Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Среда, 31 Март 2021 12:07

31 mart Azərbaycanlıların soyqırımının 103 illiyinə həsr olunmuş Elmi Onlayn Seminar keçirilib

Автор

30 mart 2021 il tarixində Azərbaycan Pedaqoji Universitetinin Ümumi Tarix və Tarixin Tədrisi Texnologiyası Kafedrası və Quba şəhəri “Soyqırımı Memorial Kompleksi” ilə birgə 31 mart Azərbaycanlıların soyqırımının 103 illiyinə həsr olunmuş “KEÇMİŞDƏN GÜNÜMÜZƏ ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMI SİYASƏTİ” adlı Elmi Seminar keçirilmişdir.

166722280_2923537687876532_2068170655391834022_n.jpg

Çıxış etdilər: ADPU-nun rektoru professor Cəfər CƏFƏROV, ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri t.ü.e. Sevinc ƏLİYEVA, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qoruqların idarəolunması və istifadə olunması sektorunun müdiri Mahir QƏHRƏMANOV, Quba şəhəri "Soyqırımı Memorial Kompleksi"nin direktoru t.ü.f.d. Rəxşəndə BAYRAMOVA, TC Bakü Büyükelçiliği Eğitim Müşaviri - Dr. Nihat BÜYÜKBAŞ, TC Bakü Büyükelçiliği Basın Müşaviri – Hüseyn ALTINALAN, ADPU-nun Ümumi tarix və TTT kafedrasının müəllimləri - t.ü.f.d. Laçın MUSTAFAYEV, t.ü.f.d., dos. Bəhmən KƏRİMOV, t.ü.f.d.Sevil BƏHRƏMOVA, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini - s.e.d. Ramilə DADAŞEVA, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzinin baş mütəxəssisi - t.ü.f.d. Günay HƏSƏNOVA, AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçiləri t.ü.f.d., dos. Mehriban ƏLİYEVA, t.ü.f.d. Aypara RUSTAMOVA və d. Elmi seminarda Türkiyə Cümhuriyyətini həmçinin çıxış edərək təmsil etdilər Prof. Dr. İbrahim Ethem ATNUR (Milli Savunma Üniversitesi Kara Harp Okulu Dekanlığı. Tarih bölümü) və Doç. Dr. Turgay Bülent GÖKTÜRK (Faculty Member, Director of Atatürk Research Center Eastern Mediterranean University).

167434770_2923537731209861_1459178114890356056_n.jpg

T.e.d. Sevinc Əliyeva öz çıxışında vurğuladı ki,

Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarından biridir. Şimali Azərbaycanın əksər bölgələri - Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Cənubi Azərbaycanın bir çox əraziləri - Səlmas, Xoy, Qaradağ, Təbriz və ən əsası Urmiyə bölgəsi, Şərqi Anadolu və indiki Ermənistanın yerləşdiyi bütün şimal-qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar, o cümlədən bütün türk-müsəlman əhalisi 1914-1918 illərdə ermənilər tərəfindən soyqırıma məruz qalmışdır.

166941798_2923537651209869_4584857090361722112_n.jpg

Erməni-daşnaq və bolşevik qüvvələrinin cinayətkar əməllərinə son, xilaskar Qafqaz İslam Ordusu tərəfindən qoyulmuşdur. Azərbaycanlı, türk-müsəlman olduğu üçün bir xalqı nə qədər insanlıq anlayışına sığışmayan vəhşiliklə qırmaq, ona qarşı soyqırımlar törətmək, doğma yurd-yuvalarından didərgin salmaq, torpağını, var-dövlətini yağmalamaq, inanc qibləsinə - məscidlərinə od vurmaq, torpaqlarını əlindən almaq olar?! Erməni daşnaqlarının arzusu və planları bundan ibarət idi ki, Qafqazı "Türksüz Qafqaz " vəziyətinə gətirsinlər. Bununla birlikdə 1918-ci ildə və buna qədər və bundan sonrakı dövrlərdəki qırğınlar erməni xislətinin, onun duyğu və arzularının nə qədər insanlıq əleyhinə olduğunun gösrtəricisidir. Onlar soyqırım törətməklə demək olar ki bəşəri cinayətə imza atmışlar.

166941798_2923537651209869_4584857090361722112_n.jpg

 

Biz bu gün bu tarixi yad etməklə, acıları yaşamaqla gənc nəslə millətimizin, xalqımızın, yurdumuzun bu günə - müstəqil Azərbaycanın Zəfər yazdığı tarixi günlərə hansı kəşməkeşli və taleyüklü zaman və tarix kəsiyindən keçdiyimizi bildirməklə, həmdə erməni-daşnaqları tərəfindən törədilmiş bu soyqırımın heç bir yerdə və heç bir zaman təkrarlanmayacağına olan iradəmizin nümayişidir. Bu gün ən böyük vəzifələrimizdən biri 1918 ci il 31 mart soyqırımını beynəlmiləlləşdirmək, dünya ictimayətini və siyasi dairələrini, beynəlxalq təşkilatları daha çox məlumatlandırmaq, bilgilər vermək və bəşəriyətə qarşı cinayətə siyasi qiymət verilməsi məqsədi ilə bu yöndə var qüvvəmizlə çalışmaqdır. Bir daha bildirmək istəyirəm ki, biz məsum, günahsız insanların qətliamını, soyqırımını yad edərək, qan yaddaşımıza həkk edərək bu torpaqlarda yaşam hüququmuzu, böyük Azərbaycanın mövcudluğunu hansı ağrılı acılı tarixin zaman kəsiyindən keçdiyini anırıq. Keçirdiyimiz bu duyğular, bu hislər və tariximizin qan yaddaşı bizim böyük xalq və millət olaraq yenilməyəcəyimizin, Zəfər Tariximizin həmişəyaşar olacağının təməl daşıdır.

166761764_2923537801209854_2997302282717555011_n.jpg

Прочитано 169 раз

последние новости