Ethnoglobus » ИСТОРИЯ И ОБЩЕСТВО » MİR CƏFƏR BAĞIROV və azərbaycanlıların Milli Qırğını 3.

MİR CƏFƏR BAĞIROV və azərbaycanlıların Milli Qırğını 3.

image
Tarixi məsuliyyət və vicdan qarşısında
Mir Cəfər Bağırovun siyasi karyerasının yüksələn xətt üzrə inkişaf etdiyi və nəhayət 1932-cı ildə Azərbaycan KP MK-nın rəhbəri - respublikanın faktiki “Sahibi” - səviyyəsində öz pik həddinə çatdığı dövrdə və sonrakı illərdə 1918-ci ilin hadisələri artıq çoxdan “arzuolunmaz” mövzuya çevrilmişdi. Siyasi-tarixi ədəbiyyatda ara-sıra daşnak və müsavatçıların törətdiyi ənənəvi “vətəndaş müharibəsi” yozumu ilə xatırlansa da, Azərbaycan və erməni xalqları arasında “ömürlük” sülh, dostluq və hətta qardaşlıq “bərqərar” olmuşdu. Öz kiçik Vətəni ilə əlaqələrini çoxdan bərpa etmiş Mir Cəfər Bağırova da Qubada o qara günləri xatırlatmağa cürət edəcək adam tapmaq yəqin ki, mümkün olmazdı. Lakin yaddaşının hansısa bir guşəsində nə səbəbdənsə saxladığındanmı, ya başqa daha nədənsə... düz 30 ildən sonra gözlənilmədən Mir Cəfər Bağırov özü 1918-ci il Quba hadisələrini yenidən gündəmə gətirir.
1949-cu il 25-28 yanvar tarixlərində Bakıda Az.K(b)P-nın XVII qurultayı keçirilir və bu siyasi toplantıdakı yekun nitqində Azərbaycan partiya təşkilatının rəhbəri qurultay iştirakçılarının diqqətini bilavasitə “daşnakların” ölkənin – SSRİ-nin həm xaricində, həm daxilində “canlanması” faktına yönəldir. Və əgər “xaricdəki daşnakların antisovet fəaliyyətində” əsas yeri ərazi iddiaları - Sovet Ermənistanının ərazisinin əsasən Sovet Azərbaycanının, qismən də Sovet Gürcüstanının əraziləri hesabına artırmaq “tələbi” tuturdusa, ölkə daxilində bu məqam açıq-aydın Azərbaycan əleyhinə yönəlmiş kitab və yazıların nəşrində təzahür olunurdu.
“Xarici faktorla” - Azərbaycana qarşı yeni ərazi iddiaları ilə bağlı məsələdən aşağıda bəhs ediləcəyindən, burada hansı kitab və yazıların Mir Cəfər Bağırovu qurultay tribunasından danışmağa vadar etdiyinə nəzər salaq.
Məlum olur ki, “Azərbaycanın geniş ictimaiyyəti və partiya fəallarının hiddətinə səbəb olan” belə kitablardan biri - Georqiy Xolopovun (Xalapov-Xalapyan) yazdığı “Buxtanın işıqları” adlı romandır və M.C.Bağırov artıq bu kitabla əlaqədar birbaşa ÜK(b)P MK-nın katibi Q.İ.Malenkova məktubla müraciət etmişdir. Bu məktubunda Bağırov Bakı haqqında, Azərbaycanın paytaxtı haqqında roman yazan müəllifin Azərbaycan xalqını bilərəkdən tamamilə “kənara qoyduğunu”, azərbaycanlı obrazlarının isə “təxribatçı kimi təsvir olunduğunu” vurğulayır: “Romanda bir nəfər də müsbət azərbaycanlı, neft uğrunda mübarizə aparan əsl qəhrəman surəti yoxdur”.
Tanınmış Sovet dövlət xadimi, 1921-1926-cı illərdə Azərbaycan partiya təşkilatına rəhbərlik etmiş Serqey Mironoviç Kirova həsr olunmuş bu əsərin mərkəzi qəhrəmanı isə Tiqran adlı bir şəxsdir: “Səfil, küçələrdə siqaret satan, ayaqqabı silən, meyxanalarda içki paylayan, gecə evlərinin, oğru yığıncaqlarının müştərisi olan bir şəxs Kirovla təsadüfü görüşdən dərhal sonra, elə ikinci günü onun sürücüsü, yaxın və inandığı adamı olur, müəllifin dili ilə desək, “Kirovun sevimlisi”nə çevrilir”.
Kitabın müəllifi - Şamaxıda doğulmuş və Bakıda yaşamış, erməni əsilli G.K.Xolopov 1930-cu ildə Leninqrada köçsə də, qohumlarına baş çəkmək və gələcək kitabı üçün material toplamaq məqsədilə mütəmadi olaraq Bakıya gəlirdi. Nəhayət, həmin kitab ərsəyə çıxanda məlum olur ki, qarşısına “S.M.Kirovun rəhbərliyi altında Azərbaycanda neft sənayesinin bərpa olunması prosesini işıqlandırmaq” məqsədi qoyulmuş bu əsər “Bakı neftçilərinin fədakar əməyindən bəhs edən səhnələrlə deyil, Bakıda Sovet hakimiyyətinin qurulduğu gün – 1920-ci il 28 aprel tarixində guya “qırğına” məruz qalmış Bakının erməni əhalisinin, o cümlədən Tiqranın iztirabları təsvir olunan epizodlarla zəngindir”.
