Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Среда, 03 Март 2021 22:16

Koronavirusla mübarizə dönəmində İran İslam Respublikasna səfər qaydaları

Автор
İran İslam Respublikasının Bakıdakı səfirliyinin yaydığı məlumatda Koronavirusla mübarizə dönəmində İran İslam Respublikasna səfər qaydaları göstərilib.
İran İslam Respublikasnın Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə İrana səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar. Bununla əlaqədar İrana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşları əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi almalı və daha sonra isə İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazələri almalıdılar. 
 
İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinin ünvanı: 
"Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 269”.
Telefonlar:   +99412-433-03-11,   +99412-434-19-76,   +99412-434-03-40
 
Прочитано 111 раз

последние новости