünə qədər guya İran əsilli,fars dilli əhali olması və sonradan türkləşdirildiyi ideyası dayanırdı.Həmin ideyaya əsaslanan informasiya və ideoloji təzyiq cənubi azərbaycanlıların hakim millətçilik,zorakı assimilyasia siyasətinə müqavimətini zəiflətməyə yönəlmişdi.

Cənubi Azərbaycanda 1941-1946 cı illər hadisələri,xüsusən 1945-ci ilin sonlarında  Milli hökumətin yaranması və Azərbaycan dilini dövlət dili elan etməsi İran ideoloqlarını apardıqları anti Azərbaycan təbliğatının heç bir nəticə vermədiyini nümayiş etdirdi.

 Milli hökumət beynəlxalq və İran irtica qüvvələrinin  birgə səyi ilə güc vasitəsi ilə devrildi,lakin onun 1 illik hakimiyyəti Cənubi Azərbaycan xalqının  tarixi yaddaşında elə izlər qoydu ki,onların milli kimliyinə qarşı sonrakı ideoloji və informasiya təzyiqinin müəyyən dərəcədə neytrallaşmasına yardım etdi.

Maraqlıdır ki,həmin dövrdə İran  Azərbaycana qarşı ideoloji mübarizə aparmaqla məşğul olmamışdır.Azərbaycan SSRİ-nin tərkibində olduğu illər,xüsusən XXəsrin 70- ci illərinin sonuna kimi İranda Azərbaycan əleyhinə fəaliyyət və təbliğat demək olar ki,aparılmırdı,hərçənd İranda İslam rejimi bərqərar olduqdan sonra(1979) bu sahədə bəzi təşəbbüslır müşahidə olunurdu.

İran İslam rejimi SSRİ-nin süqutuna qədər Azərbaycan əleyhinə deyil, Azərbaycanda dini şüurun möhkəmlənməsi istiqamətində təbliğat aparmağa başlamışdır.

İranın Azərbaycanla bağlı ideoloji-informasiya siyasətində dini sahə tamamilə yeni istiqamət idi və bundan  sonra həmin istiqamət daim genişlənmiş və qeyri-informasiya vasitələri ilə gücləndirilmişdir.

SSRİ-nin süqutu ərəfəsində və süqutundan sonra İran qarşısında yenidən müstəqil Azərbaycan  dövləti,müstəqil Azərbaycan xalqı , Azərbaycan-Türkiyə əlaqələri kimi problemlər meydana çıxdı.

İran  müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətini tanıyıb-tanımamaq haqqında  fikir ayrılıqlarına baxmayaraq, yeni yaranmış geosiyasi reallığı qəbul edərək onu ilk tanıyan ölkələrdən biri oldu.Azərbaycanın müstəqilliyini tanıyanların əsas arqumentləri Azərbaycan əhalisinin əksəriyyətinin İslam dininin şiəlik məzhəbinin ardıcılları olması idi. Azərbaycanın müstəqilliyini tanımaq tərəfdarları şiəlik komponentinin  roluna həddindən artıq əhəmiyyət verərək, güman edirdilər ki,Azərbaycanda tezliklə dini hakimyyət yaranacaq,ya İrana birləşəcək ya da həmin ölkə ilə konfederasiya yaradacaqdır.Qəribədir ki,İran hakimiyyəti  azərbaycanlıların gələcək davranışını proqnozlaşdıranda İranın yeni hakimiyyətinin Cənubi azərbaycanlılara münasibətinin Şimali azərbaycanlıların davranışına təsirini nəzərə almamışdılar.

Belə ki SSRİ-nin tərkibində tam daxili muxtariyata,  mədəni müstəqilliyiə sahib olan, öz dilinin funksiyalarını genişləndirən    və mədəniyyətini  mövcud siyasi sistem və dəyərlər çərçivəsində hərtərəfli şəkildə  inkişaf etdirən bir xalq nə milli ərazi,nə milli mədəni muxtariyata malik olmayan cənubi azərbaycanlıların hüquqsuzluq səviyyəsinə enməyə razı ola bilməzdi.