Bağırov haqlı olaraq kitabda gətirilən bu cür səhnələri yalan və böhtan adlandırır, çünki, 1920-ci il aprelin 28-də baş verən hadisələr hamıya məlum idi və həmin gün milli zəmində iğtişaşlar, xüsusilə erməni əhalisinə qarşı “gözlənilən” hər hansı qırğınlar barədə danışmaq belə mənasız idi. Azərbaycanda hakimiyyət Cümhuriyyət Parlamenti tərəfindən azərbaycanlı kommunistlərə müəyyən şərtlərlə, lakin dinc yolla təhvil verilmişdi. Hələ bu hadisədən əvvəl suveren dövlət sayılan Azərbaycanın sərhədlərini qanunsuz olaraq keçən XI Qızıl Ordu artıq Bakıya gəlirdi, hakimiyyət dəyişikliyinin ertəsi günü isə Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, hərbçi və s. xadimlərinin, “Musavat”, “İttihad” və digər partiyaların üzvlərinin həbsləri başlamışdı.
Təsadüfü deyil ki, M.C.Bağırov Malenkova ünvanladığı məktubunda 1920-ci il deyil, 1918-ci il hadisələrini xatırlatmağı lazım bilir və göstərirdi ki, “romanda nəinki daşnakların milli qırğınların qızışdırılmasında oynadığı rol, onların 1918-ci il müdafiə xəttinin qırılmasına və ingilis imperialistlərinin şəhərə girməsinə gətirib çıxaran satqın əməlləri, Lalayev cəlladlarının timsalında 26 Bakı komissarlarına qanlı divan tutulmasında iştirakı ifşa edilmir, hətta bir dəfə də olsun “daşnak” sözü işlədilmir”.
Artıq bu sətirlər M.C.Bağırovun sadəcə bir kitabı və onun müəllifini hədəfə almadığını, ümumən, uzun illərdən bəri erməni-daşnak siyasi qüvvələri və onların havadarları tərəfindən Azərbaycana qarşı aparılan genişmiqyaslı və çoxşaxəli – silahlı münaqişədən tutmuş ideoloji-tarixi-ədəbi təxribatlara qədər – hücümları öz adıyla çağırmaq, bütün mümkün imkanlar çərçivəsində onların cavabını vermək və cəzalandırmaq məqsədini açıqlayır.
Xolopovun kitabının əsas təyinatını da məhz bunda – tarixin erməni-daşnak mövqelərdən təhrif edilməsində və saxtalaşdırılmasında görən Bağırov, müəllifin özünü və onun qəhrəmanı Tiqranı “yad, daşnak ideologiyasının ifadəçisi” adlandırır və bunun təsadüfü olmadığını hesab edir.
Kitab müəllifinin, həmçinin Tiqran surətinin prototipi olan Karapet Ayrapetov adlı birisinin tərcümeyi-halını aydınlaşan Azərbaycan rəhbərliyi müəyyən edir ki, Xolopov-Xalapyan ana tərəfdən tanınmış erməni ailəsi Lalayevlər – “erməni-azərbaycanlı qırğınlarının təşkilatçıları və iştirakçıları” ilə qohumdur. Dəqiq deyilərsə, o, 1918-ci ildə Bakıda və Şamaxıda kütləvi qırğınlar zamanı azərbaycanlı əhaliyə qarşı ağlasığmaz qəddarlığı ilə ad çıxarmış Stepan Lalayevin dayısı oğludur. (Stepan Lalayev sonradan Fövqəladə Təhqiqat Komissiyası tərəfindən öz cinayətlərinə görə həbs olunmuş və 1919-cu ilin noyabr ayında Gəncə həbsxanasında ölmüşdür).
Həmçinin məlum olur ki, Karapet Ayrapetov heç vaxt S.M.Kirovun sürücüsü olmamışdır. 1921-1926-cı illərdə, yəni Kirov Bakıya gələndən Leninqrada gedənədək onun yanında sürücü işləmiş K.A.Vasilenko adlı bir şəxsin dul qadını Mariya Vasilenko bu haqda həyəcanla xəbər verərək bildirirdi ki, “yalançı sürücü” əhvalatını o, Karapet Ayrapetovun özündən eşitmişdir. Belə ki, Karapet iki dəfə onun mənzilinə gəlmiş və qadından xahiş etmişdir ki, əgər onu çağırıb soruşsalar, qadın Ayrapetovun Kirovun sürücüsü olduğunu təsdiq etsin. Bu zaman Ayrapetov onun ərinin divardakı şəklini öpərək, boynuna almışdır ki, onun tərcümeyi-halı ilə maraqlanan orqanlara yalan deyib.
Karapet Ayrapetovun əsl tərcümeyi-halından isə görünürdü ki, o heç vaxt Kirovun maşınını sürməmiş, sadəcə onun sürücüsü Vasilenkonun köməkçisi işləmişdir, yəni Az.K(b)P MK qarajında maşına baxmış, onu yalnız yuyub təmizləmişdir. Ali rəhbər şəxsin təhlükəsizliyi baxımından isə sürücünün şəxsiyyəti məsələsi o qədər ciddi idi və xüsusilə “Kirov öz “Kadillak”ını o dərəcədə qoruyurdu” ki, Vasilenko xəstə olanda belə “işə ya tramvayda gedir, yaxud da partiyanın Mərkəzi Komitəsindən başqa maşın çağırtdırırdı”.
