Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Пятница, 16 Апрель 2021 14:06

“Getdim, gördüm, düşündüm”: Qasım Azsımzadə

Автор
Nəriman Qasımzadə
 
Qasım Qasımzadənin bir səyahətnaməsi var. “Getdim, gördüm, düşündüm” adlanır. Ayrıca kitab şəklində 1971-cildə çap edilmişdir. Kitab xaricə çıxışların xeyli məhdud olduğu o uzaq sovet illərində onun turist qismində Avropa ölkələrinə, Misirə, İraqa, Türkiyəyə səfərlərinə aid qeydlərini əhatə edir. Avropa və Misir qeydləri 1958-ci ilin may ayına, İraq qeydləri 1959-cu ilin dekabrı, 1960-cı ilin yanvarına aiddir, Türkiyə xatiratı isə 1968-ci ilin aprel-may aylarında qələmə alınıb.
Açığı, bu kitabı tam olaraq oxumamışdım. Oxumadığım hissələri də bu gün oxuyub tamamladım. Həm də qeydlərində vaxtilə mənə danışdığı bir epizoda bəlkə hansısa üstüörtülü işarə olar deyə diqqətlə oxudum. Rast gəlmədim.
Əhvalat sovet turistlərinin çox geniş tərkibdə Avropa ətrafı səyahəti zamanı baş vermişdi. İri bir gəmi gənc Q.Qasımzadənin, dostu Novruz Gəncəlinin də daxil olduğu sərnişinləri Qara dəniz, Aralıq dənizi, Atlantik okeanı sahillərində Avropa limanlarında endirir, onlar da digər nəqliyyat vasitələri ilə şəhərləri gəzirmişlər. Parisdə də olurlar. Gəzinti proqramında ziyarətçiləri Parisdəki məşhur Per-Laşez qəbiristanlığı ilə tanış etmək də varmış. Bu barədə sadəcə bir-iki cümlədə orada dəfn edilən kommunarları, üzərinə əklil qoyduqları Anri Barbüsü xatırladır.
Deməli, Per-Laşezdə onlara ermənilərin milli qəhrəmanı, türk düşməni Andranik Ozanyanın at üstündə heykəlini də göstərirlər. Bunu görən Azərbaycanlı turistlər (7-8 nəfərə yaxın) öz aralarında söz qoyurlar ki, hər biri abidəyə yaxınlaşıb onu öz tüpürcəyinə qonaq etsin. Abidənin ətrafında bir növ dövrə vuran turistlərin arasında növbələşərək yer alır, sözləşdiklərini fasilələrlə yerinə yetirirlər, yəni ard-arda əvvəl biri, sonra o biri, daha sonra digəri növbə ilə heykəlin yanından keçərkən üstünə yox, yanına tüpürüb keçir. Qasım müəllim deyirdi “bələdçi bizə həm çaşqınlıqla, həm də qəzəblə elə baxırdı ki.”
Bu epizodu mənə danışanda, təəssüf, heç ağlımda deyildi həmin nadinc təşəbbüsün kimdən gəldiyini soruşum. Soruşduğum sadəcə bu olmuşdu: “Düzünü de görüm, sözü bir yerə qoymuşdunuz, yoxsa söyüş qoymuşdunuz ki, etməyən belə-belə...?” Gülmüşdü.
Прочитано 90 раз

последние новости

Top 10 Самые Популярные Новости