Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Среда, 31 Март 2021 12:34

İran və Çin arasında 25 il müddətinə siyasi, strateji və iqtisadi əməkdaşlıq haqqında

Автор
İran və Çin arasında 25 il müddətinə siyasi, strateji və iqtisadi əməkdaşlıq haqqında google
27 mart 2021-ci il tariximndə Tehranda İran və Çin arasında 25 il müddətinə siyasi, strateji və iqtisadi əməkdaşlıq haqqında bir sazişin bağlanması ilə bağlı olaraq 9 il bundan öncə, 2012-ci ilin 14 may tarixində gizli şəkildə imzalanmış “Iran-Çin muqaviəsi” barədə fars dilində əldə etdiyim bir məlumatı bu gün Azərbaycan dilində (farscadan tərcümə mənim tərəfimdən icra edilmişdir) FB dostlarımın və bu sahədə maraqlı olan mütəxəssislərin diqqətinə təqdim etməyi lazım bildim.
Uğurlar diləyi ilə,
Səməd Bayramzadə
Iran-Çin muqaviəsi
(may 2012-ci il)
Çin və İran dövlətləri arasında imzalanmış gizli müqaviləyə əsasən İranda ölkənin 8 aeroportunda, o cümlədən Təbriz, Şiraz, Kerman, Bəndərabbas və Tehrandakı İmam Xomeyni adına aeroportlarda, beynəlxalq yuklərin daşınmasına nəzarət və ona rəhbərlik imtiyazlari 25 il müddətinə Çin şirkətlər birliyinə (Konsersumuna) verildi.
Eyni zamanda çinlilər 25 il müddətinə Fars Körfəzi və Oman dənizi hövzəsindəki İranın cənub limanlarina malların idxalına rəhbərlik edəcəklər. Həmin çərçivədə də İran dövləti öz öhdəsinə götürür ki, ölkənin dəmir yol şəbəkəsini 3 ölkənin ərazisindən keçmək şərtilə Çin dövlətinin dəmir yol şəbəkəsinə birləşdirəcəkdir. Bu şəbəkə əməli olaraq çinlilərin dünya bazarlarında mütləq dominantlıq strategiyasını təmin edəcəkdir. Əslində bu öhdəliklər İranın Şanxay Paktına daxil olması çərçivəsində göstərdiyi səylər nəticəsində qəbul edəcəyi imtiyazlar toplusunun bir hissəsidir. “İran səbz” ekspertlərinin öncəki hesabatında da bu məsələyə geniş yer verilmişdir (burada təqdim edilir).
“İran sabz” ekspertlərinin hesabatına görə, bu imtiyazların verilməsi barədə prinsipial razılıq hələ 2010-cu ilin avqust/sentyabr ayında İranın o zamankı yol və yüklərin daşınması naziri Behbehaninin imzası ilə təsdiqlənmişdi. Ondan sonra da İranın yol naziri, iqtisad naziri və İslam İnqilabı keşikçiləri korpusunun komandiri ilə Çinin müvafiq dövlət məqamları arasında bir sıra görüşlər oldu. Çin tərəfi bu müqavilənin imzalanmasını İran dəmir yolu şəbəkəsinin Türkmənistan, Özbəkistan və Qazaxstan yolu ilə Çinə birləşdirilməsi barədə razılığın əsası kimi qəbul etdi. Çin tərəfi bu layihəni “ipək dəmir yolu” adlandırır. Bu layihədə diqqəti çəkən əsas məsələlərdən biri ondan ibarətdir ki, İran tərəfi dəmir yolu xəttinin çəkilişində xərclərin böyük bir hissəsini öz üzərinə götürmüşdür. Daha maraqlısı budur ki, bu əzəmətli layihədə dəmir yol xətti boyu və stansiyalarda olan bütün binaların tikintisini Çin şirkətlər qrupu icra edəcəkdir və İran şirkətləri bu əməliyyatlarda iştirak etməyəcək və onlardan faydalanmayacaqdır.
“İran sabz” ekspertlərinin hesabatına görə, adıgedən dəmir yol xəttinin Qazaxstan ərazisində tikintisi üçün lazım olan məbləğ 8,5 mlrd. dollar təşkil edir və onun yalnız 700 mln. dollarını (8,24%-ni) Çin tərəfi və qalan hissəsin (91,76%-ni) İran tərəfi ödəyəcəkdir. Özbəkistan ərazisində bu layihənin həyata keçirilməsi üçün lazım olan 2,3 mlrd. dolların 400 mln. dolları (17,4%-i) Çin tərəfindən və qalan hissəsi isə (82,6%-i) İran tərəfindən ödəniləcəkdir. Türkmənistan ərazisində isə dəmir yol xətti və bu yol boyunca stansiya binaları və digər bütün binaların tikintisi tamamilə İran tərəfindən onun büdcə vəsaitləri hesabına ödəniləcəkdir.