Respublikanın rəhbəri ilə heç bir təmasda olmayan maşın yuyucusu, təbii ki, bu tarixi şəxsə həsr edilmiş kitabın əsas qəhrəmanlarından biri ola bilməzdi. Həm də burada qondarma tərcümeyi-halın Karapetin özü tərəfindən uydurulduğunun, yaxud həmin obrazın üzərinə qoyulmuş ideya yükünü çatdırmaq üçün erməni yazıçısı tərəfindən Kirovun “sürücüsü təyin edildiyinin” artıq elə bir əhəmiyyəti yox idi. Lakin M.C.Bağırov Tiqran surətinin prototipinin şəxsiyyətinə ciddi yanaşmaq qərarı verir və K.Ayrapetovun tərcümeyi-halı əlaqədar orqanlar tərəfindən diqqətlə araşdırıldıqdan sonra o dövrün meyarlarına görə kifayət qədər “şübhəli” görünür. Məlum olur ki, Ayrapetov 1918-ci ildə “Sentrokaspi” hökumətinin, sonra polkovnik Biçeraxovun qoşunlarında xidmət etmiş, Cümhuriyyət dövrü isə maşınla türk zabitlərini gəzdirmişdir. Belə tərcümeyi-halın sahibi respublika kommunistlərinin rəhbəri S.M.Kirovun sürücüsünün prototipi ola bilərdimi...
Lakin bütün bu məqamlar, görünür ki, kitabın müəllifi Xolopovu narahat etmirdi. Bundan əlavə, Sovet Rusiyasının, o cümlədən Xolopovun yaşadığı Leninqradın yazıçı təşkilatları onu öz himayələri altına alırlar. Moskvanın mərkəzi ədəbi qəzet və jurnallarının səhifələrində həmin əsər haqqında müsbət rəylər dərc olunur. Azərbaycan Yazıçılar İttifaqından Moskvaya, SSRİ Yazıçılar İttifaqına, eləcə də bir sıra mərkəzi qəzet və jurnalların redaksiyalarına göndərilən etiraz məktubları, həmçinin, həmin kitabla bağlı mənfi rəylərin dərc olunduğu respublika mətbuatından nümunələr cavabsız qalır. Mərkəzi mətbuat azərbaycanlı tənqidçi Mikayıl Rəfilinin Xolopovun kitabı haqqında tənqidi resenziyasını dərc etmir. Moskvada bununla kifayətlənirlər ki, müəllif “Kirov obrazının yaradılmasında heç bir təhrifə yol verməmişdir”. Bütün digər məsələlərə isə tam etinasızlıq göstərilir.
Mümkündür ki, məhz bu vəziyyət M.C.Bağırovu həmin məsələni ən yüksək tribunadan – respublika kommunist partiyasının qurultayı kürsüsündən səsləndirməyə vadar edir. Bu qərarın verilməsinə həmçinin Stepan Şaumyanın oğullarının – Levon və Serqeyın bəzi hərəkətləri də həlledici təsir göstərir. Məlum olur ki, Levon Şaumyan mərkəzi “Literaturnaya qazeta”da 26 Bakı Komissarlarının güllələnməsinin 30 illiyi münasibəti ilə yazdığı məqalədə “Əzizbəyovun familiyasını silmişdir” və bu, o zaman edilir ki, “yoldaş Stalin özünün bütün çıxışlarında Əzizbəyovun soyadını birinci çəkir, çünki söhbət Bakı komissarlarından gedir, Azərbaycandan gedir”.
“Ən birinci komissarın” o biri oğlu – Serqey Şaumyan isə Bakıya gələrək Avakyans adlı bir “daşnakla” “Şaumyan – tənqidçi və polemikaçı” mövzusunda kitab yazmaq barədə danışıqlar aparmışdır. Bağırovun ciddi narazılığına səbəb olmuş bu faktlar da qurultay zamanı səsləndirilərək geniş ictimaiyyətə çatdırılır.
Diqqətəlayiqdir ki, Bağırov öz çıxışında demək olar ki, “erməni” sözü, yaxud “erməni-daşnak” ifadəsini işlətməyərək yalnız “daşnak” sözünü vurğulayır ki, bu da o dövr həmin məsələlərdə son dərəcə diqqətli və ehtiyatlı olmaq tələbindən irəli gəlirdi, hərçənd bu tənqidin əsl mahiyyəti və onun kimə ünvanlandığı bütün qurultay iştirakçılarına aydın idi.
M.C.Bağırovun respublikanın ali partiya yığıncağının tribunasından Azərbaycan kommunistlərinin rəhbəri kimi özünün yekun nitqində ayrıca götürülmüş bir ədəbi əsərə bu qədər geniş, sərt və kəskin münasibət bildirməyinin daha bir səbəbi var idi.
II dünya müharibəsindən sonrakı illər Azərbaycan xalqına qarşı torpaq iddiaları və azərbaycanlıların öz əzəli torpaqlarından çıxarılması ilə müşayiət olunan yeni irimiqyaslı erməni təcavüzünün başlanması ilə səciyyələnirdi və bu dəfə də onların müdafiəçisi qismində Sovet rəhbərliyi çıxış edirdi. Həmin qurultaydan demək olar ki, bir il əvvəl xaricdəki ermənilərin guya öz “tarixi vətənlərinə” köçürülməsi bəhanəsi altında 1918-ci ildə Ermənistan Respublikasına güzəşt edilmiş və sonralar Ermənistan SSR tərkibinə qatılmış Azərbaycan ərazilərindən 130 min nəfərədək azərbaycanlı əhalinin deportasiyasına – Azərbaycan SSR-ə köçürülməsinə başlanmışdı. Sovet rəhbərliyi bu köçürülməni “hər iki respublikada baş verən təsərrüfat dəyişiklikləri ilə” əsaslandırmağa çalışsa da, bununla belə etiraf edilirdi ki, “azərbaycanlı əhali köçürüləndən sonra boşaldılmış torpaqlar və yaşayış məskənləri Ermənistana gələn xarici erməni kəndlilərin yerləşdirilməsi üçün istifadə oluna bilər”.
