Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Вторник, 23 Февраль 2021 15:54

Nəriman Qasımoğlu: "Çək sığal yaddaşıma, Rəbbim, kərəm qıl, faş elə..."

Автор
Nəriman Qasımoğlu: "Çək sığal yaddaşıma, Rəbbim, kərəm qıl, faş elə..." https://yuvayayolculuk.com/
"Odur, göylərlə yeri altı gündə yaratmış. Ərşi su üstündə idi" (OXU, 11:7)
”Başlanğıcda Tanrı göylərlə yeri yaratdı... Qaranlıq vardı dərin sular üstündə.
Tanrı Ruhu sular üstündə idi... Sonra Tanrı dedi: “Qoy sular arasında bir qübbə
olsun da ayırsın onları biri-birindən. Tanrı qübbəni düzəltdi də ayırdı qübbə altındakı suları üstündəki sulardan...
 
(Bibliya, Yaradılış, 1:6-8).
“Əzəl başda qaranlıqdı qaranlığa sarılı, bütün bundan başqa da təcəlli tapmamış su”
 
(Rig-Veda, Himn 129).
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
Çək sığal yaddaşıma, Rəbbim, kərəm qıl, faş elə,
Aç oxusunlar məni aləmlərə həmyaş elə.
Öz Yazındır yazmısan yaddaşıma, min sirrini
Kim açar məndən alayı bir ağıllı baş ilə.
Milyon il əvvəldəyəm, ərşin sular üstündədir,
Dalmışam bu şəklə, Rəbbim, Sən təkin Nəqqaş ilə.
Çoxlarının zənnidir yoxdan yaratdın hər şeyi,
Qup-quru ehkamları sal ol sulara yaş elə.
Min-min ayət bir an içrə çeşmimi sarmış yenə,
Heyrətimdən şaşqınam, gərdişini yavaş elə.
Adəməm, səhv etmənəm ta, gəl dəyişdir hökmünü,
Mən qalım qoy, iblisi ol səhnədən çıxdaş elə.
Qalx ayağa, Qasımoğlu, Rəbbin hüzurundasan,
Bax Ona, gör öz üzünü tazə bir yaddaş ilə.
 
Nəriman Qasımoğlu
Прочитано 72 раз

последние новости