Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Воскресенье, 21 Февраль 2021 16:41

Modelyer Nərgiz Eyvazovanın modellərinə ruhun gözü ilə nəzər

Автор
Kvant psixoloqu Gülnara İnanc
İnsanın yaratdıqları ya ağıldan, ya da rundan , yaxud bu iki variantın vəhdətindən ərsəyə gəlir. Bütünlüklə ruhla çalışmaq dahilikdir, yalnız ağlın diktəsi ilə işləmək maddilikdir. Ağlın və ruhun vəhdəti isə həm yaradıcının özü , həm də yaradılanla təmasda olanlar üçün rahat bir müstəvidir. Bu müstəvi maddilik və kvantlılığın vəhdəti, başqa sözlə desək üçüncü (maddi) boyut halından beşinci boyut (ruh və qəlb) halına və əks istiqamətdə keçiddir.
Deyilənləri modelyer Nərgiz Eyvazovanın yaradıcılığına ölçsək ona maddi (sərt) haldan ruhsal (qeyb) hala keçid variantı uyğundur.
Onun işləri eyni zamanda həm standart kütləvi obrazlardan incəliklə seçilir, həm də ruhsal enerjini qatmaqla içtimai şüura qoşulur.
Müasir dünya ən ibtidai tələblərə və ağılla yaşamağa üstünlük verir. Günümüzün geyim və aksesuar mallarına nəzər saldıqda müşahidə etmək olar ki, onların hazırlanması və istifadəsi seksuallığa istiqamətlənib. Modern dünyamızda həyatında istənilən məqsədə çatmaq üçün insan diqqətini seksuallığa- ən aşağı enerji mərkəzlərinə yönəltməli, ağılla yaşamalıdır ki, ayağının altında torpağı hiss etsin, ayaqları üstə möhkəm dayansın. Əks halda o, reallıqdan qopmaqdan və cəmiyyətdə yad olmaqdan qorxur.
Nərgiz Eyvazova seksuallığa, yəni bədən şüurunda yaşamaq üçün tələb olunan ən aşağı hisslərə çağırmır. Eyni zamanda diqqət ucalığa, şəffaf substansiya olan Ruhu anlamağa çalışan şüura yönəlib. Modelyerin şüuru daha ali hisslərə çağıran yuxarı çakralara yönəlib. Bütün dahi işlər sükutla və təvazökarlıqla ortaya çıxır. Nərgiz sadəlik və təvazöyə çağırır və şüurun mürəkkəbliyi də burda gizlənib. Bir sözlə, bədən şüuru ilə Ruhun şüuru arasında bir tənasüb yaradılır.
Belə bir hiss var ki, yaratdığı modellərdə müəllif zaman gərdişində azıb. Məhz elə bu, Ruh şüurudur (hətta qeyri-iradi olsa belə). Zamansızlıq, yaxud bütün zamanların eyni vaxtda mövcud olmaq - bu, Ruhun şüuru ilə təmasdır. Sanki zaman öz təzahürləri ilə ətrafında fırlanır və burulğan yaradır.
Onun obrazları 18-ci əsrin məxmər və krujevalarından öz mövcudluğunu həcmlə genişləndirməyə çalışan və maddi arzuların sadəliyi ilə yüngülləşdirən ötən əsrin 80-90 -ci illərinə uzanır. Personajların müxtəlif dövrlərdən olması hissi yaranır, sanki zaman dağınıqlığı və yayğınlığı var. Tipajlar müxtəlif epoxaları özündə birləşdirir.
Rənglər ən parlaqdan zərifə qədərdir. Bu, ruhun rəngləri və temperamentidir. Parlaq göy rəng üçüncü gözün rəngidir. İlahi ilə əlaqənin, Ali Mən və eyni zamanda daxili Uşaqla əlaqənin. Bənövşəyi tac çakranın rəngidir -İlahiliyin qəbul edilməsi kanalının. Bənövşəyi rəng neqativi çox incəliklə dağıdaraq onu İşığa çevirir.
Nərgiz emosional partlayışları və hisslərin açıqlığı ilə seçilən italyan dəb məktəbinin məzunudur. İtalyan temperamenti hadisələrdə rənglərin parlaqlığına üstünlük verir. O, gündəlik şeyləri emosiyalar şənliyinə çevirməyə can atır və nümaşkarənəlikdən utanmır.
Azərbaycan mentallığında tərbiyə alan Nərgiz Eyvazova isə hisslərin qapalılığını seçir, emosiyaların piştaxtaya çıxarılmasından qaçır. Bu, zəriflik örtüyü altında mövcud olan atəş və ehtirasdır. İlk toxunuşdan yanıb yandırmağa hazır olan italyan ruhundan fərqli olaraq azərbaycanlı qəlbi Ruhun alovunu örtən hissləri müğam kimi uzun müddət nümayiş etdirməyəcək.
Nərgiz hər bir qadına podiumda yürüyən qızların obrazını təkrarlamağa , ən pisi isə köks ötürərərk "bu geyimlər mənə görə deyil" düşünməyə deyil, özünü şahzadə hiss etməyə imkan verir.
Başqa cür desək onun modellərinə baxanda "bax , mən belə olmalıyam, yaxud mənim qadınım belə olmalıdır" düşünməyəcəksiz, əksinə "bax, bu, eynən mənəm, yaxud bax, bu, mənim qadınımdır" deyə sevinəcəksiz.
 
 
 
 
 
+3
 
 
 
Прочитано 95 раз

последние новости