Bundan bir qədər əvvəl isə Bağırov böyük çətinliklə, uğurlu bir fənd işlətməklə ermənilərin Dağlıq Qarabağa yeni iddialarının qarşısını ala bilmişdi. 1945-ci ilin payızında Ermənistan K(b)P MK birinci katibi Arutinov ÜK(b)P MK qarşısında Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin maraqları baxımından həmin vilayətin Azərbaycan SSR tərkibindən Ermənistan SSR-ə verilməsi məsələsini qaldırmışdı. Məktub öz fikrini bildirmək üçün M.C.Bağırova göndərilmişdi. Bağırov Arutinovun gətirdiyi dəlillərin hamısını təkzib etsə də, onun kimin icazəsi ilə hərəkət etdiyini anlayırdı. Odur ki, Arutinovun bu təklifi ilə yalnız bir şərt - Ermənistan SSR-in azərbaycanlı əhali yaşayan üç rayonunun da Azərbaycan SSR tərkibinə verilməsi - müqabilində razı olduğunu bildirmiş, həmçinin Şuşa rayonunun Ermənistana verilməsinə etiraz etmişdi. Bundan sonra Sovet rəhbərliyi bir daha həmin məsələyə qayıtmamışdı.
Lakin ermənilərin bu və ya digər formada təxribatları davam edirdi. Yuxarıda göstərilən siyasi xarakterli misallardan əlavə həmin illər erməni müəllifləri tərəfindən istər Ermənistanda, istərsə də mərkəzdə nəşr olunan elmi ədəbiyyatda və dövrü mətbuatda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənətinin təhrif edilməsinə dair onlarla nümunələr gətirmək olardı ki, bu da respublika ictimaiyyətində, həmçinin partiya rəhbərliyində haqlı olaraq kəskin etiraz və narazılıq doğururdu. Xolopov-Xalapyanın kitabı belə nümunələrdən yalnız biri idi. Lakin görünür ki, bu əsərin yaxın keçmişdə baş vermiş hadisələrlə və rus əsilli Sovet rəhbərinin adı ilə birbaşa əlaqəsi Bağırovu məhz bu kitaba ciddi diqqət yetirməyə və bu nümunədə erməni millətçiliyinin yeni forma və təzahürlərdə əks olunan təcavüzkar xarakterini ölkə rəhbərliyinin nəzərinə çatdırmağa sövq edir:
“Xolopov kitab yazıb. Həm də çox xarakterikdir ki, onun kitabında “daşnak” sözü yoxdur, onun kitabında “daşnak” sözünü tapa bilməzsiniz. Kitabı Karapet Ayrapetov adlı birisinin sözlərindən yazıb. Orada Tiqran qəhrəman kimi verilir” – M.C.Bağırovun çıxışındakı bu cümlələr özlüyündə onların hansı emosional həddə deyildiyini büruzə verirdi: “Müəllif göstərir ki, Kirov səfilin birini öz himayəsinə alıb, halbuki Dövlət arxivinin sənədlərindən görünür ki, bu səfil, 1895-ci il təvəllüdlü, keçmiş müharibə iştirakçısı, sonra daşnak, daha sonra “Sentrokaspi” hökumətinin ordularında xidmət edib, “Sentrokaspi” dağılandan sonra Biçeraxovla çıxıb gedib. Bax bu aşkar düşmənin, əlində silah Sovet hakimiyyətinə qarşı vuruşan, sonra təsadüfən il yarım Mərkəzi Komitənin qarajında işə düzələrək maşın yuyan adamın sözləri əsasında müəllif Kirov haqqında kitab yazır”.
Qurultaydakı çıxışında ən kəskin ifadələrdən çəkinməyən Bağırov: “O, kitabı Kirov haqqında yazmayıb, o, kitabı xüsusi tapşırıqla, daşnaklara bəraət qazandırmaq və başqalarına iftira yaxmaq üçün yazıb...” – kimi nəticə alır və Xolopovu – SSRİ Yazıçılar İttifaqının üzvünü, tanınmış sovet yazıçıları N.Tixonov və D.Zaslavski tərəfindən mərkəzi mətbuatın səhifələrində müdafiə olunan bir adamı “daşnakların sonbeşiyi – sonuncu tərəfdarı” adlandırır. Diqqətəlayiqdir ki, bu zaman bir daha 1918-ci il qırğınlarının baş “qəhrəmanı” Stepan Lalayev xatırlanır: “vaxtilə Şamaxını məhv etmiş, Kürdəmirdə qırğınlar törətmiş məşhur Lalayevlərin” bu qohumunun onu heç kəsin tanımadığı Leninqradda özünə yer etdiyini vurğulayır.
Burada əvvəlcədən qeyd edək ki, M.C.Bağırovun Azərbaycan kommunistlərinin qurultayındakı yekun çıxışının mətni, digər sənədlər və şəxsən Stalinə ünvanlanmış məktubla birlikdə Moskvaya göndərilir və son nəticədə Bağırov “Buxtada işıqlar” kitabı haqqında məsələnin ÜK(b)P MK-da qoyulmasına nail olur.
Lakin Mir Cəfər Bağırovun Azərbaycan Kommunist Partiyasının XVII qurultayındakı bu çıxışının əhəmiyyəti yalnız ölkə rəhbərliyinin diqqətinin “bu zərərli kitaba” və onunla bağlı məsələlərə cəlb edilməsi ilə məhdudlaşmır.