Bununla belə, İranın bəxtindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü İranın Azərbaycana təsir imkanlarını genişləndirdi və onun dini dövlət yaratmaq ideyasını aktullaşdırd. Məhz buna görə müstəqilliyin ilk illərində İran Azərbaycan əleyhinə deyil, Azərbaycanda dini təbliğatı genişləndirmək və siyasət aləminə daxil olmağa çalışan dindarları təşkilatlandırmağa çalışırdı.

İranın Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsində  vasitəçilik missiyasının qəti şəkildə uğursuzluğa düçar olmasından sonra Azərbaycanda hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsi İranın Azərbaycan siyasətinin mahiyyətini düzgün dəyərləndirərək onun ölkədə fəaliyyət imkanlarını məhdudlaşdırmağa səy göstərdi.Həmin dövrdən İranın Azərbaycana qarşı ideoloji mübarizəsi  yeni mərhələyə qədəm qoydu.

Yeni mərhələnin əsas cəhəti Azərbaycan iqtidarına qarşı geniş ideoloji cəbhə açılması və onu Amerika və İsraillə sıx əlaqələrdə ittiham edilməsi idi.

AXC hökumətinin hakimiyyətdən getməsi və ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması və onun uzaqgörən, müdrik və hesablanmış daxili və xarici siyasəti İranla münasibətlərin normalaşmasına şərait yaratdı.

Bundan sonra 2020- ci ilə qədər İranın Azərbaycana qarşı təbliğat və ideoloiji mübarizəsi demək olar ki, hökumət səviyyəsindən yığışdırılaraq,hökumətə bir başa tabe olmayan, ideoloji fəaliyyətlə məşğul olan çox saylı dini,siyasi,mədəni və s. qurumlar tərəfindən gündəlik bir iş kimi yerinə yetirilməyə başlamışdır.

İranın dini və dini-ideoloji mərkəzləri bir tərəfdən Azərbaycanda dinin təbliği ilə məşğul olur,digər tərəfdən Azərbaycan hakimiyyətini ölkənin müstəqilliyini möhkəmlətmık istiqamətində atdığı addımları dini baxımdan dəyərlndirərk ona mübasibət bildirir və ən əsası, Azərbaycanda radikal islamçı dindarların hüquqlarını geniş şəkildə müdafiə etməyə, onlara daxildə və İrandan informasiya dəstəyi verməyə çalışırdılar.

İranınAzərbaycana qarşı ideoloji fəaliyyətinin yeni cəhəti onun siyasi tədbirlərlə möhkəmləndirilməsinə səy göstərmək idi.Dini-siyasi qurmlar İran hökumətindən tələb edirdilər ki, Azərbaycanda siyasi islam və  radikal islamistlərin vəziyyəti ilə bağlı Azərbaycan hökumətinə etiraz etsin və digər tədbirlər görsün.İslahat cəbhəsinə məxsus nümayəndlərdən təşkil edilmiş hökumətlər həmin məsələdə neytral mövqe nümayiş etdirirdilər.

İcra hakimiyyətinin mühafizəkar və ya islahat cəbhəsinin nümayəndələrinin ixtiyarında  olmasından asılı olmayaraq, İranın müxtəlif siyasi-dini,milli-dini,siyasi-ideoloji dairələri,onlara məxsus elmi-tədqiqat mərkəzləri,mətbu və media orqanları və s. qeyd edildiyi kimi,Azərbaycana qarşı ideoloji, informasiya fəaliyyətini davam etdirirdilər.Həmin fəaliyyətin əsas istiqamətləri olan Azərbaycan adı,Azərbaycan \türk xalqı,pantürkizm,Azərbaycanın İran ərazisinin bir hissəsi olması,Azərbaycanda şiəlik,Azərbaycan şiələrinin radikal dairələrinin hüquqlarının müdafiəsi və s. sahəsəndə çox saylı elmi,elmi-publisistik və publisistik yazılar meydana gəlmiş və həmin proses davam edir.

İdeoloji mübarizənin təqribən yeni və yaxud gücləndirilmiş istiqaməti kimi Azərbaycan-İsrail münasibətləri və  tamamilə yeni istiqaməti kimi isə azərbaycançılıq ideyasını göstərmək olar.Bu sahələrdə meydana gələn yazılarda Azərbaycanın İranın müstəqilliyi və ərazi bütövlüyü üçün təhdid olması kimi cəfəng ideya əsaslandırılır.