İran dövləti eyni zamanda belə bir təklif vermişdir ki, əgər Qırğızıstan tərəfi bu layihəyə qoşulmaq istəyərsə, bu ölkənin ərazisində tikintilər üçün lazım olan 1,1 mlrd. dollar məbləğində xərclərin 50%-ni ödəməli olacaqdır, qalan hissəni İran tərəfi öz öhdəsinə götürür.
Layihəni araşdırmaq məqsədi ilə keçən il ərzində İran dövlət məqamalarının Çin tərəfi ilə görüşlərini davam etdirən Ayətulla Xameneinin kanselyariyası tərəfindən təyin edilmiş nümayəndə cənab Əsədulla Əsgər Övladi və cənab Bəhaəddin Hüseyni Haşimi və “Xatəmülənbiya”nın qərargahından isə cənab Cəfəıri Çin tərəfinə bu layihənin icrasının mümkünlüyünü bildirdilər və nəhayətdə qərara alındı ki, bu kontraktın icrası müddətində aeroportlarda, dəniz limanlarında və dəmir yol stansiyalarında Çin tərəfinə lazım olan yanacaq İran tərəfindən dövlət qiymətinə onlara verilsin.Vəkili adlı bir şəxsi də bu böyük nəqliyyat şəbəkəsi sistemində İran dövləti tərəfindən çinliləri yanacaqla təmin etmək məsələləri üzrə məsul təyin etdilər.
Qarşılıqlı olaraq Çin tərəfi də keçən il ərzində çox diqqətlə və Çin dövlətinin mənafeyini tamamilə nəzərə almaqla, 300 səhifədən ibarəq kontrakt hazırladı və İran dövlət məqamlarına təqdim etdi. Bu kontrakt keçən həftə, Şanxay Paktının keçirilməsi nəzərdə tutulmuş iclasından öncə, imzalandı. Ekspertlərin fikrincə, bu kontraktın icrası İran gömrüyünün idxal və ixrac məsələlərinə nəzarət işini xeyli dərəcədə azaldacaqdır və eyni zamanda İslam İnqilab Keşikçiləri Korpusunun və çinlilərin İranın daxili iqtisadiyyatı və xarici ticarəti üzərində qeyd-şərtsiz dominantlığını təmin edəcəkdir. 1982-ci ildən bu tərəfə özünün infrastruktur obyektlərindən istifadə imtiyazlarını xaricilərin öhdəsinə qoyan Nigeriyadan savayı indiyə kimi belə bir xüsusiyyətlərlə kontrakt imzalayan olmayıb.
2035-ci iə kimi quvvədə olacaq adıgedən kontraktın şərtlərinə uyğun olaraq, 2025-ci ildə Çin tərəfi bir il öncə İran tərəfini xəbərdar etməklə bu kontrakti ləğv edə bilər. Bundan əlavə, İranda siyasi və ictimai reaksiyalardan yan keçmək məqsədilə hər iki tərəf razılığa gəlmışdir ki, gələn ilin mart ayının 21-nə kimi İran aeroportlarından, dəniz limanlarından və dəmir yolu xətlərindən istifadə imtiyazları tədricən çinlilərə verilsin. İran Milli Təhlükəsizlik Şurasının katibi və İnqilab Keşikçiləri komandanı Ayətulla Xameneinin diqqətini bu kontraktın imzalanmasına cəlb etmək üçün bu müddət ərzində təkidlə qeyd etdilər ki, çinlilərlə müştərək nəqliyyat şəbəkəsinin yaradılması və icbari şəkildə imtiyazların onlara verilməsi strateji bir aktdır. Elə bu səbəbdən də Ayətulla Xamenei kanselyariyası siyasi və təhlükəsiszlik baxımından bu kontraktın çapını qadağan etdi və onun parlamentdə müzakirə və təsdiqinə ehtiyac olmadığını bildirdi.
Çinlilər bu kontraktın şərtlərinə uyğun olaraq, öhdələrinə götürmüşlər ki, özlərinin dəniz limanlarında, aeroportlarda və dəmir yolundakı fəaliyyətlərindən əldə etdikləri gəlirin 30%-ni, ildə 4 mlrd. dollardan az olmamaq şərtilə, həmin məqsədlə İnqilab Keşikçiləri Korpusuna bağlı yaradılmış 2 şirkətin bank hesabına köçürsünlər. Bunun qarşılığında isə Çin Konsersumu ölkənin (İranın) nəqliyyat şəbəkəsindən əldə etdiyi 70% ticarət gəlirlərindən əlavə İranın digər dünya dövlətlərilə iqtisadi əməkdaşlığı çərçivəsində şəriksiz (bölgüsüz) bir rola malik olacaqdır.
