Главная > ЭТНОПОЛИТИКА > “AĞILLI” ADAMLARIN AĞILSIZ İDDİALARI

“AĞILLI” ADAMLARIN AĞILSIZ İDDİALARI


28-11-2022, 08:22. Разместил: Gulnara.Inanch

Vidadi Mustafayev 

(Məqalə 27 noyabr 2019-cu ildə yazılıb)

Yenə qayıdaq İrana.12-ci gündür mobil telefonlar internetə qoşulmayıb.Nisbi sakitlik yarandığı vurğulanır.Hadisələrə, iştirakçılara, onların əməllərinə müxtəlif qüvvələr öz mövqelərindən qiymət verirlər.Bütün şəhərlərdə” Zəncandan, Təbrizdən(birincilər sırasında)Tehrana qədər, hətta kəndlərdə” hakimiyyətə dəstək nümayişləri keçirildikdən sonra rahat nəfəs alan siyasilər də hadisələrə qiymət verməyi özlərinə borc bilirlər.Biri deyir ki, xalq çox təhlükəli və dərin bir təxribatın qarşısını aldı.Digəri deyir ki “inqilabı, rəhbərliyi və İranı” dəstəklədiyinə görə xalqa təşəkkür edirəm.Deməli, xalq hakimiyyəti dəstəkləmiş, lakin mənsubiyyəti məlum olmayan bir qrup insan isə şahpərəstlərin, münafiqlərin(Xalq mücahidləri təşkilatı) idarəsi ilə yıxıb dağıtmaqla məşğul olmuşdur. Hakimiyyətin fikrincə, iğtişaşların ən fəal iştirakçıları xalqın düşmənləri, inqilab düşmənlərinin tərəfdarları idilər.Başqa sözlə, iğtişaşlarda xalqı təmsil etməyən, İran hakimiyyətinin düşmənlərinin maraqlarına xidmət edən, xaricilər tərəfindən idarə olunan qruplar iştirak edirdi.Maraqlıdır ki, belə qruplar İranın demək olar ki, bütün şəhərlərində fəal olmuşlar.Rəsmi təbliğata inansaq, İranda xalqdan olmayan adamlar xalqa və onu təmsil edən hakimiyyətə qarşı çıxmış, az qala hakimiyyəti devirəcəkdi.Əgər iğtişaşçılar xalqın\əhalinin bir hissəsi deyildisə, bəs kim idi?.Təbii ki, İrana xaricdən gələ bilməzdilər, sərhəddlər çox ciddi qorunur.İğtişaşlar başlayan kimi internet kəsildiyindən və digər rabitə vasitələrinə ciddi nəzarət qoyulduğundan sosial şəbəkələr vasitəsi ilə etirazları xaricdən idarə etməkdən danışmaq olmaz və İran mətbuatında bu məsələyə heç toxunulmur da.Bu halda iğtişaş rəhbərləri- şahpərəstlər və münafiqlər İranın özündə olmalı idi. Başqa sözlə, əhalinin müəyyən qismi həmin qüvvələri dəstəkləyir və onlar ölkə daxilində fəaliyyət göstərirlər.Buna müəyyən şərait olmalı idi..Deməli iğtişaş iştirakçıları və onların rəhbərləri İranda idi və xalqının bir hissəsidir .İğtişaşçıların zorakılıq hərəkətlərinin səbəblərini araşdırmaq əvəzinə xalqın bir hissəsini xalq, digər hissəsini düşmən adlandırmaq ağılsızlıq olmaqla yanaşı gələcək çıxışlar üçün daha geniş sosial- psixoloji şərait yaratmaq deməkdir.Həqiqətən də 2009- cu ildən başlayaraq hökumətə qarşı onun düşmən adlandırdığı qüvvələr tərəfindən getdikcə daha radikal çıxışlar baş verir. Hakimiyyət nümayəndələrinin xalqın onu dəstəkləməsi iddiası ilə çıxışetməsi avtomatik olaraq əhalini iki yerə ayırmaq təşəbbüsü kimi dəyərləndirilir.Nəticədə əhalinin bir hissəsi özünü hakimiyyətə yad və son nəticədə düşmən mövqeyində görür. Belə münasibətin davam etməsi yadlaşma və düşmənçiliyin güclənməsinə zəmin yaradır, daxili düşmənlərin daha doğrusu, düşmən elan olunanların sayının çoxalmasına və onların gələcəkdə daha qətiyyətlə çıxış etməsinə əsas yaradır.Bir sözlə, İran vətəndaşlarının bir hissəsini xalq digər hissəsini qeyri-xalq və düşmən adlandırmaq ağılsızlıqdır və hakimiyyətdə olanlar üçün yaxşı heç nə vəd etmir.


Вернуться назад