İranın Azərbaycan siyasətində  Azərbaycana qarşı mübarizədə ideolji sahənin aparıcı rol oynaması Azərbaycanın ərazisinn 20%-nin  Ermənistan tərəfindən işğal edilməsi ilə izah etmək olar.İran hakimiyyəti nadir hallarda  olsa da, Azərbaycanın İran siyasətində baş verə biləcək arzu olunmaz dəyişikliyə işğal faktından istifadə etmək  və   onu gücləndirməklə cavab verə biləcəklərini dilə gətirirdilər. Azərbaycan ərazilərinin bir hissəsinin müvəqqəti işğal altında olması İran hakimiyyətinin Azərbaycanla zahirdə hərtərfli əməkdaşlıq etmək meylini nümayiş etdirməyə şərait yaradırdı.

Nəticədə qəribə mənzərə yaranırdı;İcra hakimiyyəti hərtərəfli,  xüsusən siyasi sahədə ,əməkdaşlıq edir,digər  güc və qərar qəbyletmə mərkəzlıri  isə öz cari və perspektiv maraqlarına uyğun olaraq ideoliji mübarizəni davam etdirirdilər

Azərbaycana münasibətdə İranın İcra hakimiyyəti ilə digər güc və qərar qəbul etmə   mərkəzləri arasındakı fərq Azərbaycanın 44 günlük Vətən müharibəsinin gedişində zamanı əldə etdiyi hərbi  uğurlar zamanı və Ermənistanın tam məğlub olmasından sonra yavaş-yavaş aradan qalxmağa başladı.Həmin fərq yarı islahatçı yarı mühafizəkar H.Ruhaninin prezidentliyi dörünün sonuna doğru(2013-2021) zəyfləsə də,  qalmaqda idi.Lakin həmin fərq  mühafizəkarların keçmiş və yeni nəslinin nümayəndələrini təmsil edən İ.Rəisinin prezident seçilməsindən(2021 yay) sonra tamamilə aradan qalxdı.Artıq Azərbaycana qarşı ideolji mübarizədə icra hakimiyyəti də çox fəal rol oynamağa başladı.

Belə ki yeni prezident vəzifəsini icra etməyə(5 avqust) başayandan bir- iki ay sonra(28 oktyabr 2021) Təbrizdə İran  Milli Radio-televiziya şirkətinin rəhbərliyinin  və şirkətin Cənubi Azərbaycan(Qərbi Azərbaycan,Şərqi Azərbaycan,Ərdəbil,Zəncan viayətləri) bölmələrinin rəhbərliyinin iştirakı ilə  həmin qurumun Azərbaycana qarşı ideoloji fəaliyyətinin istiqamətləri və məzmununa,həmçinin icraçı subyektlərinə həsr olunmuş bir günlük(iki növbəli) geniş konfransı keçirildi.

Konfransda  İran-Azərbaycan münasibətlərini mediada milli kimliklərin münasibəti kimi təqdim edilməsinin daha məqsədə uyğun olduğu bidirildi.

Mərkəzdən gələn rəhbər işçi qeyd etdi ki,guya artıq İran-Azərbaycan münasibətləri fars(İran)-türk(Azərbaycan)  münasibətləri kimi deyil, türk(Cənubi Azərbaycan)- türk(Azərbaycan Respublikası) kimlikləri arasında münasibət kimi nəzərdən keçirilməlidir.

Ən üst səviyyədə kimlik deyəndə  iki Azərbaycan arasında ciddi fərqin olduğu güman edilirdi.Cuya Cənubi Azərbaycanın kimliyinin əsasında şiəlik durur,ona görə bu baxımdan Cənubi Azərbaycana diqqət artırılmalı və şiəliyin mövqeyi gücləndirilməlidir

Azərbaycana qarşı ideoliji mübarizədə əsas meyar Ədalərt anlayışı olmalı və Azərbaycanın İrana münasibətdə davranışı ədalətsiz hesab edilməlidir.

Azərbaycana qarşı İranın ideolji mübarizəsində qeyd edilən həmin yenilik də əvvəlki uydurma təhlükə ilə, yəni  Azərbaycanın İranın birliyi və ərazi bütövlüyü üçün  təhlükə olması ilə əsaslandırılırdı.