Çinlilərə dəniz limanları, aeroportlar və ölkənin dəmir yol şəbəkəsi vasitəsilə həyata keçirilən import-export əməliyyatlarına rəhbərlik imtiyazları vermiş müqavilənin İran tərəfində İnqilab Keşikçiləri Korpusunun əsas qüvvə olduğunu nəzərə alaraq qərara alınmışdır ki, bu böyük layihənin təhlükəsizlik məsələlərini təmin etmək məqsədilə, komandan Əhməd Haqqtələbin məsləhəti ilə, ölkənin aeroportlarında İnqilab Keşikçiləri Korpusunun komandirləri, Çin Konsersumunda isə ”Xatəmülənbiya” qərargahı qüvvələrindən bir qismi çinlilərin aldığı əmək haqqının 50%-i miqdarında əmək haqqı almaqla müşavir sifətilə işə qəbul edilsinlər və onların əmək haqqı İran tərəfindən ödənilsin. Çinlilər hal-hazırda əməli olaraq İranın xarici ticarətinə rəhbərlik məsələlərini öz öhdələrinə götürmək məqsədilə Sinqapurda, İngiltərədə, Fransada və ... ofislərini yaradırlar.
Xülasə olaraq bildiririrk ki, İran və Çin arasında imzalanmış 300 səhifədən ibarət bu biabırçı müqavilə onu göstərir ki, İran İslam Respublikası hakimlərinin İrana və iranlılara baxışları səhrada sahibsiz qalan böyük bir karvana hücum edən bandit, quldur və qaniçənin baxışları ilə eynidir. Nümunə kimi, bu kontraktın əməli olaraq İran dövlətinin Çin dövləti qarşısındakı öhdəliklərini təyin edən yalnız bir maddəsini göstərmək kifayətdir və orada deyilir: Şanxay Paktına üzv olmaq xatirinə, İran dəniz donanması gəmilərinin təmiri və bərpası barədə İngiltərə, Cənubi Koreya və Hindistan şirkətləri ilə bağlanmış müqavilələr ləğv edilir və bu məsuliyyət birbaşa Çin şirkətlərinə həvalə edilir.
Və ya ölkənin (İranın) 11 su elektrik stansiyalarının təmiri və yenidən qurulması barədə tenderə qoyulmuş müqaviləsi oradan çıxarılaraq birbaşa Çin Konsersumuna həvalə edildi.
Sənəd və sübutlar onu deməyə əsas verir ki, milli mənafeyə edilən bütün bu xəyanətlər çinlilərin bu mənafelərə yetişmək xatirinə hər cür xərcə hazır olduqları bir məqamda və zamanda baş verir. 07.02.1998-ci il tarixdə Çin dövləti elan etmişdi ki, əgər Avropa ilə yerlə nəqliyyat əlaqələrində starteji halqalardan birinə malik oala bilməzsə, o, iqtisadi baxımdan əbərqüdrət bir dövlətə çevrilə bilməyəcəkdir. Həmin vaxtda da Çin kommunist partiyasının rəhbəri demişdi ki, yükdaçıma sahəsində Avropaya kimi sürətli bir dəmir yolu şəbəkəsinin yaradılması xatirinə milyardlarla yuan xərc etməyə dəyər.
Çinlilər ucuz qiymətə enerji mənbələrini əldə etmək məsələsini də özlərinin strateji planları çərçivəsində qarşıya məqsəd qoymuşlar ki, bu yolla ucuz qiymətə malların istehsalına nail olsunlar və beləliklə də dünya bazarında hegemonluğu ələ alsınlar. Çin kommunist partiyasının rəhbəri hesab edir ki, onun ölkəsi 2020-ci ildə bu hədəfə əməli olaraq yetişə bilər, amma İran hakim dairələrinin qeyri konstruktiv mövqeyi nəticəsində bu ölkənin xarici siyasətindəki böhranlı və iqtisadiyyatındakı hazırki pərakəndə vəziyyət, çinlilərin dünya birliyində hədəflərinə daha tez bir zaman kəsiyində yetişmək arzularını reallaşdırır və eyni zamanda İranın xəstə iqtisadiyyat kisəsindən xərc etməklə gün-gündən özünün istehsal və ticarət bazarlarında xərclərini azaldır. Çin dövləti İranın neft və qaz bazarında özünün son və uzunmüddətli hegemonluğunu təmin etməsinin ardınca bu hegemonluğu İranın aeroportlarında, dəniz limanlarında və dəmir yolları şəbəkəsində də təsbit etmiş oldu və beləliklə də, İranın bir-birinə dəymiş bazarından özünün mutant və qloballaşan iqtisadiyyatı üçün maksimum dərəcədə faydalana bildi.
Çinin dövlət məqamları özlərinin İran ilə yeni viranedici əlaqələrinə “Asiya-Avropa körpüsü” adı verməklə, İranı daimi olaraq Çinə bağlamaq, ondan asılı vəziyyətə salmaq kimi strateji bir planı özünün siyasətində ağırlıq mərkəzi kimi görür və zahirən də belə görünür ki, Çin tərəfi İran hakim dairələrinin tədbirsiz və xəyanətkar siyasəti kölgəsində İranın milli mənafeyini sona qədər məhv edincə, bu siyasəti davam etdirəcəkdir.
Прочитано 66 раз

последние новости