Bilavasitə 1918-ci il hadisələrinə toxunan Bağırov öz nitqində rəsmi “vətəndaş müharibəsi” tezisini əsas tutsa da, bu məsələdə daha dərinə gedir: “1918-ci ildə Bakı Xalq Komissarları Şurasındakı bəzi yoldaşların buraxdığı səhvlərdən məharətlə yararlanan daşnaklar və müsavatçılar, xüsusilə daşnaklar, bu məqamdan istifadə edərək bəzi yerlərdə vətəndaş müharibəsini əslində milli vuruşa çevirdilər, milli qırğınlar təşkil etdilər”.
Burada xüsusi qeyd edilməlidir ki, N.Nərimanovun 1923-cü ildə dövrün partiya xadimlərinə ünvanlanan və uzun onilliklər “məxfi” qalan məlum məktubu istisna olmaqla, 1918-ci il hadisələri yalnız daxili yazışmalarda deyil, ilk dəfə olaraq yüksək qurultay tribunasından, ali mənsəb partiya xadiminin dilindən “səhvlər buraxmış” bolşevik hökumətinin “yol verməsi” nəticəsində erməni-daşnak qüvvələrinin azərbaycanlı əhaliyə qarşı törətdiyi MİLLİ QIRĞIN kimi səciyyələndirilirdi.
Lakin Bağırov bununla da kifayətlənmir və mövzunu burada bitirmək mümkün olduğu halda sözünə davam edir: “Amazasp, Abram Velunts, polkovnik Avetisov – axı bunlar Sovet hakimiyyətinin tərəfində deyildilər. Mən özüm şahidəm, mən, təəssüf ki, həmin hadisələrin iştirakçısıyam, bəzi yoldaşların təklifi ilə mən Amazaspın dəstəsində nümayəndə idim və görürdüm ki, onlar Qubada nələr edirlər, hələ Şamaxı və s. barədə danışmıram...”
Beləliklə, yalnız 30 ildən sonra, nəhayət ki, azərbaycanlı bolşevik Bağırovun simasında Sovet dövləti və onun ideologiyasının təmsilçisi partiya qurultayının ali kürsüsindən, “ən layiqli kommunist nümayəndələr” qarşısında elan edir ki, 1918-ci il Quba hadisələrinin qəzada Sovet hakimiyyətinin qurulması ilə heç bir əlaqəsi yox idi və “Qızıl Ordunun” komandirləri, başda Amazasp olmaqla, Qubada tamamilə başqa bir tapşırığı həyata keçirirdilər.
Və nəhayət, 30 il keçdikdən sonra belə, Mir Cəfər Bağırov yüksək tribunadan, özünün partiya yoldaşları qarşısında 1918-ci il Quba hadisələrin iştirakçısı olduğuna görə təəssüfünü açıq surətdə etiraf edir! Bu etiraf əslində öz dövrü üçün ən yüksək mənsəb və nüfuz sahibi olmasına rəğmən, bir tarixi Şəxsiyyətin istər tarix, istərsə öz vicdanı qarşısında məsuliyyətini anladığının təsdiqi idi. Məhz belə anlar və etiraflar hakimiyyət sınağı ilə üzləşmiş və bu sınaqdan heç də həmişə açıq alınla çıxmamış siyasət və dövlət xadimlərini bütün xidmətləri və antı-xidmətləri ilə birlikdə yalnız tarixdən deyil, öz xalqından da qiymət gözləyən Böyük Şəxsiyyət edir.
Tarix üzrə elmlər doktoru,
professor.
ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
17:42Peşmerge Kerkük'e geri mi dönüyor?17:23Путь урегулированию на Кипре - принцип двух государств17:15Beynəlxalq radio Qarabağda fəaliyyətə başladı: xəbərlər həm də erməni dilində təqdim ediləcək18:53Президент Байден встречается с премьер-министром Нетаниягу и оказывает на него давление18:24В Анкаре стартовал Фестиваль мировых культур с участием посольств 55 стран20:59Азербайджанцы Молдовы выступают против минного терроризма Армении15:16Антитеррористическая операция Азербайджана в Карабахе15:10В Евлахе завершилась встреча представителей властей Азербайджана и армянских жителей Карабаха19:19Туранские пустыни включены в список Всемирного природного наследия ЮНЕСКО17:28İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar16:26A Human Rights Report on the Azerbaijani Turks in Iran: April-June 202316:14Минобороны Азербайджана: В Карабахе начаты локальные антитеррористические мероприятия17:09Веха турецко-японской дипломатии: фрегат «Эртугрул»20:20В Баку состоялось праздничное мероприятие, посвященное еврейскому Новому году19:50Türk-Japon diplomasisinin miladı: Ertuğrul Fırkateyni18:24Ильхам Алиев рассказал о новой сфере сотрудничества между Азербайджаном и странами Центральной Азии19:00В Кыргызстане пройдет Конгресс «История тюркских государств»17:25Путин отметил важность реализации масштабных проектов на Дальнем Востоке13:24Карстовые воронки в Турции: причины их возникновения19:31Президент Алиев принял министров тюркских государств17:53В столице Татарстана продолжается фестиваль мусульманского кино11:2331 Ağustos günü çekilen iki telgraf14:40На матрице истины:Родословная армян и урартийская концепция (Продолжение)14:33На матрице истины:Родословная армян и урартийская концепция13:17На матрице истины ( Продолжение)13:09На матрице истины20:25К чему стремится Иран, вступая в БРИКС?16:17В Казахстане возрождают редкую породу собак12:19Дом для Матрешки13:26Sepah emissarının Gürcüstanda din adı altında fəaliyyəti19:49Белуджские сепаратисты столкнулись с проникновением исламских террористов19:35Узбекистан и Азербайджан создали Высший межгосударственный совет19:08Политические манипуляции Армении в Лачинском коридоре17:50Чем важен визит главы МИД Турции в Ирак18:47Американцы устраивают саммит с Японией и Южной Кореей против Китая, России и КНДР18:38Тайваньский вопрос: Токио посылает разнонаправленные сигналы Пекину22:44ŞEYX NƏSRULAH MARNEULİDƏ.\ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN C.MƏMMƏDQULUZADƏ19:43"Звезда Монголии". Бывшая "шестнадцатая республика СССР" дрейфует на Запад20:54В Казахстане отмечают День Абая14:41Турецкая Cengiz Holding будет строить туннель через узбекский перевал Тахтакарача13:26Роскосмос заявил о запуске ракеты со станцией "Луна-25" с космодрома Восточный18:47Игорь Волчек: Мультфильмы должны развлекать и воспитывать12:34И все равно — ашхабадец: Валерию Непомнящему — 80!18:05Более половины населения Великобритании– не христиане, а две трети жителей Лондона – представители этнических меньшинств11:11Как христианство завоевало Рим с помощью простой математики13:31В Ашхабаде прошел саммит глав Таджикистана, Туркменистана и Узбекистана21:59В Беларуси стартуют II Игры стран СНГ11:24ТIигьиржалви шаир11:15Турция может стать новым центром в энергетике18:58DİL CƏBHƏSİNƏ ƏSGƏRİ BORC18:37دریاچه اورمیه با حکومت جمهوری اسلامی احیاء نمی‌‌شود18:30Maşallah Rəzmi: Urmiya gölü İslam Respublikası hökuməti tərəfindən canlandırılmayacaq15:32Proqnozlara görə, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq12:22Кишинев отстранит от должности главу Гагаузии12:14"Ось Турции" и "новая эра тюрок": тюркский мир, Турция и Центральная Азия18:25Этнографический женский костюм юга Узбекистана16:18Tehranın Azərbaycana qarşı əsassız iddiaları13:30İRAN-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN GENİŞLƏNMƏSİNƏ KİM MANE OLUR ?09:51Президент ТРСК: Операция на Кипре предотвратила еще большую трагедию14:12Şuşalı qəhrəman İsrafil İbrahimov haqqında sənədli film çəkilir12:33‘Başkan Barzani’nin Azerbaycan ziyaretinin manevi değeri çok yüksek, bunun sonuçlarını göreceğiz’12:21Почему странам Центральной Азии нужно объединяться11:46Жапаров подписал закон о переходе госучреждений Кыргызстана на государственный язык08:58Итоги вильнюсского саммита НАТО и сбалансированная политика Турции09:59Кошки Ван – достопримечательность Турции09:16Какой будет судьба бойцов «Вагнера» в арабских странах?21:07Расширение НАТО и Япония как форпост «западного мира» в Азии18:59Язык цветов в Османской империи18:56Посол России вызван в МИД Ирана12:46HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN12:26MILLƏT, MİLLİYYƏT, MİLLİ KİMLİK, ETNİK MƏNSUBİYYƏT, “MİLLİ” SÖZÜ22:29Dua Etme; Dilsel mi, Eylemsel mi?17:21Культура и инновации11:50В Турции стартовал 662-й турнир по масляной борьбе «Кыркпынар»11:40Астана: сияющая звезда Центральной Азии12:27В Ташкенте открываются Недели культурного наследия Узбекистана и партнерских инициатив12:07В Ташкенте открылись выставки туркестанского авангарда и Темуридского ренессанса11:54Какие выгоды несет России вступление Ирана в ШОС12:46Без приоритета на Тайнството, Църквата се превръща в хуманитарен клуб с униформени служители19:08"Каждое дерево особенное". О мире народных музыкальных инструментов Марьяна Скромблевича16:03В Туркменистане началась Неделя культуры20:54İBRAHİM PEYĞƏMBƏRİN YANLIŞI, TANRI MƏRHƏMƏTİ20:21Что стало с памятником в Хедера?20:38Талибы провоцируют конфликты из-за водных ресурсов15:58Жители Центральной Азии считают свои страны «перевалочным пунктом» для релокантов из РФ16:41“Heydər Əliyev: Azərbaycanda elm və təhsil” mövzusunda III şagird respublika konfransı keçirilib10:10Firudin İbrahimi və azərbaycançılıq12:08В Эрзуруме открылся Центр исследования турецко-армянских отношений18:48Этапы возрастной дискриминации согласно ООН16:53Каждый шестой человек сталкивается с дискриминацией по возрасту13:21О литературном творчестве Любы Юсуфовой21:19Армяно-азербайджанские переговоры отложены17:08Караимы – хранители традиций и языка в литовском Тракае17:07Античный город Силлион — важная достопримечательность Антальи14:14İranda hicabsız və hicablılar haqda əxlaq kodeksi13:59РУССКИЙ ЯЗЫК В ЦА СТАНОВИТСЯ ИНСТРУМЕНТОМ ЦИФРОВОГО БУДУЩЕГО10:19Материал российских медиаэкспертов о блокировках и шатдаунах в соседней стране18:49Пойдет ли Индия в НАТО?19:09ТРАДИЦИИ КОРЕЙСКОГО ПРЕДПРИНИМАТЕЛЬСТВА В ЦЕНТРАЛЬНОЙ АЗИИ19:47İranda məsciddən qaçırlar, bizdə Xameneyiyə biət