Qeyd etmək lazımdır ki, konfransda qəbul edilmiş qərarların yerinə yetirilməsində Cənubi Azərbaycan mediasının o qədər də müstəqil və fəal olduğunu demək çətindir.İranda bu və ya digər daxili və xarici məsələlərdə dəfələrlə Cənubi Azərbaycanın rolunun artırılmasından danışılsa və hətta müəyyən qərarlar qəbul edilsə də,sonda fars milli-dini dairələrin təsiri və təzyiqi ilə həmin qərarların icrasından imtina edilib.Görünür, haqqında danışılan qərar da həmin tale ilə üzləşib.Fars hakim millətçi-dini dairələr Cənubi Azərbaycanın İranın siyasi,ictimai,iqtisadi,mədəni həyatında  ümumi maraqlarının təmin edilməsi naminə belə  rolunun artmasına qətiyyən razı ola bilmir.

İranın  hakim millətçi-dini dairələrinin Cənubu Azərbaycana qarşı yeritdiyi etnosid və linqvosid siyasəti Azərbaycan Respublikasına qarşı, o cümlədən ideoloji sahədə, siyasətini müəyyən edir.

Qeyd edildiyi kimi, yeni hökumət fəaliyyətə başlayandan ideoloji qurumlarla icra hakimiyyəti arasında yanaşma fərqi aradan qalxdığına görə ideoloji korpus İcra hakimiyyətinin və bütün digər güc mərkəzlərinin Azərbaycana qarşı siyasi,əməli təxribat hərəkətlərini geniş şəkildə əsaslandırmaqla məşğul olur və güc mərkəzlərini daha fəal və aqressiv olmağa sövq edirlər.

İranın Azərbaycana qarşı ideoloji mübarizəsinin əsasında eyni uydurma təhlükələr vurğulansa da, əsas məqsəd  Azərbaycan dövlətinin öz müstəqilliyini möhkəmləndirməsinə, daha da güclənməsinə, regionda və dünyada nüfuzu və təsirinin artmasına regional böhran elementlərini gücləndirməklə  mane olmaqdır.

Hazırda İranın Azərbaycana qarşı  ideoliji mübarizəsinin mərkəzində əvvəlki illərdə olduğu kimi, lakin daha intensivliklə Azərbaycan-İsrail münasibətləri, pantürkizm təhlükəsi adı ilə Azərbaycan-Türkiyə münasibətləri,türk dövlətləri arasında yaxınlaşma və inteqrasiya prosesi dayanır.İran dövləti və onun ideoloqları, qeyd edilən sahələrdə baş verən dəyişikliklərin guya İranın müstıqilliyi və ərazi bütövlüyünə  qarşı yönəldiyini iddia edirlər.

Hazırki İran rejimi mövcud olduğu bütün dövr ərzində İran xalqının xarici düşmənlə üz-üzə dayandığını,düşmənlərin dövləti məhv etmık istədiklərini, ona görə hər cür xarici  zülmə,  təzyiqlərə ,məhdudiyyətlərə dözərək dövləti yaşatmaq fikri  vurğulanır.

İndi İran İsrail-Azərbaycan əməkdaşığını növbəti xarici düşmən  elan edərək, bir tərəfdən xalqın diqqətini rejimin varlığının  ilk günlərindən yığıllb qalmış müxtəlif xarakterli problemlərdən yayındırmağa, digər tərəfdən Azərbaycanın Cənubu Azərbaycana mədəni, mənəvi təsirini azaltmaq, Cənubi azərbaycanlıların zorakı assimilyasiya siyasətinə müqavimətini zəiflətmək və anti bəşər,orta əsrlər rejiminin nəinki qeyri fars, eləcə də fars xalqı üzərində hakimiyyətinin ömrünün uzatmağa  səy göstərir.

İran İslam Respublikası anti tərəqqi.anti bəşəri bir siyasi sistem olduğundan onun əsas və təbii barışmaz düşmənləri ölkənin daxilindədir,ona görə rejimin öz daxili düşməninin diqqətini xaricə yönəltmək səyləri qısa vədədə nəticə versə də, sonda uğursuzluğa məhkumdur.

Mənbə: "Elm" qəzeti\14 aprel 2023


Вернуться назад