Главная > ЭТНОПОЛИТИКА > BİR QRUP TƏBRİZLİ TƏRİF EŞİTMƏK ÜÇÜN RƏHBƏRİN HÜZURUNA GEDİR

BİR QRUP TƏBRİZLİ TƏRİF EŞİTMƏK ÜÇÜN RƏHBƏRİN HÜZURUNA GEDİR


16-02-2023, 18:01. Разместил: Gulnara.Inanch

Vidadi Mustafayev

İran mediasının məlumatına görə bir qrup Təbrizli  ictimai-dini  aktivist Rəhbərin hüzuruna şərəfyab olmaq üçün  26 bəhmən\15 fevral  tarixində Tehrana yola düşür.
Artıq neçə ildir ki, 18 fevral\29 bəhmən Təbriz üsyanı münasibəti ilə Təbrizdən bir dəstə aktivist Rəhbərin görüşünə gedir.Sanki üsyanı Rəhbər edib onu görmək şərəfinə nail olmaq istəyirlər.
İki il idi ki, KORONA\TAC ucbatından təbrizlilərin inqilaba dayaq kəsimi Rəhbərlə üz-üzə, diz-dizə görüşmək imkanından məhrum idi. İndi, Allaha min şükür ki, nəhayət onlara imkan veriləcək ki, Rəhbəri lap yaxından görsünlər, hətta ətəyindən öpmək şərəfinə nail olsunlar.

Rəhbər dini aktivistləri qəbul edib,  nitqinin giriş hissəsində təbrizlilərin o gün və sonra İslam,inqilab və fars milləti yolunda göstərdiyi  qəhrəmanlıqları, mərdliyi, bütün müsbət keyfiyyətlərini sadalayacaq və  orada iştirak edənlərin qoltuğuna bir qarpız verəcək.

İştirakçılar yaddan çıxaracaqlar ki,deyilən  və deyiməyən bütün digər təriflər bütövlükdə azərbaycanlılara aiddir, xalqı təmsil etməyənlərə,yəni onlara   aid deyil,çünki  onların çoxu heç o günlərin qəhrəmanları da deyil.

Bu görüşlərin və  xüsusən bu ilki görüşün, bir sıra özəllikləri var.
Sanki azərbaycanlı olan bu qrup təbrizliləri ana dilindən məhrum edən, mis və qızıl yataqlarının gəlirindən bir qəpik belə azərbaycanlılara göstərməyən, Urmiya gölünü qurudan, Xoyda zəlzələdən xəsarət görən, zərər çəkənlərə qeyri-insani münasibət göstərən hakimyyətə başçılıq edən Rəhbər deyil.

Sanki etirazlarda iştirak edən insanları gülləboran , edam etdirən, minlərlə gənci zindanlara atdıran hökumətin başçısı bu Rəhbər deyil.

 Rəhbərin görüşünə tələsənlərin, deyəsən nə milli, nə insani,nə əxlaqi,nə də  mənəvi keyfiyyətləri var.

 Normal insan, milli hüquqlardan məhrum olan xalqın nümayəndəsi olan,sərvəti talanan bir diyarın nümayəndəsi olan insan  da qaça-qaça, şövqlə bütün mütərəqqi qüvvələrin düşmənlərinə başılıq edən bir kəsin  hüzuruna getməyi özünə şərəf bilərmi.



Вернуться назад