edirlər…19:34CÜMHURİYYƏTİMİZİN “OSKARI”13:22Выборы в Турции: западные СМИ и турецкие избиратели14:12Черкесы между прошлым и будущим13:59Русскоязычная коранистика досоветского периода16:02Мигрантов из Центральной Азии вновь стали массово «приглашать» на фронт, даже в мечетях08:55В Австрии в 2022 году совершено 1324 правонарушений на почве исламофобии08:47В Конье стартовала «Неделя турецкой кухни»18:53Монастырский комплекс Худавенг обладает особым значением.16:54Сохранение биоразнообразия, как фактор защиты окружающей среды16:46Саммит в Сиане, как сигнал роста влияния Китая в Центральной Азии16:42В Кыргызстане прошла неделя моды AK-Buura Fashion Week-202317:20Благодаря строительству коридора Север - Юг России избежит изоляции от Мирового океана17:06Что происходит в Гагаузии16:44Доклад Госдепа о свободе религий – инструмент вмешательства в дела Азербайджана09:59HEYDƏR ƏLİYEVƏ ARXALANAN GƏNC AZƏRBAYCANLI MÜTƏRCİM21:06ON SOME PECULIARITIES OF TALYSH DECORATIVE- APPLIED ART18:26Депортация крымских татар: не утихающая боль народа18:05Китай стремится усилить влияние в Центральной Азии21:34Azərbaycan dili haqqında 1400 il bundan qabaq Kəsra Ənuşirəvan Adilin qeydləri19:05Azərboyconi sərboz17:01Гагаузия может объявить о своей независимости16:28Etibar Əliyev_ ğurbətədə vətəni dardi kəşə şair.....20:06Cəmiyyətimizdə oğlan uşaqlarına verilən qüsurlu tərbiyə və məişət zorakılığı11:38«Media savadlılığı və qazilər: “Hansı daha təhlükəlidir: müharibə yoxsa informasiya?" adlı tədbir Bakıda davam edib09:18От Агалыка до Памира12:40Xıdır İlyas-Hıdrellez20:11Лексика нашего времени16:04Си Цзиньпин пригласил в Китай с госвизитом президента КР и еще трех стран ЦА15:37AZƏRBAYCAN RESPUBLİKASI MULTİKULTURALİZM SİYASƏTİNİN NÜMUNƏSİ KİMİ21:00Творчество Юнуса Эмре уже 7 веков озаряет путь человечества15:04AZƏRBAYCAN CƏMİYYƏTİNİN RƏSULZADƏ “TƏƏSSÜBÜ” və NƏRİMANOV “NİFRƏTİ” (2-ci yazı)14:48AZƏRBAYCAN CƏMİYYƏTİNİN RƏSULZADƏ "TƏƏSSÜBÜ" və NƏRİMANOV "NİFRƏTİ" ( 1-ci yazı )14:38Будущее зерновой следки17:54В Астане открылась выставка «Доспехи казахских батыров»11:43Новую конституцию Узбекистана поддержали более 90% участников референдума18:15Победителем этапа Гран-при «Формулы-1» в Баку стал Серхио Перес06:58Cənublu məşhur pedaqoq Zehtabinin də qanı molla rejiminin “vicdanındadır”...06:52В Фергане обсудили взаимодействие ж/д структур тюркских государств06:37Турецкая Республика Северного Кипра получила статус наблюдателя в ТюркПА18:24Барлас: Утверждения армян по 1915 году - самая большая ложь XX века16:39ЦСБ: в Израиле проживают 9,727 миллиона человек, 73,5% из них - евреи16:31В Иране убит известный аятолла Аббас-Али Сулеймани19:04Игра на четверых: для чего Израиль подружился с соседями Ирана18:40Семья из Турции ухаживает за собакой, разбудившей хозяев за минуты до землетрясения17:12Iran deputatının Azərbaycana məsləhət verməkliyi17:05İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ17:40Доклад Сената Канады: исламофобия глубоко укоренилась в стране12:44Goranboyda “Hansı daha təhlükəlidir: müharibə, yoxsa informasiya?" adlı layihə çərçivəsində qazilərlə görüş keçirilib.13:59Россия делает ставку на многополярный мир и выход из изоляции12:36“Hansı daha təhlükəlidir: müharibə, yoxsa informasiya?" adlı layihə Yevlaxda davam edib.10:14Запущен процесс по ликвидации Молдовы09:26“Hansı daha təhlükəlidir: müharibə, yoxsa informasiya?"08:17TPAO: Черноморский газ начнет поступать в дома в Турции в мае08:21Католики всего мира празднуют Пасху08:07«Шма Исраэль»08:00CƏNUBİ AZƏRBAYCAN SEPAHIN HƏDƏFİNDƏ10:37İlaxır çərşənbədir, il tamam olur16:57Зачем Грузии закон об "иноагентах"? Аргументы сторонников и противников15:58KARMA və SEÇİM AZADLIĞI!09:35Azerbaijan envoy to Israel: You cannot use our airfields to attack Iran09:13Avestanın "Videvdat" bölümünün Azərbaycan dilinə tərcüməsinin təqdimatı olub18:20Мидраш Раба. Эстер Раба17:36Русское евразийство и его восточноевропейские аналоги 100 лет назад и сейчас (на примере Венгрии)17:24«Разрубленная книга» и Надир-шах17:08Новая стратегия России в ЕАЭС15:31Tehran’s 'new old fear': Southern Azerbaijan wants independence18:25Yel çərşənbəsi- Yelli çərşənbə18:20Как будут развиваться события в Приднестровье11:37Веха в истории Азербайджана: Мамед Эмин Расулзаде15:22Интернет породил опасные фобии у людей15:02“Doğru üskü” gəldi çatdı14:53В Молдавии утвердили румынский язык как государственный09:00Haputlar16:19О некоторых особенностях устного народного творчества талышского народа.15:16Время Красного