CƏNUBİ AZƏRBAYCAN SEPAHIN HƏDƏFİNDƏ
- 10-04-2023, 08:00
- ЭТНОПОЛИТИКА
- 0
- 780
Foto: www.aa.com.tr
Vidadi Mustafayev
Sepah İsrail mövzusunu bəhanə edib Qüds gününü fürsət bilərək,cümə günü, aprel ayının 14-də
Cənubi Azərbaycanda fələstinlilərlə indiyə qədər görünməmiş geniş miqyaslı həmrəylik
yürüş və mitinqlər keçirməyi planlaşdırır. Həmin tədbirin ilk növbədə kimə qarşı
yönələcəyinin əsas göstəricisi isə Təbriz mitinqinin əsas çıxışçısının kimliyidir.
Təbrizdə mitinqdə nə az, nə çox İran ordusunun Baş komandanı çıxış edəcəkdir.
Mitinq və nümayişlər zahirən Cənubi azərbaycanlıların kimin-israillilərin yoxsa,
fələstinlilərin yanında oduqlarını,mahiyyətcə isə öz milli hquqları və milli kimliklərini,
yoxsa özündən daha çox hüquqlara malik olan bir xalqın hüquqlarını müdafiə etdiyinin geniş
nümayişi olacaqdır.