Дракона. возрастающая роль Китая в мировой политике11:27Генсек ТЮРКСОЙ провел встречи в Узбекистане12:59Modificarea formei capului/craniului Tn Caucazul de Sud si Orientul Apropiat in perioada tarzie a epocii bronzului - perioada timpurie a epocii fierului. Date arheologice si antropologice19:261905-1906-جی ایللر کوتلوی قیرغین‌لار18:47THE KHOJALY MASSACRE: THE BLOODIEST AND MOST FEARSOME TRAGEDY OF HUMAN HISTORY19:46Узбекистан признан самой гостеприимной страной на постсоветском пространстве15:06РУССКИЙ ЯЗЫК В КИРГИЗИИ ОСТАЕТСЯ СОЦИАЛЬНО ПРЕСТИЖНЫМ13:21قتل عام خوجالی: وحشتناکترین و خونین ترین فاجعه بشریت13:13Futbol’un Tarihcesi ve Divânü Lügati’t-Türk12:56Hocalı soykırımı: insanlık tarihinin en kanlı ve en korkunç trajedisi12:37مذبحة خوجالي: أخطر مأساة في تاريخ البشرية12:25Ходжалинский геноцид: самая кровавая трагедия ХХ века12:17İRANIN SAXTA TARİXİ14:43Dil və Ana dili haqqında düşüncələr10:21Kак скоро Таджикистан и Кыргызстан завершат пограничный спор16:24Azərbaycanın Qüzeyində və Güneyində Çərşənbə axşamları09:25ОДКБ и интеграционная безопасность евразийского пространства17:45Разоблачена команда хакеров, вмешивавшихся в выборы18:01BİR QRUP TƏBRİZLİ TƏRİF EŞİTMƏK ÜÇÜN RƏHBƏRİN HÜZURUNA GEDİR12:16Критикуя Украину, Венгрия идет в тюркский мир19:05Некоторые знаменитые эпитеты имама Али (а)19:02Азербайджанский актер-христианин продублировал фильм об Имаме Али на русский язык (ВИДЕО)18:36Как живут потомки согдийцев в труднодоступном ущелье Таджикистана19:58Четвероногие герои: Собаки, которые помогают спасать людей из-под руин в Турции11:31Налёт БПЛА Bayraktar AKINCI ve Bayraktar TB2 в зоне бедствия превысил 1,2 тыс. часов10:24დამტვრეული მანქანით, მაგრამ სუფთა გულით – აზერბაიჯანელი ახალგაზრდა თურქეთის დასახმარებლად
САМОЕ ЧИТАЕМОЕ
  1. Дом для Матрешки
  2. Более половины населения Великобритании– не христиане, а две трети жителей Лондона – представители этнических меньшинств
  3. Игорь Волчек: Мультфильмы должны развлекать и воспитывать
  4. DİL CƏBHƏSİNƏ ƏSGƏRİ BORC
  5. В Беларуси стартуют II Игры стран СНГ
  6. Maşallah Rəzmi: Urmiya gölü İslam Respublikası hökuməti tərəfindən canlandırılmayacaq
  7. دریاچه اورمیه با حکومت جمهوری اسلامی احیاء نمی‌‌شود
  8. "Ось Турции" и "новая эра тюрок": тюркский мир, Турция и Центральная Азия
  9. И все равно — ашхабадец: Валерию Непомнящему — 80!
  10. Кишинев отстранит от должности главу Гагаузии
  11. Турецкая Cengiz Holding будет строить туннель через узбекский перевал Тахтакарача
  12. Proqnozlara görə, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq
  13. В Казахстане отмечают День Абая
  14. ТIигьиржалви шаир
  15. Турция может стать новым центром в энергетике
  16. "Звезда Монголии". Бывшая "шестнадцатая республика СССР" дрейфует на Запад
  17. Sepah emissarının Gürcüstanda din adı altında fəaliyyəti
  18. Как христианство завоевало Рим с помощью простой математики
  19. В Ашхабаде прошел саммит глав Таджикистана, Туркменистана и Узбекистана
  20. На матрице истины ( Продолжение)
  21. Белуджские сепаратисты столкнулись с проникновением исламских террористов
  22. Тайваньский вопрос: Токио посылает разнонаправленные сигналы Пекину
  23. Политические манипуляции Армении в Лачинском коридоре
  24. Американцы устраивают саммит с Японией и Южной Кореей против Китая, России и КНДР
  25. На матрице истины
  26. Узбекистан и Азербайджан создали Высший межгосударственный совет
  27. Туранские пустыни включены в список Всемирного природного наследия ЮНЕСКО
  28. Президент Алиев принял министров тюркских государств
  29. ŞEYX NƏSRULAH MARNEULİDƏ.\ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN C.MƏMMƏDQULUZADƏ
  30. Чем важен визит главы МИД Турции в Ирак
  31. Роскосмос заявил о запуске ракеты со станцией "Луна-25" с космодрома Восточный
  32. 31 Ağustos günü çekilen iki telgraf
  33. К чему стремится Иран, вступая в БРИКС?
  34. Ильхам Алиев рассказал о новой сфере сотрудничества между Азербайджаном и странами Центральной Азии
  35. Карстовые воронки в Турции: причины их возникновения
  36. В Казахстане возрождают редкую породу собак
  37. На матрице истины:Родословная армян и урартийская концепция
  38. На матрице истины:Родословная армян и урартийская концепция (Продолжение)
  39. В столице Татарстана продолжается фестиваль мусульманского кино
  40. Türk-Japon diplomasisinin miladı: Ertuğrul Fırkateyni
ОПРОС

Где будете встречать Новый год?


 
«    Sentyabr 2023    »
B.e.Ç.a.ÇC.a.CŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
ГАЛЕРЕЯ